ilboyu
2016-2017
ilboyu
ilboyu
Oktyabr, noyabr,
2016
Ilboyu
Oktyabr, noyabr,
2016
Metodşuranın üzvləri
Kaf.müdiri
Kaf.müdiri, baş labo-
rant
Baş laborant
Kaf.müdiri, baş labo-
rant
Kaf.müdiri
Azərbaycan dilçiliyi
kafedrasının müdiri: prof.N.M.Xudiyev
53
11
.
KAFEDRANIN ƏSASNAMƏSİ
Azərbaycan
Dövlət Pedaqoji Universitetinin Elmi
Şurasının “__” _______ 201__-cü il tarixli “___” saylı
protokolu
ilə təsdiq edilmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dilçiliyi
kafedrası haqqında
ƏSASNAMƏ
1.
Azərbaycan dilçiliyi kafedrası (bundan sonra kafedra) ADPU-nun Filologiya fakultəsinin əsas tədris-elm struktur
sahələrindən biri olub, filologiya və onunla əlaqəli fənlər üzrə tədris, metodiki və elmi-tədqiqat, elmi-pedaqoji kadrların
hazırlanması, ixtisaslarının artırılması, təhsil alanlar arasında tərbiyəvi işləri həyata keçirir.
2.
Kafedra Azərbaycan Respublikası Qanunvericiliyinə, Təhsil Qanununa, Azərbaycan Respublikası Təhsil Nazirliyinin
normativ hüquqi aktlarına, təlimat və metodiki göstərişlərinə, qüvvədə olan digər qanunvericilik aktlarına, “Ali təhsil
müəssisəsinin Nümunəvi Nizamnamə”sinə, ADPU-nun Nizamnaməsinə, ali təhsil müəssisəsinin professor-müəllim heyətinin
vəzifələrə seçilməsi və attestasiyası qaydalarına və bu Əsasnaməyə uyğun olaraq formalaşdırılır və fəaliyyət göstərir.
3.
Kafedraya ümumi rəhbərlik, bir qayda olaraq, elmi dərəcəsi və elmi rütbəsi olan kafedra müdiri tərəfindən həyata keçirilir.
4.
Kafedranın kollektiv idarəetmə orqanı onun ayda bir dəfədən gec olmayaraq çağırılan ümumi yığıncağıdır. Kafedra
əməkdaşlarının elmi-tədqiqat işlərinin qurulmuş qrafik əsasında müzakirələri zamanı ayda bir neçə dəfə keçirilə bilər.
5.
Kafedraya - kafedra müdiri, professorlar, dosentlər, baş müəllim, müəllim, doktorantlar laborant və baş laborantlar
daxildirlər.
6.
Kafedranın əsas vəzifələri:
-
bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş məşğələlərin, mühazirələrin, laboratoriya, praktiki seminar
və digər dərslərin yüksək elmi-nəzəri səviyyədə aparılmasını təmin etmək;
-
cari imtahanların və aralıq yoxlamaların keçirilməsini təmin etmək;
54
-
dövlət imtahanlarının təşkilində və keçirilməsində fəal iştirak etmək;
-
təhsil alanlar arasında fəal vətəndaş mövqeyinin formalaşması işində iştirak etmək;
-
kafedrada tədris edilən fənlər üzrə tədris proqramlarının işlənib hazırlanmasını, müvafiq qaydada təsdiq edilmək üçün
təqdim olunmasını təşkil etmək, digər kafedraların hazırladığı tədris proqramlarına rəy vermək;
-
dərslik, dərs vəsaitləri, metodiki rəhbərlik, təlimat, göstəriş, əyani vəsait və b. hazırlanmasını təmin etmək, rektorluğun
(fakültənin) göstərişi ilə dərslik, dərs vəsaiti və tədris-metodiki ədəbiyyata rəy vermək;
-
elmi-tədqiqat işlərinin aparılmasını təşkil etmək, aspirantların, doktorantların və tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik
etmək;
-
tamamlanmış elmi-tədqiqat işlərinin müzakirəsini təşkil etmək, onların istehsalatda tətbiq edilməsi və ya nəşr edilməsi
üçün rəy vermək;
-
kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının tərtib olunmasını və onların icrasını təmin
etmək;
-
institutun, respublikanın və xarici ölkələrin ali məktəblərinin pedaqoqlarının qabaqcıl iş təcrübəsinin öyrənilməsini və
yayılmasını təşkil etmək;
-
tədris prosesində müasir texniki vasitələrdən, yeni metodikalardan istifadə edilməsinə dair tədbirlər hazırlayıb həyata
keçirmək;
-
elmi-pedaqoji və elmi kadrların hazırlanması üçün tələbələrlə, aspirantlarla və doktorantlarla işi təşkil etmək;
-
kafedra əməkdaşlarının dissertasiyasının yüksək səviyyədə hazırlanmasına kömək etmək, həmçinin rektorluğun
(fakültənin) tapşırığına əsasən digər iddiaçıların dissertasiyalarını müzakirə edib rəy vermək;
-
müasir texnologiyaların tətbiqi üzrə qabaqcıl təcrübənin öyrədilməsi və yeni iş metodlarının tətbiq edilməsi məqsədi ilə
müxtəlif müəssisə və təşkilatlarla əməkdaşlığı təmin etmək, qarşılıqlı faydalı əlaqələri genişləndirmək;
-
pedaqoji sahədə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasına köməklik göstərmək, təhsil müəssisələrinə müqavilə
əsasında müxtəlif xidmətləri təmin etmək, araşdırmalar aparmaq, proqramlar və təkliflər hazırlamaq;
-
ADPU-nun bakalavr, kafedranın magistr və doktorant məzunları ilə daim əlaqələri təmin etmək;
-
Təhsilin inkişafı, tələbələrə verilən biliyin yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə kafedrada tədris edilən fənlər üzrə
elmi biliklərin təbliğini təşkil etmək;
7.
Kafedra ADPU-nun Elmi Şurasının qərarı ilə, ən azı 3 professor müəllim (o cümlədən 3 nəfər elmi dərəcəyə malik) olduqda
yaradılır. Kafedranın illik tədris yükü 3,0 min saatdan çox olmalıdır.
55
8.
Kafedra iclaslarına ADPU-nun əməkdaşları, fakültənin və qonşu kafedraların əməkdaşları, doktorant və dissertantlar da
dəvət oluna bilərlər.
9.
Kafedra iclaslarında aşağıdakı məsələlər müzakirə edilir:
-
kafedra müdirliyinə seçimlə əlaqədar namizədlərin müzakirəsi;
-
kafedranın bütün fəaliyyət növləri üzrə gördüyü işlər, professor - müəllim heyətinin, doktorantların, aspirantların, magistr
təhsili alan, staj keçən və ya fərdi planla təhsil alan tələbələrin tədris-tədqiqat planları və hesabatları;
-
kafedrada tədris olunan fənlər üzrə tədris vəsaitləri, proqramları, mühazirə və imtahan materialları;
-
müəllimlərin tədris yükünün bölünməsi və tədris yükünün yerinə yetirilməsi vəziyyəti;
-
kafedra tərəfindən təşkil edilən elmi seminarların, konfransların, açıq dərslərin və s. tematikası, onların keçirilməsinin
nəticələri;
-
Elmi rəhbərlərin və rəy verənlərin təyin edilməsi;
-
elmi və metodiki işlərin nəşr olunmasına dair təqdimatların verilməsi;
-
tədris olunan fənlər üzrə sərbəst proqramla təhsil alan tələbələrin işlərinin mövzularının müəyyənləşdirilməsi;
-
sərbəst işlərin hazırlanması, təhvil verilməsi və qiymətləndirilməsi qaydalarının müəyyən edilməsi.
10.
Kafedra mövcud normativ hüquqi aktlara uyğun olaraq qarşısına qoyulmuş vəzifələri yerinə yetirmək üçün öz səlahiyyətləri
daxilində digər məsələləri də müzakirə edib müvafiq qərar qəbul edə bilər.
-
Kafedra iclaslarında qəbul olunan qərarlar haqqında fakültənin rəhbərliyinə, zərurət olduqda isə ADPU-nun rektorluğuna
və ya Elmi Şurasına məlumat verilir.
11.
Kafedra iclaslarında aşağıdakı məsələlər barədə təklif, tövsiyə və ya təqdimatlar verilə bilər:
-
öz səlahiyyətləri daxilində kafedra müəllimlərini xarici ölkələrə, stajkeçmə və ixtisasartırma kurslarına, yaradıcılıq və
tədqiqat ezamiyyətlərinə göndərmək üçün, eləcə də doktoranturaya qəbulla bağlı təqdimat vermək;
-
müəllim və elmi işçilərin kafedraya işə qəbulu haqqında işəgötürmə komissiyasına tövsiyə, onlarla müqavilə bağlanması,
mövcud qanunvericiliyə uyğun olaraq onlara vəzifə maaşı və əlavələrin təyin edilməsi haqqında müraciət hazırlamaq;
-
magistraturaya, doktoranturaya qəbul və iddiaçıların kafedraya təhkim olunması ilə bağlı təkliflər vermək;
-
tələbələrin fərdi planlarına uyğun təhsilə keçirilməsi ilə bağlı təkliflər hazırlamaq;
-
əməkdaşların həvəsləndirilməsi və ya cəzalandırılması ilə bağlı əsaslandırılmış təqdimat vermək;
-
kafedranın müəllimlərinin, elmi işçilərinin və digər əməkdaşlarının vəzifədən kənarlaşdırılması haqda təqdimat vermək;
56
-
digər təkliflər vermək.
12.
Kafedra iclaslarında qərarlar açıq və ya gizli səsvermə yolu ilə, sadə səs çoxluğu ilə qəbul edilir.
13.
Kafedra müdiri:
-
kafedranın fəaliyyətinə rəhbərlik edir, onun işini planlaşdırır və təşkil edir;
-
kafedra iclaslarını çağırır, onlara sədrlik edir;
-
Elmi Şura qarşısında kafedranın fəaliyyəti barədə hesabat verir;
-
kafedranı təmsil edir;
-
kafedra müdirinin müavinləri vəzifələrinə namizədləri təklif edir;
-
kafedranın fəaliyyətinin nəticələrinə görə məsuliyyət daşıyır.
14.
Kafedrada kargüzarlıq mövcud qanunvericiliyə və ADPU-da qəbul edilmiş qaydalara uyğun olaraq aparılır.
15.
Əsasnaməyə əlavələr və dəyişikliklər, onun qəbul olduğu qaydada həyata keçirilir.
Əsasnamə
kafedranın “ 7 ” sentyabr
2016-cı il tarixli iclasında qəbul edilmişdir.
Kafedra müdiri:_____________ prof. N.M.Xudiyev
Azərbaycan ADPU-nun
Tədris-Metodiki Şurasının “____” “___________” 2016-cı il tarixli iclasında müzakirə edilərək bəyənilmiş, təsdiq edilməsi üçün
Elmi Şuraya tövsiyə olunmuşdur.
Tədris-Metodiki Şuranın sədri: ___________ porof.M.Cəbrayılov
Dostları ilə paylaş: |