Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə17/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   13   14   15   16   17   18   19   20   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

39 


-sosial-idarəetmə  (icra,  səhmdar  cəmiyyətin  fəaliyyətində  dəyişik-

liklər, tərbiyə işi, rəhbərin seçilməsi və s.); 

-hüquqi (əsasən təsərrüfat qanunvericiliyində baş verən dəyişikliklər); 

-pedoqoji (tədris metodları, tərbiyə metodları) aid edilir. 

Material-texniki  və  sosial  yeniliklər  arasında  qarşılıqlı  əvəzləmələr 

vardır. Belə ki, müəssisədə əmək məhsuldarlığı yeni texnikanın və texnolo-

giyanın  tətbiqi  vasitəsilə,  həmçinin  əməyin  təşkili  və  stimullaşdırılmasının 

mütərəqqi  formalarının  tətbiqi  sayəsində  yüksəldılə  bilər.  Bir  sıra  hallarda 

ikinci yol daha əlverişli və ucuz başa gəlir. 

nnovasiya potensialına görə yeniliklər aşağıdakı kimi bölünürlər: 

-radikal  və  baza  yenilikləri  (prinsipcə  yeni  texnologiyalar,  idarəet-

mənin metodları, məhsul növləri); 

-kombinəedilmiş  yeniliklər  (müxtəlif  əlaqələndirmələrdən  istifadə 

edərək elementlərin konstruktiv birləşdirilməsi); 

-modifikasiya  olunmuş  yeniliklər  (mövcud  konstruksiyaların  və 

prinsiplərin yaxşılaşdırılması). 

Texnikanın,  texnologiyanın  və  istehsalın  təşkilinin  təkmilləşdirilməsi 

məsələsi  birbaşa  bazarda  tələb  və  təklifin  dəyişilməsi  dinamikası  ilə 

ə

laqələndirilməlidir.  



Texniki  yeniliklərin  xarakterik  cəhətləri  istehsalın  texniki  bazasında 

baş verən kəmiyyət dəyişiklikləri ilə fərqlənir, yəni: 

-ixtiraların tətbiqi nəticəsində istehsalın texniki səviyyəsində keyfiyyət 

sıçrayışı; 

-yeniliklərin tətbiqi nəticəsində iqtisadi-sosial və ekoloji effektin əldə 

edilməsi. 

nnovasiyanın  texniki,  iqtisadi  və  sosial  nəticələri  aşağıdakılardan 

ibarətdir: 

-məhsulun  çeşidi  təzələnir  və  rəqabət  qabiliyyəti  yüksəlir,  əhalinin 

artan tələbatının ödənilməsinə bilavasitə imkan verir; 

-istehsalın səmərəliliyi yüksəlir, mövcud resurslardan qənaətlə istifadə 

olunmasına,  istehsal  xərclərinin  azalmasına  və  mənfəətin  artmasına  səbəb 

olur; 

-yeniliklər əhəmiyyətli sosail nəticələrlə səciyyələnir. 



Elm  və  texnika  nailiyyətlərinin  istehsalata  tətbiqi  əməyin  xarakterini 

dəyişir, əmək şəraitini yüngülləşdirir, ağır əl əməyini aradan qaldırır. 

Yeniliklər istehsalda keyfiyyət dəyişiklikləridir. Onları texnika və tex-

nologiyaya,  istehsalın  təşkilinə  və  idarəetməyə  aid  etmək  olar.  Bunlar  bir-

birilə sıx əlaqəlidirlər və məhsuldar qüvvələrin inkişafında, istehsalın səmə-

rəliliyinin yüksəldilməsində keyfiyyətli pillədir. 

Texniki yeniliklərin xarakterik xüsusiyyətləri aşağıdakılardır: 

-texniki  səviyyədə  keyfiyyətli  sıçrayış  (ixtiraların  realizə  olunması 

nəticəsi –  yenilik meyarı); 



Бизнесин тяшкили вя идаря едилмяси 

40 


-yeniliklərin  tətbiqi  nəticəsində  iqtisadi,  sosial,  ekoloji  və  başqa 

səmərəliliyin böyük ölçüsü (səmərəlilik meyarı). 

Bu  meyarlar  yeniliyin  xırda,  çoxsaylı  texniki  səmərələşdirmələrdən 

fərqləndirməyə imkan verir.  

Hazırda  elm  və  istehsalat  arasında  birbaşa  əlaqə  yaradılmışdır,  çox 

vaxt elmi ideyalar istehsalatda həyata keçirilir. 

Elmi-texniki  tərəqqinin  sürətləndirilməsi  sənaye  məhsullarının  daim 

yeniləşdirilməsinə  gətirib  çıxarır.  Sənaye  məhsulu  hər  5  ildən  bir  təqribən 

80 faiz  yeniləşir. Son 20 il ərzində məhsulun illik  yeniləşmə səviyyəsi 4-5 

dəfə; daha mütərəqqi sahələr üzrə 6-7 dəfə artmışdır. 

Beləliklə,  iqtisadi  ədəbiyyatlarda  innovasiya  haqqında  müxtəlif 

təriflərə rast gəlinir:  

nnovasiya  –  istehsalın  ilkin  strukturunda  baş  verən  dəyişikliklərdir, 

yəni onun daxili strukturunun yeni vəziyyətə keçididir; 

nnovasiya  –  yeni  praktiki  vasitələrin  yaradılması,  yayılması  və  isti-

fadəsinin    kompleks    prosesidir    (insanların  məlum  tələblərinin  daha  yaxşı 

təmin edilməsi üçün yeniliklərdir); 

nnovasiya    –    yeni    texnoloji    ideyaların,    təkliflərin,    elmi-texniki  

qərarların praktiki tətbiq edilməsi və həyata keçirilməsi; 

nnovasiya – yeni texnologiya şəklində yeniliklərin, məhsul və xidmət 

növlərinin,  istehsal,  maliyyə,  kommersiya  və  inzibati  xarakterli  təşkilati-

texniki və sosial-iqtisadi qərarların yerinə yetirilməsidir. 

nnovasiya – aparılmış elmi-tədqiqatların və kəşflərin istehsalata tətbiq 

edilən (əvvəlki analoqlarda fərqli) obyektləridir. 

Həmin təriflərdə iki cəhəti xüsusi  vurğulamaq lazımdır: birincisi, bu 

«yeni  ideya»,  məhsul  və  xidmətdir;  ikincisı,  istehsalata  yeniliklərin  tətbiq 

edilməsidir  ki,  nəticədə  istehsal  sisteminin  özü  dəyişir,  istehsal  yeni 

keyfiyyəti kəsb edir. 

Son  illərdə  sənayecə  inkişaf  etmiş  ölkələrdə  (ABŞ,  Yaponiya,  Alma-

niya  və  s.)  yüksək  riskli  texnologiyanın  xüsusi  çəkisinin  artması  müşahidə 

olunur. Mütərəqqi texnologiya üzrə hazırlanmış məhsulların həyat tsikli adi 

sənaye məhsullarına nisbətən 3 dəfə kiçik olur. 

Bazar  iqtisadiyyatı  şəraitində  istehsalın  səmərəliliyinin  yüksəldilməsi 

üçün  yeniliklərin  yaradılması  və  tətbiqi  çox  vacibdir.  Yeniliklər  bazar  qa-

nunlarının  tələblərinə  uyğun  olaraq  cəmiyyət  –  istehsal  –  istehlak  proses-

lərində iştirakçılara qarşılıqlı fayda verir. 

 

3.2.  nnovasiyalı davranış və aktivlik 

 

nnovasiyalı  inkişaf  strtategiyasını  işləyib  hazırlayarkən  innovasiyalı 

davranışın  qiymətləndirilməsinə  xüsusi  diqqət  yetirilməlidir.  O,  təsərrüfat 

subyektlərində texnoloji innovasiyanın mənimsənilməsi nəticəsində baş verə 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə