1.
Ön söz
Müstəqillik illərində ölkəmizdə bütün istiqamətlərdə: elm, mədəniyyət idman və s. sahələrdə müşahidə etdiyimiz irəliləyiş
təhsil sahəsində də müşahidə edilməkdədir.
Pedaqoji universitetlərdə son illər Təhsil Strukturlarında gedən təkmilləşdirmələr, Azərbaycan təhsilinin müasir dünya
təhsili sisteminə uyğunlaşdırılması, Beynəlxalq tələblərə cavab verən humanist təhsil sisteminin qurulması sahəsində ardıcıl işlər
həyata keçirilir. Məlumdur ki, dövlət quruculuğu sashəsində sistemli işin təşkili, savadlı mütəxəssis kadrların hazırlanması
məsələsini önə çıxarır. Buna görə də Pedaqoji Universitetlərin qarşısında mühüm vəzifələr durur.
Müasir Beynəlxalq tələblərə cavab verə bilən mütəxəssislərin – pedaqoji kadrların lazımi səviyyədə hazırlanması üçün
proqram, dərslik və dərs vəsaitlərinin hazırlanması, tədrisin müasir tələblərə uyğun qurulması əsas vəzifələrdəndir.
Azərbaycan dilçiliyi kafedrası öz istiqamətini Universitetin istiqamətinə uyğun təşkil etməli və aşağıdakı vəzifələri həyata
keçirilməsinə çalışmalıdır.
1)
Proqram, dərslik və dərs vəsaitlərinin yeniləşdirilməsi;
2)
Tədris prosesinin – mühazirə və seminarların müasir təhsil sisteminin tələblərinə uyğun təşkil edilməsi;
3)
Dövlət və Universitetin məqsəd və vəzifələrini, Dövlət siyasətini əsas götürərək yetişməkdə olan gənc nəslə biliklərin
əsaslarını mükəmməl şəkildə öyrədə biləmn Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin yetişdiri9lməsi və s.
Dostları ilə paylaş: |