Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/32
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4643
1   2   3   4   5   6   7   8   9   ...   32

 
16 
nümayiş  etdirmək,  təqdimat  vermək,  problemi  həll  etmək,  təkliflər 
vermək)qazanır.  
Danışma  fəaliyyəti  üzrə  məzmun  xətlərinə  əsasən  şagirdlər  sosial  və 
kommunikativ  vərdişlər  qazanır:  düzgün  vurğu,  ritm  və  intonasiya  daxilində 
axıcı,  rəvan,  aydın  və  səlis  nitqə  malik  olur,  eyni  zamanda,  onlarda  tənqidi 
təfəkkür, sərəbst düşüncə və özünəinam kimi keyfiyyətlər formalaşır.  
Oxu  fəaliyyəti  üzrə  məzmun  xətlərinə  əsasən  şagirdlər  oxu  bacarıqları 
nümayiş etdirməklə müəyyən etmək, analiz etmək, müqayisə etmək, araşdırmaq, 
təşkil etmək kimi keyfiyyətlər qazanırlar.  
Oxu  fəaliyyəti  üzrə  məzmun  xətlərinə  əsasən  şagirdlər  sosial  və 
kommunikativ  vərdişlərə  yiyələnirlər:  oxu  vərdişlərinə  malik  olan    şagirdlər 
mütaliə  mədəniyyəti  qazanır,  bədii  zövqü  və  elmi-intellektual  səviyyəni  artırır, 
həyatsevərlik  və  gələcək  planları  haqqında  yeni  düşüncələr  əldə  edirlər.  Mətn 
üzrə  problemi  təyin  edərək,  yaddaşı,  yaradıcılıqlarını,  davranış  mədəniyyətlərini 
təkmilləşdirir,    hadisələri  dəyərləndirmək  kimi  keyfiyyətlər  qazanırlar.  Mətndəki 
hadisələrə,  xarakterlərə,  süjetlərə  yazılı  və  şifahi  şəkildə  fikir    bildirirlər.  Oxunu 
bir  əyləncə  vasitəsi  kimi  dərk  edən  şagirdlər  müxtəlif  mədəniyyətlər  haqqında 
yeni  biliklər  toplayır,  oxuduqları  mətni  səhnələşdirərək  pantomimo  və  tamaşalar 
hazırlayır, ədəbi-bədii, elmi-intellektual kitab və əsərləri oxumaq həvəsi qazanır, 
şeir, nəsr, elmi-kütləvi əsərlər,  milli  və xarici  folklor  nümunələrinə  məhəbbət və 
hörmət bəsləyirlər.    
 Yazı  fəaliyyəti  üzrə  məzmun  xətlərinə  əsasən  şagirdlər  akademik  yazı  və 
mediasiya bacarıqları (təşkil etmək, sözləri seçmək, ardıcıl sıraya düzmək, cümlə 
quruluşuna riayət etmək, aydınlaşdırıcı fakt və arqumentlərdən istifadə etmək və 
nəticəyə gəlmək) qazanırlar.  
Yazı  fəaliyyəti  üzrə  məzmun  xətlərinə  əsasən  şagirdlər  sosial  və 
kommunikativ  vərdişlərə  (esse,  layihə,  məktub,  dəvətnamə  və  s.)  yiyələnirlər, 
planlaşdırma,    təhliletmə,  izahetmə,  ümumiləşdirmə  bacarıqları  qazanırlar.  Yazı 
vasitəsilə  fikirlərinin  dəyərləndirilməsinə  nail  olurlar,  dünyəvi  əlaqələrə,  onlayn 
layihələrinə qoşularaq demokratiyada fəal iştirak edirlər. 


 
17 
            
 
 
1.5. Məzmun standartları 
 
I   sinif 
I sinfin sonunda şagird: 

 
təqdim olunan nitq nümunələrini başa düşdüyünü nümayiş etdirir; 

 
ilkin tələffüz vərdişlərinə yiyələndiyini nümayiş etdirir; 

 
öyrəndiyi  nitq  nümunələrindən  istifadə  edərək  ünsiyyət  qurmaq 
bacarıqlarının nümayiş etdirir. 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
 
1.  Dinləyib-anlama 
Şagird:  
1.1. Təqdim olunan nitq nümunələrini başa düşduyünü nümayiş etdirir. 
1.1.1. Sadə müraciətlərə əməl edir. 
1.1.2. Adını eşitdiyi əşyaları şəkillərdə seçir və göstərir. 
1.1.3. Əşyaları eşitdiyi əlamətlərinə görə fərqləndirir. 
2. Danışma 
Şagird:  
2.1. İlkin tələffüz bacarıqlarına yiyələndiyini nümayiş etdirir. 
2.1.1. Dinlədiyi səs, səs birləşmələri və sadə sözləri təkrar edir. 
2.1.2. Dinlədiyi söz birləşmələri və sadə cümlələri təkrar edir. 
2.1.3. Öyrəndiyi səs, səs birləşmələri və sadə sözləri tələffüz edir. 
2.1.4. Öyrəndiyi söz birləşmələri və sadə cümlələri tələffüz edir. 
2.2.  Öyrəndiyi  nitq  nümunələrindən  istifadə  edərək  ünsiyyət  qurmaq 
bacarıqlarını nümayiş etdirir. 
2.2.1. Şəkildə əks olunan əşyaları və ətrafdakıları adlandırır. 
2.2.2 Adlandırdığı əşyaların əlamətlərini (həcm, rəngi) sadalayır. 


 
18 
2.2.3. Şəkildə əks olunan əşyaları və ətrafdakıları öyrəndiyi sözlər əsasında təsvir 
edir. 
2.2.4.  Öyrəndiyi  söz,  söz  birləşmələri  və  nitq  edtiketlərindən  istifadə  edərək 
ünsiyyət qurur. 
II   sinif 
II sinfin sonunda şagird: 

 
təqdim olunan nitq nümunələrini başa düşdüyünü nümayiş etdirir; 

 
düzgün tələffüz vərdişlərinə yiyələndiyini nümayiş etdirir; 

 
öyrəndiyi  nitq  nümunələrindən  istifadə  edərək  ünsiyyət  qurmaq 
bacarıqlarını nümayiş etdirir; 

 
hərf elementləri üzrə dünzgün yazı bacarıqları nümayiş etdirir. 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
 
1. Dinləyib -anlama 
Şagird:  
1.1. Təqdim olunan nitq nümunələrini başa düşdüyünü nümayiş etdirir. 
1.1.1. Müraciətlərə əməl edir. 
1.1.2. Adını eşitdiyi əşya və hadisələri şəkillərdə seçir və göstərir. 
1.1.3. Əşya və hadisələri eşitdiyi əlamətlərinə görə fərqləndirir. 
2. Danışma 
Şagird:  
2.1.    Düzgün tələffüz bacarıqlarına yiyələndiyini nümayiş etdirir. 
2.1.1. Dinlədiyi söz və söz birləşmələrini təkrar edir. 
2.1.2. Dinlədiyi sadə cümlələri təkrar edir. 
2.1.3. Öyrəndiyi söz və söz birləşmələrini tələffüz edir. 
2.1.4. Öyrəndiyi sadə cümlələri tələffüz edir. 
2.2.    Öyrəndiyi  nitq  nümunələrindən  istifadə  edərək  ünsiyyət  qurmaq 
bacarıqları nümayiş etdirir.  
2.2.1. Müxtəlif  məzmunlu şəkillərdə əks olunan əşya və hadisələri (ailə, məktəb) 
adlandırır. 
2.2.2. Adlandırdığı əşyaların əlamətlərini (forma və kəmiyyət) sadalayır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə