Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kimya və biologiya fakültəsi Kimya və onun tədrisi metodikası kafedrasi kimya fənnindən



Yüklə 132,71 Kb.
səhifə5/7
tarix30.12.2023
ölçüsü132,71 Kb.
#166538
1   2   3   4   5   6   7
Vəlizadə cəmalə

Polyar Kovalent Rabitə
Rabitəni əmələ gətirən ümumi elektron cütünün atomlardan birinə doğru çəkilməsi ilə yaranan kovalent rabitəyə polyar kovalent rabitə deyilir. Başqa sözlə müxtəlif qeyri-metal atomları arasında ümumi elektron cütü ilə yaranan kovalent rabitəyə polyar kovalent rabitə deyilir.
Tərkibində metal atomu olmayan mürəkkəb maddələrin (molekulunda karbonun sayı bir olan üzvi maddələr) hamısı polyar kovalent rabitəli birləşmələrdir. Məsələn: HF, HCl, HBr, HJ, CO, СО2, SО2, SО3, NO, NО2, N2O5, Р2O3, P2O5, H2S, H2O, (HNO3), H2SO3, H2CO3, NH3, PH3, CS2, SiO2, SiC, HNO3, H2SO3, H2SO4, (HРO3), H3PO3, H3PO2, H4P2O7, H3PO4, CH2Cl2, CHCl3, CCl4, CF4, CH4 və s.
HF, HCl, HBr, HJ, H2O, SO2, H2S, NH3, PH3 kimi binar (ikielementli) birləşmələrin molekullarında elektron cütləri rabitədə qeyri-simmetrik yerləşir. Bu halda dipol (molekulda qütbləşmə) əmələ gəlir, yəni molekulun bir qütbü müsbət, digər qütbü mənfi yüklənir. İki atom arasında 2-ci və 3-cü kovalent rabitənin əmələ gəlmə imkanı olduqda elektron buludlarının ötrülməsi atomların mərkəzlərini (nüvələrini) birləşdirən xətt üzrə baş verə bilmir. Bu onunla əlaqədardır ki, atomda olan elektron buludları bir-birinə nəzərən müəyyən bucaq altında yerləşir. Ona görədə elektron buludlarının öütürlməsi atomalrın mərkəzlərdən keçən xəttin hər iki tərəfində baş verir.
Kimyəvi rabitəni əmələ gətirən atomların mərkəzlərini birləşdirən oxun hər iki tərəfində orbitalların yandan ötürülməsi hesabına yaranan kovalent rabitə π rabitə adlanır.
Kimyəvi rabitənin polyarlığı
Kimyəvi rabitənin polyarlığı kovalent rabitəni əmələ gətirən elektron cütünün atomlardan birinə tərəf yerdəyişməsindən asılıdır. Hidrogen-halogenlərdə (HF, HCl, HBr, HJ) halogenin sıra nömrəsi artdıqca radiusu artdığından rabitənin uzunluğuda artır. F ən qüvvətli qeyri- metal olduğundan HF daha polyar və daha davamlı olur. Rabitənin uzunluğu, turşuluq, reduksiyedicilik artır, rabitənin polyarlığı, davamlılığı azalır. Rabitənin tərtibi iki atomu birləşdirən elektron cütlərinin sayı (kovalent-rabitənin sayı) ilə müəyyən edilir. Məsələn, etan C2H6, etilen CH2=CH2, asitilendə HC≡CH karbon atomları arasındakı rabitə müvafiq olaraq birqat, ikiqat və üçqatdır. Rabitənin tərtibi (qatlığı) artıqca (rabitənin tərtibi onun neçə qat olduğunu göstərir) onun enerjisi artır, uzunluğu isə azalır.

Yüklə 132,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə