Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə6/131
tarix11.07.2018
ölçüsü2,35 Mb.
#55399
1   2   3   4   5   6   7   8   9   ...   131

 

18 


ictimai məzmunudur, məfkurəsinin xalq mənafeyinə tabe 

tutulmasıdır.  Şer atəşinə  məruz qalan qara hədəflər Xəlil Rzanın 

ictimai düşmənləridir. “Qara hədəfə atəş” silsiləsində gərgin döyüş 

gedir. Bu döyüş  tərəqqi ilə irtica, düzlük ilə yalan, cəsurluq ilə 

qorxaqlıq, yurdsevərlik ilə milli satqınlıq, zəka ilə nadanlıq 

arasındadır. 

“Məndən başlanır vətən” (1988) kitabındakı satirik şerlərə 

X.Rza “Ələkbər Sabir işığında” adı vermişdir. Satirik ruh, 

zəmanədən şikayət, cəmiyyətdəki neqativ hadisələrə kəskin tənqidi 

münasibət və bunların satirik vasitələrlə təqdimatı həmin kitabdakı 

şerlər üçün səciyyəvidir. “İftiraçıya”, “Heç bir ehtiyat!”, “Verin 

mənim haqqımı!”, “Sənin ölümünü gözləyənlər var”, 

“Toxunmadım ilana” kimi əsərlər satirik boyalarının həyatiliyi ilə 

diqqəti daha çox cəlb edir. 

Keçən  əsrin 90-cı illərində X.R.Ulutürkün “Ayla Günəş 

arasında” (1992), “Uzun sürən gənclik” (1994), “Mən  Şərqəm” 

(1994), “Azadlıq” (1998) və başqa  şer kitabları çap olunmuşdur. 

Sədaqətli zövcəsi Firəngiz xanım Ulutürk şair dünyasını 

dəyişəndən sonra onun irsini səhmana salmış, ondan artıq  şer, 

poema və 

tərcümə kitablarını, bəzi elmi əsərlərini, 

gündəliklərindən nümunələri nəşr etdirmişdir. 

Uyarlı dövlət sərəncamlarına  əsasən X.R.Ulutürkün iki cildlik 

və beş cildlik seçilmiş əsərləri nəşrə hazırlanmışdır. 

 

* * * 


 

X.R.Ulutürk onlarla irili-xırdalı poemanın müəllifidir. O, 

poemanı poeziyanın seçmə janrı hesab edirdi. Belinskinin: “Poema 

həyatı onun ən mühüm məqamlarında ehtiva edir” - fikrini izah 

edərək, yazırdı ki, həyatdakı hər şey poema üçün mövzu və bədii 

material ola bilməz. “Poema mütləq qəhrəmanlıq, nəciblik, ləyaqət, 

vətənpərvərlik, fədakarlıq ruhu ilə dolu olmalıdır. Hətta, poemada 

müsbət qəhrəman olmasa belə, müsbət ideal mütləq olmalıdır”. 

  



 

19 


X.Rzanın poemaları epik vüsətə malikdir. Brest qalası 

qəhrəmanı  Əliheydər  İbrahimovun  şücaətlərinə, onun sevgilisi 

Asya xanımın fədakarlığına həsr olunmuş “Məhəbbət dastanı”, 

ataların mübarizə  və hümanizm estafetini davam etdirən oğullara 

dair “Atalar-oğullar” poeması, Söhrab Tahirə xitabən yazılmış “Az 

ömürlü ağ günlər”, Xəzər qasırğalarında vəzifə başında həlak 

olmuş qəhrəmanların xatirəsini əbədiləşdirən “Tufandan güclülər” 

- geniş epik təsvir və  təhkiyəsi ilə seçilən bədii nümunələrdir. 

Şairin ilk sanballı poemalarından biri “Hara gedir bu dünya?”dır. 

Bu  əsər Azərbaycanı ikiyə bölən, bəşər mədəniyyətinə dahilər 

vermiş bir xalqı 

əslindən-kökündən, 

ənənələrindən, 

mənəviyyatından qoparmağa çalışan qara qüvvələrə qarşı poema-

pamfletdir. Əsər ekspozisiya və doqquz bölməsindən ibarətdir. “İki 

qardaşın söhbəti” adlı bölmə tariximizin parlaq və  şərəfli 

səhifələrindən biri olan Cənubi Azərbaycanda milli demokratik 

hökumətin bərqərar olması mövzunun və ideyanın predmetinə 

çevrilmişdir. Cənubda azadlıq uğrunda mübarizə tarixinin ən 

mühüm mərhələləri, həmin mübarizənin Firudin İbrahimi kimi 

tanınmış öndərləri, təmənnasız qəhrəmanları, cəsur fədailəri, milli 

hökumətin qurulması, torpağın kəndlilərə paylanması, ana dilində 

məktəblərin açılması, ilk Ana dili dərsliyinin işıq üzü görməsi ideal 

qardaşları olan Söhrab Tahirlə şairin söhbətində ifadə edilmişdir. 



Qalx ayağa, Vətənim! 

Bu xoşbəxt ölümümlə nümunəyəm mən sənə. 

Səs ver mənim səsimə Xəzərin ciyərilə. 

Bütün Babəklərinin, bütün Kərəmlərinin, 

Bütün Nəbilərinin birləşmiş hünərilə! 

Bu gün mənim ölməyim, mənim qanlı köynəyim 

Sənin mübarizənin başlanğıcıdır hələ. 

Hələ dağ başındadır işıqlı mərhələ. 

O işığın uğrunda mən ölümə gedirəm. 

Al, sənə bəxş edirəm, 

  

 




 

20 


Qızıl bayrağın olsun 

Güllədən deşik-deşik al qırmızı bədənim! 

Qalx ayağa, Vətənim! 

Qalx ayağa Vətənim!  

Qəhrəmanlığın fəcilik ilə  vəhdəti və  qələbəsi poemanın bu 

misralarında çox zəngin boyalarla canlandırılmışdır.  Şairin SSRİ 

rejiminə qarşı  ağır ittihamnamə kimi səslənən  ən təsirli 

poemalarından biri “Sumqayıt dastanı”dır.  Əsəri oxuyarkən bir 

daha görürsən ki, 1988-ci il fevral ayının 28-də  və 29-da ağır 

iqtisadi, siyasi, ictimai, mənəvi vəziyyətlərinə etiraz əlaməti olaraq 

küçələrə  çıxmış sumqayıtlıların geniş miqyaslı aksiyasından sui-

istifadə edən daşnaklar milli münaqişə  zəminində iblisanə 

təxribatlar törətmişdilər. “Adımız, soyadımız” poemasında şair çox 

aktual, ictimai əhəmiyyətə malik olan bir problem üzərində  də 

düşüncələrini ifadə etmişdir. Məsələ qaldırmışdır ki, Azərbaycan 

adlarının çoxu ərəb adlarıdır, soyadımızın ifadə forması isə ov/ova 

kimi rus şəkilçiləri ilə əmələ gəlmişdir. O, əcnəbi kəlmələri doğma 

sözlərimizlə  əvəz etməyi məsləhət gorürdü. Bu baxımdan  ədəbi 

dilə yeni, milli sözlərin daxil olmasında Xəlil Rzanın tarixi 

xidmətləri həqiqətən böyük olmuşdur. 

“Əlvida, Azərbaycan!” ponoram-poeması mövzusu, motivləri, 

həyat materialı etibarilə X.Rzanın “Qanım bayrağımdadır!” 

poemasının başlanğıcıdır.  Əsərdə 20 Yanvar faciəsinin yüzlərlə 

dəhşətli epizodlarından birinin fonunda sovet imperiyasının 

Azorbaycan xalqına qarşı törətdiyi genosid aktının ifşası 

verilmişdir. Şairin oğlu Təbriz Xəlilbəylinin Qarabağ döyüşlərində 

böyük fədakarlıq göstərərək həlak olması, ölümündən sonra ona 

Azərbaycan Respublikasının Milli Qəhrəmanı adının verilməsi, 

Azərbaycan Respublikasının müstəqillik əldə etməsi, şairin zindan 

həyatının təsirli epizodları bu panoram poemanın  əsas materialını 

təşkil edir. Əsər zindanın təsvirilə başlanmış, ondakı bütün 

hadisələrə də elə bu daş qəfəsdən baxılmışdır: 

 

  




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə