Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə22/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   18   19   20   21   22   23   24   25   ...   66

Mətnin  davamında  hekayət  edilir  ki,  öz  zalımından  qisas 
almağı  bacarmayan
İlahə  İnanna  qəm-qüssə  ilə  müdriklik  allahı  Enkidən  və  onun 
məbədindən  məsləhət  və  kömək  almaq  məqsədilə  Eruda  getməyi 
qərara  alır.  Burada  əfsanə  qırılır,  çünki,  artıq  deyilidiyi  kimi, 
lövhəciyin kənarı  qırılıb düşmüşdür.
Şukallituda...  o işləyən zaman,
Şırımları  su ilə doyuran  zaman,
Torpaqda quyu qazan zaman,
O,  möhkəm  köklərə rast gəldi.
Onun kəsdiyi, onun  parçaladığı.  .
Qəzəbli küləklər,  bütün  nə vardısa,
Dağ tozunu onun  sifətininə vururdu.
Onun sifəti qaralır...  əlləri  zəifləyirdi,
Küləklər toz qaldırır,  işləməyə qoymurdu...
Onda cənuba yönəltdi  baxışlarını.
Şərqə, ulduzlara dikdi  gözlərini.
O,  çevirirdi  baxışlarını  şimala 
Qərbə,  ulduzlara dikdi  gözlərini.
O, xoş əlamətlər axtardı  göylərdə.
Onları  seyr etdi,  onların  mənasını  anladı 
O,  allahların qanunlarının  hərəkətini  gördü.
O,  allahların  qərarlarını  öyrəndi.
Bağda beş,  altı  xəlvəti  yerdə
Hərəsində bir ağac əkdi,  onların  kölgəsi- qoruyucu
Sarbatu -  ağac,  qalın yarpaqlı,  onun  kölgəsi-  kölgə- qoruyucu,
Onun  kölgəsi  səhər erkən,  həm günorta,
Şər vaxtı  da heç yana getmir.
Mənim  ilahəm  bir dəfə göydən  keçdi, yerdən  keçdi,
İnanna göydən keçdi, yerdən  keçdi 
Elamdan və Şuburdan  keçdi,
90
Keçdi...
Göylərin  kahinəsi  tam  yoruldu,  bağa  yaxınlaşdı  və  yuxuya
Şukallituda gördüki onu öz bağının küncündən.
Bir nəfər gəldi
O,  onu aldı,  o,  onu öpdü,
Və qayıtdı  öz bağının küncünə.
Şəfəq gəldi, günəş çıxdı.
Qadın  əznik halda özünə baxdı.
İnanna əznik halda özünə baxdı.
Qadın  öz taleyi  üçün -  nə edəcək o?
İnanna öz taleyi  üçün -  nə edəcək o?
Ölkənin quyularını  qanla doldurdu.
Ölkənin bağlarını, meşələrini  qanla doldurdu.
Qul  meşəyə oduna gedir,  içməyə heç nə yox -  qandır!
Qul  qadın  suya gedir,  götürməyə heç nə yox -   qandır!
Mənə toxunanı  bütün torpaqların dərinliyində olsa da onu 
tapacağam, -  söylədi  o.
Ancaq zalımını  heç bir torpaqda tapmadı.
Gənc oğlan  atasının evinə gəldi.
Şukallituda atasına belə dedi:
-  Ata,  şırımları  su ilə dolduranda,
Torpaqda  su  quyusu qazanda,
Möhkəm  köklərə rast gəldim 
O kəsmiş,  o parçalamışdı...
Qəzəbli  küləklər,  hər nə vardısa,
Dağ tozunu  sifətimə çırpdılar.
Küləklər toz qaldırdılar,  işləməyə qoymadılar.
Onda mən baxdım cənuba.
Şərqə,  ulduzlara qaldırdım gözlərimi.
Baxışlarımı  zillədim  şimala.
Qərbə,  ulduzlara yönəltdim gözlərimi.
91


Mən xoş əməllər axtardım göylərdə.
Mən onları seyr etdim, mənasını  öyrəndim onların.
Mən allahların qərarlarını  öyrəndim,
Bağda beş,  altı pünhan yerdə
Hər yerdə bir ağac əkdim, kölgələri -  qoruyan,
Sarbatu -  ağac,  qalın yarpaqlı, kölgə -   kölgəsi -  qoruyan. 
Onun kölgəsi  səhər erkən, həm günorta,
Şər vaxtıda heç yana getmir.
Mənim ilahəm bir dəfə göydən keçdi,  yerdən keçdi,
İnanna göydən keçdi, yerdən keçdi.
Elamdan və Şuburdan keçdi,
Keçdi...
Göylərin  kahinəsi  tam  yoruldu,  bağa  yaxınlaşdı  və  yuxuya
getdi.
Mən onu tanıdım bağm küncündən.
Mən ona sahib çıxdım,  mən onu öpdüm.
Və qayıtdım öz bağımın küncünə
Şəfəq gəldi, günəş çıxdı 
Qadın əznik halda özünə baxdı.
İnanna əznik halda özünə baxdı.
Qadın öz taleyi  üçün -  nə edəcək?
İnanna öz taleyi  üçün -  nə edəcək?
Ölkənin quyularını qanla doldurdu.
Ölkənin bağlarını,  meşələrini  qanla doldurdu.
Qul  meşəyə oduna gedir,  içməyə heç nə yox -  qandır!
Qul  qadın suya gedir, götürməyə heç nə yox -  qandır!
-  Mənə toxunanı bütün torpaqlarda tapacağam -  söylədi  o. 
Ancaq zalımını  heç bir torpaqda tapmadı o.
Atası  söylədi  oğluna belə:
-  Oğlum,  üz tut qardaşların şəhərlərinə,
Qardaşların,  qarabaş xalqın yanma.
Bütün torpaqlarda İnanna səni tapmayacaq.
92
Üz tutdu o,  qardaşlarının şəhərlərinə,
Qardaşların,  qarabaşlann yanına üz tutdu.
Bütün torpaqlarda ilahə onu tapa bilmədi.
Onda qadın öz taleyinə -  nə günahlar işlətdi  o?
İnanna öz taleyinə -  nə qəbahətlər törətdi  o?
Şumer  iqtisadiyyatında  əkinçilik  və  heyvandarlıq  əsas  rol 
oynadığına baxmayaraq,  palçığa  batan  işçinin  daim  yol  yoldaşı  olan 
balaca  toxa  Şumerdə  çarların,  saray  əyyanlannm  və  ildə  cəmi  dörd 
ay  işləyən varlı  şəhərlinin  sevimlisi  olan  kotandan  daha hörmətli  idi. 
Hər  halda,  bu  yaxınlarda  mənim  gənc  ispan  həmkarım  M.  Sivil 
tərəfindən  39  lövhəcik  və  fraqmentlərdən  tərtib  edilmiş  198  sətirlik 
mətndən  bu  nəticəni  çıxarmaq  olar.  Sivil  Pensilvani  universitetinin 
Muzeyində  bir  neçə  il  mənimlə  işləmişdir.  Toxanın  və  Kotanın 
mübahisəsindən  görünür  ki,  birincilik  Toxanın  tərəfindədir.  Şumer 
məktəblərində  keçilən  qədim  Şumer  texnikasına  həsr  edilmiş  bu 
ədəbi  əsərin müəllifləri,  şübhəsiz, üstünlüyü toxaya verirlər.
93


13. TOXA VƏ KOTAN.
ƏMƏKDƏ İLK NAİLİYYƏT.
Şumer  torpaqları  təxminən  müasir  İrakın  cənub  hissəsində 
yerləşirdi.  Süni  mənşəli  hamar düzənlik çox isti və quru təbiətə malik 
idi.  Onlar,  küləklər  sovuran,  əsasən  quru  və  qeyri-məhsuldar 
istifadəsiz torpaqlar idi.  Burada nəhəng bataqlıq qamışından başqa nə 
faydalı  qazıntı,  nə  daş,  nə  heç  bir  ağac  tikinti  materialı  yoxdu.  Bu 
“allahın  lənətlədiyi”,  bir  növ  kasıbçılığa  və  viranəliyə  məhkum 
edilmiş  torpaqlar  idi.  Ancaq  e.  ə.  III  minillikdən  burada 
məskunlaşmış  və  özünü  şumer  adlandırmış  insanlar  bacarıqlı, 
yaratmaq  qabiliyyətinə,  praktik  ağıla  malik  adamlardı.  Onlar  gözəl 
texniki  ixtiralar  etmiş,  inamlı  və  tükənməz  əməklə  öz  ehtiyaclarını 
ödəmişlər.  Əlverişsiz  təbii  şəraitə  baxmayaraq,  onlar  Şumeri  əsil 
“Edem  bağına”  çevirmişlər.  Onlar  suvarma  kanalları  sisteminin 
köməyi  ilə  daşqınlar  zamanı  Dəclə  və  Fərat  çaylarının  lillə  zəngin 
suyunu  tarlalara  və  bağlara  yönəldərək  torpağı  həm  gübrələmiş,  həm 
də  suvarmışlar.  Şumerlər  daş  olmadığından  ehtiyatı  tükənməz  olan 
yandırılmış  çay  palçığından  oraq,  dibçək,  boşqab  və  bardaq 
düzəltməyi  öyrənmişlər.  Onlar  ağac  çatışmazlığını  aradan  qaldıraraq 
qurudulmuş  bataqlıq  qamışından  daxmalar  və  heyvan  üçün  küzlər 
tikməyə  başlamışlar.  Bunun  üçün  onlar  qamışdan  şələ  bağlayır, 
yaxud  ondan  həsir  toxuyur,  sonra  onları  palçıqla  birləşdirirdilər. 
