1920-ci illərdə Kommunist Partiyasının və sovet hakimiyyətinin qələbəsi
və möhkəmləndirilməsinə, partiya quruculuğunun müxtəlif sahələrinə dair yazılmış
əsərlərdən, M. Mirhadiyev (84,85,86), K. Rəhimov (96), X. Əhmədov (27), X.
Əliyev (38), Y. Tokarjevski (147), M. Səlimov (101), P. Əzizbəyova (109); C.
Quliyev (72,119,120); Z. İbrahimov (52); M. İsgəndərov (53, 54); M. Məmmədov
(81), S. Qəndilov (65, 66, 67, 68, 69) və başqalarının elmi monoqrafiyalarını
göstərmək olar. İdeoloji səciyyəsinə baxmayaraq, bu əsərlər bir çox məsələlərin və
faktların öyrənilməsində elmi dəyərini saxlamışdır.
Mövzu ilə bağlı M. M. Mirhadıyevin «Proletariat diktaturası haqqında
Lenin təliminin Azərbaycanda həyata keçirilməsi» əsəri maraq doğurur. Kitabda
«kommunist partiyası daxilində antileninçi qrupların darmadağın edilməsi və
AK(b)P-nin monolit birliyinin möhkəmlənməsi» bölümü partiyadaxili ixtilaflar
haqqındadır. Hakim və yerli millətçilik əhval-ruhiyyəsindən bəhs edən müəllif
Zaqfederasiya təşkilinin vaxtı çatmadığını göstərən yerli millətçiləri də ittiham
edir. Bəllidir ki, bir sıra obyektiv səbəblərdən N. Nərimanov bu mövqedən çıxış
edir, rəsmi yazılarında öz mövqeyini əsaslandırırdı. Müəllif 1924-cü ildə millətçi-
təmayülçülərin darmadağın edilməsini mühüm qələbə kimi rəğbətlə anır. Müəllifin
mövqeyi partiya sənədlərində təsbit olunmuş qərarlara müvafiq məzmun daşıyır.
Y. A. Tokarjevskinin 1956-cı ildə nəşr edilmiş monoqrafiyası əsasən xalq
təsərrüfatının bərpasına həsr olunsa da, bolşevik rəhbərliyində ixtilaflara səbəb
olmuş məsələlərin son həlli variantlarını əsaslandırmaq mövqeyindən yazılmış,
ixtilaf amili qabardılmamış, yalnız çox qısa tərzdə 1923-1924-cü illər ərzində
partiyadaxili diskussiyalarda trotskiçilərin «darmadağın edilməsindən» bəhs
olunur. Bu zaman Azərbaycan K(b)P-dakı deyil, ümumən SSRİ miqyasında
müxalifətdən söhbət gedir və Azərbaycan kommunistlərinin fəal, yekdil mübarizəsi
qeyd edilir. Əsər tədqiqat mövzusunun mahiyyətilə bağlı faktiki və düşündürücü
məlumat verir.
C. B. Quliyevin «V. İ. Lenin və Azərbaycanda sovet hakimiyyətinin
qələbəsi və möhkəmlənməsi uğrunda mübarizə» əsəri milli məsələdən, bolşeviklər
arasında Azərbaycanın müstəqilliyi ilə bağlı fikir ayrılığından bəhs etsə də, əsər
əsasən 1920-ci il aprel çevrilişinə qədərki dövrdən bəhs edir.
Azərbaycan rəhbərliyində ixtilafların əsasən milli məsələlərlə bağlılığı C.
B. Quliyevin Azərbaycanda milli siyasətin yeridilməsinə dair monoqrafiyasına
diqqəti cəlb edir. Əsərin xronoloji çərçivəsi də mövzuya müvafiqdir. Zaqafqaziya
respublikalarının müştərək idarəçilik sisteminin təsisatı prosesində fikir
müxtəlifliyi, ayrı-ayrı kommunistlərin fərdi baxışları, rəsmi qərarların mahiyyəti,
iqtisadi siyasətdə ixtilaflar, fraksiya mübarizəsindən, «Xanbudaqov qrupundan»
müəllif ətraflı bəhs etmişdir.
Mövzu ilə bağlı maraq doğuran əsərlərdən biri də M. S. İsgəndərovun «Из
истории борьбы Коммунистической партии Азербайджана за победу
советской власти» kitabıdır. İrihəcmli bu monoqrafiyada rəsmi qərarların
əsaslandırılması geniş təhlil edilmişdir. Sovet hakimiyyətinin qurulması yönündə
tədbirlərə müxalif qüvvələrə trotskiçilər ümumiləşdirilməsi şamil edilsə də,
partiyadaxili ixtilafların əsas iştirakçılarından olan Lominadze, Sarkis mövqeyində
duranlara müəllif nəinki birmənalı mənfi münasibət göstərir, hətta kəskin ifadələrlə
onların əməllərini ifşa edir. Müəllif milli mənafe baxımından deyil, partiya
mənafeyi baxımından tənqid mövqeyi tutsa da, ixtilaf doğuran məsələlərin
mahiyyətindən də bəhs edir.
1920-1925-ci
illərdə «Azərbaycanda Sovetlərin yaradılması və
ınöhkəmləndirilməsi» adlı monoqrafiyasında X. Əhmədov konkret göstəricilərlə
tarixi kontekstdə sovetlərin funksiyasına təhlil vermiş, əsasən sovetlərin fəaliyyəti
ilə bağlı tənqidi münasibət göstərmiş, ixtilaflar məsələsinə isə geniş yer ayırmasa
da, mövcud problemlərə toxunmuşdur. Əsərin bilavasitə tədqiqat mövzusu
olmadığı və dövrün tələbləri nəzərə alındığından ötəri toxunulan «Xanbudaqov
məsələsi» birmənalı qiymətləndirilmişdir (27, s.111-112).
S. Qəndilovun əsərləri tədqiqat üçün təyinedici mahiyyətdədir. Bu
baxımdan müəllifin yazdıqlarını zaman etibarı ilə qruplaşdırmaq faydalıdır.
Mövzuya professional bağlılıq müəllifi sovet rejimi süquta yetdikdən sonra da
yenidən müraciətə sövq edib. Vaxtı ilə ideoloji çərçivədə deyə bilmədiklərini
sərbəst, obyektiv tərzdə şərh etmək tələbatı yeni əsərlərin yaranması ilə nəticələndi.
Bununla belə hələ sovet dönəmində yazılmış «Azərbaycan Kommunist Partiyası
sıralarının təmizliyi uğrunda mübarizə tarixindən» və «Azərbaycanda partiya
quruculuğu məsələləri» tədqiqat üçün xüsusi əhəmiyyət daşıyır.
S.
Qəndilovun «Azərbaycanda partiya quruculuğu məsələləri»
monoqrafiyası 1920-1930-cu illərdə Azərbaycan Kommunist Partiyası daxilində
baş verən prosesləri tematik və faktiki material əsasında araşdırmaq baxımından
mövzunun tədqiqi üçün xüsusən dəyərlidir. Real hakimiyyət məzmunu daşıyan
kommunist partiyası tərkibində geniş diskussiya və mövqe ayrılığına səbəb olmuş
əsas məsələlər - həmkarlar ittifaqları məsələsi, partiya sıralarında təmizləmə, kadr
hazırlığı, kənddə yeridilən siyasət, xüsusən də fraksiyalararası çəkişmələr,
müxalifətçilərin mübarizəsi monoqrafiyada ayrı-ayrı bölmələr səviyyəsində tədqiq
edilmişdir. 1971-ci ildə yazılmış bu əsər, dövrün ideoloji məzmunu imkanlarında
20-ci illərdə bolşevik rəhbərlərin Azərbaycanda yerli əhaliyə qarşı qərəzli
münasibətini əks etdirməyə cəhddir. Sovet hakimiyyətinin mərkəzi orqanlarında
gedən proseslərin Azərbaycan rəhbərliyində hansı reaksiyanı doğurması konkret
şəxslərin mövqeyi, rəqəmlər əsasında açıqlanır. İxtilafların mahiyyəti müxtəsər,
yığcam işıqlandırılsa da, aid olduğu bütün sahələri əhatə edir. Toxunulmuş
məsələləri yazıldığı mühitdə obyektiv işıqlandırmaq mümkün olmadığından, S.
Qəndilovun bəhs edilən monoqrafiyası mövzunu faktiki material baxımından tam
əhatə edir.
Sovet hakimiyyətinin qurulmasında xidməti olmuş, 20-ci illərin ictimai-
siyasi həyatında əsas rol oynamış rəhbər kommunistlər, dövlət xadimləri haqqında,
Dostları ilə paylaş: |