Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universitetipol I tolog I y a


XIV Mövzu Dünya inkişafının müasir doktrinaları (2 saat)



Yüklə 251,32 Kb.
səhifə4/4
tarix26.09.2017
ölçüsü251,32 Kb.
#1713
1   2   3   4

XIV Mövzu
Dünya inkişafının müasir doktrinaları (2 saat)
Plan:


  1. Dünyanın sosial-siyasi inkişafına müasir baxışlar

  2. Dünya inkişafına dair müasir doktrinalar

  3. Elita nəzəriyyəsi


Ədəbiyyat


  1. Politologiya. Dərs vəsaiti. ADİU B., 2004.

  2. M.Ə.Əfəndiyev. Siyasi elmin əsasları. B., 2004.

  3. Ə Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarıcı siyasəti. B., 2005.

  4. Y.Rüstəmov. Siyasi hüquqi təlimlər tarixi. B., 2000.

  5. Мировая политика. Лебедев М.М. 2008.

  6. Третья война. Демократизация в конце ХХ века. Хантингтон С. 2003



METODİK MƏSLƏHƏT
Dünyanın sosial-siyasi inkişafına müasir baxışlar” adlanan ilk sualı şərh edərkən birldirmək lazımdır ki, dünya sivilizasiyasının gələcək inkişafına dair müxtəlif konsepsiyalar hazırlanır. Bəşəriyyətin inkişafının iqtisadi və sosial siyasi aspektlərinin təhlili məsələlərində mühüm mövqeyə çatmasını araşdırmaq daha məqsədəuyğun olardı. Burada ümumdünya miqyasında əməkdaşlıq, dünya ölkələri və xalqlarının sıx, əməli, qarşılıqlı fəaliyyəti zəruridir. Mədəniyyəti qorumaq, onu qabalaşmadan müdaifə etmək məsələsini həyatın özü irəli sürür. Qeyd etmək lazımdır ki, bəşəriyyətin inkişafının hər bir mərhələsi onu keçmiş və gələcəkdə əlaqələndirən ümumi cəhətlərlə yanaşı, tarixin ümumi axınından ayırıb “müasirləşdirən” spesifik tərkedilməz xüsusiyyətlərə malikdir. Müasir dövrün başlıca xüsusiyyətləri: milli-azadlıq mübarizəsi cəbhəsinin genişlənməsi, xalqların sülh uğrunda, sürətlə silahlanmaya qarşı mübarizəsinin kəskin şəkildə fəallaşması, elm və texnikanın sürətli inkişafı, müsbət və mənfi nəticələrə malik olan elmi-texniki inqilab və s.-dir. Elm-texniki inqilabın ziddiyyətli nəticələrindən biri bəşəriyyətin inkişafına öz təsirini göstərməkdədir. Belə ki, ictimai inkişafın əzəli obyektiv ziddiyyətləri ilə cəmiyyət, insan və təbiət arasındakı ziddiyyət, ədalətsiz cəmiyyətin ümumi böhranının güçlənməsi, dünyanın iki bir-birindən fərqli düşərgəsində elmi-texniki inqilabın sürətli inkişafı araşdırılır.

Daha sonra beynəlxalq münasibətlərin ideologiyasızlaşmasından bəhs etmək lazımdır. Müasir dövrdə yayılmış “konvergensiya” nəzəriyyəsindən ətraflı məlumat vermək lazımdır. “Konvergensiya” terminin mahiyyətini açıqlanmalıdır. Konvergensiya orqanizmlərin eyni həyat şəraitində uyğunlaşması nəticəsində onların bədən quruluşunda və funksiyalarında oxşarlığın əmələ gəlməsini ifadə edir.



Dünya inkişafına dair müasir doktrinalar” adlı ikinci sualı izah edərkən dünya inkişafına dair müasir nəzəriyyələr araşdırılır. Qeyd olunmalıdır ki, nihilizm heç bir əxlaqi dəyəri və qaydaları tanımayan, sosial qiyməti və nəzarəti qəbul etməyən cərəyandır. Müasir dövrdə nihilistlər ateislər və marksistlərlə birləşərək ictimai həyat formalarını inkar edir.

Gələcəyin bədbin proqnozlarını öz əsərlərində təsvir edən Amerika sosioloqu və iqtisadçısı Robert Haylbronerdir. Onun nəzəriyyəsinin əsası kapitalizm cəmiyyətinin yeni cəmiyyətlə əvəz olunması böhrana səbəb olaraq cəmiyyətin keyfiyyət mexanizmini silkələyəcəyi təşkil edir. İqtisadi böhran hətta qabaqcıl ölkələrin iqtisadi həyatına mühüm təsir edəcəkdir. Müharibələr, insanlararası ziddiyyətlər, insan hüquqlarının pozulması artacaqdır.

Daha sonra dünyanın gələcək proqnozunu verən nəzəriyyəçilərindən biri amerikalı iqtisadçı alim Con Helbreytdir. Onun konsepsiyasından bəhs edərkən, Harvard Universitetinin professoru əsərlərində texnologiyanın inkişafı ilə insanların istehsalda sosial statusunu dəyişir və hakimiyyət torpağın əlindən texnostrukturun sayəsində kapitalın əlinə keçməsindən məlumat veirlir.

“Postindustrial cəmiyyət” nəzəriyyəsinin əsasını qoyan Daniyel Bell haqqında ətraflı danışmaq lazımdır. Onun nəzəriyyəsində bazarın mənfəət əldə etmək həvəsinin yerini həqiqi insan mədəniyyəti, əxlaqi sərvətlər və siyasi həyata, marağın artması əks olunur.

Bəşəriyyətin gələcək inkişafından bəhs edərkən “Roma klubunun məruzələri” qeyd olunur. “Roma klubu” cəmiyyətinin ilk prezidenti A.Reççei müharibə və sülh problemini 1 nömrəli problem hesab etmişdir. Məruzələrdə insanın ətraf mühitə olan münasibəti geniş araşdırılır.

Elita nəzəriyyələri” adlanan ücüncü sualı izah edərkən qeyd edilməlidir ki, elita sözü ilk dəfə dövriyyəyə XIX əsrin sonu və XX əsrin əvvəllərində çıxarılmışdır. Əslində isə bu söz “seçilmiş adamlar” fikri kimi XVII əsrdən başlayaraq seçilmiş adamlara aid edilmişdir. Burada ali əyanlar təbəqəsi nəzərdə tutulur. Elitar nəzəriyyənin obrazı antik filosofların aristokratiya haqqında təsəvvürləri ilə üst-üstə düşürdü.

Sonrakı dövrlərdə elitar nəzəriyyəsinin inkişafından bəhs edərkən N.Makiavelli, T.Karley, O.Sopenhaner, F.Nitse və başqalarının fikirlərinin qeyd etmək lazımdır. Elitar istiqamət elmi məktəb kimi V.Paretonun, H.Moskanın, R.Mixelsin əsərlərində əsasən hərtərəfli işlənmişdir. İtalyan sosioloqu V.Pareto yazırdı ki, insanlar ilk vaxtdan qeyri- bərabər olmuşlar. Hər hansı bir sahədə yüksək göstəricilərə malik olan fərdlər Pareto tərəfindən elita adlanırdı. Digər italyan sosioloqi H.Moskanın fikrincə bütün cəmiyyətlərdə, həm inkişaf etmiş, eləcədə inkişaf etməkdə olan cəmiyyətlərdə adamların iki sinfi özünü göstərir. Birinci sinif idarə edir – yəni elita, ikinci sinif isə idarə olunur-yəni kütlə.

Sualı davam edərək diqqətə çatdırmaq lazımdır ki, alman politoloqu E.Mixelsdə elita nəzəriyyəsinin inkişafında mühüm rol oynamışdır. Demokratiyanın birbaşa irəliləyişini qeyri-mümkün hesab edərək, kütlələrin birbaşa hakimiyyətin mümkünsüzlük kimi qiymətləndirmişdir. Ona görə zaman-zaman müəyyən təbəqə hakimiyyəti inhisara götürür, kütlələrdən uzaqlaşır, oliqarxiyaya çevrilərək öz vəziyyətinin saxlanılması qayğısında qalır.

K.Mannkeym isə elitanı xüsusi nailiyyətlərə əsaslanan iyerarxiya adlandırırmışdır. Elita cəmiyyətdə hakim mövqeyə malik olub, əhalinin məhsuldar təşəbbüskar hissəsinə çevrilir.

Sualı yekunlaşdırarkən, qeyd olunur ki, bir neçə əsrdirki, elita problemi ətrafında mübahisələr, təhlillər, mübahisələr, davam edir, onların tərkibi, davranışı, mövqeyi məsələsi hələdə mübahisələridir.

XV Mövzu
Müasir dövrdə qlobal siyasi problemlər (2 saat)
Plan:


  1. Müasir dünya inkişafının vəhdəti və ziddiyyətli xarakteri.

  2. Müharibə və sülh probleminə yeni baxış.

  3. Qlobal problemlərin həlli xüsusiyyətləri.



Ədəbiyyat
1. Şükürov A. Sosial ekologiya. B., 1999.

2. Mustafayeva H. “Beynəlxalq münasibətlər və ekoloji problemlər”. B., 2008.

3. Abbasbəyli A. “Müasir beynəlxalq münasibətlər və qloballaşma”. B., 2007.

4. Əsgərov Ə. Hüseynov E. Hüseynov S. Davamlı insan inkişafı (dərslik). B.,2009.

5. Иманов Н.М. Глобалистика и экология Азербайджана. Б.,2006.

6. Экополитология и глобалистика. М. 2005.

7. Уткин А.И. Мировой порядок ХХI века. М., 2001.

8. Бажаков Е.П. Современной мир. М. 2004.



METODİK MƏSLƏHƏT
Müasir dünya inkişafının və ziddiyyətli xarakteri” adlanan birinci sualı şərh edərkən göstərmək lazımdır ki, indi cəmiyyətimiz XX əsrin II yarısında xüsusilə kəskinləşən və bütün bəşəriyyət üçün həyati əhəmiyyəti olan qlobal problemlərin mövcudluğu faktı heç kimdə şübhə döğurmur. Müasir dövrdə Bəzi tədqiqatçıların təsnifatına görə qlobal problemlər sadalanır: Sülh və tərksilah problemi, yeni dünya müharibəsinin qarşısının alınması, ekoloji problemlər, demoqrafik problem, enerji problemi, ərzaq problemi, kapital problemi, dünya okeanından istifadə olunması, kosmosun dinc surətdə mənimsənilməsi, inkişaf etməkdə olan ölkələrin geriliyinin aradan qaldırılması problemi. Yuxarıda sadalanan problemlər super qlobal problemlərdir. Onların hər birində bir sıra qlobal problemlərin mövcudluğunu görmək o qədər də çətin deyildir. Məsələn, ekoloji problemləri götürək: burada 1) meşəsizləşmə; 2) səhralaşma; 3) hidrosferin və atmosferin çirklənməsi və s. problemlərin olduğu aşkar olur. Demoqrafiya problemləri çərçivəsində: 1) demoqrafik partlayış; 2) demokrafik böhran; 3) nəzarət olunmayan urbanizasiya; 4) köçkün və qaçqın problemi;5) miqrasiya problemi.

Eyni zamanda qeyd edilməlidir ki, subqlobal problemlər narkomaniya, narkobiznesə qarşı mübarizə, mütəşəkkil cinayətkarlıq, terrorizm, həmçinin savadsızlığın ləğvi, mədəniyyətin və mənəviyyatın böhranı, sivilizasiya xəstəlikləri və s. problemlər mövcuddur.

Nəzərə çatdırılmalıdır ki, elmi-texniki inqilabın sürətli inkişafı və cəmiyyətin müəyyən inkişaf mərhələsində böhranın daha da dərinləşməsi qlobal problemlərin formalaşdığı şəraitdir. Qlobal problemlər daxili məntiqə malik olan mürəkkəb, qarşılıqlı surətdə əlaqəli bir sistem kimi başa düşülür. Onların yaranması və inkişaf etməsi bir sıra rəngarəng, təbii, sosial-siyasi, iqtisadi, elmi-texniki, sosial-mədəni amillərin qarşılıqlı təsirinin nəticəsidir.

Qlobal problemlərin xüsusiyyətlərdən məlumat verilərək, qeyd edilməlidir ki, qlobal problemlər özünün həm kəmiyyət, həm də keyfiyyət xarici və daxili aspektləri olan dinamizm ilə səciyyələnir. Kəmiyyət dinamikası qlobal problemlərin sayının artması və azalması, keyfiyyət dinamikası, onların kəskinliyinin yüksəlməsi və ya aşağı düşməsi, daxili aspektləri-onların strukturunun dəyişməsi, xarici aspektləri onların sivilizasiya tarixində rolunun dəyişməsi ilə əlaqədardır.



Müharibə və sülh probleminə yeni baxış” adlanan ikinci sualın şərhinə başlayarkən qeyd edilməlidir ki, müasir dövrün bütün qlobal problemləri, o cümlədən müharibə və sülh problemləri də beynəlxalq problemlərdir. Bəşəriyyətin qarşısında duran ən kəskin problem müharibə və sülh problemidir. Bunların universal xarakteri və geniş miqyası bir daha göstərir ki, bu problemlərin həlli üçün meydan bütün planetindir.

Müharibə (hal-hazırda dünyada olan qırğın silahları ethiyatı ilə istilik – nüvə bombasıdan neytron bombasından, lazer şüasından kimyəvi-bakterioloji silaha qədər qanadlı raketlərdən yer kürəsinin süni hərbi peykinə qədər hamısı) yer kürəsində olan canlıların hamısının məhvi deməkdir. Müharibə ümumdünya qlobal fəlakəti deməkdir. “Roma klubu” cəmiyyətinin prezidenti A.Reççei göstərir ki, heç kim zəmanət verə bilməz ki, nə vaxtsa, süursuz surətdə nüvə bombasının atılmasına əmr verilməyəcəkdir. Alimlərin tələbinə görə, tezliklə hərbiçilər üzərində nəzarət texniki nəzarətlə tamamlanmalıdır. Lakin eyni zamanda, müxtəlif silahların daha dağıdıcı növlərinin yaranması ətraf mühitə dəhşətli təsir göstərir.

Bildirməlidir ki, A.Peççeinin sonuncu əsəri “100 illiyin sonu üçün xatirə qeydi”ndə o yazır ki, “sülh özünün inkişafı, həyatın mənalı olması üçün başlıca şərtdir”. Bu münasibətlə insanın təbiətlə münasibəti də mühüm yer tutur. Ən böyük dövlətlər arasında müharibənin aradan qaldırılması insan təkamülündə mühüm hadisə olub, insan nəslinin gələcəyi üçün həlledici rola malik ola bilər. İndi xalqların və dövlətlərin səyləri işğalçıları vaxtında cilovlamağa, onları ölüm silahlarını işə salmaq imkanından məhrum etməyə yönəldilməlidir.

Sonra xüsusi vurğulanmalıdır ki, bu gün bəşəriyyətin başı üstündə nüvə fəlakəti və “ulduz müharibələri” kimi Damokl qılıncı qaldırılmışdır. Lakin bütün xalqların və sülh sevərlərin birgə səyi nəticəsində real surətdə nüvə təhlükəsinin azaldılmasına başlamaq hələ mümkündür. Şübhəsiz müharibə və sülh məsələsinin həll edilməsi olduqca vacibdir. Beynəlxalq münasibətlərdə son illərdə baş verən dəyişikliklər sülh tərəfdarlarının daha da gücləndirdiyi təhlükəsizlik məsələsi deyil, həmçinin bəşəriyyətin, sivilizasiyanın gələcəyi məsələsidir.



Qlobal problemlərin həlli xüsusiyyətləri” adlanan üçüncü sualı şərh edərkən qeyd etmək lazımdır ki, müasir dövrün qlobal problemləri bütün dövlətlər və xalqlar üçün eləcə də bütün bəşəriyyət üçün mühüm əhəmiyyətə malik olduğundan onların həll edilməsi beynəlxalq əməkdaşlığı tələb edir. BMT və bir sıra beynəlxalq təşkilatlar bu istiqamətdə mühüm addımlar atmaqdadır.

Nəzərə çatdırılmalıdır ki, bəşəriyyəti narahat edən qlobal problemlərin həll edilməsində elmi-texniki inqilabın nailiyyətlərinin əhəmiyyəti böyükdür. Ümumiyyətlə XX əsrdə ənənəvi imperiyalar dağıdılmış, müstəmləkəçilik sistemi ləğv edilmişdir. Diqqətlə baxsaq hərbi-siyasi zəncirlərdən iqtisadi zəncirlər daha da güclüdür. Deməli, asılılıq qətiyyən və tamamilə yox olmamışdır, ancaq o özünün təzahürü obrazı ilə yerini və görünüşünü dəyişmişdir. İnsan istehsalına və məişətinə mühəndis texnoloji fikrin müdaxiləsi sahəsində nailiyyətlər misilsiz olmuşdur. Bu siyahıda birinci növbədə mikrodünyaya müdaxilə, nüvə enerjisinə yiyələnmə, raket quruculuğu və kosmonaftika (asrofizim, kosmik komplekslər və s.) teleradio kommunikasiya, mikroeektronika və molekulyar biologiya, informatika, konstruksiya materialları və yüksək texnologiyalar öndə gedir.



Sualı yekunlaşdırarkən qeyd etmək lazımdır ki, yeni anlamlı insanın təbiətə münasibəti yeni idealların axtarışına stimul vermişdir ki, bunun sayəsində müasir qlobal problemlərin həllinin mənəvi əsasını əldə etmək olar. Bu mövqelərdən yenı etikanın müxtəlif variantları təklif olunur ki, bu da öz növbəsində adamlar arasındakı münasibətləri nizamlayan ictimai davranış normaları ilə yanaşı dini, əxlaqi dəyərləri daxil edir. Bunun üçün insanın keyfiyyətcə inkişaf etdirilməsi, özgələşmə, qapalıllıq, eqoizm, öz mənfəətini güdmək kimi hissləri aradan qaldırılmalıdır. İnsan cəmiyyətin bir hissəciyi kimi ayrıca şəxsiyyət kimi dəyişməlidir. Əks təqdirdə bütün bəşəriyyəti növbəti fəlakətlər gözləyir.






Yüklə 251,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə