Ключевые слова: горох, нут, фасоль, соя, бобы, симбиоз, цеолит, минераль, фиксация,
спонтан
Key words: pea, chickpea, bean,
soya beans,
symbiosis, zeolite, mineral,
fixation,
spontaneous
Təbii seolit-nadir mineral xammaldır. Ondan xalq təsərrüfatının bir çox sahələrində, xüsusilə
kənd təsərrüfatında geniş şəkildə istifadə olunur.
Seolit haqqında ilk yazılı məlumat 1756-cı ildə İsveç tədqiqatçısı A.Kronsted tərəfindən
verilmişdir. O, tədqiqat apardığı minerala seolit adı vermişdir ki, bu da yunan dilində “Qaynayan
daş “ mənasını verir.
Bərk cisimlər tərəfindən buxarın və qazların udulması hələ eramızdan əvvəl məlum idi. Lakin
əsaslı elmi tədqiqat işləri yalnız XVII əsrin axırlarında başlanmışdır. 1909-cu ildə F.Qranje
müşahidə edir ki, şabarit (seolitin bir növüdür) havanı, hidrogeni, kükürd qazını, yodu, bromu
yüksək temperaturada hətta civə buxarını belə tutub saxlayır.
XX əsrin birinci yarısında ABŞ, Yaponiya, Fransa, Almaniya və digər ölkələrdə seolit
yataqları aşkar edilmiş və dərhal onun geniş istifadəsinə başlanılmışdır. Ötən əsrin ortalarında
Azərbaycanın Tovuz rayonunda yüksək qumlu mardenit və klinoptilolit mənşəli seolit yataqları kəşf
edilmiş və üzərində tədqiqat işləri aparılaraq, onun tətbiq sahələri müəyyən edilmişdir (3].
Naxçıvan Muxtar Respublikasında da ümumi ehtiyatı 8 milyon tondan artıq olan yüksək
keyfiyyətli seolit yataqları aşkar edilmişdir. Muxtar Respublika ilə qonşu olan Türkiyə və İran İslam
Respublikasında seolitdən artıq çoxdandır ki, xalq təsərrüfatının müxtəlif sahələrində, xüsusilə də
kənd təsərrüfatında geniş istifadə edilir.
Qiymətli təbii mineral olan seolitdə yüksək uduculuq qabiliyyəti olduğundan kənd təsərrüfatı
bitkilərinə tətbiqi zamanı əkinlərə verilmiş gübrələrin yuyularaq torpağın dərin qatlarına keçməsinin
və yeraltı suların çirklənməsinin qarşısını alır. Seolit torpağa verilmiş mineral və üzvi gübrələri,
eləcə də suyu udaraq uzun müddət özündə saxlayır, kənd təsərrüfatı bitkilərinin tələbatına uyğun
miqdarda onlara tədricən ötürür. Bu proses həm tətbiq olunmuş gübrələrin və həm də suyun itkisiz,
səmərəli istifadəsinə əlverişli şərait yaradır. Ağır gilli və gillicəli torpaqlara seolit verilərkən torpaq
hissəciklərinin bir-birinə sıx yapışmasının qarşısını alır, onun daima yumşaq olmasını təmin edir.
Belə torpaqlarda havalanma yaxşılaşır ki, nəticədə bitkilərdə kök tənəffüsü üçün əlverişli şərait
yaranır. Seolitin bu xüsusiyyətindən kənd təsərrüfatında və şəhərlərin yaşıllaşdırılmasında geniş
şəkildə istifadə olunur. Onu da qeyd etmək lazımdır ki, seolit mineralını bir il tətbiq etməklə, ondan
5-6 il istifadə etmək olur. Bu mineral öz keyfiyyətini bu müddət ərzində qoruyub saxlayır (şəkil 1)
[1, 3].
Seolitin torpaq strukturunun yaxşılaşdırılmasına, uduculuq qabiliyyətinə, meliorativ
xüsusiyyətlərinə, həmçinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına aid
Azərbaycanda “Aqrokimya və Torpaqşunaslıq” və Elmi-Tədqiqat Hidromeliorasiya və
Mexanizasiya İnstitutunda bir çox tədqiqatlar aparılmış, müsbət nəticələr alınmışdır [3].
Naxçıvan MR-də ehtiyatı 8 mln. ton olan seolit yataqlarının olmasına, və burada bir neçə
elmi-tədqiqat müəssisələrinin fəaliyyət göstərməsinə baxmayaraq, bu qiymətli mineral sərvət indiyə
qədər tədqiqatlara cəlb olunmamışdır. Bu baxımdan müraciət etdiyimiz mövzu yenidir və Naxçıvan
seolitinin paxlalı bitkilər üzərində sınağı ilk
dəfədir ki, tərfimizdən aparılır.
Тorpaq münbitliyinə yerli seolit mineralının təsirini öyrənmək üçün tarla təcrübələri 2008-
2010-cu illər ərzində AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Babək rayonunun
Şıxmahmud kəndi ərazisində yerləşən «Nəbatat bağı»-nın təcrübə sahəsində qədimdən suvarılan-
boz torpaqlar şəraitində qoyulmuşdur.
Tədqiqat aparılacaq sahə payızda seçilərək, alaq otlarından və sələf bitkisinin qalıqlarından
təmizlənmiş, hektara 10 ton hesabı ilə narınlaşdırılmış seolit səpilərək, 25-30 sm dərinlikdə
şumlanmışdır. İlk yazda təcrübə sahəsindəki alaq otlarını məhv etmək məqsədilə sahəyə herbisid
çilənmişdir. Sonra sahəyə yenidən 5 (cəmi 15 ton) ton/ha normasında seolit səpilərək çizellənmiş və
topanlanmışdır.