Şumerlər  sonradan  kərpic  istehsalı  üçün  forma  kəşf etdilər və  tikinti 
materialı  problemini  birdəfəlik  həll  etdilər.  Onlar  dulusçuluq  dairəsi, 
araba  təkəri,  səpən  -   kotan,  paruslu  qayıq  ixtira  etdilər,  alaqapılar, 
tağlı  tikililər  və  kümbəzlər  ucaltmağı,  misdən  və  tuncdan  xəlifə 
tökməyi  öyrəndilər,  metallarla  qaynaq  etməyi,  daş  üstündə  naxış 
açmağı,  oymanı və inkrustasiyam  mənimsədilər.
Qədim 
şumerlərin 
maddi 
mədəniyyətinin 
və  texniki 
biliklərinin  səviyyəsi,  təbii  ki,  son  yüz  il  ərzində  aparılan  qazıntılar 
zamanı  tapılmış  əşya  və  alətlərin  əsasında  təyin  edilir.  Lakin,  artıq 
birinci  fəsildə  qeyd  edildiyi  kimi,  əfsanələrdən,  epik  poemalardan, 
himnlərdən,  qəbirüstü  ağılardan,  “salnamələrdən”  və  nəsihətlərdən
94
ibarət  şumer  bədii  ədəbiyyatından  da  çoxlu  məlumat  almaq  olar. 
Hazırda  bizə  tam  yaxud,  parçalarla  kainatın  yaranması  və  quruluşu, 
allahların  doğulması,  onların  çirkin  və  xoş  əməlləri,  insanın 
yaranması,  insanları  cəzalandırmaq  üçün  göndərilmiş  Nuh  əyyamı, 
ölümün  və  yeraltı  dünyanın  sirləri  barədə  söhbət  açan  iyirmi  şumer 
əfsanəsi  məlumdur.  Artıq  e.  ə.  III  minilliyin  əvvəlində  yaşamış  üç 
qəhrəman-  Enmerkar,  Luqalbəndə  və  Gilqameş  haqqında  doqquz 
epik  poema (bütünlüklə yaxud çox hissəsi) bərpa edilmişdir.
Şumerdə  ədəbi  janrlardan  daha  populyar  olanlarından  biri 
himnlər  olmuşdur.  Hazırda  allahlara,  çarlara  və  məbədlərə  həsr 
olunmuş  çoxlu  himnlər  məlumdur.  Güman  ki,  bu,  qədim  Şumerdə 
mövcud  olmuş  himnlərin  az  bir  hissəsidir.  Ur,  Nippur,  Aqade 
(Akkad)  kimi  məşhur  şəhərlərin  dağıdılması  haqqında  bir  neçə 
qəbirüstü  ağılar və  istorioqrafik  sənədlər vardır.  Nəhayət,  son  on-on 
iki  il  ərzində  qəti  müəyyən  olunmuşdur  ki,  şumerlərdə  böyük  və 
rəngarəng  ibrətli  söz  qrupu  olmuşdur:  mübahisələr,  nəsihətlər, 
yüzlərlə  aforizm,  zərb-məsəl,  hikmətli  söz.  Ezop  təmsili  birləşən 
atalar sözləri  və öyüdlər toplusu.
İlk  baxışdan  elə  görünə  bilər  ki,  əfsanələrdən,  əsatirlərdən, 
epik  poemalardan  -   xülya  məhsullarından,  həmçinin  allahlara 
himnlərdən  nəsə  bir  məlumat  almaq  olmaz.  Ancaq  ağıllı  və  düzgün 
yanaşma  qaydasında  Şumerlərin  gündəlik  həyatı  və  onların  praktik 
fəaliyyəti  barədə onlardan  çox  maraqlı  faktlar əldə etmək olar.
Ötən  fəsildə verilmiş  Şukallituda haqqında əfsanə buna parlaq 
misal  ola  bilər.  O,  şumerlərin  qoruyucu  ağac  əkinlərindən  istifadə 
etdikləri  əlamətdar  faktı  əyani  təsdiq  edən  yeganə  sübutdur.  Başqa 
bir  xarakterik  misalı  -  kiçik  və  qeyri-adi  əfsanəvi  poemanı  götürək. 
Orada 
ilahə 
İnannanın 
kəbin 
yatağı 
üçün 
örtüyün 
necə 
hazırlanmasından  danışılır.  Bu  əfsanə  bizi  addım-addım  dörd  min  il 
bundan  əvvəl  onların  istifadə  etdikləri  şumer  toxuculuq  texnikası  ilə 
tanış edir.  Poemanın  çox hissəsi  İnanna və onun  qardaşı, günəş allahı 
Utu ilə mükalimədən  ibarətdir34:
Sahibəciyim,  kətan  qolları  gətirərəm  sənə,
İnanna,  kətan budaqları gətirərəm sənə!
..Qardaş,  kətan  budaqlar gətirəndə mənə,
95


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə