7
2. CİNSİ YETKİNLİYİN TƏYİNİNİN MƏHKƏMƏ-
TİBBİ EKSPERTİZASI.
Cinsi yetkinlik dedikdə, orqanizmin elə bir fiziki inkişaf
dərəcəsi nəzərdə tutulur ki, bu zaman bütün cinsi funksiyalar
(kişilərdə – cinsi əlaqədə olma, mayalandırma; qadınlarda –
cinsi əlaqədə olma, döllənmə, hamiləlik, doğuş və uşağı
əmizdirmə), sağlamlıq üçün zərərli nəticələr vermədən yerinə
yetirilə bilsin. Nəzərə almaq lazımdır ki, cinsi yetkinlik
müəyyən yaşa çatma ilə əlaqəli deyil. O, nigah yaşından həm
erkən, həm də sonra başlaya bilər.
Bir çox alimlərin fikrincə cinsi aparatın tam formalaşması
və tənzimlən-məsi qızlarda oğlanlardan tez başlayır. Qızlarda 6-
9 yaşlarında hamiləliyə rast gəlinir, oğlanlarda isə 11-12
yaşlarında sperma əmələ gəlmə və pollyusiya halları başlayır.
Cinsiyyət üzvünün ereksiyası (gərginləşməsi) daha erkən
yaşlarda müşahidə edilir. Bu məmnunluğun sadə sinir-psixi
reaksiyası şəklində baş verir.
Cinsi yetkinlik bir neçə il davam edir və coğrafi, irsi, sosial
və digər faktorlardan asılıdır. Bir qayda olaraq, cinsi yetkinlik
qızlarda 13-15 yaşla-rında, oğlanlarda isə 14-17 yaşlarında
başlayır. Cinsi yetkinlik prosesi kişilərdə adətən 23-25
yaşlarında başa çatır. 25 yaşdan 55 yaşa qədər olan dövr,
davamlı seksual meyllikli və müntəzəm cinsi həyat stereotipləri
ilə xarakterizə olunan cinsi yetkinliyə aid edilir. 55 yaşdan
sonra seksual fəallıq zəifləməyə başlayır, bəzi hallarda isə
pozğunluq formasında (homoseksualizm, pedofiliya, fetişizm
və s.) müşayiət olunan psixoseksual stimulyasiyanın
reduksiyası yaranır.
Qızlarda cinsi yetkinliyin müəyyən edilməsi aşağıdakı
hallara əsaslanır:
- xarici cinsiyyət orqanlarının inkişaf dərəcəsi;
- yumurtalıqların funksiyası;
8
- ümumi fiziki inkişaf;
- çanağın ölçüsü və s.
Oğlanlarda cinsi yetkinliyin təyini nadir hallarda
aparılır və bu zaman aşağıdakı hallar müəyyənləşdirilir:
- orqanizmin sonrakı inkişafına zərər vurmadan, cinsi
fəaliyyətə (cinsi əlaqədə olma və mayalandırma) imkan verən,
cinsi vəzilərin funksional vəziyyəti;
- orqanizmin ümumi fiziki inkişafı.
Cinsi yetkinliyin təyininin məhkəmə-tibbi ekspertizası,
əlamətlərin yaxşı biruzə olunduğu halarda çətinlik törətmir. Bu
əlamətlərin tam və aydın olmadığı hallarda çətinlik yaranır.
Cinsi yetkinliyə çatma haqqında sualın həlli yalnız onların
toplusuna əsaslanır.
Ekspert rəyində qəti formada subyektin cinsi yetkinliyə
çatması təsdiq olunur, yaxud da inkar edilir. Nəticənin «cinsi
yetkinliyə tam çatmamışdır» formada tərtib edilməsi yol
verilməzdir.
9
3. CİNSİ VƏ NƏSİLARTIRMA QABİLİYYƏTİNİN
TƏYİNİNİN MƏHKƏMƏ-TİBBİ EKSPERTİZASI.
Xatırladaq ki, qadınlarda cinsi qabiliyyət dedikdə, cinsi
əlaqədə olma və döllənmə, kişilərdə isə cinsi əlaqədə olma və
mayalandırma başa düşülür.
Qadınlarda cinsi və nəsilartırma qabiliyyətinin təyin
edilməsi üçün səbəblər aşağıdakılardır:
- nigahın pozulması;
- uşağın oğurlanması;
- sağlamlığa zərərvurma dərəcəsinin təyini (nəsilartırma
qabiliyyətini itirdikdə).
Kişilərdə bu səbəblərə aşağıdakılar aiddir:
- nigahın pozulması;
- mübahisəli atalıq iddiaları;
- sağlamlığa zərərvurma dərəcəsinin müəyyən edilməsi
(nəsilartırma qabiliyyətini itirdikdə);
- zorlamada və digər hallarda.
Qadınlarda cinsi əlaqədə olma qabiliyyəti adətən cinsi
yetkinliyə çatma-dan erkən yaranır. Cinsi əlaqədə olma
qabiliyyətinin olmaması bir çox səbəblərdən asılıdır: xarici
cinsiyyət orqanlarının anadangəlmə inkişaf qüsurları, vaginizm,
xəsarətdən sonra uşaqlığın girəcəyində çapıq dəyişiklikləri və
sairə. Cinsi əlaqədə ola bilmə qabiliyyəti barədə sualın həlli
zamanı, müayinə olunan şəxsdə bunun üçün maneə yaradan
cinsiyyət orqanlarının anadangəlmə və ya qazanılmış
dəyişikliklərin (uşaqlığın qısa olması, onun daralması, şişləri və
s.) olub-olmamasının aydınaşdırılması zəruridir.
Əgər müayinə zamanı, cinsiyyət orqanlarında cinsi aktı
yerinə yetirməyə mane ola biləcək hər hansı bir dəyişikliklər
aşkar edilmirsə, cinsi əlaqədə olma qabiliyyətini çətinləşdirən
və ya istisna edən funksional xarakterli səbəbləri müəyyən
10
etmək və ya inkar etmək üçün ekspertizanın icrasına həkim-
psixoterapevt cəlb edilir.
Gənc qadınlarda döllənmə qabiliyyətinin olmaması
(sonsuzluq), çox hallarda kiçik çanaq orqanlarının iltihabi
xəstəlikləri (qonoreya xəstəliyinin nəticəsi, doğuşdan sonra),
həmçinin qadın cinsiyyət aparatının inkişaf qüsurları və sairə ilə
əlaqədar olur. Qadın sonsuzluğunun səbəbləri ginekoloji
müayinələrin köməkliyi ilə müəyyən edilir.
Qadınlarda döllənmə qabiliyyətinin təyini zamanı
aşağıdakıların nəzərə alınması vacibdir:
- müayinə olunanın yaşı;
- orqanizmin və cinsiyyət orqanlarının anatomo-fizioloji
xüsusiyyətləri;
- aybaşının başlanma vaxtı və xarakteri;
- iltihabi və ya neoplastik xarakterli ginekoloji xəstəliklərin,
hormonal pozğunluqların, xroniki infeksiyaların,
intoksikasiyanın, şüalanmanın nəticələrinin olması;
- anamnezində cinsiyyət orqanlarında hər hansı cərrahi
müdaxilənin olması.
Kişilərdə cinsi əlaqədə ola bilmə və mayalandırma
qabiliyyəti çox erkən başlaya və qocalana qədər saxlanıla bilər.
Cinsi əlaqədə olma qabiliyyətinin olmaması (impotensiya) və
ya itirilməsi, üzvü və funksional xarakterli olur. Üzvi
xarakterli cinsi əlaqəda olma qabiliyyətinin olmaması daha
çox aşağıdakı hallarla əlaqədardır:
- xarici cinsiyyət orqanlarının anadangəlmə anatomik
qüsurları və travması (mexaniki maneələr nəticəsində
impotensiya);
- cinsiyyət orqanlarının xəstəlikləri (cinsi vəzilərin
zədələnməsinə, toxum mayesinin keyfiyyətinin dəyişməsinə və
ya onun ifrazatının pozulmasına səbəb olan xayaların və prostat
vəzinin xəstəlikləri);
Dostları ilə paylaş: |