Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 mart 2010-cu IL tarixli


MPR aparılması zamanı yaranan səhvlərin mənbəyi



Yüklə 224,21 Kb.
Pdf görüntüsü
səhifə8/9
tarix20.01.2018
ölçüsü224,21 Kb.
#21708
1   2   3   4   5   6   7   8   9

 

24

MPR aparılması zamanı yaranan səhvlərin mənbəyi 

 

Antigenin emulsiyada qeyri-bərabər konsentrasiyası, məhlul 



istifadədən əvvəl mütləq lazımı dərəcədə qarışdırılmalıdır. 

 



Emulsiyanın bakterial çirklənməsi. 

 



Plazmanın və qan zərdabının, antigenin və onun emulsiyasının, 

məhlulların saxlama və istifadə müddətinin pozulması.  

 

Reaksiyanın qoyulmasında çirklənmiş  sınaq  şüşələri, pipetka, 



planşetdən istifadə edilməsi. 

Qeyd: Yuxarıda göstərilmiş  səhvlər reaksiyanın yalançı  mənfi və 

həmçinin yalançı müsbət nəticə verməsinə səbəb ola bilər.  



TREPONEM TESTLƏR 

Treponem testlərdə treponem mənşəli patogen solğun treponem 

antigenindən istifadə edilir. Treponem testlər qeyri-treponem 

müayinə testlərinin nəticələrini təsdiqləmək üçün aparılır  (D)

Xəstəliyin az yayıldığı populyasiyalarda onlardan skrininq üçün 

istifadə edilə bilər, belə ki, İFA-nın avtomatlaşdırılmış metodu 

mövcuddur. 

Treponem reaksiyalara bunlar aiddir: 

 

immunoferment analiz (İFA) 



 

passiv hemaqlütinasiya reaksiyası (PHA) və ya onun 



modifikasiyası TPHA (D) 

 



solğun treponemin immobilizasiya reaksiyası 

 



İFR (immunoflüoressensiya reaksiyası)  

 



immunoblottinq və yeni test – xromotoqrafik zolaqlardan istifadə 

(müalicə yerində analiz)  

Treponem testlərin şəksiz üstünlüyü onların yüksək həssaslığı və 

xüsusilə  də spesifikliyidir. Lakin bu reaksiyalardan aparılan 

müalicənin effektivliyinə nəzarət üçün istifadə edilmir, çünki adekvat 

müalicədən sonra da bu reaksiyalar ömür boyu müsbət qalır. 

Treponem və qeyri-treponem testlər frambeziya və pinta kimi qeyri-

zöhrəvi treponematozlarda da müsbət nəticə verə bilər. 



Kəmiyyət testləri 

Hətta müalicə düzgün aparıldıqda belə treponem anticisimlər qan 

zərdabında uzun illər qalır. Titrin uzun aylar və ya illər  ərzində 

qalxıb-düşməsi xəstəliyin aktivliyini əks etdirmir. Buna görə  də 

spesifik anticisimlərin titrinin təyini diaqnostik əhəmiyyət kəsb 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

25

etmir. Belə  qəbul edilmişdir ki, sensiblizə olunmuş eritrositlər 1:80 



durulaşmasında aqqlütinasiya etdikdə TPHA müsbət hesab olunur. 

Aqqlütinasiya daha kiçik durulaşdırmalarda müşahidə edildikdə, 

testin nəticəsi mənfi sayılır. 

İmmunoferment analizi (İFA) və ya Enzyme-linked 

Iimmunosorbent Assay (ELISA) (C) 

Reaksiyanın prinsipi polisterol planşetin oyuqlarında sifilisli 

xəstənin anticisimləri ilə antigenin qarşılıqlı  təması  nəticəsində 

immun komplekslərin əmələ gəlməsi və daha sonra uyğun substrat – 

xromagen  əlavə edilməklə onların rəngli reaksiya vasitəsi ilə  aşkar 

olunmasına əsaslanıb. 

İFA üçün istifadə olunan spesifik antigenlər müxtəlif mənbəli ola 

bilərlər. 



► 

Ultrasəslə  işlənmiş: antigenlər  T.pallidum hüceyrələrinin 

ultrasəslə zədələnməsindən alınır 

► 

Peptidlər: T.pallidumun antigen zülalları kimyəvi sintez yolu ilə 

əldə edilir. 

İFA-nın bir neçə variantı işlənib hazırlanmışdır: 



Klassik variant 

► 

İmmunoloji planşet oyuğunun iç səthini solğun treponem antigeni 

ilə sensibilizə edirlər. 

► 

Tədqiq olunan zərdab oyuqlara əlavə edildikdə spesifik 

anticisimlər immun kompleksləri yaradır, onlar bufer məhlulu ilə 

yuyulduqdan sonra da birləşmiş şəkildə qalırlar. 



► 

Reaksiyaya, insan immunoqlobulinlərinə qarşı fermentlə 

nişanlanmış anticisimlərdən ibarət olan konyuqat əlavə edilir. 

► 

Mürəkkəb immun kompleksin təkrar buferlə yuyulmasından 

sonra, hidrogen-peroksid əlavə edilir və oksigenin təsiri ilə rəng 

dəyişir. 



► 

Reaksiya mühitin rənginin tündlüyü antitreponemal 

anticisimlərin miqdarı ilə düz mütənasibdir, bunu 

spektrofotometr vasitəsilə ölçmək mümkündür. 



Tutma variantı 

Əsasən müxtəlif sinifdən olan anticisimlərin aşkar edilməsində 

istifadə olunur.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



 

26



 

İmmunoloji planşetin oyuqlarının səthi insan 

immunoqlobulinlərin müəyyən sinfinə qarşı (məs:  İgM,  İgG, 

İgA) anticisimlərlə sensibilizə edilir. 

 

Zərdabda olan immunoqlobulinlər planşetin oyuqlarının 



sensibilizə olunmuş anticisimləri ilə birləşirlər. 

 



İmmobilizə olunmuş immunoqlobulinlərin arasında spesifik 

anticisimlərin mövcudluğu ferment konyuqatı ilə solğun 

treponem antigeninin əlavə olunması nəticəsində müəyyən edilir.  

 



Reaksiyanın nəticəsi xromogen substratın  əlavə edilməsi 

vasitəsilə vizual olaraq müəyyən olunur. 

İFA-nın nəticələri avtomatik olaraq optik sıxlıqla müəyyən edilir. 

İFA-nın hər bir qoyuluşunda optik sıxlığın kritik əhəmiyyəti və “boz 

zona” müəyyən edilir. “Boz zona” kritik optik sıxlığın 

±10% 


hüdudlarında yerləşən interval hesab olunur. Tədqiq olunan nümunə 

o zaman müsbət sayılır ki, optik sıxlıq boz zonadan yüksəkdə 

yerləşir, şübhəli olduqda boz zona həddində, mənfi olduqda isə boz 

zonadan aşağı olur. 



Qeyd: Treponem İFA testləri, yalnız keyfiyyət testləri kimi 

qiymətləndirilməlidir.  



Passiv hemaqqlütinasiya reaksiyası (PHA) və ya Treponema 

pallidum hemaqqlütinasiya reaksiyası (TPHA) 

 



Sifilisli xəstələrin qan zərdabındakı antitreponem anticisimlərin 

solğun treponem antigenləri ilə sensibilizə olunmuş heyvan 

eritrositləri ilə  təması  nəticəsində, eritrositlərin gözlə görünən 

aqqlütinasiyası baş verir. 

 

TPHA testləri aparmaq üçün dəstlərə adətən bunlar daxil olur: 



test eritrositləri – patogen solğun treponem antigenləri ilə 

sensibilizə edilmiş heyvan eritrositləri, nəzarət üçün eritrositlər, 

durulaşdırma üçün  bufer məhlulu, müsbət və  mənfi sınaqlar, 

reaksiya aparmaq üçün 96 oyuqlu immunoloji planşetlər.  

 

İmmunoloji planşetin oyuqlarına mikrotitrləmə üçün tədqiq 



olunan qan zərdabı (plazmadan istifadə etməməli) və test 

eritrositləri  əlavə edilir. Pasiyentin zərdabında olan spesifik 

anticisimlərin solğun treponem antigeni ilə  təması  nəticəsində 

yaranan birləşmə  tədricən dibə çökür və oyuğun dibində 

“çevrilmiş  çətirə” bənzər xarakterik şəkil yaratmış olur. 

Reaksiyaya vizual olaraq 60-120 dəqiqə sonra qiymətləndirilir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.




Yüklə 224,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə