Azərbaycan Ölkə üzrə Ġqtisadi Memorandum


əsaslanan  mühitdən  asılıdır



Yüklə 3,94 Mb.
Pdf görüntüsü
səhifə16/102
tarix17.09.2018
ölçüsü3,94 Mb.
#69161
1   ...   12   13   14   15   16   17   18   19   ...   102

31 
 
əsaslanan  mühitdən  asılıdır.  Azərbaycan  neft  və  qaz  sektorlarına  xarici  investisiyaların  cəlb 
olunmasında kifayət qədər böyük uğur qazanmıĢdır, lakin digər sahələrdə uğur bu qədər nəzərə 
çarpan  olmamıĢdır.  Son  illərdə  özəl  investisiyalar  orta  hesabla  ÜDM-in  50  faizindən  artıq 
olmuĢdur.  Lakin,  qeyri-neft  sektorunda  özəl  investisiyalar  çox  aĢağı  səviyyədə  qalmaqdadır: 
nadir  hallarda  qeyri-neft  özəl  investisiyaların  səviyyəsi  qeyri-neft  ÜDM-in  10  faizini,  ümumi 
ÜDM-in isə 5 faizini ötmüĢdür. Bu aĢağı rəqəm özəl sektorun artımı və iqtisadi diversifikasiyaya 
töhfə verməsi üçün kifayət qədər böyük potensialın olduğundan xəbər verir.  
40.
 
Keçid  dövrünü  yaĢayan  ölkələr  yeni  investisiyalar  hesabına  (KOM-lar  daxil 
olmaqla)  yaranmıĢ  rəqabətdən  istifadə  edərək  bütün  müəssisələrin,  o  cümlədən  dövlət 
müəssisələrinin məhsuldarlığını artırmıĢlar. Uğur qazanmıĢ ölkələr iqtisadiyyatın açılmasının 
və  beynəlxalq  miqyasda  rəqabət  qabiliyyətli  sahələrin  formalaĢdırılmasının  faydasını  nümayiĢ 
etdirmiĢlər (bu sahələrin məhsullarının ixracı dayanıqlığın təməlidir). ġərqi Avropa və Mərkəzi 
Asiyada  artım  və  məhsuldarlıq  üzrə  Dünya  Bankının  bu  yaxınlarda  aparıdğı  araĢdırma 
göstərmiĢdir  ki,  məhsuldarlığın  artımı  iqtisadi  artımın  vacib  determinantı  olmuĢdur  və 
məhsuldarlığın artımı o ölkələrdə mümkün olmuĢdur ki, onlar həm daxili, həm də xarici rəqabəti 
gücləndirə  bilmiĢlər.  Bəzi  təbii  sərvətlərlə  zəngin  ölkələr  (məsələn  Nigeriya,  Venesuela) 
məhsuldarlığın artırılmasında o qədər uğur qazana bilməmiĢlər, çünki onlar belə rəqabətə Ģərait 
yaratmaq  üçün  qeyri-neft  sektorunu  ticarət  və  özəl  investisiyalara  lazımi  qaydada  aça 
bilməmiĢlər. 
41.
 
Hökumət  bu  yaxınlarda  biznes  üçün  tənzimləyici  mühiti  yaxĢılaĢdırmaq  səylərini 
gücləndirmiĢdir.  Kiçik  və  orta  biznesə  baĢlamaq  qaydalarının  sadələĢdirilməsi,  o  cümlədən 
qeydiyyat üçün ―bir pəncərə‖ sisteminin yaradılması dövlət müəssisələri də daxil olmaqla bütün 
biznes növlərinin fəaliyyət imkanlarının bərabərləĢdirilməsinə yeni bir töhfə vermiĢdir. Nəticədə 
Azərbaycanın  reytinqi  Doing  Business  hesabatının  2008  və  2009-cu  il  nəĢrləri  arasında  97-ci 
yerdən 33-cü yerə qalxmıĢdır (158 ölkə arasında)
9
.  
 
42.
 
Azərbaycanın  Ümumdünya  Ticarət  TəĢkilatına  üzvlüyü  ləngiyir.  ÜTT-yə  qoĢulma 
hökumətə  proteksionist  təzyiqlərə,  o  cümlədən  müəyyən  sektorlara  dəstək  və  vergi  güzəĢtləri 
tələblərinə  sinə gərməkdə kömək edə bilərdi. TəĢkilata qoĢulmanın sürətləndirilməsi həm yerli, 
həm də xarici investorlara müsbət siqnal verər və sabit, Ģəffaf və sadələĢdirilmiĢ tarif strukturunu 
təmin  edər,  standartlarla  bağlı  hüquqi-institusional  çərçivəni  müasirləĢdirər  və  əsas  xidmət 
sektorlarında  islahatları  tətbiq  edərdi.  Azərbaycan  ÜTT-yə  qəbul  olmaq  Ģərtləri  üzərində 
iĢləməlidir  ki,  bununla  qeyri-neft  mal  və  xidmətlər  ticarətinin  geniĢləndirilməsi  və 
dərinləĢdirilməsi  barədə  niyyətini  nümayiĢ  etdirsin  və,  eyni  zamanda,  orta  və  uzun  müddət 
baxımından məĢğulluq və iqtisadi artımı təmin edən rəqabətli və dayanıqlı qeyri-neft sektorunun 
inkiĢafı üçün zəruri olan mühiti yarada bilsin.   
 
43.
 
Lakin  üç  sahədə  -  lisenziyaların  verilməsi,  beynəlxalq  ticarət  və  vergilərin 
ödənilməsi – Azərbaycanın əldə etdiyi irəliləyiĢ digər ölkələrdən geri qalır. Doing Business 
2009 hesabatının gəldiyi bu nəticə Ģirkətlərin lisenziyalar, gömrük rəsmiləĢdirməsi və vergilərin 
ödənilməsi  prosesləri  sahəsində  qeyri-rəsmi  maneələrdən  irəli  gələn  yüksək  xərclər  barədə 
Ģikayətləri ilə uzlaĢır. Yüksək əməliyyat xərcləri yerli Ģirkətlərin bazara daxil olmalarını və yerli  
və  xarici  mənbələrdən  rəqabəti  məhdudlaĢdıra  bilər;  bu  da  nəticədə  iqtisadiyyatın  müxtəlif 
sahələrində  yüksək  dərəcədə  təmərküzləĢməyə  gətirib  çıxarır.  Məsələn,  kənd  təsərrüfatı 
                                                 
9
 Doing Business 2010 hesabatında Azərbaycan 2008 və 2009-cu illər üzrə 38-ci yerdədir (bu hesabat 2009-cu il 
üçün ölkələrin biznes mühitini qiymətləndirir, 2008-ci il üçün isə yenidən qiymətləndirir).  


32 
 
sektorunda  qiymət  transmissiyası  proseslərinin  zəif  olması  barədə  dəlillər  var.  Bunun  səbəbi 
qismən  bazarın  təmərküzləĢməsindən,  qismən  də  adambaĢına  kiçik  və  orta  müəssisələrinin 
sayının  komparator  ölkələrə  nisbətən  xeyli  az  olmasından  ibarətdir.  Rəqabətin  zəifliyi  istehsal 
xərclərinin yüksək olmasına gətirib çıxarır ki, bu da ölkənin rəqabət qabiliyyətini azaldır.  
 
44.
 
Tənzimləmə  sistemi  özəl  sektorun  fəaliyyətə  baĢlaması  və  geniĢlənməsinə  qarĢı 
qərəzli  mövqe  tutur:  biznesin  qeydiyyatı  son  islahatlar  sayəsində  yaxĢılaĢsa  da,  ləngiyən 
lisenziya  və  icazələr  rejimi  hələ  də  özəl  sektor  operatorlarına  yük  və  yeni  investisiyalara 
əngəl olmaqda davam edir. Son iki il ərzində Azərbaycan Ģirkətin qeydiyyatı üçün tələb olunan 
günlərin  sayını  115-dən  16-ya  endirməyə  nail  olmuĢdur.  2008-ci  ilin  ilkin  nəticələri 
ümidvericidir  və  islahatların  artıq  nəticə  verdiyini  göstərir.  Əlbəttə  ki,  perspektivdə  nəticələrin 
ciddi  monitorinq  edilməsi  məqsədəuyğundur.  Digər  tərəfdən  Azərbaycanda  lisenziyalaĢdırmaq 
və  icazə  qaydaları  mahiyyət  etibarı  ilə  dəyiĢməz  qalmıĢdır.  Nə  lisenziya,  icazə,  razılıq  və  ya 
Ģəhadətnamə  olduğunun  hüquqi  anlayıĢı  müəyyənləĢdirməmiĢ,  nə  də  bu  çox  saylı  tələblərin 
hüquqi bazasının, tənzimləmə məqsədinin və ya potensial təsir və səmərəsinin təhlili mexanizmi 
yaradılmamıĢdır.  Həssas  fəaliyyət  sahələrinin  tənzimlənməsi  üçün  ən  səmərəli  yolun 
müəyyənləĢdirilməsi, lisenziya və icazələrin verilməsində daha az intervensionist yanaĢmalardan 
istifadə edilməsi məqsədilə beynəlxalq təcrübədən istifadə edilməsinə ehtiyac var. Ġqtisadiyyatın 
hansı sahələrinin tənzimlənilməsinə ehtiyacın olması, bu tənzimləmənin məqsədinin nədən ibarət 
olması  və  tənzimləmənin  hansı  yolla  daha  çevik  və  səmərəli  həyata  keçirilə  bilinməsinin 
kompleks təhlili aparılmalıdır. Hökumət bu sahədə ilk prioritet kimi tikinti icazələrinin verilməsi 
prosedurlarının  optimallaĢdırılmasını  seçmiĢdir.  Çünki,  bu  sahədə  hazırkı  sistem  lüzumsuz 
olaraq uzundur və tikinti xərclərinin minimallaĢdırılması üçün səmərəli fəaliyyətin son dərəcədə 
mühüm olduğu sahədə korrupsiya imkanlarına yol açır.   
 
45.
 
Yuxarıdakıları nəzərə alaraq hesabatda tövsiyə olunur: 
Tövsiyə  7:  Lisenziya  və  icazələrin  əhatə  dairəsinin  azaldılması,  lisenziya  və 
icazələrin verilməsi prosesinin rasionallaşdırılması və sürətləndirilməsi.  
46.
 
Azərbaycan tranzit mərkəzinə çevrilməyə qərarlıdırsa, onun ticarətin və gömrüyün 
rahatlaĢdırma  prosesləri  ən  üstün  qabaqcıl  təcrübəyə  uyğun  olmalıdır.  Hal-hazırda  ölkə 
Doing  Business  2009  hesabatının  beynəlxalq  ticarət  reytinqi  üzrə  174-cü  yeri  tutur.  Çoxlu 
zəifliklər  mövcuddur.  Gömrük  təmizlənməsinin  sürəti,  habelə  rəsmi  və  qeyri-rəsmi  haqlar 
baxımından  idxal  və  ixrac  proseslərində  müxtəlif  Ģirkətlərə  qarĢı  qeyri-bərabər  rəftar  halları 
mövcuddur.  Ġdxalçılar  və  gömrük  məmurları  arasında  sövdələĢmə  imkanları  əhəmiyyətli 
səviyyədədir.  Bunun  dəlili  kimi  analoji  idxal  yük  partiyalarına  fərqli  rüsum  dərəcələrinin  və 
fərqli  tənzimləmə  tədbirlərinin  tətbiq  edilməsini  göstərmək  olar  ki,  bu  da  eyni  idxal  malı  üzrə 
daxili  bazarda  rəqabəti  təhrif  edir.  Həmçinin  yüklərin  yoxlanması  proseduru  da  köhnəlmiĢdir. 
Bundan  baĢqa  gömrük  sisteminin  mexanikləĢdirilməsi  və  ya  kompüterləĢdirilməsi  də  müasir 
tələblərə cavab vermir və qismən bunun nəticəsi olaraq risklərin qiymətləndirilməsinə əsaslanan 
müasir  yoxlama  metodlarından  istifadə  olunmur  (belə  yanaĢmada  risk  parametrlərinə  uyğun 
olaraq malların yalnız bir qismi yoxlanılır).  
 
47.
 
2008-ci  ilin  oktyabrında  hökumət  Gömrük  sisteminin  inkiĢafı  üzrə  Dövlət 
Proqramını qəbul etmiĢdir və bu sənəd üç vacib məsələni həll edir. Proqramda sərhəd-keçid 
məntəqələrində  gömrük  orqanlarının  ümumi  nəzarəti  altında  inteqrasiya  olunmuĢ  strukturun 
yaradılmasını nəzərdə tutur ki, bu da hazırkı vəziyyətdən fərqli yanaĢmadır (hazırda sərhəd-keçid 
məntəqələrində  müxtəlif  qurumların,  o  cümlədən  yolların  təhlükəsizliyi,  fitosanitar  nəzarət, 


Yüklə 3,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə