94
qarşı qoymur, onları ana torpaqda - Azərbaycanda ayrı-ayrı
etnoslar bilir:
Lahıc da, ləzgi də, talış da, tat da,
Kürd,
udin,
rutul da var-dövlətimdir.
Azərbaycanımın qucaqladığı,
Bağrına basdığı can sərvətimdir.
Fəxrim, qol-qanadım, şan-şöhrətimdir.
Milli “Mən” türklüyünü, doğma ana dilini dananları “təslimçi
fərarilər” adlandırır:
Nizami bayramında
Qarahüseyni
dinlədim,
Qorxusundan
türkcə yox,
başqa dildə danışdı.
İlk və son məktubuna
başqa cavab vermədim,
Təslimçi fərarilər mənə
çoxdan
tanışdı.
X.R.Ulutürk
türkə qarşı olanları: imperiyapərəstləri,
“komunnist cildli faşistləri”, “dost” qiyafəli məddahları, müasir
mənada “sadvalçıları”, ermənipərəstləri kəskin ifşa edir:
Simasını itirmiş yaddan
heç
nə ummuram,
Ancaq
səni dartıram
“ölüm”
kürsüsünə mən.
Dinlə, gör nələr deyir
bağrımdakı bu yaram:
Bəşərin düşmənidir
türkə düşmən kəsilən.
Xəlil Rza Ulutürk turançılıq idealında Türkiyəni “Yaşasın
odyurdu, qardaş Türkiyə”, “Nə yaxşı ki...”, “Xəlil, bir az səbr elə”
şeirlərində “sal daşlı, qayalı arxa, dayaq, köksümüzə səngər” bilir.
Şair “Mən”i türk qövmlərini sa-
95
dalayır, tarixə etiraz edərək, onların pərən-pərən salındığını,
adlarının belə dəyişdirildiyini xatırladır və Türkiyə, Azərbaycan.
Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan,
Başqırdıstan, Altay, Sibir, Uyğurustan, Bolqarıstan, Kərkük, İraq,
Bağdad, Hələb türklərini seçib ayırır və onların varlığı ilə fəxr edir.
Xəlil Rza Ulutürkün nəzərində türkçülük, turançılıq fatehlik,
menemlik, işğalçılıq mahiyyətindən çox uzaqdır. O, türk birliyinin
gücünü ona görə tərənnüm edir ki, türk kiçik olanın, zəifin
xilaskarıdır. Həm də türk birliyində: udin, ləzgi, nen kimi ulusların
adı və payı vardır. “Azadlıq meydanı”, “Azərbaycan-türk salamı”
şeirlərində də türk birliyi Türküstan, Turan anlamından qavranılıb
dəyərləndirilir.
“Türkazər” şeirində şair “Mən”i millətinə özünüdərk
zirvəsindən baxır. M.Ə.Rəsulzadənin “milli müstəqilliyin əsası
yalnız dərk olunmuş milli “Mən”in mövcudluğudur” hökmünü
bədii şəkildə təsdiqləyir:
Azərbaycan türküyəm!
Bəlkə də bu cümlə
heç çıxmayıb ürəyindən!
Səslənməyib dilində,
Varlığında bəslənib,
bəslənməyib dilində.
“Yıxın, sökün, dağıdın” və “Türk” şeirlərində fərdi ideya
istiqamətlərindən biri budur ki, türkçülüyün, turançılığın
mərkəzində milli “Mən”i təzahür etdirən, Azadlıq meydanında
həmin ideya ruhunda nitq söyləyən və türk dünyasını mübarizəyə,
həmrəyliyə çağıran şair, həm də yəhudi, buddaçı, atəşpərəst və
xaçpərəstin belə yerini görür; ifrat islamçılıq təbliğ etmir. O,
panislamizmin əley-hinədir. Bu da doğrudur ki, şair “Mən”i yalnız
türk ellərinin azadlığından, müstəqilliyindən söz açmır, bütün
bəşəriyyətin və xalqların həqiqəti tapmasından danışır:
96
Ləngərlənən meydana
birdən yeni can gəlir,
Azərbaycan, Türküstan,
ardınca Turan gəlir...
Meydanın sonu yoxdur,
yüz-yüz
nəğmə, min-min səs.
İudaçı, buddaçı,
atəşpərəst, xaçpərəst...
Həqiqətə təşnədir,
Bağrı bəşəriyyətin,
Bu
qüdrətdən, bu ruhdan
qopmaq, ayrılmaq çətin.
“Azərbaycan türkcəsi” şeirində dilləri vahid bir ağac hesab edən
şair onun kök və gövdəsində türk dillərinin dayandığını, onların
arasında Azərbaycan türkcəsi “Misri qılıncın səsini” xatırlatdığını
poetik şəkildə mənalandırır.
Mənalandırır ki, Azərbaycan türkcəsini, “nə qaranlıq divarlar,
nə tikanlı hasarlar, nə gözü dar, beyni dar, niandertal ağalar”...
bizdən ala bilməz:
Min il hundan sonra da
yaşayacaq dünyada
Füzulinin nəfəsi,
Şəhriyarın nəfəsi.
Şairin poetik dərkində Azərbaycan türkcəsi “Bilqamıs” türk
abidəsini özündə yaşadan qədim dil kimi həm də müasirdir,
əbədidir:
T
əkcə babamsanmı? Yox ...
…həm də oğlum, qızımsan.
Zindan pəncərəsindən
bir az solğun
görünən baharımsan,
yazımsan.
“Odur ruhum, ana dilim” misralı şeirdə də türk dilinə məhəbbət ifadə
olunmuşdur.
Xəlil Rza Ulutürk poeziyasında yalnız Azərbaycan türk dili