Azərbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 4,28 Mb.
Pdf görüntüsü
səhifə12/199
tarix06.02.2018
ölçüsü4,28 Mb.
#26542
1   ...   8   9   10   11   12   13   14   15   ...   199

Бизнесин тяшкили вя идаря едилмяси 

28 


düzgün maliyyə, investisiya və qiymət siyasəti işləyib hazırlamalı və həyata 

keçirməlidir. 

Cəmiyyət üçün zəruri olan məhsullar istehsal edən, xidmətlər göstərən 

müəssisələrdə  əsas  iqtisadi  proseslər  baş  verir,  istehsalın  texnologiyası  və 

buraxılan  məhsulun  keyfiyyəti  ilə  bağlı  problemlər  tənzimlənir,  iqtisadi  və 

sosial  münasibətlər  qurulur,  ictimai  və  xüsusi  mənafelər  səmərəli  şəkildə 

ə

laqələndirilir.  stehsal  müəssisələrində  qarşıya  qoyulmuş  məqsədlərə  və 



mövcud  şəraitə  uyğun  olaraq  məhdud  resurslardan  səmərəli  istifadə  etmək 

yolu  ilə  istehlakçıların  tələbatının  optimal  ödənilməsi  üçün  texniki, 

texnoloji, iqtisadi, maliyyə və s. məsələlər uğurla həll edilir. 

qtisadi ədəbiyyatlarda  «firma» və  «müəssisə» anlayışları bəzən sino-

nim kimi işlədilir. Bu fikrə aydınlıq gətirmək lazımdır. Firma geniş profilli 

fəaliyyətlə məşğul olur, yəni istehsal, ticarət, nəqliyyat, bank, auditor və s. 

fəaliyyəti  həyata  keçirir.  Firma  tərkibində  eyni  və  ya  müxtəlif  profilli  bir 

neçə müəssisəni birləşdirməklə istehsal və kommersiya fəaliyyəti ilə məşğul 

olan  iqtisadi  subyektdir.  Firma  bazarın  ilkin  halqası  olub  bazarda  qiymət 

siyasətini formalaşdırır, rəqabət  mübarizəsi  aparır  və  mənfəətin  bölüşdü-

rülməsində iştirak edir. 

qtisadiyyatın  ilkin  həlqəsi  olan  müəssisə  isə  müxtəlif  mülkiyyət  for-

masına  əsaslanan,  ictimai  tələbatın  ödənilməsi  və  mənfəət  alınması  məq-

sədilə məhsul istehsal edən, iş yerinə yetirən və xidmətlər göstərən istehsal-

texniki,  təşkilati  və  iqtisadi  vəhdətə  malik  olan  hüquqi  şəxs  səlahiyyətli 

təsərrüfat subyektidir. 

Bazar  münasibətləri  şəraitində  müəssisənin  sosial-iqtisadi  əhəmiyyəti 

dəyişir və bu dəyişikliklər aşağıdakı əsas istiqamətlər üzrə baş verir: 

- bazarın müəssisəyə qarşı irəli sürdüyü tələbin ödənilməsi; 

-  mümkün  qədər  daha  çox  və  yüksək  keyfiyyətli  məhsul  istehsal  et-

mək; 

- müəssisənin bir çox məsələlər üzrə müstəqilliyinin artırılması . 



Deməli, təsərrüfatçılığın bazar şəraitində müəssisənin sahibkarlıq dav-

ranışı  dəyişir  ki,  bu  da  müəssisənin  maliyyə-təsərrüfat  fəaliyyətinə  müsbət 

təsir göstərir. 

Hər  bir  müəssisə  təşkilati-hüquqi  formasından,  sahə    mənsubiyyə-

tindən,  buraxdığı  məhsulun çeşidindən, yaxud göstərdiyi xidmət növündən 

asılı olmayaraq açıq iqtisadi sistemdir. Bunu müəssisənin bazar modelindən 

aydın görmək olar. 



Бизнесин тяшкили вя идаря едилмяси 

29 


Şə

kil 2.1. Müəssisənin bazar modeli 

 

Blok  1  –  müəssisənin  əsas  vəzifəsi  resursları  yenidən  yaratmaqdan 



ibarətdir. 

Blok 2 – girişdə resurslar: əmək, material, maliyyə; 

Blok  3  –  çıxışda  resurslar:  hazır  məhsul,  tullantılar,  mənfəət,  pul 

vəsaitləri; 

Blok 4 –  sosial mühit: müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu xarici 

mühit amilləri; 

Blok 5 – təbii mühit: faydalı qazıntılar, təbii sərvətlər, hava, su; 

Blok 6 – marketinq: resursların girişi və çıxışı ilə qarşılıqlı əlaqə; 

Blok  7  –  girişdə  və  çıxışda  resursların  nisbəti  müəssisənin  iqtisadiy-

yatını formalaşdırır. 

Marketinq  siyasətini  həyata  keçirən  zaman  məhsulun  həyat  tsiklini 

mütləq nəzərə almaq lazımdır. 

 

2.2. Müəssisənin yaradılması prosesi 

 

Müəssisənin yaradılması mürəkkəb və məsuliyyətli prosesdir. Müəssi-



sənin  yaradılması  prosesinə  başlamazdan  öncə  onun  fəaliyyət  konsep-

siyasını işləyib hazırlamaq lazımdır. Müəssisənin fəaliyyət konsepsiyasında 

məhsul, yaxud xidmət ideyasının müəyyənləşdirilməsi, marketinq tədqiqat-

larının aparılması, təklif edilən əmtəənin, yaxud xidmətin həcmi və rəqabət 

qabliyyətinin əsaslandırılması və s. məsələlər öz əksini tapmalıdır. 

Müəssisə: resursların      

     yenidən yaranması     

   Sosial mühit      4 



Müəssisə  

      iqtisadiyyatı      7 

Marketinq  

    giriş      

     Təbii mühit      5 



Marketinq  

   çıxış      

Resurslar 



     xərc    

Resurslar 



   nəticə    




Бизнесин тяшкили вя идаря едилмяси 

30 


Müəssisənin yaradılması prosesini bir sıra ardıcıl mərhələlərə ayırmaq 

olar: 


1.  Hazırlıq  mərhələsi.  Bu  mərhələdə  müəssisənin  fəaliyyət  konsep-

siyası işlənib hazırlanır, marketinq tədqiqatları aparılır, gələcək müəssisənin 

təsisçiləri,  təşkilati-hüquqi  forması  və  strukturu,  mülkiyyət  forması  müəy-

yən edilir. Sonra biznes-plan işlənib hazırlanır, müəssisənin likvidlilik, ren-

tabellilik və gəlirlilik səviyyəsi hesablanır. Müəssisənin təsis müqaviləsi və 

nizamnaməsinin layihəsi hazırlanır. 

2. Təsis mərhələsi.  Bu  mərhələdə müəssisənin təsis  yığıncağının pro-

tokolu tərtib edilir, təsis sənədləri müzakirə olunur, təsdiqlənir və imzalanır. 

«Təsis sənədləri» papkası (qovluğu) formalaşır. 

Müəssisə  əmlak  mülkiyyətçilərinin,  yaxud  onun  vəkil  etdiyi  orqanın, 

təşkilatın  qərarı  ilə  ölkənin  qanunvericilik  aktları  ilə  nəzərdə  tutulan 

qaydada yaradıla bilər. Müəssisənin təsisçiləri fiziki və hüquqi şəxslər, döv-

lət  orqanları,  xarici  dövlətlər  və  beynəlxalq  təşkilatlar  ola  bilər.  Müəssisə 

yaradılarkən təsisçilər arasında qarşılıqlı münasibətləri tənzimləmək məqsə-

dilə  təsis  müqaviləsi  bağlanılır.  Təsis  müqaviləsində  müəssisənin  adı  və 

növü, təsisçilər haqqında məlumat, nizamnamə fondu, hər bir təsisçinin bu 

fonddakı  payı  və  öhdəlikləri,  mənfəətin  bölüşdürülməsi  qaydası  və  s. 

göstərilir. 

Mülkiyyət  və  təşkilati-hüquqi  formasından  asılı  olmayaraq    müəssisə 

nizamnamə əsasında fəaliyyət göstərir. Müəssisənin nizamnaməsi təsisçi bir 

şə

xs  olduqda  təsisçi  tərəfindən,  təsisçilər  çox  olduqda  isə  ümumi  təsis 



yığıncağı tərəfindən təsdiq edilir. Müəssisənin nizamnaməsində müəssisənin 

adı və növü, ünvanı, təsisçi barədə məlumat, müəssisənin hüquq və vəzifə-

ləri, nizamnamə fondu, fəaliyyətin məzmunu və məqsədi, idarəetmə və nə-

zarət  orqanları,  səlahiyyəti,  müəssisə  əmlakının  yaranması  və  mənfəətin 

(gəlirin) bölüşdürülməsi qaydası və s. məsələlər göstərilir. 

3. Təşkilati mərhələ. Bu mərhələdə müəssisənin yaradılması haqqında 

ə

mr verilir və ştat-vəzifə bölgüsü müəyyən edilir. 



4.  Qeydiyyata  alınma  mərhələsi.  Müəssisənin  dövlət  qeydiyyatına 

alınması  ölkənin  qanunvericilik  aktları  ilə  nəzərdə  tutulan  qaydada  həyata 

keçirilir. Müəssisənin dövlət qeydiyyatı haqqında məlumat uçot vahidlərinin 

dövlət  reyestrinə  daxil  edilmək  üçün  qeydiyyat  orqanı  tərəfindən  on  gün 

müddətində  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinə,  Dövlət  Sta-

tistika Komitəsinə və müəssisənin yerləşdiyi ərazinin dövlət vergi müfəttiş-

liyi orqanına verilir. 

Müəssisənin  dövlət  qeydiyyatına  alınması  üçün  təsisçi  tərəfindən 

aşağıdakı sənədlər təqdim edilir: 

-təsisçinin ərizəsi; 

-müəssisənin əsasnaməsi; 

-müəssisənin yaradılması haqqında qərar və ya təsis müqaviləsi; 




Yüklə 4,28 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə