Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə41/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

 
 
130 
mühəndis  Əmini  təmkinli,  sadə  və  qayğıkeş  bir  insan  kimi 
göstərir.  Bununla  belə,  son  şəkildə  onun  Nihalın  önündə  diz 
çökməsi,  heç  bir  qəbahəti  olmaya-olmaya  yazıq  və  zavallı 
görünməsi tamaşaçını razı salmır. Ümumiyyətlə, epizodik surətlər 
dramaturji  materialın  azlığı  üzündən  bir  pozitiv  kimi  yaxşı 
aşkarlanmamışdır” (42).  
Sözsüz  ki,  bu  iradlarla  razılaşmamaq  olmaz,  teatrla 
dramaturqun  əməkdaşlığı  gedişində  daha  çox  epizodik  səciyyə 
daşıyan bu məqamlar islah olunmuş, B.Vahabzadə dramaturgiyası 
püxtələşdikcə  səhnə  təcəssümü  də  mükəmməlləşmişdir.Ümumən, 
“Yağışdan  sonra”  pyesi  bəzi  xırda  qüsurlarına  baxmayaraq, 
Naxçıvan  Dövlət  Musiqili  Dram  Teatrının  repertuarında  xüsusi 
seçildi,  bir  dram  əsəri  kimi  teatrın  ümumi  yaradıcılıq  inkişafına 
müsbət təsirini göstərdi. 
 
3.3. B.Vahabzadə pyeslərinin  ġəki Dövlət Dram Teatrında 
səhnə taleyi 
 
 Bəxtiyar  Vahabzadənin  “Vicdan”  pyesinin  1960-cı  ilin  mart 
ayında Nuxa xalq teatrındakı tamaşası onun Şəki tetatrsevərləri ilə ilk 
ünsiyyəti  olduğundan  bu  məqamı  da  xatırlamaq  məqsədəuyğundur. 
Xalq  teatrları  teatrla  tamaşaçı  auditoriyası  arasında  bir  körpü  olub, 
çevik  ünsiyyət  yaratmağa  xidmət  edir.  Azərbaycan  xalq  teatrları 
meydan  tamaşaları  ənənəsinin  davamı  olub,  belə  ünsiyyətə  imkan 
yaradırdı.  Uzun  illər  fəaliyyət  göstərən  Nuxa  Xalq  Teatrı  da 
bunlardan biri olub, öz üslubu ilə seçilən, gərgin zəhmət və axtarışlar 
bahasına başa gələn bir teatr kollektivini təmsil edirdi. Daim yenilik 
sorağında  olan  bu  kollektivin  tamaşalarında  gənclik  təravəti, 
orijinallıq  təşəbbüsləri  vardı.  Bu  təşəbbüslərin  bəziləri  mübahisəli 
görünsə belə, yenə də maraqlıydı.  
“Vicdan” dramında müəllifin qaldırdığı problemlərə münasibəti 
məhz xəlqi mövqeyi ilə kollektivə  yaxın görünmüş, işgüzar, savadlı, 
əməyi  sevən,  böyüklərə  ehtiram  göstərən,  həyatda  namusla 
yaşamağı, vicdanla işləməyi bacaran Fəxrəddin (xalq hakimi), Əşrəf 
(aspirant), Pakizə (elmi işçi), Bahar (müəllimə) və Tükəz (ana) kimi 
insanların  müsbət  obrazı,  özündən  bədgüman,  gözünü  pula  dikən, 


 
 
131 
özünü  işə  verməyən,  adını  alim  qoyub,  hərəkətləri  ilə  alim  adını 
ləkələyən,  xudbin,  vicdanını  itirmiş  Sultan  Zöhrabov,  tüfeyli  həyat 
keçirən,  faydalı  əməkdən  qaçan  Qulam  və  Atobba  kimi,  həyatın 
mənasını  yalnız  yemək,  içmək və  gəzməkdə  görən, heç kəsin  xeyir-
şərinə  yanmayan, süni bəzək-düzəyi  sevən Mirəstə  kimi  tüfeylilərin 
mənfi nümunəsi kollektivə səhnədən söz demək imkanı yaratmışdı. 
“Vicdan”  tamaşasının  quruluşunu  xalq  teatrında  da 
respublikanın  əməkdar  artisti,  rejissor  H.Şəmsizadə  vermişdi,  bədii 
tərtibatını isə rəssam C.Qazıyev hazırlamışdı. Mətbuatın məlumatına 
görə, rejissor işə məsuliyyətlə yanaşaraq, qısa müddət ərzində uğurlu 
tamaşa  yaratmağa  müvəffəq  olmuşdu.  O,  teatrın  aktyorları  ilə  əlbir 
işləyərək meydana keyfiyyətli tamaşa çıxarmışdı. 
Tamaşada  əsərin  konflikti  şəxsi  mənafe  ilə  ictimai  mənafeyin 
toqquşması  şəklində  təzahür  edirdi.  Özlüyündə  yeni  olmayan  bu 
münaqişə  B.Vahabzadənin  yanaşmasında  aktual  həyat  materialı  ilə 
möhkəmlənərək,  forma  və  kompozisiya  baxımından  da  səlis 
işlənmişdi. 
Tamaşada 
dövlət 
malını 
mənimsəyənlərin 
tərbiyələnməsində  xalq  məhkəmələrinin  və  ictimaiyyətin  rolunun 
işıqlandırılması ilə yanaşı, cinayətkarları müdafiə edənlərin səhvləri, 
bu səhvlərin törətdiyi bədbəxt nəticələr də öz əksini tapmışdı. 
Lalayanın oynadığı Sultan Zöhrabov obrazı tamaşaçıların haqlı 
nifrətinə  səbəb olmuşdur. O, Zöhrabovu alim  olduqdan sonra kəndi, 
hətta  doğma  anasını  bəyənməyən,  elmi  yaradıcılıq  əvəzinə  elmi 
təqlidçiliklə məşğul olan, dostunun sevgisinə xəyanət edən, ailəsində 
səmimiyyət  yarada  bilməyən,  uşağının  tərbiyəsinin  qayğısına 
qalmayan, onu yetişdirən müəllimə hörmət göstərməyən bir tip kimi 
təqdim  edirdi.  Sultan  Zöhrabov  öz  qüsurlarına  göz  yumur,  düzgün 
tənqidlərə  dözmür,  lazım  gəldikdə  vəzifəsindən  sui-istifadə  edir, 
gənc elmi işçilərə qayğı göstərmir, hətta inkişafına əngəl olurdu.  
Bahar  müəllimə  və  Sultan  Zöhrabovun  anası  Tükəz  obrazları 
tamaşada  məharətlə  səciyyələndirilmişdi.  Respublikanın  əməkdar 
artisti B.Əsgərova Bahar müəllimənin simasında xalq müəllimlərinin 
tipik  nümunəsini  yaratmışdı.  O,  Bahar  müəllimə  rolunu  coşqun 
ilhamla yaradırdı. B.Əsgərova Bahar müəllimənin qayğıkeş, tələbkar, 
sənətini sevən gözəl tərbiyəçi və yaxşı bir insan olduğunu öz ifasında 
böyük  ustalıqla  canlandırırdı.  O,  özü  dediyi  kimi,  ağ  saçlarının  hər 


 
 
132 
biri  bir  direktor,  bir  alim  yetişdirən  qocaman  xalq  müəllimidir. 
Zöhrabov  oğlu  Arifin  pis  oxuması  və  məktəbdə  özünü  pis 
aparmasına görə Bahar müəllimə tərəfindən məktəbə dəvət edilərkən 
“mən  direktoram,  vaxtım  yoxdur,  qəbul  saatlarımda  buyurun,  siz 
gəlin mənim yanıma” - deyərək öz sabiq müəlliməsini yanına çağırsa 
da,  Bahar  müəllimə,  Arifin  qayğı  ilə  tərbiyə  edilməsi  xatirinə  onun 
atasının yanına gəlir, Zöhrabovla bir xalq maarifçisi və tərbiyəçi kimi 
çox ciddi danışırdı.  
Bahar  müəllimə  ilə  Qulamın  altıncı  şəkildə  üz-üzə  gəlməsi 
tamaşaçılarda  xalq  malına  xəyanət  edən  və  faydalı  əməklə  məşğul 
olmayan  Qulama  qarşı  nifrət,  Bahar  müəlliməyə  qarşı  yüksək 
məhəbbət  oyadırdı.  Müəllimənin  xeyirxah  nəsihətləri,  ibrətamiz 
sözləri,  özü  dediyi  kimi,  ömrünün  çoxunu  xəyanətdə  keçirən 
Qulamın  qəlbinə  nüfuz  edirdi.  Ağsaçlı  müəllimənin  “kişi  də  bikar 
olar”,  “səndən  kişilik,  mərdlik  istəyirəm”,  “iş  səni  ayıldar”  kimi 
sözləri  Qulamın  daxilində  ciddi  bir  sarsıntı  əmələ  gətirirdi.  O, 
Zöhrabovun evinə gələrək ona məsləhət verirdi ki, öz xudbinliyindən 
əl  çəksin,  vicdanı  qarşısında  cavab  versin:  “Unutma  ki,  bu 
hərəktələrinə görə sənin yerinə  mən xəcalət çəkirəm, axı sən mənim 
şagirdim olmusan, indi isə məni, hər şeydən əvvəl, bir müəllim kimi 
Arifin  gələcəyi  narahat  edir.  Sən  onu  tamamilə  unutmusan.  Sən  öz 
xudbinliyin ucundan özünü cəmiyyətdən  yüksək tutursan. Nə üçün? 
Ona görə ki, sən vicdanını itirmisən. İnsan üçün vicdanını itirməkdən 
böyük  faciə  ola  bilməz!  Bax,  bu  gün  sən  heç  kəsdən  utanmadan, 
xəcalət  çəkmədən  özünün  haqlı  olduğunu  sübuta  çalışırsan.  Heç 
olmasa  özündən  utan,  vicdanın  qarşısında  hesabat  ver,  vicdanından 
utan!‟  (124, 56). 
Z.Telyakovanın  oynadığı  Tükəz  obrazı  insanpərvər,  alicənab, 
qayğıkeş  bir  insandır.  Zöhrabovun  öz  anası  Tükəzə  qayğısız,  qeyri-
insani münasibət göstərməsinə baxmayaraq, o, oğlunun hərəkətlərinə 
səbrlə  dözür,  ailəsinin  dağılmasına  mane  olur.  Səhnədə  beşinci 
şəkildən  görünməyə  başlayan  ana  -  Tükəzin  oğlu  Sultanla  söhbəti 
tamaşaçıların  həyacanına  səbəb  olurdu.  Ana  məhəbbətini  çoxdan 
itirmiş  xudbin  Zöhrabov  kənddən  gəlmiş  anasını  soyuqqanlıqla 
qarşılayır  və  onun  gəlişindən  narazı  qalırdı.  Lakin  Tükəz 
(Z.Telyakova)  bunların  hamısına  dözür,  oğlunun,  gəlinin,  nəvəsinin 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə