Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə13/27
tarix08.04.2018
ölçüsü0,79 Mb.
#36757
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

 

 

37 



statistik  öyrənərkən  ilk  növbədə  istehlakın  yol  verilən  səviyyəsini  təmin  edən 

gəlirlərin həddi müəyyən edilir. Qeyd edilənlərdən aydın olur ki, orta illik, aylıq və 

günlük gəliri müəyyən həddən aşağı olan istənilən şəxs yoxsul hesab edilir. Məlumat 

üçün deyək ki, bir çox ölkələrdə bu hədd orta medina gəlirin hissəsi kimi  müəyyən 

edilir. 

Həyat  səviyyəsinin  beynəlxalq  standartları  Beynəlxalq  Əmək  Təşkilatının 

(BƏT)  «Sosial siyasətin  əsas  məqsədləri və normaları haqqında»  117 saylı  konven-

siyasında  göstərilir.  BƏT-nin  bu  sənədində  insanlığın  nail  olunduğu  rifah  səviyyəsi 

qeyd  edilir  və  müasir  insanın  hansı həyat  səviyyəsi  hüququna malik olduğu  sualına 

cavab  verilir.  Bu  suala  hər  bir  ölkə  öz  iqtisadiyyatının  vəziyyətinə  və  sosial 

qanunvericiliyinin inkişaf səviyyəsinə uyğun olaraq cavab verir . 

Yoxsulluğun həddi kimi  yaşayış minimumu hesablanır. Bunun üçün aşağıdakı 

anlayışların izahı zəruridir: 

1.Minimum  istehlak  səbəti.  Bu,  insanın  sağlamlığını  saxlamaq  və  onun  həyat 

fəaliyyətini  təmin  etmək  üçün  zəruri  olan  qida  məhsullarının,  qeyri-ərzaq  mal  və 

xidmətlərin minimal dəstidir. 

2.Ailə  -  qohumluq  yaxud  birgə  yaşayış  xüsusiyyətləri  və  birgə  təsərrüfatın 

aparılması ilə bağlı şəxslərdir. 

3.Əhalinin  əsas  sosial-demoqrafik  qrupları  (əmək  qabiliyyətli  əhali,  pensi-

yaçılar, uşaqlar). 

Yaşayış (fizioloji) minimumu dedikdə - yalnız müəyyən vaxta insanın sağlam-

lığının və  onun həyat fəaliyyətinin saxlanması üçün zəruri olan mal və xidmətlərin 

minimal  dəstinin  və  məcburi  ödəmə  və  yığımların  dəyəri  başa  düşülür.  stehlakın 

həyatı  zəruri  ünsürlərinə  yalnız  qida  deyil,  sanitariya  və  gigiyenanın  ən  zəruri 

əş

yalarına,  dərman,  kommunal  xidmətləri  xərcləri  və  digər  məcburi  ödəmələr  də 



daxil edilir. 

Yoxsulluq  gəlirlərin  bölgüsündəki  qeyri-bərabərliyin  mühüm  xarakteristika-

sından  biridir.  Yoxsulluğun  səviyyəsi  -  əhalinin  ümumi  sayında  gəlirləri  yaşayış 

minimumundan  aşağı  olan  əhalinin  xüsusi  çəkisidir  və  o,  ölkənin  sosial-iqtisadi 

vəziyyətinin  informativ  göstəricisi  kimi  çıxış  edir.  Bazar  iqtisadiyyatı  şəraitində 



 

 

38 



yaşayış  minimumundan  sosial  siyasəti  işləyib  hazırlayarkən  və  həyata  keçirərkən, 

ölkə səviyyəsində minimum əmək haqqının, pensiyanın, təqaüdlərin, yardımların və 

digər  sosial  ödəmələrin  minimal  həcmini  əsaslaşdırarkən,  büdcəni  formalaşdırarkən 

ə

halinin həyat səviyyəsinin qiymətləndirilməsi meyarı kimi istifadə edilir. Bu zaman 



minimum  istehlak  səbəti  və  yaşayış  minimumunun  hesablanması  həm  bütün  əhali 

üzrə, həm də əsas sosial-demoqrafik qruplar üzrə həyata keçirilir [7, 32]. 

Ailənin (yaxud tək yaşayan vətəndaşın) dövlətdən sosial kömək almaq hüququ 

vardır və əgər onun hər nəfərinə orta gəliri müəyyən olunmuş yaşayış minimumundan 

aşağıdırsa o, aztəminatlı hesab edilir. 

Bir  qayda  olaraq  statistika  təcrübəsində  dövlətin  əhaliyə  göstərdiyi  sosial  

təminatların həcminin nisbəti əmsalla ifadə olunur. Bu sosial təminatın bütün növləri 

ilə  əhalinin  sosial-demoqrafik  qrupları  üçün  müəyyən  olunmuş  yaşayış  minimumu 

arasındakı  nisbətdir.  Yaşayış  minimumu  metodundan  istifadə  edərək  yoxsulluğun 

qiymətləndirilməsi  ev  təsərrüfatının  hər  bir  üzvünün  yaşayış  minimumunun  həcmi 

nəzərə alınmaqla bütövlükdə yoxsulluğun həddini təşkil etməyə imkan verir. 

Yaşayış  minimumunun  əsasını  istehlakın  minimal  norması  üzrə  qida  məhsul-

larının natural dəsti, kaloriliyinin və yeyinti məhsullarının kimyəvi tərkibinin tarazlığı 

təşkil edir.  

Bütövlükdə  ev  təsərrüfatı  üzrə  yaşayış  minimumunun  ərzaq  hissəsinin  kəmiy-

yəti  onun  üzvlərinin  sayından,  cinsindən  və  yaşından  asılı  olaraq  müəyyən  edilir. 

Minimum  ərzaq  səbətinin  dəyəri  müəyyənləşdirildikdən  sonra  ona  qeyri-ərzaq 

mallarına xərcin, pullu xidmətlərin və vergi ödəmələrinin, üzvlük haqlarının məbləği 

ə

lavə edilir.  



Yaşayış  minimumunun  kəmiyyətindən  əhalinin  sosial  qeyri-bərabərliyinin 

dərəcəsini xarakterizə edən meyar kimi istifadə edilir. Adətən hər nəfərə düşən gəliri 

yaşayış minimumundan aşağı olan ev təsərrüfatı qrupları müəyyən edilir. 

Bir  qayda  olaraq  şəxslərin,  yaxud  ev  təsərrüfatı  qruplarının  yoxsulluq 

vəziyyətində  olanlara  aid  edilməsinin  meyarı  kimi  hər  nəfərə  düşən  gəlirlərin 

səviyyəsinin  yaşayış  minimumunun  kəmiyyətindən  iki  dəfə,  yaxud  çox  aşağı 




 

 

39 



olmasından  və  ya  qida  məhsullarının  istehlakı  kaloriliyinin  elmi  cəhətdən  əsaslan-

dırılmış  fizioloji normadan aşağı olmasından istifadə edilir. 

Digər  metodikaya  uyğun  olaraq  kasıb  qrupa  gəlirləri  əhalinin  qalan  qrupunun 

gəlirindən aşağı olanlar aid edilir. Kasıblığın qiymətləndirilməsinin bu metodu bütün 

ə

halinin  orta  gəlir  göstəricisinə  müəyyən  nisbətdə  maddi  çatışmazlığın 



müəyyənləşdirilmiş  həddinə  əsaslanır.  Bu  halda  kasıblara  gəlirləri  medina  gəlirdən 

aşağı olanlar aid edilir. 

Kasıblığın  qiymətləndirilməsinin  digər  metodu  statistik  qiymətləndirmədən 

istifadəyə  əsaslanır.  Bu  zaman  kasıblığın  meyarı  kimi  ailənin  gəlirində  (xərcində) 

qida  məhsullarına  xərclərin  xüsusi  çəkisi  tətbiq  edilir.  Əgər  əhalinin,  yaxud  ev 

təsərrüfatının gəlirində qida məhsullarının alınmasına xərclərin xüsusi çəkisi olduqca 

böyükdürsə onda ailə kasıb qrupa aid edilir. 

Bəzən  tədqiqatçılar  yoxsulluğu  qiymətləndirmək  üçün  kriteriya  kimi  qida 

məhsullarının  istehlak  səviyyəsindən  istifadə  edirlər.  Bu  zaman  ərzaq  istehlakı,  bir 

qayda  olaraq  gündə  hər  nəfər  hesabı  ilə  məhsul  istehsalının  kaloriliyi  vasitəsilə 

qiymətləndirilir  və  fizioloji  normativlərlə  müqayisə  edilir.  Təbii  ki,  normativlər 

ə

halinin müxtəlif cins-yaş qrupları üçün fərqləndirilir və əhalinin yaşadığı təbii-iqlim 



şə

raiti  nəzərə  alınır.  Kasıblığı  təhlil  edərkən  qida  kaloriliyinin  hesablanması  yeyinti 

məhsullarının tərkibinin qiymətləndirilməsi ilə də tamamlana bilər. 

Qeyd edilən kasıblıq kriteriyalarını obyektiv hesab etmək olar. Lakin təcrübədə 

tez-tez  kasıbçılığın  subyektiv  qiymətləndirilməsindən  də  istifadə  edilir.  Belə 

qiymətləndirmələr respodentlərin həyat səviyyəsi haqqındakı fikirlərinə əsaslanır. Bu 

halda  kasıblara  maddi  vəziyyətləri  (gəlirləri,  əmlakı)  özlərinin  tələbatlarını  tam 

həcmdə ödəməyə imkan verməyənlər aid edilir. 

Yoxsul  əhalinin  gəlirləri  haqqındakı  məlumatlar  əsasında  yoxsul  əhalinin  hər 

nəfərinə  düşən  gəlir  göstəricisi,  gəlirin  çatışmazlığı,  yoxsulluğun  dərinliyi  və  kəs-

kinliyi  əmsalları kimi nisbi göstəricilər hesablanır və statistik təhlil edilir. 



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə