Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə16/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   12   13   14   15   16   17   18   19   ...   66

bağına  soxularaq  ağacları  silkələyib 
meyvəni  aparmağa  cürət 
etməz.  Urukağına 
yetimlərin  və  dulların  "güclü  adamların” 
azğınlığından  əziyyət  çəkməyəcək! əri nə  əmin  olmaq  üçün  Laqaşın 
allahı  Ningirsu ilə xüsusi  müqavilə bağladı.
Bu islahatların  səmərəsinin  necə olduğunu,  hakimiyyət ıığrunda 
Laqaşın  Umma  ilə  mübarizəsində  ona  necə  kömək  etdiyini  bilmirik. 
Təəssüf  ki,  bu  tədbirlər  Laqaşa  əwəki  gücünü  və  qələbələrini 
qaytarmağa artıq  kömək edə bilməzdi. Urukağina və onun  islahatlan 
tezliklə  yaddan  çıxdı.  Görünür,  başqa  islahaçılar  kimi,  o  da  gec 
gəlmiş və çox  az iş görə bilmişdi.  Urukağınanm  hakimiyyəti on ildən 
az  sürdü.  Sonra  o  və  onun  şəhəri  Ummanın  şöhrətpərəst  hökmdarı 
Luqalzaqqısr  tərəfindən məğlub  edildi.  Sonuncu  qısa müddətə olsa da 
bütün  Şumeri  və qonşu dövlətləri  özünə tabe etdi.
Urukağınanm  islahatları  və  onların  sosial  əhəmiyyəti  bizim 
qədim  “tarixçilərə”  dərin  təsir  bağlamışdır.  Bu  sənədin  mətni  bir- 
birindən  seçilən  dörd  variantda  üç  palçıq  konusda  və  bir  yumru 
lövhəcikdə  yazılmışdır.  Onların  hamısı 
1878-ci  ildə  fransalı 
arxeoloqlar  tərəfindən  Laqaşda  tapılmışdır.  Onların  surətini  ilk  dəfə 
yorulmaz  assiroloq,  bizim  altıncı  fəsildə  şərh  etdiyimiz  sənədi 
araşdıran  Famsua Türo-Danjen  köçürmüş və  tərcümə etmişdir  Lakin 
biz  Urukağınanm  islahatlarının  analizində  zəmanəmizin  aparıcı 
şumeroloqu  Arno  Pyebelin  hələ  dərc  olunmamış  yeni  tərcüməsinə 
əsaslanmışıq.
Beləliklə,  aydın  olur  ki,  III  minillikdə  şumerlərin  artıq  qanunla 
təsbit  olunmuş  hüquqlar  haqqında  təsəvvürləri  var  idi,  Urukağınanm 
vaxtında  onlarda  yazılı 
qanunların  və  qanunlar  toplusunun 
mövcudluğu  barədə  hələlik  aydınlıq  yoxdur.  O  dövrün  heş  bir 
qanunlar toplusu  bizə  məlum  deyil,  əslində  bu  heç  nəyi  sübut  etmir. 
Uzun  müddət ən  qədim  qanunlar toplusu  eramızdan  əvvəl  1750-ci  ilə 
aid  olan  mətn  hesab  olunmurdur,  bu  yaxınlarda  isə  üç  belə  sənəd 
tapılmışdır.  Bu  kodekslərin  -   qanun  toplularının  ən  qədimi  Şumer 
hakimi  Ur-Nammunun  e.ə.  III  minilliyin  sonuna  aid  olan  qanunlar 
toplusudur.  O,  1889-1900-cü  illərdə  qazıntılar  zamanı  xoşbəxt  hal 
kimi  tapılmış,  lakin  ancaq  1952-ci  ildə  açılaraq  tərcümə  edilmişdir 
Səkkizinci fəsil  də Ur-ammunun  qanunlarına həsr edilmişdir.
66
8.  QANUNLAR TOPLULARI.
BİRİNCİ “MOİSEY”
1947-ci  ilə  qədər  ən  qədim  qanunlar  toplusu  e.ə.  1750-ci  ildə 
hakimiyyətə  gəlmiş  şöhrətli  Vavilon  çarı  Hammurapinin  qanunlar 
kodeksi  hesab  edilirdi.  Mixi  yazılı  işarələrlə  semit  (vavilon)  dilində 
cızılmış  bu  sənəd  özündə  300  qanunu  birləşdirir.  Onun  girişində 
çarın  mədhi,  sonra  isə  onun  qanunlarını  pozmağa  cəsarət  edənlərə 
lənətdən  ibarət  sonluq  gəlir.  Üzərində  Hammurapinin  qanunları 
yazılmış  diorit  sütun  bu  gün  təntənəli  şəkildə  əzəmətlə  Luvrun 
salonlarından  birində  ucalır.  Bu  sütun  indiyədək  bizə  gəlib  çatan 
qədim  hüquqi  sənədlər  içərisində  mükəmməl  və  yaxşı  qalmış 
yazılarına  görə  ən  əhəmiyyətli  sənəd  hesab  olunur.  Ancaq  bu  ən 
qədim  sənəd  deyildir.  1947-ci  ildə  Hammurapidən  150  ildən  də  çox 
əvvəl  çar Lipit-İştann nəşr etdiyi  qanunlar toplusu tapılmışdır.
Lipit-İştarın  qanunları  daş  sütuna  deyil,  sonradan  günəş  altında 
qurudulmuş  palçıq  lövhəcikdə  yazılmışdır.  Bu  elə  həmin  mixi 
yazıdır,  ancaq  semit  dilində  deyil,  şumer  dilində  yazılmışdır.  Lipit- 
İştarın  qanunları  yazılmış  lövhəcik  on  doqquzuncu  əsrin  lap 
sonlarında  tapılmışdır.  Ancaq  müxtəlif  səbəblərə  görə  o,  uzun 
müddət  araşdırılmamış  və  çap  edilməmişdir.  Nəhayət,  mənim 
köməyimlə  onu  həmin  dövrdə  Pensilvani  universitetinin  Muzeyində 
müdir  köməkçisi  işləyən  Frensis  Stil  bərpa  və  tərcümə  etmişdir.  O, 
girişdən,  37-si  tam  yaxud  qismən  saxlanılmış  çoxlu  qanunlardan  və 
sonluqdan ibarətdir.
Lakin  Lipit-İştaruya  dünyada  birinci  qanunverici  olmaq  şərəfi 
uzun 
sürməmişdir. 
1948-ci 
ildə 
Bağdadda 
İraq 
muzeyini 
mühafizəçisinin  köməkçisi  Taha  Bakir  o  vaxt  hələ  az  məlum  olan 
Xarmal  təpəsində  qazıntı  apararkən,  görünür,  daha  qədim  qanunlar 
yazılmış  iki  lövhəcik  tapılmışdır.  Hammurapinin  qanunları  kimi  bu 
lövhəciklər  də  Vavilon  dilində  idi.  Onlar  elə  həmin  ildə  Yel 
universitetindən  olan  tanınmış  assiroloq  Albrext  Getse  tərəfindən 
öyrənilib  köçürülmüşdür.  Qanunlara  qısa  girişdə  (sonluq  yoxdur) 
Lipit-İştardan  yetmiş  il  əvvəl  yaşamış  çar  Bilalamın  adı  çəkilir.
67


Beləliklə,  birincilik,  daha doğrusu qədimlik çələngi  ilə Bilalam təltif 
olunur.  Ancaq o, bunu  1952-ci ilə qədər saxlaya bildi.
Həmin  il  Şumer hökmdarı  Ur-Nammunun  qanunlar toplusunun 
bir  hissəsi  cızılmış  lövhəciyi  köçürüb  tərcümə  etmək  mənə  nəsib 
oldu.
Ur-Nammu  hazırda  yaxşı  mıəlum  olan  III  Ur  sülaləsinin 
yaradıcısı  olmuş,  ən ehtiyatlı  ehtimallara görə e.  ə.  2050-ci  ildə,  yəni 
Vavilon qanunvericisi Hammurapidən 300 il əvvəl  çarlıq etmişdir.
Ur-Nammunun  qanunları  ilə  lövhəcik  1951-1952-ci  illərdə 
mənim 
işlədiyim 
İstanbul 
Qədim 
Şərq 
Mezeyinin 
zəngin 
kolleksiyasına  məxsusdur.  Hollandiyada  Leyden  universitetinin 
indiki  professoru,  mixi  yazısı  üzrə  mütəxəssis  F.R.Frausun  məktubu 
olmasaydı,  bəlkə  də  mən  buna  heç  bir  diqqət  yetirməzdim.  Biz 
Krausla  bundan  bir  neçə  il  əvvəl,  mən  hələ  İstanbul  Muzeyində  ilk 
axtarışlarım  zamanı  tanış  olmuşdur;  həmin  vaxt  o,  muzeyin 
mühafizəçisi 
idi. 
Kraus 
xəbər 
tutanda 
ki,  mən 
yenidən
İstanbuldayam,  mənə  məktub  göndərmişdi.  Burada  şəxsi  xatirələr 
bizim  ümumi  işimiz olan şumerologiyaya  aid  fikirlərlə çulğaşırdı.  O 
mənə  məlumat  verirdi  ki,  bir  neçə  il  əvvəl  İstanbul  Muzeyində 
mühafizəçi  işləyərkən  orada  qanunlar  mətni  yazılmış  Şumer 
lövhəciyinin 
iki  parçasını  tapmışdır.  O,  hər  iki 
fraqmenti 
birləşdirərək  3191  nömrəsi  altında  Nippur  kolleksiyası  kataloquna 
qeyd  etmişdir.  Kraus  güman  edirdi  ki,  bu  lövhəcik  məni 
maraqlandıracaq və mən  onun surətini  çıxarmaq  istəyəcəyəm.
Mən,  '‘qanunvericilik”  lövhəcikləri  son  dərəcə  nadir  hallarda 
rast gəldiyindən  dərhal  “№3191”  i  gətirməyi  xahiş  etdim.  Bu,  gündə 
qurudulmuş  açıq  palıdı  rəngdə  10x12  ölçüdə  lövhəcik  idi.  İşarələrin 
çoxu  silinmişdi,  qalanlar  isə  ilk  baxışdan  mənim  üçün  başa  düşülən 
deyildi.  Ancaq  bir  neçə  gündən  sonra  gərgin  iş  nəticəsində  mətn 
aydınlaşmağa  başladı,  hansısa  formanı  aldı  və  nəhayət  həyəcanla 
başa  düşdüm  ki,  əlimdə  dünyanın  ən  qədim  qanunlar  toplusunu 
tuturam.
Mirzə  lövhəciyi  səkkiz  sütuna  bölmüşdü:  dördü  üz  tərəfdə, 
dördü  isə arxada.  Hər sütunda təxminən 45  cızılmış kiçik  sətir vardı 
Onların  yarısını  oxumaq  mümkün  idi.  Üz  tərəfdəki  uzun-uzadı  giriş
68
yazılmışdı.  Mətndəki  çoxsaylı  boş  qalan  yerlərə  görə  onun  ancaq 
müəyyən  hissələrini  başa düşmək olurdu.  Onun  qısa məzmunu budur.
Dünya  yarandıqdan  və  Şumer  ölkəsinin  və  Ur  şəhərinin  taleyi 
müəyyən  olunandan  sonra  Şumerin  iki  baş  allahlan  An  və  Enlil  Ay 
allahı  Nannunu  Urun  çarı  təyin  etdilər.  O  isə  öz  növbəsində  Ur- 
Nammunu  özünün  Yer  canişini  seçdi  və  onu  Şumerin  və  Urun 
hökmdarı  etdi.  Yeni  hakimin  ilk  addımları  hərbi  və  siyasi  cəhətdən 
təhlükəsizliyi  təmin  etmək  istiqamətində  atdı.  O,  Urun  hesabına 
ucalmağa  başlayan  qonşu  şəhər-dövlət  Laqaşa  qarşı  müharibə 
başlamağı  lazım  bildi.  O,  laqaş  hökmdarı  Namxanini  məğlub  etdi  və 
öldürdü.  Sonra  “şəhərin  çarı  Nannanın  gücünə”  arxalanaraq  Urun 
sərhədlərini bərpa etdi.
İndi  daxili  işlərlə  məşğul  olmağın,  sosial  və  etik  islahatlar 
keçirməyin  vaxtı  gəlib  çaymışdı.  Ur-Nammu  yalançıları  və 
rüşvətxorları,  yaxud  qədim  mirzənin  adlandırdığı  kimi  “ şantajçılari”, 
vətandaşlann  öküzlərini,  eşşəklərini  və  qoyunlarını  ələ  keçirənləri 
işdən  qovdu.  O, dəyişməz ölçü  və çəki  sistemi  yaratdı  O, çalışırdı  ki, 
“yetim  varlının qurbanı  olmasın”, “dul  qadın güclünün  qurbanı”,  “bir 
şekeli  olan  adam  minası  olan  adamın qurbanı”  olmasın.
Lövhəcikdə  mətnin  uyğuıı  hissəsinin  olmadığına  baxmayaraq, 
görünür,  orada  aşağıda  gələn  qanunlar  bütün  vətandaşlann  rifahı  və 
ədalət naminə qəbul  olunmuşdur kimi  fikirlərindən  söhbət gedir.
Qanunların  özlərinin  mətni  lövhəciyin  arxa  tərəfində  gəlir. 
Burada  mətn  o  dərəcədə  zədələnmişdir  ki,  az  və  ya  çox  uyğun  gələn 
ancaq  beş  qanunun  yazısım  bərpa  etmək  mümkündür.  Birincidə 
məhkum  olunanlar  üçün  “su  ilə  sınaq”  müəyyən  olunur;  ikincidə 
qulun  sahibinə  qaytarılmasından  söhbət  gedir  Qalan  üç  qanun 
qarmaqarışıq  və  fraqment  halında  olmalarına  baxmayaraq  ictimai 
münasibətlərin  və  etik  normaların  inkişafı  tarixi  üçün  son  dərəcə 
vacibdir.  Onlar  sübut  edir  ki,  hələ  bizim  eradan  2000  il  əvvəl 
verilmiş  çox  sonradan  yaradılmış  qanunların  əsaslarından  biri  olan 
“göz  üçün  göz,  diş üçün diş”  qanunundan  Şumerdə daha humanist idi, 
çünki,  o,  cismani  cəzalan  pul  cərimələrilə əvəz edirdi.
*  Mina -  altmış şekel.Tərc.  qeyd
69


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə