Azərbaycan respublikasi iQTİsadi İNKİŞaf naziRLİYİ



Yüklə 299,33 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix21.04.2018
ölçüsü299,33 Kb.
#39806
1   2   3   4   5   6   7   8   9   10

 

GİRİŞ 



 

İqtisadi  İslahatlar Elmi-Tədqiqat İnstitutunda 2011-ci ilin iş planına uyğun olaraq 

“Sahibkarlıq və regional inkişaf problemləri”  şöbəsində “Lənkəran iqtisadi rayonunun 

pasportu” tədqiqat işi yerinə yetirilmişdir. Tədqiqat işinin yerinə yetirilməsi prosesində 

həm inkişaf etmiş ölkələrin, həm də inkişaf etməkdə olan ölkələrin, xüsusilə Rusiya, 

Belarus, Ukrayna respublikalarının təcrübələri öyrənilmiş  və Azərbaycan  şəraiti üçün 

məqbul hesab olunan struktur müəyyən olunmuşdur. Müəyyən olunmuş struktura uyğun 

məlumatların toplanlması  işi aparılmış, həmin məlumatlar emal olunmuş  və stuktura 

uyğun yerləşdirilmişdir. Tədqiqat işində iqtisadi rayonun ərazisi, inzibati ərazi bölgüsü, 

coğrafi yerləşməsi, relyef, iqlimi, faydalı qazıntı ehitaları, iqtisadi potensialı, o cümlədən 

iqtisadi rayonun əhalisi,  əmək ehtiyatları, məhsul buraxılışı, sənaye, kənd təsəsrrüfatı, 

tikinti, nəqliyyat, rabitə, təhsil, elm, mədəniyyət, turizm, ticarət və xidmət, ekologiya 

sahələrinin  əsas göstəriciləri müxtəlif cədvəl, diaqram və  şəkillərdən istifadə etməklə 

verilmişdir. Həmçinin regionun investisiya istiqamətləri göstərilmiş  və burada olan 

müəssisə və təşkilatların siyahısı da göstərilmişdir.  

Tədqiqat işi iqtisadi rayonun sosial-iqtisadi vəziyyəti haqqında informasiya 

verməklə, mövcud potensialdan istifadə  səviyyəsini qiymətləndirmək, regionun 

iqtisadiyyatının ayrı-ayrı sahələrinə xarici və yerli investorları cəlb etmək üçün mühüm 

əhəmiyyətə malikdir.  

 



 

 



1.

 

İNZİBATİ VƏ İDARƏETMƏ QURULUŞU 

 

Respublikanın digər regionlarında olduğu kimi Lənkəraniqtisadi rayonunda da inzibati 



və idarəetmə quruluşu yerli icra hakimiyyəti və bələdiyyələrdən ibarətdir. 

Lənkəran-Astara iqtisadi rayonu 6 inzibati rayondan – Astara, Cəlilabad, Lerik, 

Lənkəran, Masallı və Yardımlı inzibati rayonlarından ibarətdir. İqtisadi rayonda 8 şəhər, 6 

rayon 13 qəsəbə, 156 kənd inzibati ərazi vahidləri və 642 kənd yaşayış məntəqələri vardır. 

Lənkəran iqtisadi rayonunda 182 bələdiyyə fəaliyyət göstərir. İqtisadi rayona daxil olan 

hər bir inzibati rayon hələ sovet dövründə, 08 avqust 1930-cu il tarixində Azərbaycan 

SSR Ali Sovetinin qərarı ilə yaradılmışdır. Eyni inzibati bölgülər Azərbaycan 

müstəqillik  əldə etdikdən sonra da saxlanılmışdır. Hər bir inzibati rayona Azərbaycan 

Respublikası Prezidenti tərəfindən təyin edilən icra hakimi başçılıq edir. Bələdiyyələr, 

respublikada həyata keçirilən səsvermə yolu ilə  həyata keçirilir.  Rayon, şəhər və  şəhər 

rayonlarının icra başçıları öz ərazilərində yerləşən müvafiq kəndlərdə və qəsəbələrdə icra 

hakimiyyətinin nümayəndəliklərini yaradır, icra nümayəndələrinin təyinatını  həyata 

keçirirlər. Qeyd etmək lazımdır ki, kəndlərə və qəsəbələrə bölünmüş rayonlarda bələdiy-

yələr ümumlikdə rayon üzrə yox, bu ərazi vahidlərinə  əsasən yaradılmışdır. Belə 

hallarda bələdiyyələr arasında  şaquli və üfiqi asıllıq mövcud deyil. Rayonlara və 

qəsəbələrə bölünmüş  şəhərlərdə isə  bələdiyyələr inzibati-ərazi vahidləri üzrə 

formalaşdırılmışdır. 

 

 



 

 

 



 


 

2.



 

İQTİSADİ RAYONUN COĞRAFİMÖVQEYİ 

 

Lənkəran iqtisadi rayonunun ərazisi 6,07 min km

2

 –dir (respublika ərazisinin 7,0%). 



Lənkəran-Astara iqtisadi rayonu cənubdan və  qərbdən  İran,  şərqdən Xəzər dənizi, 

şimaldan və  şimal-şərqdən Aran iqtisadi rayonu ilə  həmsərhəddir. Azərbaycanı    İranla 

əlaqələndirən magistral şosse və  dəmir yollarının ərazidən keçməsi, həmçinin,  şərqdən 

Xəzər dənizi, qərbdən və  cənubdan  İranla həmsərhəd olması  Lənkəran iqtisadi 

rayonunun cografi mövqeyinin çox əlverişli və Azərbaycan dövləti üçün vacib olmasına 

şərait yaradır. 

Rütubətli subtropik zonada yerləşən Lənkəran iqtisadi rayonu təbii  şəraitinə  və 

müxtəlif relyef formalarına görə respublikanın digər iqtisadi rayonlarından fərqlənir. 

Ərazi Lənkəran ovalığı  və Talış dağlarından ibarət iki hissəyə ayrılaraq  şərqdən qərbə 

doğru yüksəlir. Hündürlük fərqi Xəzər dənizi sahillərində - 27 m-dən Talış dağlarının 

Gömürgöy zirvəsində 2493 metrədək dəyişir. Lənkəran ovalığı şimaldan cənuba 70 km 

uzanaraq, şimaldan Viləşçay, cənubdan Astara çayı ilə sərhədlənir. Ovalığın eni isə 10 

km olaraq Talış dağlarının ətəyi və Xəzər dənizi sahili boyu uzanır.  

İqtisadi rayonun dağlıq hissəsi paralel olaraq uzanan Talış, Pestəsər və Burovar 

silsilələrindən ibarətdir.  Ən yüksək və  dənizdən daha çox uzaq yerləşən Talış dağları 

şimal-qərbdən cənub-şərqə 100 km-ə yaxın Azərbaycan-İran sərhəddi boyu uzanır. İran 

ərazisinə daxil olan silsilənin mütləq yüksəkliyi qərbdə, mərkəzdə  və  şərqdə 2000 m 

qalan hissələrdə isə 2400 m-dir. Peştəsər silsiləsi demək olar ki, şimal-şərqdə Talış 

silsiləsinə paralel uzanır. Silsilə çay dərələri ilə parçalanmışdır. Silsilənin mütləq 

yüksəkliyi 1300 m-lə 1800 m arasında olub suayrıcı hissəsi çox hallarda 

hamardır.Burovar silsiləsi alçaq dağlıq qurşaqda yerləşərək ən hündür yeri 1000 m-dən 

bir az artıqdır. Qərb hissəsində yerləşən Talış dağları  və  Lənkəran ovalığının Xəzər 

dənizinə yaxınlığı  Lənkəran iqtisadi rayonunda iqlim müxtəlifliyini təmin edir. Ərazi 

təxminən, 500 m hüdürlüyə  qədər nəm subtropik iqlimlə  səciyyələnir. Fəal 




Yüklə 299,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə