Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,47 Mb.
Pdf görüntüsü
səhifə22/131
tarix01.11.2017
ölçüsü2,47 Mb.
#7736
1   ...   18   19   20   21   22   23   24   25   ...   131

 

70 


şair təkrarən ana dilinin saflığını, müqəddəsliyini bütün millətlərin 

mədəni tərəqqisində başlıca meyl hesab edir; bəşəri problemlər 

qaldırır. Tariximizin, xalqın milli varlığının, soyunun, kökünün 

kəşfiyyatçısına çevrilir” [55]. 

Məsul vəzifələrdə, dövlət idarələrində çalışanların hər  şeyə 

tutuquşu tək “hə, hə” demələrinə, nəfslərinin qulu olmalarına etiraz 

edən şair antihumanist xislətləri lənətləyir. 

Mənlik - cəsurluqdur, qorxaqlara, qorxaqlığa döyüş elan 

etməkdir, - çünki qorxaqlıq olan yerdə millət özü də mənliyindən 

məhrum olur: 



Gözüqıpıq yurdun, ağciyər elin,  

Yeməyi olsa da, mənliyi olmaz.  

( “Qorxaqlar, cəsurlar”)  

Mənlik ləyaqəti - X.R.Ulutürk poeziyasında milli müəyyənliyi 

göstərən başlıca göstəricidir:  

Vətənini deyirsən, elmi deyirsən?  

Kişi mənliyindən başlanır Vətən.  

Mənlik ləyaqəti yetişməyibsə  

Millət yox, qarşında tayfa görərsən.  

XIX  əsrin 50-ci illərindən başlayaraq, ilk rüşeymləri görünən, 

70-80-cı illərdə inkişaf edən milli şüur həm də özündə milli 

məfkurə  və idealı yetişdirməyə başlamışdır. Həmin məfkurə 

erməni-rus  şovinizmi, separatizm və nihilizminə  qarşı mübarizə 

şəraitində məqsəd aydınlığına çevrilmişdir. XX əsrin əvvəllərindən 

istiqlal məfkurəsinin ideya daşıyıcıları, ideoloqları, siyasi 

təsisatları, milli mətbuat və ədəbi məktəbləri sülh, demokratiya və 

milli azadlıq uğrunda mübarizənin subyektlərinə çevrilmişlər. 

M.Ə.Rəsulzadənin yazdığı kimi, “Azərbaycanın bu qədər fəlakətlər 

nəticəsində  əldə etdiyi bir qazancı varsa, o da bu istiqlal fikrinin 

rüsuxi” [153, s.95] olmuşdur. 

İkinci Dünya müharibəsindən sonra da Azərbaycanda 

müstəqillik, azadlıq mümkün olmamış, onun ərazi bütövlüyünə 

qəsdlər edilmişdir. 

  



 

71 


Azərbaycan hər dəfə millətçi damğası ilə damğalanmışdır. 

Doğma dil, millət və dini dəyərlər sıxışdırılmış, Azərbaycandan 

ərazi qoparılması, Naxçıvan, Dağlıq Qarabağ muxtariyyətinin 

Ermənistana birləşdirilməsi üçün cəhdlər olmuşdur. 

X.Rzanın arxivindən: 

“Xatırlayıram ki, təxminən altı il bundan qabaq Akademiyanın 

böyük salonunda Səməd Vurğun gecəsində Abbas Zaman 

müəllimin qopardığı tufanda az-çox mən də “taqsırkaram”. Öz 

çıxışı  ərəfəsində  dərin mənəvi həyəcan keçirən Abbas müəllim 

onda lap qabaqda, bəlkə  də birinci cərgədə  mənimlə yanaşı 

əyləşmişdi. 

-Xəlil, bu gecə  sənə Vurğun haqqında xatirə söyləyəcəm. 

Axırda Naxçıvan məsələsinə də toxunacam. Məsləhət bilirsən? 

-Əlbəttə, - deyə mən sevimli müəllimimizi alqışladım. Onda 28-

29 yaşlı bir gənc olan Xəlil, onsuz da fitrətinə görə qızğın olan bu 

gənc alışmaq üçün bir cınqıya bənd idi. Abbas müəllimin sözü 

ürəyimi dağa döndərdi. 

-Əgər bu məsələ  şayiə deyilsə,  əgər bu məsələnin ciddiliyinə 

tam əmin-arxayınsınızsa, əgər doğrudan da, erməni qardaşlarımızın 

arasında belə  şərəfsiz niyyətə düşənlər, təhlükə törədənlər varsa, 

onda deyin... 

Abbas Zaman müəllim o gecə öz sözünü dedi. Söz veriləndə 

xitabət kürsüsünə qalxmadı.  Əlini kürsüyə söykəyib dərya kimi 

ləngər vuran salona üz tutdu. Səməd Vurğun barədə gözəl, səmimi 

bir xatirə söylədikdən sonra əsil mətləbə keçdiyi zaman Abbas 

müəllimin necə  gərgin dəqiqələr keçirdiyini, onun alovlu, mərd 

sözlərinin salonda necə  təlatüm qopardığını unutmaq mümkün 

deyil. Sədrlik edən Məmməd Arif dözmədi. Onun sözünü yarımçıq 

kəsməyə çalışdı. Ancaq Abbas müəllim axıra kimi mərd dayana 

bildi. 


-Mənə elə  gəlir ki, - dedi, - S.Vurğun sağ olsaydı bu gün 

Naxçıvan məsələsi barədə şərəfsiz söhbətləri eşit- 

 

  



 

72 


səydi, məhz bu cür deyərdi: Naxçıvan Azərbaycan torpağının 

müqəddəs bir parçasıdır. Onu qara niyyətli dargözlərə, millətçilik, 

şovinizm mərəzinə tutulmuşlara tərk etməyə bizim heç bir mənəvi 

haqqımız yoxdur. Naxçıvandan əl çəkmək hər şeydən əvvəl bizim 

çoxmillətli Qafqazda dostlara böyük beynəlmiləlçilik  ənənələrinə 

endirilən zərbə ola bilər. Hər şeydən əvvəl erməni-azəri dostluğunu 

qıra bilər. Bizim üçün dostlardan, xalqların Lenin qardaşlığından 

müqəddəs heç nə yoxdur. Ona görə də mən təklif edirəm ki, erməni 

və azəri xalqlarının bütün ağıllı hissəsi bu məsələdə yekdil, ayıq, 

mərd olmalı, bir ovuc daşnak tör-töküntülərini alovlandırmağı 

bacarmalıdır. 

Ancaq, heyhat! Biz dağılışandan sonra da ürəklərin odu 

keçmədi. Abbas Zaman min-min könüldəki milli ləyaqət 

duyğusunu silkələmişdi. Mürgüləyən qüvvələri oyatmışdı. Əlbəttə, 

onun dalınca deyinən, dargözlük edən, Abbas Zamanı milli 

lovğalıqda, şöhrətpərəstlikdə ittiham edənlər də yox deyildi... Çox 

keçmədən eşitdik ki, Abbas Zamanı universitetdən, müəllimlikdən 

azad ediblər. Abbas Zaman yoldaşı milli məhdudluqda ittiham 

edən Vəli Axundovun məruzələrindən sonra onun, hətta partiya 

üzvlüyündən çıxarılması faktı da acı bir xatirə kimi yadımdadır. 

Maraqlıdır, bu dövrdə  mən Abbas müəllimi heç vaxt sarsılmış, 

sustalmış görməmişdim...” (Şairin arxivindən. 15 oktyabr 1967-ci 

il) [318]. 

60-cı illər dünyada Şərqdən Qərbə qapıların açılması, bəşəri-

qlobal münasibətlərin yaranması, Avropa, Asiya və Afrika 

ölkələrinin  əldə etdikləri istiqlalla əlaqədar olaraq başlayan 

səfərlər, millətin öz daxilinə mənəvi-yaradıcı baxışı, milli ideal və 

məfkurəni gücləndirmişdir. 

Milli ruh 50-60-cı illərdə B.Vahabzadənin “Gülüstan” poeması, 

“Ana dili” şeiri X.R.Ulutürkün “Ana dili”, “Dilim mənim, nərəm 

mənim”, S.Tahirin “Ana dili”, M.Şəhriyarın “Heydər baba”, 

H.Savalanın “Türkcə təranələr” 

 

  



Yüklə 2,47 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə