Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə7/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   2   3   4   5   6   7   8   9   10   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
olmasaydı,  "Əsrin  kontraktı"nın  imzalanması  hesab  edirəm  ki,  bizə  o  qədər  böyük 
səmərə  verməzdi,  ümumiyyətlə,  xarici  şirkətlər  1994-cü  ildə  Azərbaycana  sərmayə 
qoyacaqdı, qoymayacaqdı, bu, hələ sual doğururdu.  
           Yəni,  bugünkü  Azərbaycanın  inkişafında,  müstəqil  ölkə  kimi  inkişafında  və 
güclənməsində  neftçilərin  payı,  əməyi,  zəhməti  çox  böyükdür.  Azərbaycan  xalqı 
bunu həmişə yadda saxlayır.  
           1970-1980-ci illərdə neftayırma sahəsində, neft hasilatı sahəsində çox böyük 
və  önəmli  addımlar  atılmışdır.  Azərbaycan  müstəqilliyi  bərpa  edəndə,  əlbəttə  ki, 
1970-1980-ci  illərdə,  ondan  əvvəlki  illərdə  görülmüş  işlər  bizim  inkişafımızı 
müəyyən etdi. Baxmayaraq ki, 1980-ci illərin sonlarında-1990-cı illərin əvvəllərində 
Azərbaycanda neft-qaz hasilatı kəskin şəkildə aşağı düşmüşdü.  
           Hətta biz yaxşı xatırlayırıq ki, özümüzü təbii qazla təmin edə bilmirdik və bir 
müddət  xaricdən  qaz  alırdıq.  Ancaq  bu  gün  Azərbaycan  öz  enerji  təhlükəsizliyi 
məsələlərini  tam  şəkildə  həll  edib.  Azərbaycan  dünya  miqyasında  etibarlı  tərəfdaş 
kimi  öz  mühüm  rolunu  oynayır.  Azərbaycanın  neft-qaz  resursları  başqa  ölkələrin 
enerji təhlükəsizliyinin təmin edilməsində çox vacib rol oynayır.  
           Ancaq  müstəqilliyimiz  əldə  ediləndə  neft  sənayesi  bütün  başqa  sənaye 
sahələri  ilə  bərabər  ağır  vəziyyətdə  idi.  İnvestisiyalar  demək  olar  ki,  yox  idi, 
mərkəzləşdirilmiş  fondlar  yox  idi,  Azərbaycan  iqtisadiyyatı  tənəzzülə  uğrayırdı. 
Ölkədə  gedən  xoşagəlməz  proseslər  sabitliyin  pozulması  və  hərc-mərcliyin, 
anarxiyanın yaranması,  əlbəttə ki, xarici investorları Azərbaycana cəlb etmək üçün 
müsbət rol oynaya bilməzdi. Bir vaxt neft diyarı, dünyanın neft paytaxtı kimi tanınan 
Azərbaycan və Bakı neft-qaz sahəsində çətinliklərlə üz-üzə qalmışdı.  
           Heydər  Əliyevin  Azərbaycanda  hakimiyyətə  qayıdışından  sonra,  1993-cü 
ildən  bu  sahədə  vəziyyət  dəyişdi  və  müsbətə  doğru  meyillər  görünməyə 
başlanmışdır. Qısa müddət ərzində-hakimiyyətə gələndən sonra bir il ərzində "Əsrin 
kontraktı"  imzalanmışdır.  "Əsrin kontraktı"nın  Azərbaycan   tarixində   xüsusi yeri 
23 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
vardır  və  Azərbaycanın  müstəqil  ölkə  kimi  yaşamasında  bu  rol  əvəzolunmazdır.  O 
vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz. Ölkədə sənaye sahəsində hələ 
ki,  tənəzzül  yaşanırdı,  iqtisadiyyat  demək  olar  ki,  çökmüşdü.  Müstəqil  ölkə  üçün 
yaşamaq  çox  çətin  idi.  Müstəqilliyimiz  demək  olar  ki,  şübhə  altında  idi.  Məhz  o 
çətin  illərdə  Azərbaycana  investisiyalar  gətirmək,  Azərbaycanı  dünya  birliyinə 
etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, 
eyni  zamanda,  Azərbaycanın  dövlət  maraqlarını  tam  şəkildə  qorumaq  böyük  siyasi 
təcrübə,  bilik  və  məharət  tələb  edirdi.  O  vaxt  Azərbaycanın  xarici  şirkətlərlə 
əməkdaşlığı,  eyni  zamanda,  bölgədə  birmənalı  qarşılanmırdı.  "Əsrin  kontraktı"nın 
imzalanması,  eyni  zamanda,  böyük  siyasi  cəsarət  tələb  edirdi.  Ancaq  Heydər 
Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz ona nail ola bilmişik. Bu 
gün - 15 il keçəndən sonra biz görürük ki, "Əsrin kontraktı"nın imzalanması, əslində, 
Azərbaycan qarşısında yeni inkişaf yolunu açmışdır.  
          O  illər  hamımızın  yaxşı  xatirimizdədir.  Azərbaycan  özünü  dünyaya  təqdim 
etdi.  Azərbaycan  özünü  etibarlı  tərəfdaş  kimi  göstərdi  və  beləliklə,  böyük 
investisiyaları Azərbaycana cəlb etdi. Bütün gənc, müstəqil ölkələr öz inkişafı üçün 
ilkin addımları birinci növbədə xarici investisiyalar hesabına atırlar. Azərbaycan da 
o  yolu  keçmişdir.  Ancaq  bu  gün  özümüz  başqa  ölkələrə  investisiya  qoyuruq. 
Azərbaycan  Dövlət Neft  Şirkəti  bu  gün xaricdə  investisiyalar  qoyur. Yəni  biz  artıq 
xarici  sərmayədən  asılı  deyilik.  Əgər  xarici  sərmayələr  Azərbaycana  qoyularsa, 
əlbəttə ki, biz bundan çox məmnun olarıq. Qoyulmazsa, bu, bizim inkişafımıza heç 
bir təsir etməyəcəkdir.  
          Bizim indi əsas vəzifəmiz investisiyaları neft-qaz sektoruna deyil, qeyri neft-
qaz  sektoruna  cəlb  etməkdir.  Çünki  neft-qaz  sahəsində  biz  istədiyimizə  nail  ola 
bilmişik.  Azərbaycan  indi  böyük  neft-qaz  hasilatçısıdır.  Bizim  yeddi  neft-qaz 
kəmərimiz vardır - üçü neft kəməri, dördü qaz kəməri.  
          Biz nefti də, qazı da müxtəlif ölkələrə ixrac edirik.  Biz   artıq neft sənayesinin 
24 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
inkişafı sayəsində elektrik enerjisini də ixrac edirik. 
          Beləliklə, biz hətta  böhranlı 2009-cu  ildə  maddi  sıxıntılar  yaşamırıq. Əksinə, 
Azərbaycan  dünya  miqyasında  nadir  ölkələrdəndir  ki,  hətta  2009-cu  ildə 
iqtisadiyyatı inkişaf edib və bu ilin 9 ayında iqtisadiyyat 6 faizdən çox artıb. Bütün 
bunların  təməlində,  əlbəttə  ki,  Azərbaycanın  neft  strategiyası  dayanır.  Dövlət  Neft 
Şirkətinin  xarici  tərəfdaşlarla  uğurlu  əməkdaşlığı  bugünkü  reallıqları  yaradıbdır. 
Azərbaycan  fəxr  edir  ki,  biz  dünyada  müstəqil  siyasət  aparırıq.  Bu,  həqiqətən  də 
belədir.  Artıq  bütün  dünya  bunu  bilir  və  bu,  hər  bir  ölkə  üçün  ən  vacib  məsələdir. 
Biz bu müstəqil siyasəti nəyin hesabına apara bilirik? İlk növbədə, ona görə ki, biz 
iqtisadi  cəhətdən  müstəqilik.  Biz  heç  kimdən  asılı  deyilik.  Biz  öz  hesabımıza 
yaşayırıq.  Azərbaycan  xalqının  yaratdığı  maddi  imkanlar,  dəyərlər  hesabına 
yaşayırıq.  
         Əlbəttə  ki,  iqtisadi  müstəqillik  bizə  siyasi  müstəqillik  də  verir.  Biz  öz 
sözümüzü  qətiyyətlə  deyirik.  Biz  bölgədə  yaşanan  proseslərə  daim  öz 
münasibətimizi  bildiririk.  Artıq  bölgədə  Azərbaycanın  maraqları  nəzərə  alınmadan 
heç  bir  təşəbbüs  reallaşa  bilməz.  Bu,  artıq  reallıqdır  və  bu  reallığı  biz  özümüz 
yaratmışıq. Nə iqtisadi, nə siyasi, nə enerji, nə nəqliyyat sahəsində heç bir layihə icra 
oluna  bilməz.  Azərbaycan  bölgənin  çox  güclü  ölkəsinə  çevrilibdir  və  bu  müstəqil 
siyasəti aparmaq üçün, ilk növbədə, iqtisadi imkanlar bizim üçün şərait yaradır. Əgər 
ancaq  iqtisadi  imkanlar  olsaydı  və  başqa  amillər  olmasaydı,  müstəqil  siyasət 
aparmaq, Azərbaycan xalqının maraqlarını tam şəkildə qorumaq bizim üçün yenə də 
çətin  olardı.  Bizdə  iqtisadi  müstəqilliklə  bərabər  çox  güclü  siyasi  iradə  vardır.  Biz 
prinsipial mövqedən yanaşırıq. Azərbaycan xalqının maraqlarını bütün sahələrdə və 
istənilən  formada  müdafiə  edirik.  Bu  amillərin  sintezi  Azərbaycanın  hərtərəfli 
inkişafı  üçün  şərait  yaradır.  Azərbaycanı  dünya  miqyasında  böyük  hörmətə  malik 
olan  ölkə  kimi  tanıdır  və  ən  önəmlisi  Azərbaycan  xalqının  rifah  halının 
yaxşılaşmasına xidmət göstərir.  
25 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə