METODİKA VƏ TƏCRÜBƏ
30
Şagirdlərin sualarla əlaqədar söylədikləri cavablar lövhədə qeyd edilir.
Tədqiqat sualı:Atomun quruluşu ilə əlaqədar söylənilmiş mülahizələri təhlil
edin.Atomun quruluşunu günəş sisteminə bənzətmək olarmı? Əgər olarsa onda bu fikrin
mahiyyətini əsaslandırın.
Tədqiqatın aparılması:Bunun üçün şagirdləri dörd qrupa bölərək onları
Tomson,Rezerford, Kürivə Bor kimi şərti adlarla adlandırırıq. Həmin qruplara tədqiqat
sualları yazılmış tapşırıq vərəqləri paylanır.
Tomson:Şəkildə gördüyünüz model haqda nə deyə bilərsiniz? Bu modelin
mahiyyətini, elmi əsaslarını izah edərək şərh edin.
Rezerford qrupu
:Atom haqqında ilk fikri kim irəli
sürmüşdür? Bu ideyanın mahiyyəti və özünü doğruldub
doğrultmamasının səbəblərini şərh edin?
Küri:
Alovda, bərk cisimlərdə, mayelərdə də atomlar
mövcuddurmu? Ətraflı şərh edərək əsaslandırmağa çalışın
Bor
:
Atomun quruluşu ilə əlaqədar meydana çıxan
paradoks və onun aradan qaldırılması ilə əlaqədar təklifləri şərh
edin.
İnformasiya mübadiləsi:
Şagirdlər tədqiqat ətrafında informasiya mübadiləsi edirlər.
Tomson:
Bu helium atomunun sadələşdirilmiş modelidir: İki protondan və iki
neytrondan ibarət bir nüvə ətrafında fırlanan iki elektron təsvir edilmişdir. Sonda bu
zərrəciklərlə əlaqədar əlavə məlumat verilir.
REZERFORD:
Atom (yunanca ἄτομος (ὕλη) átomos (hýle) "bölünməz"), kimyəvi
elementin bu elementə aid xüsusiyyətlərini saxlayan ən kiçik zərrəciyidir. Elmin inkişaf tarixi
böyunca müxtəlif atom modelləri təklif olunmuşdur. İlk dəfə olaraq b.e.ə. V əsrdə Demokrit
abstrakt şəkildə atom haqqında fikir söyləmişdir. O, hesab edirdi ki,maddələr çox kiçik
bölünməz zərrəciklərdən- atomlardan təşkil olunmuşdur.Yalnız XXəsrdə müəyyən edildi ki,
atomlar bölünəndir və daha kiçik zərrəciklərdən təşkil olunmuşdur.
Küri:
Atom materiyanın bir hissəsidir. Demokrit hesab edirdi ki, istənilən əşyanın
xarakteri – onun kütləsi, formasıvə s. onun atomlarının xassələri ilə təyin olunur. Məsələn,
alovda atomlar daha itidir, buna görədə o yanma qabiliyyətinə malikdir. Bərk cisimlərdə onlar
kələ-kötürdür, ona görədə onlar bir-biri ilə möhkəm əlaqədə olurlar, suda isə onlar hamardır,
bu suyun axmasına imkan verir. İnsan qəlbidə Demokritə görə atomlardan
təşkilolunmuşdur.da
Bor:
Atom- elementin bütün kimyəvi xassələrini özündə saxlayan ən kiçik
zərrəcikdir,müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan ibarət elektroneytral
hissəcikdir.Hazirda 110 kimyəvi element elmə məlumdur. Kimyəvi elementlərin dövri
sistemdə sıra nömrəsi onların atomundakı protonların sayına bərabərdir.Hər bir atomun
proton və neytronlarının kütlələrinin cəmi kütlə ədədi
adlanır. Atomun quruluşunda meydana
gələn paradoks (klassik mexanikaya görə) Borun təklif etdiyi əlavələrlə öz həllini tapdı.
İnformasiyanın müzakirəsi:
METODİKA VƏ TƏCRÜBƏ
31
Qrupların seçilmiş nümayəndələri verilmiş tədqiqat suallarının cavablarını, atomun
əlaqəli sistem olmasını, nüvənin quruluşu ilə əlaqədar söylənilmiş müxtəlif modellərin
mahiyyətini və çatışmayan cəhətlərini, meydana çıxan paradoks və ondan çıxış yolunu
söyləmiş Bor postulatları ilə əlaqədar məlumat verirlər.
Atomun quruluşu haqqında bir neçə model təklif edilmişdir.Bunlardan biri Tomson
modelidir.Bu modelə görə, atom radiusu
m olan kürə formasındadır. Müsbət yüklər bu
kürənin bütün həcmi boyu bərabər paylanır,mənfi yüklü elektronlarisə onun daxilində”keksdə
kişmiş” kimi yerləşir.Tomson şüalanmanı izah etmək üçün elektronları tarazlıq vəziyyəti
ətrafında rəqsi hərəkətdə qəbul etmişdir.Bir sıra
fiziki hadisələri izah etməsinə baxmayaraq,
Tomson modeli uğur qazanmadı.
Bir neçə ildən sonra Tomsonun şagirdi
Rezerfordun apardığı təcrübələrbu modelin
həqiqətə uyğun olmadığını üzə çıxardı və öz
modelini təqdim etdi.Rezerford şəkildə təsvir
olunmuş təcrübəni apardı.Radioaktiv maddə Q
qurğuşun qabın içində yerləşdirilir. Radioaktiv
maddədən çıxan nazik α-zərrəciklər seli böyük
sürətlə(
m/san) F qızıl lövhəsinə yönəldilir.
Ondan keçən və qayıdan α-zərrəciklərimüşa-
hidə etmək üçün üzərinə xüsusi maddə (lümini-
sensiyaedici) çəkilmiş E ekranından istifadə
etmişdir. Hər bir zərrəcik ekranla toqquşaraq
parıltılar(sintilyasiya)yaradır.
Parıltılar
M
mikroskopu vasitəsilə müşahidə edilir.Təcrübə
zamanı gözlənilmədən aşkar edilmişdir ki, α-
zərrəciklərin az bir qismi
-dən kiçik
bucaqlar altında səpilir.
Çox nadir hallarda isə(təxminən iki min
zərrəcikdən biri)
bucaq altında qayıdır. α-zərrəciklə atomun müsbət yükü arasındakı
Kulon dəfetmə qüvvəsinə (
=k
) görə.
Düsturdan göründüyü kimi,r-məsafəsi kiçildikcə α-zərrəciyi dəf edən qüvvə böyük
olur.
Rezerfordun təklif etdiyi atomun planetar modelinə görə,atom müsbət yüklü nüvədən
və onun ətrafında hərəkət edən mənfi yüklü elektronlardan ibarətdir.
Rezerford təcrübələri atomun quruluş modelini belə izah etdi:
1.Atomun,demək olar ki,bütün kütləsi onun nüvəsində toplanmışdır və onun ölçüsü
atomun ölçüsü ilə müqayisədə çox kiçikdir.
2.Atom nüvəsi müsbət yükə malik olub, e-elementar yükün elementin dövri sistemdəki
Z sıra nömrəsi hasilinə bərabərdir(Ze).
3.Elektronlar nüvə ətrafında dairəvi orbitlər üzrə hərəkət edir.Onların sayı Z-ə
bərabərdir.
Atom nüvəsinin nə qədər kiçik olduğundan danışiriq, onun içində yerləşən bir
protonun ölçüsü isə 10
-15
metrdir. Bu ölçülər aşağıdakı şəkildə göstərilmişdir.
Dostları ilə paylaş: |