Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə8/10
tarix22.07.2018
ölçüsü0,51 Mb.
#57801
1   2   3   4   5   6   7   8   9   10

17 

ləhcəsində yazılmışdır. Müəllif bacardıqca fars-ərəb sözlərindən az istifadə 

etməyə çalışmış və zənnimizcə, buna qismən nail olmuşdur.  

Üçüncü  yarımfəsil  “M.Tərbiyət  və  Ə.Dövlətabadinin  təzkirəsində 

ortaq və fərqli cəhətlət”dir

Ə.Dövlətabadi  soydaşı  və  həmkarı  Məhəmmədəli  Tərbiyətdən  sonra 

onun  başladığı  bu  şərəfli  işi  davam  etdirən  ilk  alimlərdən  biridir.  O,  öz 

sələfinin  yolu  ilə  gedərək,  bu  sahədə  mövcud  olan  boşluğu  doldurmağa 

çalışmış və qismən də olsun buna müvəffəq olmuşdur. M.Tərbiyətin bu gün 

hər ədəbiyyatçının bəhrələndiyi və masaüstü kitabı olmuş “Danişməndani-

Azərbaycan”  əsəri  alimin  “azərbaycançılıq  ideyası  ilə  silahlanması”nın 

1

 



göstəricisidir. 

“Danişməndani-Azərbaycan”  əsərinin  yazılması  özündən  sonrakı 

nəsilləri vətənpərvərlik ruhu ilə tərbiyələndirmək hədəfini güdürdü. Belə ki, 

M.Tərbiyətdən  sonra  ilk  dəfə  Cənubi  Azərbaycanda  bu  səviyyədə  əsəri 

Ə.Dövlətabadi  tərtib  etmişdir.  Dövlətabadi  öz  sələfi  kimi  əsərin  adında 

Azərbaycanın 

adını  əbədiləşdirmışdır.  Tərbiyətin  “Danişməndani-

Azərbaycan”  (“Azərbaycan  alimləri”)  adı  altında  tərtib  etdiyi  əsəri 

Ə.Dövlətabadi  “Süxənvərani-Azərbaycan”  (“Azərbaycan  şairləri”)  başlığı 

altında davam etdirmişdir. Çox güman ki,  əsərin daha geniş oxucu kütləsi 

toplaması üçün müəlliflər məhz bu dildə əsərlərini tərtib etmişlər. Hər iki 

əsər fars dilində yazılmasına baxmayaraq, əsrlər öncə yaşamış şairlər, alim 

və  filosoflar,  xəttat  və  rəssamlar,  musiqiçi  və  təbiblər  haqqında  dəyərli 

bilgilər  verən  ensiklopedik  səciyyə  daşıyan  əsərlərdir.  Haqqında 

danışdığımız  əsərlərdə  tanınmış  şairlərdən  başqa  şairlik  təbi  olan  digər 

sənət  nümayəndələri  haqqında  da  məlumat  verilir.  M.Tərbiyətin  müəllifi 

olduğu  “Danişməndani-Azərbaycan”  əsəri  XI  əsrdən  alimin  öz  dövründə 

yaşamış  görkəmli  şəxsiyyətləri  əhatə  edirsə,  Ə.Dövlətbadinin  təzkirəsində 

bu  müasir  dövrümüzü  də  çevrələyir.  Müəlliflər  təzkirənin  yazılmasında 

yüzdən  artıq  mənbədən  istifadə  etmiş  və  hər  məlumatın  sonunda  həmin 

məxəzləri  göstərmişlər.  Ə.Dövlətabadi  sələfindən  fərqli  olaraq  daha  çox 

mənbəyə 


müraciət  etmişdir.  Bu  da  Dövlətabadi  təzkirəsinin 

mötəbərliyindən xəbər verir.  

“Danişməndani-Azərbaycan”  təzkirəsində  müəllif  şair  və  sənətkar 

haqqında  verdiyi  məlumatın  sonunda  bacardığı  qədər  istifadə  etdiyi 

mənbələrin  adını  göstərməyə  çalışmışdır.  Lakin  buna  hər  dəfə  nail  ola 

bilməmişdir.  Məsələn,  Ağabiriştə,  Ağabəyim,  Arakel  və  bir  çox  şəxslər 

                                                 

1

 Nəhmətova K. Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” əsəri, 



Bakı, Elm və Təhsil, 2004, s.53 


18 

haqqında  verilən  məlumatda  istifadə  olunan  mənbələrin  adları 

göstərilməmişdir.  “Süxənvərani-Azərbaycan”  təzkirəsində  isə  müəllif  bu 

işə daha dəqiq yanaşma üsulu sərgiləmiş, istifadə etdiyi mənbələrin adlarını 

göstərməklə yanaşı məlumatın hansı səhifədə yerləşdiyini də qeyd etmişdir. 

M.Tərbiyət 

“Danişməndani-Azərbaycan”  əsərinin  sonunda  nə 

mündəcirat,  nə  istifadə  etdiyi  ədəbiyyatın  siyahısını  vermişdir.  Kitabın 

sonunda  Tərbiyət  Azərbyacanda  və  Azərbaycanla  bağlı  xaricdə  işıq  üzü 

görmüş  110  dövri  mətbuat  haqqında  qısa  məlumat  vermişdir  ki,  bu  da 

Azərbaycan  mətbuat  tarixi  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  qəzet  və 

jurnalların  əksəriyyəti  Təbrizdə  çap  olunsa  da,  bir  neçəsi  Xoyda, 

İnstanbulda nəşr olunmuşdur.  

Ə.Dövlətabadi  sələfindən  fərqli  olaraq  böyük  zəhmət  tələb  edən  iş 

görərək  oxucunun  işini  asanlaşdırmaq  məqsədilə  təzkirənin  sonuna  tərtib 

etdiyi  bir  neçə  siyahını  da  əlavə  etmişdir.  Ilk  əvvəl  əsərdə  adı  çəkilən 

şairlərin,  alimlərin,  filosofların  siyahısını  təqdim  etmişdir.  Burada 

azərbaycanlı  şair  və  müəlliflər  qara  şriftlə  verilmişdir.  Daha  sonra 

Azərbaycanın  şair  xəttatları,  rəssamları,  musiqiçiləri,  təbibləri  ayrı-ayrı 

siyahılarda,  qadın  şairələr  də  ayrıca  toplanmışdır.  Müəllif  qədim 

Azərbaycan  dilində  də  şeir  yazan  şairləri  bir  siyahı  altında  cəmləmişdir. 

Ə.Dövlətabadi  hətta  təzkirədə  hər  hansı  bir  müəllif  haqqında  verdiyi 

məlumat  daxilində  adı  çəkilən  kitabların  və  əsərlərin,  o  cümlədən  ərazi 

adlarının da ayrıca siyahısını vermişdir. Ən nəhayət sonda müəllif istifadə 

etdiyi mənbələrin adını vermişdir.  

Qeyd  edək  ki,  hər  hansı  bir  müasir  tədqiqatlarda  elmi  araşdırmanın 

əhəmiyyəti  və  mötəbərliyi  müəllifin  istinad  etdiyi  qaynaqlarla  da  ölçülür. 

Təzkirəyə verilən qiymət də başqa amillərlə yanaşı, onun tərtibində istifadə 

edilən  qaynaqların  kəmiyyət  və  keyfiyyətindən  asılıdır.  Təzkirəni  tərtib 

edən  müəllif  müxtəlif  qaynaqlardan  faydalanır.  Buraya  ədəbi-tənqidi 

səpkidə yazılmış  əsərlər, haqqında bəhs edilən ədiblərin divanları və bədii 

irsi, tarixə aid kitablar və s. daxildir. Təbiidir ki, son zamanlar tərtib edilən 

təzkirələrdə müəlliflər özlərindən əvvəlki mənbələrdən daha çox yararlanır 

və qaynaqlara istinad daha intensiv xarakter daşımağa başlamışdır. Istinad 

edilən  əsər  və  qaynaqların  adının  çəkilməsi  və  qeyd  olunması  olduqca 

əhəmiyyətlidir. Bu müəllifin gördüyü işin ciddiliyinə və elmi əhəmiyyətinə 

dəlalət edir.  

M.Tərbiyət  “Danişməndani-Azərbaycan”  əsərinin  yazılmasında  60-

dan çox mənbədən geniş və ətraflı şəkildə faydalanmışdır. İstifadə olunmuş 

mənbələr  arasında  müəllif  müxtəlif  səpkili  əsərlərdən  yararlanmışdır.  Bu 

əsərlər  içərisində  təzkirə  tipli  mənbələrdən  əlavə,  tarix,  kataloq,  əlyazma 



Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə