Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə93/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   89   90   91   92   93   94   95   96   ...   102

 191 
ilə deyil, həm də yüksək tələbat duyulan kənd təsərrüfatı və xidmət sektorları üzrə təhsil almış 
işçilərin çatışmazlığı ilə nəticələnmişdir. Azərbaycanda diplomların əksəriyyəti daha az ehtiyac 
duyulan  təhsil,  səhiyyə  və  istehsal  sahələri  üzrə  verilir.  Bu  da  paralel  olaraq,  işçi  qüvvəsinin 
qıtlığına  və  işsizliyin  artmasına  səbəb  olur.  Perspektivdə  yüksək  məhsuldarlıq  müqabilində 
yüksək  əmək  haqlarının  verilməsi  vətəndaşların  həyat  səviyyəsinin  yaxşılaşdırılması  və 
iqtisadiyyatın diversifikasiya olunması nöqteyi-nəzərindən Azərbaycan üçün vacibdir. Ali təhsil 
sistemini  işçi  qüvvəsinə  tələbatın  olduğu  sahələrə  istiqamətləndirməklə  Azərbaycan 
məzunların  iş  perspektivlərinin  genişləndirilməsilə  yanaşı,  həmçinin  qeyri-neft  sektorunun 
məhsuldarlığını  da  artıra  bilər.  Bu  səbəbdən,  tədris  proqramına  düzəlişlər  edilməlidir.  İdeal 
şəraitdə  bu  dəyişikliklərin  əmək  bazarının  mövcud  və  gələcək  ehtiyaclarının  təfərrüatlı 
öyrənilməsindən  sonra  edilməsi  məqsədəuyğundur.  Yeni  universitetlərin  tikilməsi  və 
professor-müəllim  heyətinin  maaşlarının  artırılması  üçün  ali  təhsil  sisteminə  çəkilən  xərclərin 
artırılması  zəruridir.  Buna  əlavə  olaraq,  peşə  və  ixtisasartırma  təhsilini  inkişaf  etdirməklə 
Azərbaycan  işçi  qüvvəsini  hal-hazırda  işəgötürənlərin  tələblərinə  uyğun  olan  bacarıqlarla  da 
təmin  edəcəkdir.  Bundan  başqa,  Azərbaycan  gələcək  ehtiyaclara  cavab  vermək  məqsədilə 
tələbələrin təhsili üçün xarici universitetləri və özəl treninq şirkətlərini cəlb etmək imkanlarını 
nəzərdən keçirməlidir. Azərbaycanın işəğötürənləri işçi qüvvəsinin informasiya texnologiyaları 
və  ingilis  dili  sahəsində  biliklərinin  azlığını  çatışmazlıq  kimi  qiymətləndirirlər.  1980-ci  ildə 
Hindistanda  bir  çox  özəl  şirkətlər  tələbələrə  İT  sahəsində  təlim  vermişlər.  1990-cı  ildə 
Hindistanda İT sektorunun güclü inkişafı Hindistanın qlobal iqtisadiyyata inteqrasiyasına gətirib 
çıxarmışdır.  Bundan  başqa,  ingilis  dilini  bilən  işçilərin  çatışmazlığının  aradan  qaldırılması 
məqsədilə  Amerika  universitetlərinin  məzunları  tələbələrə  ingilis  dili  dərslərinin  keçirilməsi 
üçün 1980-cı illərdə Yaponiyaya və bundan 10 il sonra isə Çinə  dəvət olunmuşdular.   
 
A.
 
AZƏRBAYCANIN INKIġAF STRATEGIYASININ MÜHÜM HISSƏSI   
 
7.1
 
Azərbaycanda  məĢğulluq  sahəsi  iqtisadi  inkiĢafdan  bəhrələnsə  də,  məhsuldar 
məĢğulluq  imkanları  hələ  ki  azdır.  2003  -  2006-cı  illər  arasında  iqtisadi  artım  məĢğulluğun 
güclü Ģəkildə artmasına imkan yaratmıĢdır (+ 18%): 2006-cı ildə 15 yaĢdan yuxarı əhali arasında 
iĢsizlik  6.8%-dən aĢağı  idi. 2006-cı  ildə  iĢçi qüvvəsi  üzrə aparılmıĢ sorğunun nəticələrinə  görə 
əmək qabiliyyətli (15-64 yaĢ arası) əhalinin  64% iĢlə təmin olunmuĢdu, bu göstərici də ki, ―AB-
15‖  ölkələr  qrupunun  66  faizlik  orta  göstəricidən  azca  aĢağı,  Estoniya  (68%)  və  Çex 
Respublikası  (65%)  kimi  uğurlu  keçid  dövrü  yaĢayan  ölkələrin  göstəricilərindən  aĢağı,  lakin 
Avropa  və  Mərkəzi  Asiya  (AMA)  regionunun  keçid  dövrü  yaĢayan  digər  ölkələrin 
göstəricilərindən  yüksəkdir.  2003-cü  ildən  Azərbaycanda  müĢahidə  olunan  məĢğulluğın  artımı 
əsasən məhsuldarlığı və əmək haqqı səviyyəsi nisbətən az olan sektorlarda, o cümlədən onsuz da 
mövcud olan iri qeyri-formal sektorda, xüsusiilə də kənd təsərrüfatı sahəsində baĢ vermiĢdir. ―De 
Novo” adlanan və adətən kiçik, özəl  Ģirkətlərdən ibarət olan ―yeni‖ özəl sektor çox kiçikdir, və 
dövlət  sektorunda  olan  iĢ  yerlərini  əvəz  edə  bilmək  üçün  yetəri  qədər  inkiĢaf  etməmiĢdir. 
Beləliklə, yeni Ģirkətlərin bazara daxil olmasının asanlaĢdırılması və kiçik və orta müəssisələrin 
inkiĢafı,  yeni  iĢ  yerlərinin  daha  sürətli  yaranması,  məĢğulluğun  artması  və  nəhayət  iĢsizliyin 
azaldılması üçün vacib ilkin Ģərtlərdən biridir.   
7.2
 
Digər  səbəblərlə  yanaĢı,  təhsil  sisteminin  və  əmək  bazarı  siyasətinin  qeyri-adekvatlığı 
üzündən  Azərbaycan  insan  kapitalının  keyfiyyətli  və  səmərəli  istifadəsi  baxımından  geri 


 192 
qalmıĢdır. Azərbaycana Sovet dövründən nisbətən yaxĢı təhsil göstəriciləri miras qalsa da, keçid 
illərində  ixtisaslı  iĢçi  qüvvəsinin  təklifi  xeyli  azalmıĢ,  təhsilin  keyfiyyəti  isə  korlanmıĢdır. 
Azərbaycanın təhsil sistemi təhsil müəssisələrinin inzibati və pedaqoji heyəti arasında korrupsiya 
faktlarının  mövcudluğundan  (bu,  diplomların  dəyəri  azalır),  investisiya  çatıĢmazlığından 
(ölkənin təhsil xərcləri 2000-ci ildə ÜDM-in 3,9, 2006-cı ildə ÜDM-in 2,7 faizini təĢkil etmiĢdir. 
Müqayisə  üçün  ĠƏĠT  ölkələrində  bu  göstərici  5,2  faizdir)  və  məzunların  ixtisaslaĢması  ilə 
iqtisadiyyatın strukturu və gələcək tələbləri arasında olan ciddi uyğunsuzluqdan  əziyyət çəkir.  
7.3
 
