Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/32
tarix14.10.2017
ölçüsü5,01 Kb.
#4643
1   ...   12   13   14   15   16   17   18   19   ...   32

 
49 
rollu oyun, dəyirmi masa, Venn diaqramı, insert, ziqzaq, karusel, akvarium, qərarlar ağacı, 
layihələrin  hazırlanması,  söz  assosiasiyası  və  s.    ümumi    və  tam    təhsil  pilləsində  də 
konsentrik prinsipə müvafiq  istifadə oluna bilər. 
                                         
Təlimin təşkili formaları 
Kooperativ  təlim.  Bu  forma  şagirdyönümlü  xarakter  daşıyaraq  təlimin 
müvəffəqiyyətlə  nəticələnməsinə  xidmət  edir.  Təlimin  bu  forması  kiçik  və  böyük 
komandalardan ibarət olub müxtəlif səviyyələri və qabiliyyətləri aşkar edir. Şagirdlər ikinci 
dilin  qazanılmasında  bilik  və  bacarıqlarını  istənilən  mövzu  ətrafında  genişləndirib  birgə 
fəaliyyət  əsasında  həyata  keçirirlər.  Kooperativ  təlim  interaktiv  təlim  şəraitində,  yəni 
şagirdlərin  bir-birilərinə  qarşılıqlı  təsiri  nəticəsində  həyata  keçirilir.  Bu  zaman  fərdi, 
cütlərlə,  qruplarla,  böyük  və  kiçik  qruplarala  iş  formalarından  geniş  istifadə  edilir.  Bu 
zaman  müəllim  hər  hansı  bir  iş  formasını  seçən  zaman  mütləq  qrup  işi  qaydalarını 
xatırlatmalı və qarşıya qoyulan məqsədə çatmaq üçün şagairdlərin yaradıcılığından istifadə 
etməlidir. Kooperativ dərslərdə şagirdlərin istedadları tez aşkar olunur. 
 
Kooperativ təlim prosesində əldə olunan nəticələr:  
Fərdlərarası  inkişafa  nail  olmaq  və  öyrənmədə  fəal  iştirak  etmək,  əks-əlaqə  üçün 
daha  çox  imkanlar  qazanmaq  və  məzmunu  daha  dərin  anlamaq,  tapşırıqların  həllində 
yüksək  motivasiya  yaratmaq,  məzmunda  aktiv  və  konstruktiv  iştirak  etmək,  özü  üzərində 
işləmək,  qrup  konfliktlərini  həll  etmək,  qarşılıqlı  təsir  bacarıqlarını  təkmilləşdirmək, 
öyrənmə  zamanı  təcrübələri  ilə  şagird  maeağını  artırmaq,  şifahi  kommunikasiya 
bacarıqlarını inkişaf etdirmək tələb olunur. 
Böyük  və  kiçik  qruplarda  iş.  Şagirdlər qrupda birləşir  və hər  hansı problemi həll 
etmək  üçün  birgə  fəaliyyətə  cəlb  olunur.  Praktik  iş  prosesində  verilmiş  tapşırığın  fəal 
müzakirəsi  təşkil  edilir,  onun  həlli  üçün  fikir  mübadiləsi  aparılır,  mühakimə  yürüdülür, 
nəzəri  materiallar  praktik  yolla  mənimsənilir.  Bu  iş  formasında  şagirdlərin  aşağıdakı 
bacarıqlara  yiyələnməsi  üçün  real  şərait  yaranır:  ünsiyyət  saxlamaq,  fikir  mübadiləsi 
aparmaq,  dostunun  fikrinə  hörmətlə  yanaşmaq,  problemləri  birlikdə  həll  etmək,  kollektiv 
fəaliyyətə  uyğunlaşmaq,  sağlam  rəqabət  aparmaq  və  verilən  vaxtdan  səmərəli  istifadə 
etmək. Onlar qruplara ayrılmaqla  aralarında aşağıdakı kimi vəzifə bölgüsü aparırlar: 
1.Qrup lideri;  


 
50 
2.Məlumat toplayan;  
3.Qeydlər aparan;  
4. Vaxta nəzarət edən;  
5. Qrup işini təqdim edən. 
 Şagirdlər  qrup  işi  aparılarakən  bir-birilərinə  diqqətlə  qulaq  asmalı,  məlumat 
mübadiləsi aparmalı, məsuliyyətlə bir-birilərinə kömək etməlidirlər. 
Cütlərlə  iş.    Dərs  prosesində  şagirdlər  iki-iki  işləyir,  təlim  tapşırıqlarının  yerinə 
yetirilməsində  birgə  fəaliyyət  göstərirlər.Bu  onlara  bir-birini  daha  yaxşı  başa  düşməyə, 
əməkdaşlıq etməyə, məsuliyyətlərini dərk etməyə imkan yaradır.  
Fərdi  iş.  Bu  iş  formasında  müəllim  şagirdlərin  fərdi  istedadını  üzə  çıxarmaq  üçün 
müxtəlif  vasitələrdən  istifadə  edir,  uyğun  tapşırıqlar  seçir.  Kollektivdə  işləmək,  kollektiv 
fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur, şagirdlər arasında  mütəşəkkil  ünsiyyətin 
yaradılması  və  inkişafı  istiqamətində  iş aparılır. Müəllim  fərdi  iş  forması seçərkən  hər bir 
şagird üçün ayrı sual və ya tapşırıqlar tərtib edir. 
İnteqrativ  təlim  forması  üzrə  keçilən  dərslər    iki  fənn  müəllimi  tərəfindən  idarə 
edilir.  Mövzu    hər  iki  fənn  üçün  ortaq  olur.  Dərs  növbə  ilə  gah  bir,  gah  da  digər  fənn 
müəllimi  tərəfindən  aparılır.  Xarici  dil  dərslərini  biologiya,  musiqi,  ana  dili  dərsləri  ilə 
inteqrativ  aparmaq  mümkündür.  Xarici  dil  dərslərində  tətbiq  edilən  təlim  üsulları 
şagirdlərin  kommunikativ  nitq  bacarıqlarının,  onların  tənqidi  təfəkkürünün  inkişafına 
yönəldilir.                            
Ümumiyyətlə,  müasir  dünya  təcrübəsini  özündə  əks  etdirən  yeni  fənn 
kurikulumlarında,  o  cümlədən  xarici  dil  kurikulumlarında  müəyyən  edilmiş  təlim 
nəticələrinin,  məzmun  standartlarının  reallaşması  interaktiv  metodların,  çevik  üsulların 
tətbiqi olmadan mümkün deyildir. Yeni  məzmunun tələb etdiyi təlim metodları müəllim və 
şagird  fəaliyyətinin  mahiyyətini  də  dəyişir:  müəllim,  daha  çox,  istiqamət  verən, 
tənzimləyən,  şagird  isə  axtaran,  tədqiqat  aparan,  öyrənmək  üçün  əməkdaşlıq  edən  rolunda 
çıxış  edir.  Məhz  belə  yanaşma  nəticəsində  sinifdə  demokratik  mühit,  müəllim  –  şagird 
münasibətləri, pedaqoji əməkdaşlıq yaranır. Şagird təhsil prosesinin subyektinə çevrilir. 
Təlimin təşkilinin digər formaları 


 
51 
Təlimdə  dərslərlə  yanaşı,  digər  formalardan  da  istifadə  olunur.  Belə  formalara 
seminar  məşğələləri,  praktikumlar,  təlim  ekskursiyaları,  fakültativ  məşğələlər,  əlavə 
məşğələlər,  məsləhətlər,  ev  tapşırıqları,  təlimin  sinifdənxaric  formaları  daxildir.  Bütün  bu 
formalar təlimin əsas forması olan dərslə qarşılıqlı əlaqədə həyata keçirilir.  
Seminar  məşğələlər  məktəbin  yuxarı  siniflərində  tətbiq  olunur.  Şagirdlər  verilmiş 
mövzu  üzərində  müstəqil  çalışır,  esse  yazır,  konfranslar  üçün  məruzə  və  raport  hazırlayıb 
yoldaşları qarşısında çıxış edirlər. Seminar disput (mübahisə) formasında da keçirilə bilər. 
Seminar  məşğələsi  bir  neçə  mərhələdə  keçirilir:  hazırlıq,  müəllimin  giriş  sözü,  çıxışlar, 
müzakirələr,  yekun,  qiymətləndirmə.    Seminar  məşğələləri  şagirdləri  müstəqil  işə  cəlb 
etmək, onlarda özünütəhsil bacarıqları aşılamaq baxımından əhəmiyyətlidir.  
Praktikumlar  şagirdlərin  müstəqil  işinə  əsaslanan  formalardır.  Belə  dərslər 
kompyuterin köməyi ilə keçirilən elektron dərslərdir. Bu dərslər həm fərdi, həm də cütlərlə 
aparıla bilər. Müəllim şagirdlərə burada hər hansı mövzuya aid praktiki iş tapşırır: müxtəlif 
mənbələr  tapmaq,  sosial  şəbəkələrdən  istifadə  etmək,  animasiyalar  yaratmaq  və  simvollar 
seçmək.  Praktikumlar  bəzən  istehsal  sahələrində  də  aparıla  bilər;  şagirdlər  xarici  dildə 
müxtəlif  müraciətlər  edər,  sosial  və  iqtisadi  davranışlar  sahəsində  bacarıqlar  nümayiş 
etdirər. 
Təlim  ekskursiyaları  sinfin  bütün  şagird  heyəti  ilə  təbii  şəraitdə  keçirilən 
məşğələlərdir.  Belə  dərsləri  könüllülük  şəraitində  keçilən  tərbiyəvi  xarakterli 
ekskursiyalardan  fərqləndirmək  lazımdır.  Təlim  ekskursiyaları  təhsil  proqramlarında  öz 
əksini  tapır:  müəllim  hansı  mövzularda  ekskursiya  təşkil  edəcəyini  proqram  əsasında 
müəyyənləşdirir.  Yerindən  asılı  olaraq  müxtəlif  sahələrdə  təlim  ekskursiyalarını:  təbiət, 
tarix (tarixi yerlərə), incəsənət (muzey və sərgilərə), istehsalat ekskursiyaları təşkil edir.  
Fakültativ  məşğələlər  könüllülük  əsasında  aparılan  məşğələlərdir.  Bu  məşğələlər 
məktəbin  orta  və  yuxarı  siniflərində  xüsusi  proqramla  keçilir.  Fakültativ  məşğələlərdə 
müstəqil  yaradıcı  işlərə,  tədqiqatçılıq  işinə  geniş  yer  verilməli,  şagirdlərin  fərdi  maraq  və 
qabiliyyətlərinin inkişafına şərait yaradılmalıdır. 
Məsləhətlər şagirdlərin çətinlik çəkdikləri mövzular üzrə aparılan təlim formalarıdır. 
Onlar  fərdi  və  qrup  şəklində  keçirilə  bilər.  Bəzi  məktəblərdə  məsləhətlər  il  boyu  xüsusi 
cədvəl üzrə (müəyyən günlərdə və saatlarda) aparılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə