Azərbaycan respublikasi iQTİsadi İNKİŞaf naziRLİYİ



Yüklə 299,33 Kb.
Pdf görüntüsü
səhifə3/10
tarix21.04.2018
ölçüsü299,33 Kb.
#39806
1   2   3   4   5   6   7   8   9   10

 

tempraturların cəmi 3500-4500°C, şaxtasız günlərin müddəti 225-290 gün arasında 



dəyişir. Yay isti və  əsasən quru keçir. İyul ayının orta temperaturu 24-26°C, mütləq 

maksimumları isə 33-35°C təşkil edir. Qış çox mülayim keçir. Yanvar ayının orta 

tempraturu 2-4°C isti, mütləq minimumların orta kəmiyyəti 5-11°C şaxta təşkil edir. 

Qarlı günlərin sayı 10-30 gün arasındadır. Ən çox yağıntı (1200-1300 mm) Lənkəran və 

Astara ərazisnə düşür. Yağıntının miqdarı 500 mm-dən yuxarı olan ərazilərdə subtropik 

iqlimin  əlamətləri tədricən itir və yuxarı qalxdıqca yağıntı 400-600 mm-dək azalır və 

quru yay ilə mülayim-isti iqlim hökm sürür. Dağlıq ərazilərdə yay nisbətən sərin keçir, 

iyul ayının orta tempraturu 19-20°C, şaxtasız günlərin sayı isə 210-225 gün təşkil edir. 

Daglıq  ərazilər davamlı qar örtüyü ilə  səciyyələnir və qarlı  günlərin sayı 30-60 gün 

arasında dəyişir. Ümumən, Lənkəranregionunda havanın orta illik temperaturu 14 

0

C-dir. 


Lənkəran iqtisadi rayonu sıx çay şəbəkəsinə malikdir. Rayonun iri çayları Viləş, 

Lənkəran, Astaraçay, Təndərud, Göytəpə  Xəzər dənizi hövzəsinə aiddir. Rayonun 

çayları  əsasən yağış sularından qidalandığından su rejimi fəsillər üzrə qeyri-bərabər 

paylanmışdır. Belə ki, illik su axımının yalnız 10-15%-i suya daha çox tələbat olan yay 

aylarının payına düşür. Məhz bu səbəbdən rayonun su təchizatını  və suvarma 

əkinçiliyini daha da inkişaf etdirmək məqsədilə çayların üzərində bir neçə su anbarı 

tikilmişdir ki, onlardan da ən böyüyü 1977-ci ildə tikilmiş Xanbulançay su anbarıdır. 

Lənkəran iqtisadi rayonunun torpaq örtüyü müxtəlifdir. Lənkəran ovalığında qleyli-

küli-sarı, düzənlik-dağətəyi zonada meşə, Talış dağlarında sarı, qəhvəyi dağ-meşə çinli 

və dağ çəmən torpaqları yayılmışdır. 

Qəhvəyi dağ-meşə torpaqları quru və mülayim isti iqlim (yağıntıların ümumi 

miqdarı 400 mm, orta illik temperatur 12

o

C) şəraitində formalaşır. Bu torpaqlar iqtisadi 



rayonun orta dağlıq və dağətəyi qurşağının 600-1200 m hündürliyində yayılmışdır. Bu 

tip torpağın  əmələ  gəlməsi meşələrin tədricən seyrəkləşməsi, ağacları kolların  əvəz 

etməsi ilə bağlıdır. Meşə örtüyünün seyrəkləşməsi və ot bitkilərinin yaxşı inkişafı 

torpaqda böyük miqdarda kök kütləsinin və humusun (6% və daha çox) toplanmasına 

səbəb olmuşdur. Qəhvəyi dağ-meşə torpaqları meşələr altında olduğundan torpaq və su 



 

qoruyucusu  əhəmiyyətə malikdirlər. Lakin bu torpaqların bir hissəsi  əkinçilikdə  də 



istifadə olunur. Qəhvəyi dağ-meşə torpaqları yüksək potensial münbitliyi ilə səciyyələnir 

və onlar üzüm, bağ və taxıl bitkiləri altında uğurla mənimsənilir. 

Respublika ərazisində sarı torpaqlar yalnız bu iqtisadi rayonun dağətəyi və ovalıq 

ərazilərində yayılaraq 157,1 min ha və ya bütün torpaqların 1,8%-ni tutur. Bu torpaqlar 

orta illik temperaturu 14

o

C və illik yağıntılarının miqdarı 1300-1900 mm (cənubda) olan 



rütubətli subtropik iqlimin Aralıq dənizi tipi şəraitində formalaşır. Yağıntıların böyük 

miqdarı payız və qış fəsillərində düşür. 

Sarı torpaqlar şabalıdyarpaq palıd ağaclarından ibarət Hirkan tipli meşələr 

altındadır. Bu torpaqların böyük hissəsi çay plantasiyaları altında yerləşmişdir. Bu 

torpaqların iki növü-dağ sarı və sarı podrollu səciyyəvidir. 

Dağ sarı torpaqları dağətəyi qurşaqda yerləşmişdir, relyef və iqlim şəraitindən asılı 

olaraq müxtəlif qalınlığa malikdir. Torpağın üst qatında humusun miqdarı 6-8%-

dir.Düzən sahələrdə düzən meşələri (və ya mənimsənilən sahələr) altında qrunt sularının 

yüksək olduğu şəraitdə müxtəlif dərəcəli podzolluğa malik olan sarı-podzollu torpaqlar 

formalaşır ki, onun da yuxarı qatında humus təqribən 5%-dir. 

Torpaq örtüyünün strukturu kompleksliliyi ilə səciyyələnir. Bu özünü şimal hissədə 

qonur dağ meşə torpaqları ilə sərhəddə daha aydın büruzə verir. Burada  sarı dağ-meşə, 

sarı podzollu və sarı podzollu-qleyli torpaqların  əmələ  gətirdiyi birləşmələri müşahidə 

etmək mümkündür.Sarı-podzollu torpaqlar çay bitkisinin inkişafı üçün əlverişli 

göstəricilərə malikdir: turş reaksiya və profilin karbonatlı olmaması; ovalıq relyefi 

şəraitində yerləşməsi və mexanizasiya işlərinin geniş miqyasda tətbiqi imkanlarının 

böyük olması, eroziya proseslərinin zəif inkişafı; qrunt nəmliyinin olmaması. Bu cür 

göstəricilərə malik olan torpaqlar çay və digər subtropik bitkiləri yetişdirməyə imkan 

verir.Sarı-podzollu gleyli torpaqları dağətəyi düzənliklərə və qədim terraslarda olub izafi 

nəmlik və ya qrunt sularının səthə yaxın olduğu  şəraitdə formalaşır. Bu torpaqlar çay, 

qismən işə düyü və tərəvəz bitkiləri yetişdirilməsi üçün istifadə olunur. 

 



 

3.



 

TƏBİİ EHTİYATLAR 

 

Lənkəran iqtisadi rayonu faydalı qazıntılarla o qədər də zəngin deyil. Rayonda qeyri-

filiz yataqlarından tikinti qumu, gil, çaydaşı, gips, mərmər, həmçinin müalicə əhəmiyyətli 

mineral sular və meşələr kimi təbii ehtiyatlar vardır.  İqtisadi rayon respublikamızın sıx 

meşə örtüyünə malik rayonlarından biri kimi səciyyələnir.  Ərazinin 23,1%-ni örtən 

meşələr əsasən Talış dağlarını əhatə edir. Ən çox meşələr Astara (25,3%), Lerik (24,4%) 

və Lənkəran inzibati rayonlarının (20,0%) ərazisindədir. Ən az meşə sahəsi isə Cəlilabad 

inzibati rayonunun ərazisindədir. Rayonun meşələrində hirkan pelikt bitki növlərindən  

dəmirağac, şabalıdyarpaq palıd, ipək akasiya, vələs, cökə, şərq fıstığı, məxməri ağcaqayın 

ağacları üstünlük təşkil edir. 

Lənkəran iqtisadi rayonu zəngin rekreasiya-kurort ehtiyatlarına malikdir ki, bunların 

da  əsasını çoxlu soyuq və isti mineral bulaqlar təşkil edir. İqtisadi rayonun mineral 

bulaqlarının müalicəvi xüsusiyyətləri vardır. Təkcə Astara rayonu ərazisində 20-yə qədər 

mineral bulaq var. Bunlardan Ərgivan və Taxtadəran bulaqlarını xüsusi qeyd etmək 

lazımdır. Bu bulaqların suyunun temperaturu 35

o

-50



o

-dir. Yüksək minerallaşma 

xüsusiyyətinə malik olan bulaqlardan biri də Acışor bulağıdır. Lənkəran inzibati 

rayonundakı Yuxarı Lənkəran, Aşağı Lənkəran, Hövzava, Nəfthoni, Meşəsu, İbadı su və 

s. bulaqlarının tərkibi kükürdlə  və müalicə  əhəmiyyətli mineral maddələrlə  zəngindir. 

Masallı, Lerik, Yardımlı inzibati rayonları  ərazisində  də müalicə  əhəmiyyətli çoxlu 

mineral bulaqlar vardır. Müxtəlif quşların qışladığı  Qızılağac qoruğu, relikt bitkilərin 

saxlanıldığı  Hirkan qoruğu və Zuvand yasaqlığı Lənkəran iqtisadi rayonunun ərazisində 

yerləşir.Qızılağac qoruğu 1929-cu ildə yaradılmışdır və sahəsi 88,0 min hektardır. 

Qoruqda qu quşu, qazlar, ördəklər, sultan toyuğu, qızıl qaz, vağlar və s. qorunur.Hirkan 

qoruğu 1936-cı ildə yaradılmışdır və sahəsi 2,9 min hektardır. Qoruqda əsasən relikt 

bitkilər - dəmirağac,  şabalıdyarpaq palıd, Xəzər  şanagülləsi, azat ağacı  və s. qorunur. 

Yardımlı inzibati rayonunun ərazisində Zuvand yasaqlığı yerləşir. Bu yasaqlığın sahəsi 

15,0 min hektardır və burada qaya keçisi mühafizə olunur.




Yüklə 299,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə