Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə20/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   16   17   18   19   20   21   22   23   ...   102

39 
 
71.
 
Azərbaycan  kreditə  çıxıĢla  bağlı  səylərini  davam  etdirməli,  onları  müvafiq 
institutların  yaradılmasına  və  ədalətli  rəqabətin  təmin  olunmasına  yönəltməlidir.  Bazarı 
inkiĢaf  etdirmək  və  kreditə  çıxıĢı  geniĢləndirmək  məqsədilə  ölkədə  üç  xüsusi  fond  (Milli 
Sahibkarlıq Fondu, Ġpoteka Fondu və Azərbaycan Ġnvestisiya ġirkəti) təsis olunub. Belə müstəqil 
fondların  (BVF-in  və  BMK-in  iĢinə  istinad  olunur)  fəaliyyəti  ilə  bağlı  beynəlxalq  təcrübə 
mövcuddur  və  bu  təcrübəyə  görə  fondların  rəhbərliyi  siyasi  təzyiqlərlə  mübarizə  nöqteyi-
nəzərindən çətinliklərlə üzləĢir. Əgər ölkə rəhbərliyi bu fondları saxlamaq ehtiyacını hiss edirsə,  
aĢağıdakıları  etmək  zəruridir:  (i)  ən  vacib  prioritet  kimi  bu  fondların  idarəciliyini  inkiĢaf 
etdirmək; (ii) faiz dərəcələri əvəzinə kapitalı subsidiyalaĢdırmaq.   
72.
 
Yuxarıdakıları nəzərə almaqla, hesabatda tövsiyə olunur: 
Tövsiyə 13: Kreditə çıxışın genişləndirilməsi üçün dövlət vəsaitindən hər hansı  
istifadə  faiz  dərəcələrinin  subsidisiyası  əsasında  deyil,  əsas  kaptialın  və  ya 
borcalanın kapitalının maliyyələşdirilməsi bazasında olmalıdır.   
V.  
Ġxtisaslı  əmək  qüvvəsinin  və  insan  kapitalından  daha  yaxĢı  istifadə  edilməsinin 
təmin edilməsi  
73.
 
Azərbaycan  insan  kapitalının  keyfiyyəti  və  ondan  səmərəli  istifadə  sahəsində  geri 
qalır  və  bunun  əsas  səbəbi  təhsil  sisteminin  və  əmək  bazarı  sahəsində  siyasətin  qeyri-
adekvatlığıdır.  Azərbaycana  Sovet  dövründən  nisbətən  yaxĢı  təhsil  sistemi  miras  qalmıĢdır. 
Lakin, keçid illəri ərzində təhsilin keyfiyyəti pisləĢib və nəticədə ixtisaslı əmək qüvvəsinin təklifi 
əhəmiyyətli  dərəcədə  azalmıĢdır.  Azərbaycanın  təhsil  sistemi  korrupsiya  (bu  da  diplomların 
dəyərini azaldır), investisiyaların tələbatdan aĢağı olması (təhsil sahəsində dövlət xərcləri 2000-
ci  ildə  ÜDM-in  3.9%-dən  2006-cı  ildə  ÜDM-in  2.7%-ə  düĢmüĢdür,  bu  da  ÜDM-in  5.2%-ni 
təĢkil  edən  ĠƏĠT  ölkələrinin  orta  göstəricisindən  çox  aĢağıdır)  və  məzunların  ixtisası  ilə 
iqtisadiyyatın  tələb  etdiyi  bacarıqlar  arasında  ciddi  uyğunsuzluqdan  zərər  çəkir.  Nəticədə, 
Azərbaycan insan kapitalının keyfiyyəti və kəmiyyəti münasibətdə onunla müqayisə oluna bilən 
ölkələrdən  geri  qalır.  2007-ci  ildə  Azərbaycanın  adambaĢına  düĢən  ÜDM-in  MDB  ölkələri 
arasında  dördüncü  yerdə  olmasına  baxmayaraq,  ölkə,  Dünya  Bankı  Ġnstitutunun  Bilik 
Ġqtisadiyyatı Ġndeksində (2008) Avropa və Mərkəzi Asiya ölkələri arasında yalnız Özbəkistan və 
Tacikistandan yüksək olan 23-cü yer tutmuĢdur. 
74.
 
Ölkənin  ciddi  demoqrafik  keçid  yaĢamasını  nəzərə  alaraq,  təhsilə  investisiyaların 
qoyulması xüsusi əhəmiyyət kəsb edir.  KeçmiĢdə doğum əmsalının nisbətən yüksək olmasına 
və əhalinin  yaĢ strukturunun əlveriĢli olması səbəbindən, Azərbaycanın əmək qabiliyyətli  yaĢda 
(15-64 yaĢ) olan əhalisinin sayı sürətlə artmağa davam edir. Əmək qabiliyyətli yaĢda (15-64 yaĢ) 
əhalinin sayı 1999-cu ildə 5 milyondan bir qədər aĢağı rəqəmdən 2006-cı ildə 5.77 milyon nəfərə 
qalxmıĢdır  (16%  artım).  Növbəti  onillik  ərzində    15-64  yaĢlarında  olan  əmək  qabiliyyətli 
əhalinin  sayı  2015-ci  ildə  6.55  milyon  nəfərə  artacaqdır  (BMT-nin  əhali  proqnozuna
14
)).  Bir 
tərəfdən  bu  iĢ  yerləri  ilə  bağlı  rəqabəti  artıracaq.  Digər  tərəfdən  isə,    doğum  əmsalı  aĢağı  olan 
1990-cu  illərdə  doğulmuĢ  nəsil  əmək  qüvvəsinə  daxil  olandan  sonra,  2006-cı  ildə  1.74  milyon 
təĢkil edən 15-24  yaĢında  əhalinin  sayı  2015-ci  ildə  1.54 milyona, və  ondan sonra 2020-ci  ildə 
1.19 milyona düĢəcəkdir. Bu əmək qüvvəsinin yaĢlanmasına gətirib çıxaracaq. Həmin məqamda, 
                                                 
14
 BMT Katibliyinin Ġqtisadi və Sosial Məsələlər Departamentinin Əhali ġöbəsi, ―Dünya Əhalisinin Persektivləri: 
2006-cı ilin redaktəsi‖. 


40 
 
Azərbaycan təhsil və ixtisas səviyyəsi  yüksək olan əhali ilə inkiĢaf çağırıĢlarına cavab verməyə 
hazır olmalıdır.   
75.
 
Məzunların  ixtisaslaĢması  və  iqtisadiyyatın  tələbatları  arasında  ciddi  uyğunsuzluq 
var. PeĢə və ali təhsil məktəblərində məĢğulluq imkanlarını təmin edən nisbətən məhdud təhsil, 
səhiyyə və istehsal sahələri üzrə həddindən artıq çox mütəxəssis hazırlanır və eyni zamanda yeni 
tələbatın əksəriyyətini  yaradan kənd təsərrüfatı və xidmət sahələri üzrə çox az məzun buraxılır. 
Həmin uyğunsuzluq  iĢəgötürənlər tərəfindən də  təsdiq  olunur. Misal  üçün,  mikro,  kiçik və  orta 
müəssisələr ixtisassız iĢçiləri (onlar da iĢə götürülən iĢçilərin əksər hissəsini təĢkil edir) asanlıqla 
tapır,  lakin  ixtisaslı  sənətkarların  və  müvafiq  ticarət  personalı,  texniki  mütəxəssislər  və 
idarəçilərin tapılmasında çətinlik çəkirlər 
15
. Faktiki  olaraq, son illərdə  Bakı Ģəhərində keçirilən 
əmək yarmarkalarının iĢə düzəlmə səviyyəsi aĢağı olmuĢdur: əmək haqlarının məqbul səviyyədə 
olmasına  baxmayaraq  iĢ  təkliflərinin  təxminən  70%-i  qəbul  olunmamıĢdır.  Əmək  və  Əhalinin 
Sosial ĠnkiĢafı Nazirliyinin BaĢ MəĢğulluq Ġdarəsi həmin uğursuzluğun səbəbini təklif olunan iĢ 
yerlərinin  əksəriyyətinə  münasibətdə  kompüterdə  iĢləmək  bacarıqları  və  ingilis  dili  daxil 
olmaqla, yüksək ixtisas tələblərinin irəli sürülməsi ilə izah etmiĢdir.  
76.
 
Hökumət  təhsilə,  və  xüsusilə  ali  təhsilə  daha  çox  vəsait  xərcləməlidir.  Hökumət 
tərəfindən  təhsilə  yüksək  prioritet  verilməsi  üçün  dövlət  vəsaitinin  xərclənməsi  ilə  bağlı  cari 
qərarlara yenidən baxılması vacibdir. Büdcənin bu cür yenidən istiqamətləndirilməsi ali təhsilin 
keyfiyyətinin  və  ali  təhsil  müəssisələrinə  qəbulun  səviyyəsinin  artırılmasına  yönəldilməlidir.  
Bundan əlavə, müəllimlərin əmək haqlarının qaldırılması da böyük  əhəmiyyət kəsb  edir. Əmək 
haqlarının  qaldırılması  orta  təhsildə  çox  aĢağı  tələbə-müəllim  nisbətinin  (9.4,  ĠƏĠT-də  orta 
göstərici  isə  14    təĢkil  edir)  qaldırılması  hesabına  maliyyələĢdirilə  bilər.  Hazırkı  səylər  təhsil 
sistemində  korrupsiyanın  azaldılmasına  yönəlmiĢ  tədbirlərlə  əlaqələndirilməlidir.  Bu  yolla 
Azərbaycanın diplomları dəyərlərini bərpa edə biləcəklər. Digər tərəfdən, ali təhsillə bağlı dövlət 
xərcləri  yeni  universitetlərin  yaradılmasına  (xüsusilə  Bakı  Ģəhərinin  kənarında)  və  ali  təhsil 
müəssisələrinə  qəbulun  artırılmasına  imkan  yaradaraq  tədricən  qeyri-neft  ÜDM-in  1.1%-nə 
qədər  qaldırılmalıdır.    Bundan  əlavə,  Yaponiya,  Çin,  Koreya  və  Hindistanın  uğurlu 
təcrübəsindən  nümunə  götürərək,  Azərbaycan    xarici  universitetlərin  və  ya  özəl    təlim 
Ģirkətlərinin dəvət olunması imkanlarını araĢdırmalıdır.   
77.
 
Təhsil  və  təlim  əmək  bazarının  ehtiyacları  ilə  əlaqələndirilməlidir.  MəĢğulluq 
imkanlarının  artırılması  məzunların  ixtisaslaĢması  və  iqtisadiyyatın  strukturu  arasında 
uyğunsuzluğun  aradan  qaldırılması  üçün  müdaxilə  etməsi  deməkdir.  Həmin  müdaxilə  karyera 
məsələləri  ilə  bağlı  məsləhətlərin  verilməsi  vasitəsilə  tələbələrə  iĢə  götürən  sektorlar  və  əmək 
haqları haqqında müvafiq məlumatların verilməsini nəzərdə tutmaqla əmək və təhsil nazirlikləri 
arasında daha yaxĢı əlaqələndirməni tələb edir. Bura hökumətin özəl sektor ilə əməkdaĢlığı, və, 
eyni zamanda əmək bazarının mövcud və gələcək ehtiyaclarının ətraflı tədqiqatı əsasında dövlət 
universitetlərinin və peĢə məktəbinin kurrikulumunun yenidən baxılması daxil olmalıdır. Paralel 
olaraq,  iĢçiləri iĢəgötürənlərin tələb etdiyi bacarıqlarla təmin edəcək müasir peĢə təhsili və təlimi 
(PTT) , və eyni zamanda yetkinlik yaĢına çatmıĢ Ģəxslərin (ömür boyu davam edən təlim) təlimi 
sisteminin  yaradılmasına  ehtiyac  duyulur.  Bu  məqsədlə,  mövcud  regional  təlim  mərkəzləri  və 
PTT  məktəblərinin    Ģəbəkəsi  geniĢləndirilməli  və,  Ümumi  Keyfiyyətə  Zəmanət  Çərçivəsi,  və, 
eyni  zamanda,  səriĢtəyə  əsaslanan  standartlaĢdırılmıĢ  ixtisaslaĢdırma  sistemi  yaradılmalıdır.  Bu 
                                                 
15
 Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2007-ci ildə və Kuddo və digərlər tərəfindən 2005-ci ildə aparılmıĢ 
Azərbaycanda kiçik və orta müəssisələrinin biznes mühiti ilə bağlı sorğunun nəticələrinə baxın. 


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə