2
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Elmi
Şurasının 17 may 2013-cü il tarixli iclasının qərarı ilə çap
olunmuşdur (protokol №2)
Elmi redaktor: Ġnqilab Kərimov
Sənətşünaslıq doktoru,
professor, AMEA-nın müxbir üzvü
Rəyçilər: Nərminə Ağayeva
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Rəcəb Məmmədov
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Məlahət Ağayeva. Bəxtiyar Vahabzadə pyeslərinin səhnə taleyi.
“Xəzər Universiteti” nəşriyyatı, Bakı, 2013, 158səh.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Məlahət Ağayevanın “Bəxtiyar
Vahabzadə pyeslərinin səhnə taleyi” monoqrafiyası milli teatrşünaslığı-
mızda ayrılıqda bu mövzuya həsr olunmuş ilk tədqiqatdır. Kitabda xalq
şairi, dramaturq, publisist, ədəbiyyatşünas, ictimai xadim B.Vahabvzadənin
pyeslərinin səhnə taleyindən danışılır, həmin tamaşaların rejissor işi,
aktyor oyunu, musiqi və bədii tərtibatı təhlilə çəkilir. Şairin dramaturgiya-
sının ötən əsrin ikinci yarısı və əsrimizin əvvəllərində milli teatr prosesi-
mizin genişlənməsində məxsusi rol oynadığı, milli mədəniyyətimizin
inkişafındakı xidmətləri qeyd edilir.
Monoqrafiya teatr və dramatrugiya ilə məşğul olan mütəxəssislər,
müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də mədəniyyətimizlə
maraqlanan oxucular üçün nəzərdə tutulmuşdur.
ISBN-
978-9952-8209-7-3
© M.Ağayeva
3
B
əxtiyar
V
ahabzadə əsərlərinə bir baxış
Bəxtiyar Vahabzadə Azərbaycanın müasir ictimai fikrini
formalaşdıran şəxsiyyətlərdəndir. Görkəmli sənətkar həm içtimai,
elmi-pedoqoji fəaliyyəti, həm də geniş və zəngin bədii yaradıcılığı ilə
milli mədəniyyətimizin inkişafında, xalqımızın milli özünüdərkində
mühüm rol oynamışdır. Onun hər zaman ictimai səciyyəsi, fəlsəfi
dərinliyi, humanizmə, mənəvi saflığa, vətənpərvərliyə çağırışı ilə
seçilən əsərləri bu gün də öz aktuallığını qorumaqdadır. Həmin
sırada, sənətkarın Azərbaycanın teatr və dramaturgiyasının inkişafı-
na böyük təsir göstərmiş dramaturgiyası ayrıca yer tutur.
Monoqrafiyadan da göründüyü kimi B.Vahabzadə pyeslərini,
onların səhnə taleyini dərindən öyrənən müəllif monoqrafiyanı üç
fəslə bölür, şair-dramaturqun yaradıcılığını üç istiqamətdə araşdırır
və maraqlı elmi qənaətlər əldə edir.
Monoqrafiyanın qiymətli cəhətlərindən biri də odur ki, müəllif
B.Vahabzadənin dramaturji yaradıcılığına əlahiddə baxmır, onu
ümumi kontekstdən ayırmır, onun pyeslərinin səhnə həyatını vahid
milli teatr prosesinin tərkib hissəsi kimi nəzərdən keçirir. Bununla da
müəllif təkcə B.Vahabzadə əsərlərinin səhnə təcəssümünü deyil,
demək olar ki, Azərbaycan teatrının yarım əsirlik dövrünün ümumi
elmi-tarixi mənzərəsini yaratmağa çalışır.
Bu baxımdan M. Ağayevanın milli teatrımızda lirik-psixoloji
üslubun meydana gəlməsi və təşəkkülü prosesi, xüsusən də
dramaturgiyamızda bu üslubun bünövrəsini qoymuş İlyas
Əfəndiyevin yaradıcılığı haqqında mülahizələri öz elmi-nəzəri
səciyyəsi ilə diqqəti cəlb edir. Müəllif “Bəxtiyar Vahabzadənin lirik-
psixoloji pyeslərinin səhnə həlli” adlandırdığı birinci fəsli beş
yarımfəslə bölərək ədibin Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrında səhnə təcəssümü tapmış müasir mövzulu pyeslərini ayrı-
ayrılıqda araşdırma obyektinə çevirir, tamaşaları geniş təhlil edərək
onların ətraflı elmi-tənqidi şərhini verir.Və haqlı olaraq belə bir
nəticəyə gəlir ki, “B.Vahabzadənin öz fəlsəfi dərinliyi, ictimai-sosial
yönü və kəskin publisistikası ilə diqqəti cəlb edən müasir
mövzularda
qələmə aldığı “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”,