Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzi



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə146/164
tarix18.05.2018
ölçüsü5,04 Kb.
#44905
1   ...   142   143   144   145   146   147   148   149   ...   164

 
 
 
                                            
Seolit mineralının tərkibində qida elementləri yoxdur. Məhsul artımını bu mineralın uduculuq 
və torpaq strukturunun yaxşılaşdırılması qabiliyyəti ilə izah etmək olar. 
Məlum  olduğu  kimi  paxlalı  bitkilərin  köklərində  onlarla  müştərək  yaşayan  kök  yumurucuq 
bakteriyaları vardır. Tədqiqatlarımızda paxlalı bitkilərin köklərində kökyumurucuq bakteriyalarına 
seolit  mineralının  təsiri  də  öyrənilmişdir.  Tədqiqatlardan  məlum  olmuşdur  ki,  noxud  və  lobya 
bitkiləri  istisna  olmaqla  digər  bitkilərin  köklərində  kökyumurucuq  bakteriyaları  müşahidə 
olunmamışdır.  Bu  prosesi  həmin  bitkilərin  (soya  və  at  paxlası)  əkildiyi  torpaqlarda  onların 
köklərində  simbioz  yaşayan  bakteriyaların  spontan  formalarının  olmaması  ilə  izah  etmək  olar. 
Lakin məlum olmuşdur ki, noxud bitkisinin yumurucuq bakteriyalarına seolit mineralı müsbət təsir 
edir. Belə ki, onun köklərindəki yumurucuq bakteriyalarının sayı bu mineralın təsirindən bir neçə 
dəfə  artmışdır  (şəkil  2).  Köklərdə  bakteriyalar  çox  olduqca,  havadan  bir  o  qədər    çox

atmosfer 
azotunu fiksasiya edir.
 
Tarla təcrübələrində lobya və paxla bitkilərindən də nəzarət varianta nisbətən yüksək məhsul 
alınmışdır. Seolit mineralı bu təcrübələrdə də özünü müsbət tərəfdən göstərmişdir. 
Yekunda  belə  nəticəyə  gəlmək  olar  ki,  yerli  Naxçıvan  seoliti  paxlalı  bitkilərə  müsbət  təsir 
edir,  torpaq  strukturunun  yaxşılaşdırılması,  tətbiq  olunmuş  mineral  gübrələrin  və  suyun  itkisinin 
qarşısını almaq hesabına onların məhsuldarlığının artmasına səbəb olur. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Mövsümov Z.R. Dənli bitkilərin gübrələnməsi. Bakı: Elm, 1978, 72 s. 
2.
 
Дворникова З.Б. Бобовые овощные культуры. М., 1981, 37с. 
3.
 
Халилов  Э.Н.,  Багиров  Р.А.  Природные  цеолиты,  их  свойства  производство  и 
применение. Баку-Берлин, 2002, 350 с. 
4.
 
Середина  В.П.  Агроэкологические  аспекты  использования  цеолитов  как 
почвоулучшителей  сорбционного  типа  и  источника  калия  для  растений  (Томский 
государственный  университет)  //Известия  Томского  политехнического  университета,  2003, 
Т. 306, № 3, с. 56-60.  
5.
 
Стаканов Ф.С. Фасоль. Кишинев, 1986, 194 с.                     
 
                      
РОЛЬ НАХИЧЕВАНЬСКОГО ЦЕОЛИТЕ В УВЕЛИЧЕНИИ ПЛОДОРОДИЯ ПОЧВЫ 
 
Р.В.АМИРОВ, С.А.ГАДЖИЕВ 
 
В статье обсуждается  применение местного минерала, цеолита в сельском хозяйстве. 
В экспериментах выяснилось, что цеолит благоприятно действует на количество 
клубеньковых бактерий и на урожайность бобовых культур. 
                             
 
THE ROL OF NAKHICHEVAN ZEOLITE IN INCREASE OF SOIL FERTILITY 
 
R.V.AMIROV, S.A.HAJIYEV 
 
The article discusses the use of local mineral, zeolite in agriculture. Experiments revealed 
that the zeolite effect favorably on the number of nodule bacteria and on the yield of legumes. 
             
 
 
 
 
 


 
 
 
UOT 631.48  
 
DAĞ-MEŞƏ QƏHVƏYİ TORPAQLARIN ZAMAN VƏ MƏKAN AMİLİNİ NƏZƏRƏ 
ALMAQLA TORPAQ TƏSNİFATI NOMENKLATURASINDA KORRELYATİV DİNAMİ-
KASININ NƏZƏRİ ASPEKTLƏRİ 
 
doktorant T.A.HACIYEV 
AMEA-nın Eroziya və Suvarma İnstitutu, Bakı 1007, M.Qaşqay küç. 36. WWW.altesi.az 
 
Genetik  torpaqşünaslıqda  torpaqəmələgətirən  faktorlar  həmişə  böyük  diqqət  mərkəzində 
olmuşdur.  Torpağın  genetik  qatlarının  formalaşması  və  zamandan  asılı  olaraq  müxtəlif  məkan 
amillərinin  təsiri  altında  dəyişməsi  klassik  torpaqşünaslıqda  daima  izlənən  və  bu  günlərə  qədər 
dünya torpaqşünas alimləri tərəfindən qarşılıqlı asılılığın öyrənilməsi kimi geniş və aktual mövzu 
olaraq  qalmaqdadır.  Məlumdur  ki,  torpaqların  öyrənilməsində  ən  əlverişli  yanaşma  onun  vahid 
şəkildə  qəbul  olunaraq  ətraf  mühit  və  təbii  komplekslərin  qarşılıqlı  təsir  dairəsini  araşdırmaq, 
zaman  və  məkandan  asılılığını  öyrənərək  geniş  informasiya  toplusu  əldə  etməklə    müəyyən 
nəticələrə nail olmaq olar. 
 
Açar sözlər: torpaqların diaqnostikası, torpaq tipi, karbonatlıq, tekstur differensasiya 
Ключевые  слова:  диагностика  почв,  тип  почв,  карбонатность,  дифференциация 
текстуры 
Key words: the diagnostics of soils, type of soils, carbonate, differentiation of texture                           
  
 Bizə  məlumdur  ki,  qəhvəyi  dağ-meşə  torpaqların  təsnifatını  ilk  dəfə  1949-cu  ildə  İ.P. 
Gerasimov  vermişdir.  İlk  təsnifatdan  bu  günə  qədər  65  il  keçməsinə  baxmayaraq  hələ  də  torpaq 
təsnifatında  qəhvəyi  torpaqlar  özünəməxsus  yerini  tuta  bilməmişdir.  Belə  ki,  yuxarıda  söylənilən 
fikri  əsaslandırmaq  üçün  əlimizdə  çoxillik  nəzəri  və  praktiki  cəhətdən  dəfələrlə  təhlil  edilmiş 
məlumatlar  vardır.  Qəhvəyi  torpaqların  geniş  sahədə  Balkan  yarımadasında  və  Aralıq  dənizi 
ətrafında  (Avropa  və  Afrika  sahilləri)  yayılması  məlumdur.  Bu  barədə  məlumat  1956-cı  ildə 
Parisdə  keçirilmiş  VI  Beynəlxalq  Torpaqşünaslıq  Konqresinin  əsərlərində  nəşr  edilmişdir. 
Azərbaycan  torpaqlarının  sonuncu  təsnifatı  1991-ci  ildə  M.E.Salayev  tərəfindən  verilmişdir  ki, 
burada da müəllif torpaqların diaqnostik göstəricilərinin daha dəqiq və daha geniş öyrənilməsi ilə 
torpaq  nomenklatur  sistematikasının  yenilənməsi  və  dünya  nomenklatur  sistematikası  ilə 
korrelyasiya  əlaqələrinin  axtarılıb  tapılması  işində  müəyyən  zəhməti  olmuşdur  [3,4].  Belə  ki, 
M.E.Salayevin  apardığı  müşahidələrdən  əldə  etdiyi  nəticələri  təhlil  etdikdə  qəhvəyi  dağ-meşə 
torpaqların  özünəməxsusluğu  və  yerləşdiyi  dağlıq  qurşağın  relyef  və  iqlim  mürəkkəbliyi  diqqəti 
cəlb  etmiş  olur.  M.E.Salayevin  qeyd  etdiyi  kimi,  qəhvəyi  torpaqlar  həm  düzən,  həm  də  dağlıq 
relyef  fonunda  yayıla  bilmişdir.  Azərbaycanda  qəhvəyi  torpaqlar  əsasən  özünün  genetik 
göstəricilərini  dağlıq  relyefin  mürəkkəb  ekspozisiyasında  formalaşdırmış  və  klassik  morfoloji  
əlamətlərini  saxlaya  bilmişdir.  Bu  fikri  yetərincə  əsaslandırmaq  üçün  çox  uzağa  getmək  lazım 
deyildir.  Belə  ki,  Böyük  Qafqazın  şimal-şərq  hissəsində  Quba  və  Xaçmaz  rayonları  arasında 
yetərincə  geniş  əhatə  sahəsinə  malik  olan  qəhvəyi  torpaqlara  rast  gəlmək  mümkündür.  Quba 
rayonunun  dağətəyi  və  Qusar  maili  düzənliyinə  enən  ön  dağlıq  hissəsində,  çəmən-qəhvəyi 
torpaqlarla  birləşir.  Yuxarı  sərhəddə  isə  qəhvəyi  meşə  torpaqları  tünd  qonur  torpaqlara  keçid 
yaradır. Meşə zonasının qəhvəyi torpaqları 400-500 m-dən 1100 m-ə qədər yüksəkdə, əsasən palıd 
meşəsi  altında  inkişaf  etmişdir.  Düzən  ərazilərdə  yayılan  qəhvəyi  torpaqlar  uzun  müddətdir  ki, 
antropogen  təsir  altında  tip-diaqnostik  göstəricilərini  dəyişə  bilmişdir.  Lakin  qəhvəyi  dağ-meşə 
torpaqları  da  ilkin  morfogenetik  xüsusiyyətini  itirmiş  və  müəyyən  mənada  “assimlyasiya”ya 
uğramışdır.  Belə  ki,  əvvəllər  meşə  altında  olmuş  qəhvəyi  torpaqlar  hal-hazırda  çox  az  faiz 
göstəricisi  ilə ilkin  vəziyyətini  qoruyub  saxlamış,  əksər  böyük  faizlə  bu  torpaqlar bozqır  bitkiləri 
altında təkamül prosesini yaşayır [1]. 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə