21
20 Yanvar - Şair Bədri Seyidzadənin anadan olmasının 135 illiyi, (1882-1945)
Bədrəddin Kərbəlayı Mircavad oğlu Seyidzadə Bakı quberniyasının Keşlə
kəndində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində, sonra mədrəsədə
almışdır. ―Seyid‖ təxəllüsü ilə şeirlər yazan dayısı onu da yazmağa həvəsləndirmiş,
klassik poeziya ilə tanış etmişdir. Kiçik yaşlarından bədahətən şeir deməsi ilə
fərqlənmişdir. 1906-1920-ci illərdə ―Həyat‖, ―Səda‖, ―Açıq söz‖, ―Bəsirət‖,
―Babayi-Əmir‖, ―Tuti‖ və s. qəzet və jurnallarda lirik şeirlərini ―Bədri‖, Ənqa‖,
―Hüseyni‖, ―Bədrəddin Hüseyni‖, satirik şeirlərini isə ―İynə‖, ―Sancaq‖, ―Bayquş‖,
―Bərqi-əyyar‖ və s. təxəllüsləri ilə çap etdirmişdir. Bədri Seyidzadə 1909-ci ildə
―Nəşri-maarif‖ darülmüəllimində təhsilini davam etdirmişdir. Şeirlərində (―Bizə
nə!..‖, ―Şükür, xudaya‖ və s.) Sabir satiralarının ideya və bədii xüsusiyyətlərindən
bacarıqla bəhrələnmişdir. Bədri Seyidzadə əruzun müxtəlif bəhrlərində qəzəl,
müxəmməs, tərkibbənd və s. yazmış, Nizami, Sədi və Füzulidən təxmislər
etmişdir. M. F. Axundovun Puşkinin ölümünə həsr etdiyi ―Şərq poeması‖nı
farscadan doğma dilə çevirmişdir. 1918-ci ildə Azərbaycanda milli istiqlal
hərəkatının qələbəsindən sonra Bədri Seyidzadənin yaradıcılığında sosial-
demokratiya ideyalarını tərənnüm edən poetik nümunələrə rast gəlinir. Dövrün
poeziyasında olduğu kimi, şairin yaradıcılığında da azad Vətən, müstəqillik rəmzi
olan üçrəngli milli bayrağın tərənnümü mühüm yer tutur. Şair ―Vətən‖
(―Azərbaycan‖ qəzeti, 1919, 7 avqust) şerində də vətəni yüksəkdə duran və
əbədiyyətədək enməyəcək bayraqlı bir diyar kimi vəsf etmişdir. Sovet hakimiyyəti
qurulduqdan sonra poetik yaradıcılığını davam etdirmiş, dövri mətbuatda (―Maarif
və mədəniyyət‖, ―Şərq qadını‖, ―Füqəra füyuzatı‖ və s.) qəzəl, qoşma, tərkibənd,
müxəmməs, təxmis, qitə, beytlər və hekayələri müntəzəm çap olunmuşdur.
Bədri Seyidzadə 1945 - ci ildə Keşlə kəndində vəfat etmişdir.
Kitabları:‖Bir ömrün yadigarı‖ (1984) , ―Bizə nə‖, ―Şükür, xudaya‖, ―Vətən‖
Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
İnternetdə:
www.books.google.com
22
25 Yanvar - Şair İbrahim Zakirin (Pur Əzim İbrahim Əzim oğlunun)
anadan olmasının 125 illiyi, (1892- 1971)
İbrahim Zakir Cənubi Azərbaycanın Ərdəbil mahalında,
Şeyx
Kəlxoran kəndində,
yoxsul
kəndli
ailəsində
doğulmuşdur. Bədii yaradıcılığa gənc yaşlarından başlayan
Zakirə ―Molla Nəsrəddin‖ məcmuəsinin böyük təsiri
olmuşdur. 60 ildən çox bədii yaradıcılıq yolu keçmiş İbrahim
Zakir M.Ə.Sabir və M.Ə.Möcüz satira məktəbinin layiqli
davamçılarındandır. Gənc yaşlarından məşrutə hərəkatında
iştirak edən Zakir 1916-cı ildə yazdığı ―Mənə nə‖, ―Ara həkimləri‖ adlı satirik
şerləri ilə öz yaradıcılıq yolunu müəyyənləşdirmişdir. "Fəryad edirəm", "Novruz
bayramı" adlı şeirləri Rəşt qəzetlərində çap olunmuşdur. Sonralar o, satirik
şerlərinə və siyasi fəaliyyətinə görə yurdundan sürgün edilmişdir. Onun
satiralarında feodal-patriarxal münasibətlərin, faşizmin, mövhumatın və geriliyin
ifşası əsas yer tutur. Şair bütün yaradıcılığı boyu zəhmətkeş xalqın səadəti uğrunda
çalışmış, beynəlmiləlçiliyi, sülhü və xalqlar dostluğunu tərənnüm etmişdir. İ. Zakir
1941-1945-ci illərdə Cənubi Azərbaycanda başlamış milli-azadlıq hərəkatında fəal
iştirak etmiş, fədai başçısı olmuşdur. 1945-ci ilin dekabrında Azərbaycanda
Demokrat Hökuməti qurulduqdan sonra o, məsul partiya vəzifəsində işləmişdir.
1946-cı ilin dekabrında Cənubi Azərbaycan demokrat dövləti şah istibdadı və
imperializm ağaları tərəfindən boğulduqdan sonra Zakir də minlərlə təqib olunan
soydaşımız kimi Sovet Azərbaycanına pənah gətirmiş, ömrünün son 25 ilini burada
keçirmişdir. Bu dövrdə onun yaradıcılığı forma və məzmun cəhətdən daha da
zənginləşmişdir.
Şair ―Mənə nə‖, ―Ara həkimləri‖, ―Fəryad edirəm‖, ―Novruz bayramı‖,
―Vətən, ey vətən‖, ―Azər‖, ―Qürbətdə‖, ―Təbriz‖, ―Mən aşiqi-hürriyyətəm‖, ―Şanlı
xalqımız‖, ―Zahid və Şair‖, ―Mənim öz dilim var‖, ―Qardaşlıq köməyi‖ adlı şerləri
ilə də Cənubi Azərbaycan xalqının qəlbini fəth etmişdir.
İbrahim Zakir 1971-ci il oktyabr ayının 27-də Bakı şəhərində vəfat etmiş və
burada dəfn olunmuşdur.
Kitabları: ―Mənim andım‖ (1950), ―Günəşin qələbəsi‖ (1951), ―Zəfər günəşi‖
(1951), ―Mübariz gənclər‖ (1955), ―Şerlər‖ (1956), ―Savalan xatirələri‖ (1961),
―Vətən nəğmələri‖ (1964) və ―Məni susdurmayacaq‖ (1967) və s.
Ədəbiyyat. Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
23
26 Yanvar - Yazıçı Əzizə Əhmədovanın anadan olmasının 85 illiyi,
(1932-2003)
Əzizə Əhmədova Bakıda anadan olmuşdur. Orta təhsilini
şəhər məktəbində almış, Bakı Pedoqoji Texnikumunu
bitirmişdir (1951). Azərbaycan Dövlət Universitetinin (indi-
ki Bakı Dövlət Universitetinin) jurnalistika şöbəsində
təhsilini
davam etdirmiş, oranı bitirdikdən sonra
―Uşaqgəncnəşr‖ də redaktor işləmişdir (1956-1966). Ədəbi
fəaliyyətə həmin dövrdə başlamışdır. ―Qorxmazın səhvi‖ adlı
ilk mətbu hekayəsi 1957-ci ildə ―Pioner‖ jurnalında dərc
olunmuşdur. Yaradıcılığında uşaq hekayələri və pyeslərlə yanaşı, tərcüməçilik də
başlıca yer tutur. Dünya xalqları ədəbiyyatından çoxlu tərcümələr etmişdir.
V.Hauf, A.Kuprin, A.Qaydar, İ.Franko, S.Magilevskaya, C. Barri, M.Prilejayeva,
A.Rıbakov, A.Lindqren və onlarla başqalarının əsərləri məhz azərbaycanlı
yazıçının tərcüməsində yeni ömrünü yaşamış, yeni oxucular qazanmışdır.
Azərbaycan Sovet Ensiklopediyasında böyük redaktor, ―Gənclik‖ nəşriyyatında
direktor olmuşdur (1967-1987). SSRİ Yazıçılar və Jurnalistlər İttifaqı plenumunun
və Azərbaycan EA Terminologiya Komitəsinin üzvü seçilmişdir. Eyni zamanda
SSRİ ―Dövlətnəşrkom‖u uşaq ədəbiyyatı şurasının üzvü olmuşdur (1970-1990).
Əzizə Əhmədova həm də dramaturq idi. Pyesləri teatrlarda, televiziyada
tamaşaya qoyulurdu. Müxtəlif cizgi filmləri üçün ssenarilər yazırdı. İctimai
həyatın, ədəbi məclislərin ən fəal iştirakçılarından biri idi. Uzun müddət "Gənclik"
nəşriyyatının direktoru vəzifəsində işləyən Əzizə Əhmədova bir naşir kimi də
uğurlu fəaliyyət göstərmişdir. O dövrdə həqiqətən də uşaq və gənclər üçün
mükəmməl kitablar işıq üzü görürdü. 1985-ci ildə Əzizə xanımın yeni kitabı olan
"Damda yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları" böyük əks-
səda doğurdu. İlk dəfə idi ki, Azərbaycan yazıçısının macəra üslubunda orijinal
kitabı işıq üzü görürdü. Ədəbi tənqid də Əzizə Əhmədovanın bu kitabı haqqında
müsbət rəylər söylədi.
Yazıçı xidmətinə görə medalla təltif olunmuşdur. Əsərləri keçmiş SSRİ və
xarici ölkə xalqlarının dillərinə tərcümə edilmişdir.
Əzizə xanım 2003 -cü il avqustun 24-də Bakıda vəfat etmişdir.
Kitabları: ―Xınalı qayalar‖ (1967), ―Yaz qarı‖ (1970), ―Onu çiçəklər sevdi‖
(1977), ―Bir ürək sındırmışam‖ (1980), ―O günlərə baxıram‖ (1982), ―Damda
yaşayan Karlsonla bacada yaşayan Damdabacanın macəraları‖ (1985),
―Çiçəklərim‖ (1988), ―Bir məhəbbət burulğanı‖ (1990) və s.
Ədəbiyyat: Əhmədov Teymur - Azərbaycan yazıçıları” (XX-XXI yüzillikdə) Ensiklopedik
məlumat kitabı, Bakı, 2011.
Dostları ilə paylaş: |