Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/48
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19162
1   ...   6   7   8   9   10   11   12   13   ...   48

 
 
28 
 
1.1.1. Elektron texnologiyalarından istifadəyə dair emal texnologiyalarını şərh 
edir, təqdimatlar hazırlayır. 
 
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir. 
1.2.1.  Elektron  texnologiyalarından  istifadə  etməklə  hazırlanacaq  məmulata 
görə iş yerini təşkil edir. 
1.2.2.  Elektron  texnologiyalarından  istifadə  etməklə  məmulatın  hazırlanması 
ardıcıllığını müəyyənləşdirir. 
1.2.3.  Elektron  texnologiyalarından  istifadə  etməklə  məmulatın  hazırlanması 
üçün uyğun emal texnologiyası seçir. 
 
1.3. Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq) 
müxtəlif məmulatlar hazırlayır. 
1.3.1.  Verilmiş  materiallardan  müxtəlif  sayda  detallardan  ibarət  məmulat 
hazırlayır. 
1.3.2.  Materialları  müxtəlif  olan  detallardan  məmulat  hazırlayarkən  tərtibat 
bacarıqları nümayiş etdirir. 
1.3.3.  Qrup  tərkibində  müxtəlif  məmulatlar  hazırlayarkən  birgə  fəaliyyət 
bacarıqları nümayiş etdirir. 
1.3.4.  Məmulatların  hazırlanması  prosesində  işin  xarakterinə  uyğun 
təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir. 
 
 
1.4.  Şəraitə  və  təbii  imkanlara  uyğun  əmək  bacarıqları  (becərmə, 
bəsləmə, tədarük, emal) nümayiş etdirir*
3

1.4.1.  Ev  quşları  və  heyvanlar  üçün  yem  tədarükü  və  emalı  texnologiyasına 
aid bilik və bacarıqlar nümayiş etdirir. 
 
2. Texnika elementləri 
Şagird: 
2.1.  Texnoloji  maşın,  cihaz  və  vasitələr  haqqında  biliklərə  malik 
olduğunu nümayiş etdirir. 
2.1.1. Elektron texnologiyalarla işləyən qurğuların iş prinsipini şərh edir. 
2.1.2. Elektron cihazların iş prinsipini izah edir, layihələr hazırlayır və təqdim 
edir. 
 
2.2.  Texnoloji  maşın,    cihaz  və  vasitələrdən  istifadə  bacarıqları  nümayiş 
etdirir. 
2.2.1. Elektron texnologiyalarla işləyən qurğuları idarə edir. 
2.2.2. Elektron cihazları dövrəyə qoşur, onlara xidmət edir. 
 
3. Məişət mədəniyyəti 
Şagird: 
                                                
3
 Kənd məktəbləri üçün nəzərdə tutulur. 


 
 
29 
 
3.1.  Məişətdə  zəruri  hesab  edilən  bilik  və  bacarıqlara  yiyələndiyini 
nümayiş etdirir. 
3.1.1.  Mədəniyyət  ocaqlarında  mədəni  davranış  və  ünsiyyət  qaydalarını  şərh 
edir. 
3.1.2.  Yaşayış  yerində  və  məktəbdə  sadə  təmir,  dekorativ,  bəzək  və  interyer 
tərtibatı ilə bağlı təqdimatlar edir. 
 
3.2. Ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar 
nümayiş etdirir. 
3.2.1.  Ailə  və  onun  büdcəsinin  formalaşmasında  sahibkarlıq  fəaliyyətinin 
rolunu izah edir. 
 
4. Qrafika 
Şagird: 
4.1. Məmulatların texniki spesifikasiyasını şərh edir. 
4.1 .1. Müxtəlif birləşmələri olan məmulatların spesifikasiyasını şərh edir. 
 
4.2.  Məmulat  və  onun  detallarının  texniki  sənədləşdirilməsi  bacarıqları 
nümayiş etdirir. 
4.2.1.  Müxtəlif  birləşmələri  olan  məmulatların  qrafik  təsvirini,  çertyojunu, 
texnoloji xəritəsini çəkir və oxuyur. 
 
 
1.6. Fəndaxili və fənlərarası  inteqrasiya 
 
Mühüm  həyati  bacarıqların  formalaşdırılmasında  geniş  imkanlara  malik 
«Texnologiya»  fənninin  tədrisində  uğurlu  nəticələr  əldə  etmək  üçün  təlim 
prosesində müxtəlif inteqrasiya növlərindən istifadə olunması zəruri hesab edilir. 
Fənn  kurikulumlarının  səmərəli  tətbiqində  fəndaxili  və  fənlərarası  əlaqələrin 
düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Konkret bir fənnin digər 
fənlərlə  inteqrasiyasının  yaradılması  şagirdlərin    kompleks  biliklər  almasına, 
onların 
dünyagörüşünün 
genişləndirilməsinə, 
təfəkkürlərinin 
inkişafına, 
tədqiqatçılıq meyillərinin yaranmasına gətirib çıxarır. 
İnteqrasiya  vaxtdan  səmərəli  istifadə  etməyə,    şagirdlərin  təlim  yükünün 
azalmasına,  təlimə  marağın  artmasına    şərait  yaradır,  eyni  zamanda  bilik  və 
bacarıqların qazanılmasında intensivlik və səmərəliliyi təmin edir. 
Fəndaxili  inteqrasiya  fənn  üzrə  nəticələrin  sinifdaxili  və  siniflərarası 
əlaqələrini  nəzərdə tutur.  Fəndaxili inteqrasiya  posesində əlaqələndirilən  məzmun 
informativ  cəhətdən  daha  tutumlu  olub  şagirdlərdə  geniş  miqyaslı  düşünmə 
bacarıqlarının formalaşdırılmasına köməklik göstərir.  
Fəndaxili inteqrasiya üfüqi və şaquli istiqamətlərdə qurulur. 
Fəndaxili üfüqi inteqrasiyada hər hansı bir sinif daxilində məzmun xətləri üzrə 
təlim nəticələri arasında əlaqə yaradılır.  


 
 
30 
 
Fəndaxili  şaquli  inteqrasiyada  siniflər  arasında  məzmun  xətləri  üzrə  təlim 
nəticələrinin əlaqələri nəzərdə tutulur.  
Fənlərarası inteqrasiya bir fənn üzrə təlim nəticələrinin digər fənlər üzrə təlim 
nəticələri ilə əlaqəsini nəzərdə tutur.  
İbtidai təhsil pilləsində bütün fənlərin, adətən, eyni müəllim tərəfindən tədris 
edilməsi  fənlərarası  inteqrasiyanın  yaradılması  üzrə  işi  xeyli  yüngülləşdirir.  Belə 
ki,  ibtidai  sinif  müəllimləri  təlim  prosesində  fənlər  və  mövzular  arasındakı 
əlaqələri  çox  asanlıqla  izləyir,  əlaqə  imkanlarını    dəqiq  müəyyənləşdirir,  bilik  və 
bacarıqların formalaşdırılmasında bu əlaqələrdən yaradıcılıqla istifadə edirlər. 
Fənlərarası inteqrasiyanın həyata keçirilməsi imkanlarını əks etdirən cədvəllər 
təqdim olunur (cədvəl 1 və 2-yə bax). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə