METODİKA VƏ TƏCRÜBƏ
37
- Dil interfeysi – Azl (Azərbaycan dili, Latın qrafikası), Aza (Azərbaycan dili, Ərəb
qrafikası), En (İngilis dili), Ru (Rus dili)
- Çevirmə səviyyələri (3 səviyyə)
- Hesab və Tənlik alt-rejimlərində istifadə olunan ədədlərdəki rəqəmlərin sayı
- Hər rejim üzrə testlərin sayı
Test rejimlərində biliklərin yoxlanılması ilə yanaşı, düzgün cavabları
göstərməklə (səhv olarsa) öyrətmə imkanı inteqrasiya olunmuşdur. Sistemdən optimal
istifadə etmək qaydaları haqqında:
Servis alt-rejimində
(Şəkil 2) testlərin ən aşağı səviyyəsi parametr kimi müəyyən olunub. Şagirdin bilik səviyyəsi
qalxdıqca Servisdə uyğun parametrlərin qiymətlərini artırmaq lazımdır. Məsələn, 1 rəqəmli
ədədlərin hasil testlərində rəqəmlərinsayını artırmaqla 2, 3 və s. rəqəmli ədədlərin hasil
testlərini generasiya etmək mümkündür. Çevirmə alt-rejimi ilkin olaraq 1-ci səviyyə kimi
müəyyən olunub, yəni 1 vahidin digər vahidə çevrilmə testlərini generasiya edirsə, 2-ci
səviyyə 2 vahidin 1 vahidə çevirmə testlərini generasiya edir. Servisdəki parametrlərin
dəyişdirilmə qaydası şagirdin səviyyəsinə uyğun aparılmalıdır.
“BabyTests” sisteminin rejimləri.
BabyTests sisteminin 4 funksional və 1 idarəetmə alt-rejimi var.
Hesab. Bu rejimdə əsas hesab əməlləri (toplama, çıxma, vurma, bölmə) üzrə testlər
vizualisayia olunur. İstifadəçi ayrı-ayrı hesab əməlləri üzrə və ya bütün əməllər üzrə ardıcıl
test suallarını cavablandıra bilər. Bundan başqa “Qarışıq” alt-rejimini seçməklə hesab
əməlinin seçilməsi proqramın öhdəsinə buraxılır. Verilən cavabların statistikası aparılır.
Əgər istifadəçi testi səhv cavablandırıbsa və ya cavab verməyibsə, o zaman, proqram düzün
cavabı göstərir. İstifadəçi testin cavablandıra bilmirsə, Hesab əməlində iştirak edəcək
Şəkil 2
METODİKA VƏ TƏCRÜBƏ
38
ədədlərdəki rəqəmlərin sayı “Servis” rejimi vasitəsilə müəyyən olunur.
Tənlik. (Şəkil 3) Bu rejim vasitəsilə 1-dərəcəli, sadə tənliklər üzrə testlər realizə
olunub. Testdə verilən məchulun qiymətinin tapılması tələb olunur. Məqsədə uyğun olaraq
tənliyi toplama, çıxma, vurma, bölmə əməlləri əsasında müəyyən etmək olar. Bundan başqa
“Qarışıq” və “Hamısı” alt-rejimlərindən məqsədəuyğun istifadə etmək olar. Cavab verilməsə
və ya səhv cavab olarsa, düzgün cavab proqram tərəfindən göstərilir.
Çevirmələr(Şəkil 4). Servis rejimində müəyyən olunmuş səviyyədən asılı olaraq
(cəmi 3 səviyyə mövcuddur), ölçü vahidlərinin çevrilməsilə bağlı testlər vizualisasiya olunub.
1-ci səviyyədə 1 ölçü vahidinin digər ölçü vahidinə çevirmək tələb olunur. 2-3 səviyyələrdə
bir neçə ölçü vahidilə göstərilmiş kəmiy yətlərin çevrilməsi tələb olunur. Cavab verilməsə və
ya səhv cavab olarsa, düzgün cavab proqram tərəfindən göstərilir. Müqayisə. Bu rejim ədədlə
rin müqayisə testlərini genera siya etmək üçün nəzərdə tutulub. Müqayisə üçün böyük (>),
kiçik (<), bərabər (=), bilmirəm (?) simvollarından birini seçmək lazımdır. Cavab verilməsə
və ya səhv cavab olarsa, düzgün cavab proqram tərəfindən göstərilir.
Şəkil 3
METODİKA VƏ TƏCRÜBƏ
39
Servis. BabyTests sisteminin bütün parametrləri bu rejim vasitəsilə müəyyən olunur. Rejimdə
aşağıdakı funksional bölmələr realizə olunub:
“Dil” bölməsi: Burada 4 dil interfeysi realizə olunub (Şəkil 5).
- Azl – Azərbaycan Latın Qrafikasında Azərbaycan dili
- Aza – Azərbaycan Ərəb Qrafikasında Azərbaycan dili
- En – İngilis dili
- Ru – Rus dili
Bu bölmədə seçilmiş dilə görə BabyTests sisteminin dil inter- feysi müəyyənləşir.
“Çevirmələr” bölməsi Bölmədəki səviyyələr “Çevirmələr” rejimi üçün nəzərdə tutulub.
Seçilməli səviyyələr asandan çətinə doğru nömrələnib. Belə ki, “Səviyyə 1” ən asan, “Səviyyə
3” ən çətin çevirmə testlərinin generasiyası üçün nəzərdə tutulub.
“Rəqəmlərin sayı” bölməsi. Bu bölmədəki sahələr “Hesab” və “Tənlik” rejimlərinin
uyğun alt-rejimləri üçün nəzərdə tutulub. Məsələn şəkildə “Rəqəmlərin sayı” bölməsində
Bölmə sahəsindəki 2 – bölünəndəki rəqəmlərin maksimal sayını, 1-bölənin rəqəmlərinin
Şəkil 4
Şəkil 5
METODİKA VƏ TƏCRÜBƏ
40
maksimal sayını müəyyən edir. İstifadəçi bu rəqəmləri dəyişməklə daha mürəkkəb testlərin
generasiyasına nail ola bilər.
“Testlərin sayı” sahəsi. istifadəçi rejimlər üzrə veriləcək testlərin sayını bu sahədəki
ədədlə müəyyən edir. Hal-hazırda rejimlər üzrə generasiya olunacaq testlərin sayı 10-dur.
Excel&VBA-da hazırladığımız bu sistem vasitəsilə V sinfin riyaziyyat dərsində
natural ədələrin vurulması, bölünməsi, bir məchullu tənliklərin tədrisində istifadə etmişik.
Bundan başqa V və VI sinfin riyaziyyat dərslərində “çevirmələr” bölməsindən kəmiyyətlərin
çevrilməsi, tənliklər bölməsindən tənliklərin həlli mövzusunda, istifadə etmişəm. Şagirdlərin
bilik səviyyəsindən asılı olaraq bu bölmənin də səviyyələrini dəyişmək olar.
Ümumiyyətlə yaratdığımız bu sistemin tətbiqi ilə bir daha sübut olunur ki, riyaziyyat
dərslərində kompyuterin tətbiqi şagirdlərin riyaziyyat dərslərinə olan marağını artırmaqla
idrak fəallığını artırır.
Ədəbiyyat
4.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə dövlət proqramı”nın
təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin sərəncamı. «Xalq» qəzeti, 10 iyun 2008-ci il.
5.
Герасимов Д.Н., Колесников С.В. Разработка программного обеспечения для
начального обучения программирования / Труды III международной
электронной
научной
конференции,
Воронежский
Государственный
Педагогический Университет, 2000
6.
Босова, Л. Л. Методические подходы к пропедевтической подготовке
школьников в области информатики и информационных технологий
//Информатика и образование, 2005, № 3.
Dostları ilə paylaş: |