Nəticə  olaraq,  2007-ci  ildə  Azərbaycan  adambaĢına  ÜDM  göstəricisinə  görə  MDB 
ölkələri arasında dördüncü yerdə 
olduğu 
halda, 
ölkə 
insan 
kapitalının 
keyfiyyətinə 
və 
kəmiyyətinə  görə  komparator 
ölkələrdən  geri  qalır  və  Dünya 
Bankı 
Ġnstitutunun 
Bilik 
Ġqtisadiyyatı  Ġndeksində  ancaq 
Özbəkistan  və  Tacikistandan 
irəlidə olaraq, AMA regionunda 
23-cü  yeri  tutur
132
.    AĢağıda 
təqdim olunmuĢ Diaqram 7.1-də 
göstərilir 
ki, 
Azərbaycanın 
adambaĢına 
düĢən 
ÜDM 
göstəricisinə 
görə, 
BĠĠ 
göstəricisi 
daha 
yüksək 
olmalıdır. 
Eyni 
zamanda, 
diaqram  onu  deməyə  əsas  verir 
ki,  adambaĢına  düĢən  gəlirin 
artmasına 
baxmayaraq, 
son 
onillikdə  nəticələr  pisləĢmiĢdir. 
Xüsusi ilə də, Azərbaycan AMA 
regionunda ―təhsil və insan resursları‖
133
  göstəricisinə görə ən aĢağı reytinqə malikdir  ki, bü da 
xüsusilə  ali  məktəblərə  qəbulun  yetəri  olmamağı  ilə  bağlıdır.  Bundan  baĢqa  əmək  bazarı 
siyasətləri  də  tam  olaraq  tərtib  olunmayıb.  Treninq  və  yenidən  treninq,  əmək  qüvvəsinin 
rasionallaĢdırılması  və  əmək  bazarı  institutları  kimi  aktiv  əmək  proqramları  sahələrində 
islahatlara  hələ  də  ehtiyac  var.  Əmək  qanunvericiliyinin  yetəri  qədər  çevik  olmasına 
baxmayaraq, əmək qanunlarının icrası zəifdir. 
7.4.
 
Ġnsan  kapitalının  inkiĢafı  özəl  və  dövlət  sektorunun  hər  ikisində  məhsuldarlığın 
artması və iĢsizliyin və yoxsulluğun azaldılması üçün əsasdır. MəĢğulluq imkanlarının qeyri-
                                                 
132
 Dünya Bankının Bilik Ġqtisadi Çərçivəsi dörd əsas göstərici üzrə innovasiyaların determinantlarını təĢkil edir: a) 
Ġqtisadi stimullar və Ġnstitusional rejim (tarif və qeyri-tarif maneələr, tənzimləyici keyfiyyət, hüquqi norma), b) 
Təhsil (yaĢlıların savadlılıq səviyyəsi, orta məktəbə qəbul, ali təhsil müəssisələrinə qəbul), c) Ġnnovasiya Sistemi 
(royalti və lisenziya haqları ödəniĢləri, patent almaq üçün müraciətlər, elmi-texniki jurnal məqalələri) və (d) 
Ġnformasiya infrastrukturu (telefonlaĢma, kompüterləĢmə və ĠnternetləĢmə səviyyələri). Bu çərçivədə ölkələr 
istiqamətlər və ümumi Bilik Ġqtisadiyyatı indeksi üzrə qiymətləndirilir.  
133
 Üç dəyiĢən: yaĢlı əhalinin savadlılıq səviyyəsi, orta təhsilə cəlb olunma və ali təhsilə cəlb olunma göstəricilərinin 
orta rəqəmi kimi müəyyənləĢdirilir.   
Diaqram 7. 1: AdambaĢına düĢən ÜDM və Bilik 
Ġqtisadiyyatı Ġndeksi arasında (2007) münasibət  
 
 
 
Mənbə:Dünya Bankının  hesablamaları 
 
 
0
1
2
3
4
5
6
7
8
9
10
0
5000
10000
15000
20000
25000
30000
35000
40000
45000
50000
K
n
o
w
le
d
g

E
co
n
o
m
y
 I
n
d
ex
adambaĢına ÜDM (PPP,  dollarla), 2007
Mənbə: BVF və Dünya Bankı (Knowledge Assessment Methodology 2008)
Azərbaycan (2007)
Azərbaycan (1995)


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə