34
Maraqlıdır ki, digər tədqiqatçıları da M.Barxudaryanın Girdiman barəsindəki
məlumatlarının daha əsaslı olduğuna inandırmağa çağıran [342, 90] Z.M.Bünyadov
özü Girdimanın lokalizəsi ilə bağlı belə yazır: «Biz belə hesab edirik ki, Mehrani
Cəsur Vardanın 480 və ya 570-ci illərdə üç il ərzində tikdirdiyi» Girdiman qalası
məhz budur» [349, 90]. Lakin nədənsə sonradan o, bu fikri nəinki inkiĢaf
etdirməyib, əksinə, heç bir ciddi arqument irəli sürmədən yenidən Girdiman
vilayətinin Albaniyanın qərbində - ġəmkirçay hövzəsində olması ehtimalı üzərində
dayanıb [349, 88]. Və təbiidir ki, o vaxtdan etibarən Girdiman tarixinə müraciət
edən müəlliflərin demək olar ki, hamısı, o cümlədən müxtəlif vaxtlarda nəĢr olunan
«Azərbaycan tarixi» kitablarının müəllifləri də daha çox, məhz ona istinad ediblər
[20, 113].
Yuxarıda artıq qeyd olunduğu kimi Z.M.Bünyadovun məqaləsinin üçüncü
bölməsi Mehranilərə həsr olunub. Burada Mehranilərin mənĢəyi, onların
Albaniyaya gəlməsi, əvvəlcə Girdiman vilayətində, daha sonra isə bütövlükdə
Albaniyada hakimiyyəti ələ keçirmələri barədə alban tarixçisi M.Kalankatuklunun
məlumatları əsasında mülahizələr bildirilib. Yekun qənaəti isə belədir: «VII-IX
əsrlərdə Girdiman knyazları həm də Albaniyanın knyazı olub. Girdiman vilayətinin
əraziləri isə Mehranilərin bilavasitə Ģəxsi mülkü olub» [20, 91].
1965-ci ildə çapdan çıxan və milli tarixĢünaslığımızda sözün əsil mənasında
hadisə kimi qarĢılanan «Azərbaycan VII-IX əsrlərdə» [43] adlı fundamental
monoqrafiyasında Z.M.Bünyadov Girdiman ərazilərinin lokalizəsi üzərinə
qayıtmasa da, onun siyasi tarixi, təsərrüfatı, mənəvi və mədəni həyatına dair bir
sıra məsələlərə ilk dəfə olaraq aydınlıq gətirməyə cəhd göstərib. Beləliklə də, milli
tarixĢünaslığımızda ilk dəfə olaraq məhz o, Azərbaycan tarixində Girdiman
vilayətinin yeri və rolunu müəyyən etməyə çalıĢıb [43, 49-63, 142].
AlbanĢünaslığa yeni və həm də sanballı töhfə olan bu əsəri ilə akademik
Z.M.Bünyadov sovet tarixĢünaslığında ilk dəfə olaraq erməni qaragüruhuna
sarsıdıcı zərbə endirmiĢ oldu. Bu, ermənilərin uzun illər ərzində Albaniya tarixinə
dair yazdıqları və yazmaqda davam etdikləri hədyanlara Azərbaycan tarixçiləri
tərəfindən verilən ilk tutarlı cavab idi. Həm də bu zərbə o dərəcədə sarsıdıcı oldu
ki, ermənilər Azərbaycanın erkən orta əsrlər tarixinin dayaq nöqtəsi və bel sütunu
hesab edilən həmin əsərə və onun müəllifinə qarĢı elan etdikləri səlib müharibəsi
bu gün də davam etməkdədir.
Akademik Z.M.Bünyadovun monoqrafiyası iĢıq üzü gördükdən sonra
erməni qaragüruhunun Azərbaycana və onun qədim tarixinə qarĢı yönəlmiĢ ifrat
millətçi-separatçı çıxıĢlarının yeni, daha davakar mərhələsi baĢlanıb. Beləliklə,
keçən əsrin 60-cı illərindən baĢlayaraq ermənilərin Albaniya tarixinə dair yeni
konsepsiyası dövriyyəyə buraxılır. «Yeni nöqteyi-nəzər» nəzəriyyəsi kimi təqdim
olunan bu konsepsiyaya görə Albaniya dövlətçiliyinin, alban mədəniyyətinin və
alban yazısının mövcudluğu danılır. A.ġ.Mnatsakyanın 1969-cu ildə Ġrəvanda
çapdan çıxan «Qafqaz Albaniyasının ədəbiyyatı haqqında» [527] monoqrafiyası
35
mayasında büsbütün saxtakarlıq, qərəzkarlıq və Azərbaycana qarĢı ərazi iddiaları
duran bu qeyri-elmi konsepsiyanın ifrat nümunəsi kimi dəyərləndirilə bilər. Bəri
baĢdan deyək ki, digər erməni müəllifləri kimi, «yeni nöqteyi-nəzərin» müəllifi
A.ġ.Mnatsakyan da öz əsərində, xüsusilə də onun giriĢ hissəsində Girdiman
tarixinə kifayət qədər geniĢ yer verib [527, 7-64]. O, Koryunun, Favstos Buzandın,
Sebeosun, YeqiĢenin, Moisey Xorenlinin, Musa Kalankatuklunun Girdiman
tarixinə dair hamıya məlum fikirlərini təhrif etmək, daha doğrusu, ifrat dərəcədə
erməniləĢdirmək istiqamətində sələflərini və həmkarlarını xeyli geridə qoymuĢdur.
Ġfrat erməni mövqeyindən yazılmasına baxmayaraq, onun əsərində Girdiman
tarixinin araĢdırılması baxımından əhəmiyyət kəsb edən məqamlar da az deyil.
Məsələn, A.Mnatsakyanın fikrincə M.Kalankatuklunun «Albaniya tarixi» əsəri
Girdiman tarixinə dair yeganə ilk mənbədir [527, 53]. Onun «Girdiman havarının
Albaniyanın mərkəzində olmasına dair» [527, 54] fikri də maraq doğurur. Və
nəhayət, A.Mnatsakyana görə, Mehranilərin belə bir «möhkəmləndirilmiĢ» ərazidə
qərarlaĢması da təsadüfi olmayıb [527, 54]. Bütövlükdə götürüldükdə isə
A.Mnatsakyanın xəstə mülahizələri elmi prinsiplərə və sağlam məntiqə
əsaslanmadığından onların təhlil və təftiĢi üzərində ayrıca dayanmağa dəyməz.
SSRĠ rəhbərlərinin ölkədə xalqlar dostluğunun təntənəsini az qala hər gün
bayram etdiyi bir vaxtda, qonĢu respublikaya, onun tarixinə və mədəni irsinə qarĢı
iftira və böhtanlarla dolu olan belə bir ziyankar əsərin çap olunması sözsüz ki, bir
daha ermənilərin kimliyindən və mənfur niyyətlərindən xəbər verən həyəcan
siqnalı idi. Lakin SSRĠ-nin o zamankı rəhbərləri də, onları ideoloji cəhətdən
silahlandırmalı olan rus-sovet tarixçiləri də sanki bütün bunlardan xəbərsiz kimi bu
dəfə də susmağa üstünlük verdilər.
A.Mnatsakyanın və onunla eyni cəbhədə çalıĢan çoxsaylı digər erməni
siyasətçi və tarixçilərinin qərəzli və sərsəm mülahizələrinə münasibətdə
Azərbaycan albanĢünasları susmasalar da, hər halda, onların uydurmalarını daĢ-
qalaq etməyə də tələsmədilər. Bununla da onlar əslində, təftiĢçiliklə deyil, sırf elmi
araĢdırmalarla məĢğul olduqlarını bir daha təsdiq etmiĢ oldular. Z.M.Bünyadovun,
Ġ.H.Əliyevin, N.M.Vəlixanlının, K.H.Əliyevin, T.M.Məmmədovun, F.C.Məmmə-
dovanın, Ġ.A.Babayevin, Q.Ə.Qeybullayevin, C.Ə.Xəlilovun, F.L.Osmanovun və
baĢqalarının 70-90-cı illərdə çapdan çıxan sanballı tədqiqat əsərləri buna sübutdur.
Ġ.H.Əliyevin və F.L.Osmanovun 1975-ci ildə «Советская археология» jurnalında
dərc edilmiĢ məqalələrindəki bir qeyd Girdiman vilayəti ərazilərinin lokalizəsi
baxımından xüsusilə əhəmiyyətlidir. Orada deyilir: «Biz Girdiman vilayətinin
Qazax-ġəmkir rayonları ərazisində olduğunu istisna etmədən, həm də belə hesab
edirik ki, Mehranilərin ən azı erkən dövr fəaliyyətini Ġsmayıllı rayonu ərazisi ilə
əlaqələndirmək baxımından da kifayət qədər əsas vardır» [268, 201]. Məqalə
müəllifləri həmin əsaslar sırasında Girdiman çayının, Girdiman qalasının, CavanĢir
qalasının adını çəkir və bütün bunların Girdimanın məhz ġirvan ərazisində
lokalizəsinə dəlalət etdiyini bildiriblər [268, 201].