Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə16/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   12   13   14   15   16   17   18   19   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

37 


Hal-hazırda  innovasiya  fəaliyyəti  sahəsində  ümumi  qəbul  olunmuş 

terminalogiya  yoxdur.  Akademik  L. .Abalkinin  fikrincə  innovasiya  fəaliy-

yəti bir tərəfdən elmin, kəşfin və ixtiranın texnika və texnologiyanın səviy-

yəsinə  daim  təsir  göstərməsində,  digər  tərəfdən  isə  elmi-tədqiqatlarda  yeni 

cihaz və avadanlıqların tətbiqində təzahür edən elm və texnikanın qarşılıqlı 

ə

laqəli  ardıcıl  inkişafı  başa  düşülməlidir.  Elmi-texniki  tərəqqi  sosial 



tərəqqinin ayrılması hissəsi kimi maddi istehsalın və sosial sferanın keyfiy-

yətcə  yeniləşdirilməsini  stimullaşdırır,  əmək  məhsuldarlığının  daima  art-

masına səbəb olur, praktiki olaraq cəmiyyətin bütün tərəflərinə təsir göstərir.  

A.V.Sokolov və başqaları innovasiya dedikdə konkret ictimai tələbatı 

ödəyən  və  bir  sıra  səmərə  verə  bilən  prinsipcə  yeni,  yaxud  modifikasiya 

olunmuş  vəsaitin  (yeniliyin)  yaranması  və  mənimsənilməsinin  yekun 

nəticəsi başa düşürlər.  

«Elmi-texniki tərəqqi» lüğətində qeyd edilir ki, innovasiya – yeni növ 

məmulatların, texnologiyaların  işlənməsinə,  yaradılmasına  və    yayılması-

na,    yeni  təşkilati  firmaların  tətbiqinə  yönəldilən  yaradıcı  fəaliyyətin  nəti-

cəsidir. 

Bəzi  iqtisadçılar  «yenilik»  və    «innovasiya»  anlayışlarını  eyniləşdir-

məyə  çalışırlar.  Bu  fikirlə  qətiyyən  razılaşmaq  olmaz.  Yenilik  –  hər  hansı 

fəaliyyət sferasında istehsalın səmərəliliyinin yüksəldilməsi üzrə fundamen-

tal, tətbiqi tədqiqatların, işləmələrin və  ya eksperimental işlərin nəticəsidir. 

Yenilik  ixtira,  kəşf,  patent,  əmtəə  nişanı,  səmərələşdirici  təklif  şəklində 

tərtib  oluna  bilər.  nnovasiya  idarəetmə  obyektinin  dəyişdirilməsi  və  iqti-

sadi,  sosial,  ekoloji,  elmi-texniki  və  digər  növ  effektin  alınması  məqsədilə 

yeniliklərin tətbiqinin son nəticəsidir. 

Bazar münasibətləri şəraitində müəssisə  elm və texniki nailiyyətlərini,  

ixtiraları tətbiq edərək öz fəaliyyətini daim təkmilləşdirməyə çalışır.  

nnovasiya  prosesi  aşağıdakı  tədbirlərin  həyata  keçirilməsini  nəzərdə 

tutur: 

-yeni növ məhsulun mənimsənilməsi və buraxılan məhsulun modern-



ləşdirilməsi; 

-yeni maşın, avadanlıq və materialların istehsalata tətbiqi; 

-yeni  texnologiyaların  və  məhsulun  istehsalı  üsullarından  istifadə 

edilməsi; 

-istehsalın  təşkili  və  idarəetmənin  mütərəqqi  metodları,  vasitələri  və 

qaydalarının tətbiqi. 

qtisadiyyatın bütün sahələrində innovasiya proseslərinin genişləndiril-

məsinin  əsas  amili  istehsalın  elmi-texniki  nailiyyətlərə  uyğun  tələbatından 

irəli  gəlir.  nnovasiya  nəzəriyyəsindən  lazımınca  istifadə  etmək  üçün  pro-

seslər  arasında  bir  başa  əlaqəni  o  mənada  öyrənmək  lazımdır  ki,  texniki 

yeniliklər təşkilati və iqtisadi dəyişikliklərlə nəticələnsin. 



Бизнесин тяшкили вя идаря едилмяси 

38 


nnovasiya  prosesi  əmək  məhsuldarlığının  yüksəldilməsi,  tədavül 

xərclərinin  azaldılması  və  məhsul  satışında  keyfiyyətin  yüksəldilməsi  və 

qiymətin aşağı salınması ilə müşahidə olunur. Məhz yeniliklərin dəqiq me-

xanizminə arxalanaraq kompaniyalar və firmalar öz məhsullarının rəqabətə 

davam  gətirməsini  təmin  edirlər,  tələbatın  formalaşmasında  təşəbbüsü  əldə 

saxlayırlar.  

qtisadi  ədəbiyyatlarda  göstərilir  ki,  elmi-texniki  tərəqqinin  və  isteh-

salın inkişafı baxımından innovasiya fəaliyyəti beş cür olur: 

1.  Böyük  innovasiya.  Bu  zaman  inqilabi  yeniliklər  həyata  keçirilir, 

istehsal strukturu, iadəretmə və iqtisadi inkişafın sürəti kökündən dəyişir. 

2.  Radikal innovasiya. Elmi ideyalar və ixtiralar baş verir ki, nəticədə 

texnoloji sistemlərin keyfiyyətinin kökündən dəyişdirilməsi və yeni istehsal 

sahələrinin yaranması mümkün olur. 

3.  Prinsipial innovasiya. Böyük ixtiralar və elmi-texniki təkliflər  ya-

ranır  ki,  bunların  da  bazasında  texnikanın  yenisi  ilə  əvəzlənməsi,  fun-

damental elmi prinsipin saxlanması şərti ilə yeni texnologiya yaranır.  

4.  Mövcud texnologiyanın, obyektlərin, məhsulun və texnikanın tək-

milləşdirilməsinə  yönəldilmiş  innovasiyalar.  Bunun  nəticəsində  yeni  ixti-

ralar  meydana  çıxır  ki,  onlar  da  buraxılan  məhsulun  əsas  texniki-iqtisadi 

göstəricilərinin yaxşılaşmasına nail olur. 

5.  Sadə innovasiya. Bunun vasitəsilə istehsalda istifadə edilən texnika 

və texnologiyanın texniki-iqtisadi parametrlərinin bir müddət saxlanmasına 

nail olunur. 

nnovasiyanın  belə  sinifləşdirilməsi,  bölünməsi  dünya  bazarında  li-

derliyi  əldən  verməmək,  investisiya  riskini  azaltmaq  və  elmi-texniki  in-

kişafın  idarəetmə  strategiyasının  formalaşması  zamanı  istifadə  etmək  üçün 

lazımdır. Yeniliklər üç əsas əlamətlətinə görə qruplaşdırılır: 

1.  yeniliyin tipinə görə; 

2.  həyata keçirilmə mexanizminə görə; 

3.  innovasiya proseslərinin xüsusiyyətlərinə görə; 

Yenilikləri tipinə görə iki əsas qrupa: maddi-texniki və sosial qruplara 

bölmək olar. 

Maddi-texniki yeniliklərə: 

-  texnika (avadanlıqlar, cihazlar, EHM və s.); 

-  texnologiya (istehsal prosesləri); 

-  sənaye materialları (xammal və son məhsul) aid edilir. 

Sosial yeniliklərə: 

-   iqtisadi   (yeni   vergilər   sistemi,   qiymətləndirmə,   əməkhaqqı  

sistemi, göstəricilər və s.); 

-təşkilati-idarəetmə  (yeni təşkilati strukturlar, qərarların hazırlanması 

və onların yerinə yetirilməsinə nəzarət və s.); 



Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə