_________Milli Kitabxana_________
15
bu döyüşlərdə gah şahlığın, gah da sultanlığın bayrağını başı üs-
tünə qaldıran İrəvan xanlığı, düz dörd yüz il öz xanlıq statusunu
qoruyub saxlamaqla bahəm, burada yaşayan insanların da rahatlı-
ğını, əmin-amanlığını qoruyub saxlamışdı. Xanlığın əsas əhalisi
Azərbaycan türkləri idi və bu torpaqlar da tarixən onlara məxsus
olmuşdur. Türklərdən əlavə, xanlıq ərazisində ermənilər, kürdlər,
aysorilər, farslar, ərəblər və digər azsaylı millətlərin nümayəndə-
ləri də hürr və əmin-amanlıqla gün-güzəran keçirirdilər. İrəvan
xanlığı yaradılan zamandan (1410) Pir Hüseyn Əmir Səid xandan
başlamış, ta 1828-ci ilə – Hüseynqulu xana və qardaşı Həsən xa-
na qədər xanlıq taxtında əyləşən 49 nəfər xanın hamısı Azərbay-
can türkləri olmuşdlar. Bu, bir daha göstərir ki, İrəvan xanlığının
ərazisinin əsl sahibləri Azərbaycan türkləridir.
Rəsmi arxiv sənədlərində öz əksini tapan faktları inkar etmək
mümkünsüzdür. Azərbaycanın sosial-iqtisadi tarixi ilə bağlı olan
sənədlərin Türkiyə kimi böyük dövlətlərin arxivlərində saxlandı-
ğını nəzərə alan akademik Ziya Bünyatov İstambuldakı Başba-
kanlıq Arxivində saxlanılan iki “müfəssəl dəftərin” – 1727-ci il
tarixli “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” və “Naxçıvan
sancağının müfəssəl dəftəri”nin mikrofilmlərinin əldə olunmasına
təşəbbüs göstərmişdir. 1984-cü ildə başlanan bu nəcib işin bəhrə-
si olaraq, Şirindil Alışanlının naşirliyi ilə (Bakı, “Cabah” nəşriy-
yatı, 1997) 336 səhifəlik “Naxçıvan sancağının müfəssəl dəftəri”
kitabı tərcümə və nəşr edilərək oxuculara çatdırılmışdır. Naxçı-
van sancağının 14 nahiyədən və 315 yaşayış məntəqəsindən iba-
rət olduğu, bu nahiyəlrdə vəqflərin illik gəliri, xərclərin həcmi və
gəlirlərə görə nisbətlər faizlə göstərilmişdir. (Tarixi ədəbiyyatda
Naxçıvanın Osmanlı imperiyasının tərkibinə daxil olması 1724-
cü il kimi qəbul olunubdur.) Kitabda “İrəvan əyalətinin müfəssəl
dəftəri”ndən nümunələrə də yer ayrılmışdır. Müxtəlif zamanlarda
köçürmələr, hakimiyyət, ərazilərin dəyişdirilərək başqa inzibatı
vahidlərə aid edilməsini nəzərə alsaq, bu prosesin İrəvan xanlı-
ğında da getdiyini demək mümkündür.
_________Milli Kitabxana_________
16
Həmin dövrlərdə İrəvan xanlığında bir sultanlıq və on beş
mahal olmuşdur. Bu mahallarda irili-xırdalı 2300 yaşayış məntə-
qəsinin 1500-dən çoxunda büsbütün Azərbaycan türkləri yaşayır-
dı. Burada da vəqflərin illik gəliri, xərclərin həcmi və gəlirlərə
görə nisbətlər faizlə göstərilmişdir. “Müfəssəl dəftər”də akade-
mik S.S.Cikityanın türk mənşəli erməni soyadları haqqında tarixi
aspektdə işlənilməyən məqaləsi (“Naxçıvan sancağının müfəssəl
dəftəri”, Bakı, “Sabah”nəşriyyatı, səh.21) də öz əksini tapmışdı.
...1828-ci ildə xanlıqda 310 erməni məskəni vardı ki, bu da xan-
lıqda yaşayan Azərbaycan türklərinin cəmi 25 faizini təşkil edir-
di. Bir yanı Naxşıvan, Qarabağ, Gəncə xanlıqlarına, Qazax və
Şəmşəddin sultanlıqlarına, o biri yanı İran və Osmanlı dövlətlə-
rinə söykənən, başı Çıldır, ayağı Ağrı dağına qədər uzanan İrəvan
xanlığı ta XVIII əsrin əvvəllərinə qədər coğrafi, tarixi və etnik
müxtəlifliyi baxımından belə idi.
Digər xanlıqlar kimi XIX əsrin əvvəllərində İrəvan xanlığı-
nın üstünü Şimaldan gələn qara buludlar almağa başladı. Əslində
bu buludların ilk işartısı hələ rus imperatoru I Pyotrun Xəzər də-
nizinin qərb sahillərini işğal etdiyi və isti dənizlərə yol açmaq
üçün Qafqazı fəth etmək çağırışları günlərindən görünməyə baş-
lanmışdır. Bundan ən çox sevinən ermənilər olmuşdur və bu qara
buludlar onların Azərbaycanın qədimdən də qədim torpaqlarında
özlərinə yeni məkan və yeni “vətən” tapmaq ehtirasını gücləndir-
mişdir. Elə bu səbəbə görə də I Pyoturun yanına qaçan erməni ye-
piskopu İsrail Qrinin xahişi ilə çar işğal etdiyi Bakıya və Dərbən-
də xeyli erməni köçürülməsi ilə yanaşı, ermənilərin Rusiya höku-
məti tərəfindən himayə edilməsinə barədə də xüsusi fərman ver-
mişdir. I Pyotrun vəsiyyətlərinə dönmədən əməl edən, İstambula
sahib çıxmaq və “İsti dənizlərə” – Hind okeanına yol açmaq ehti-
rası ilə alışıb-yanan Rusiya XIX əsrin ilk illərində Gürcüstanı,
sonra isə Gəncə, Qarabağ, Şəki, Şirvan, Lənkəran xanlıqlarını is-
tila edərək Azərbaycan ərazilərinin böyük bir hissəsinə yiyələndi
və Naxçıvan, İrəvan xanlıqlarını da ələ keçirmək üçün fürsət
gözlədi.
_________Milli Kitabxana_________
17
Həmin fürsət isə Rusiyanın əlinə düz 14 il sonra – İran şah-
zadəsi Abbas Mirzənin ruslar tərəfindən ilhaq edilən Azərbaycan
torpaqlarını geri qaytarması həvəsindən sonra düşdü. 50 minlik
ordu ilə əks hücuma keçən ruslar İrəvan, Naxçıvan, Ərdəbil, Xoy
ərazilərini də işğal edib, Təbrizə qədəm basanda İran şahı Rusiya
ilə sülhə gəlməyə məcbur oldu.
Onu da qeyd edim ki, həmin müharibələrin bir böyük zərbəsi
də o oldu ki, rusların işğal etdiyi ərazilərdən, xüsusən də İrəvan
və Naxçıvan xanlıqlarından 240 min əhali, özü də rus istibdadına
boyun əyməyən və rus təbəəliyini özlərinə təhqir sayan varlı təbə-
qə İrana və Türkiyəyə köç elədi. İrəvanın bir neçə mahalı, xüsu-
sən də Sərdarabad, Gərni, Zəngibasar, Şərur mahalları büsbütün
boşaldı. Həmin boşalmış ərazilərdə isə dərhal İrandan və Türki-
yədən qaçan kürdlər və ermənilər məskunlaşdılar.
Nəhayət, Azərbaycanın Araz çayının şimalında və Xəzər
dənizi sahillərində olan torpaqlarının Rusiya tərəfindən işğalını
“de fakto” və “de yure” təsdiq edən bədnam “Türmkənçay” mü-
qaviləsi imzalandı.
Müqavilədə öz əksini tapan bir neçə şərtlə yanaşı, hər iki
dövlət – İran və Rusiya dövlətləri İrandan və Türkiyədən Rusiya-
ya köçən ermənilərin, Azərbaycandan isə İrana və Türkiyəyə
köçən müsəlmanların yerləşdirilməsini öz üzərinə götürdü. Və
beləliklə, həmin müqaviləyə əsasən, çox az bir vaxtda İrandan 40
minə qədər, Türkiyədən isə 80 mindən çox erməni İrəvan quber-
niyasına və Gəncə quberniyasının dağlıq ərazilərinə köçürüldü.
Bu azmış kimi, 1828-ci ildə 21 mart tarixli fərmanla İrəvan qu-
berniyası ərazisində “erməni vilayəti” yaradıldı.
...Həmin vur-haydan, köçhaköçdən o zaman Vedibasar maha-
lı, az da olsa, yan keçmişdir. Və bunun da əsl səbəbkarlarından biri
o zaman burada böyük hörmət və nüfuz sahibi olan Mahmud ağa
və onun oğlu Şərəf bəy olmuşdur. Mahmud ağa başqa bəylərə,
bəyzadələrə və xanzadələrə qoşularaq İrana köç etməmiş, əksinə,
Göyçəli Vəli ağadan nümunə götürərək, oğlu Şərəf bəyi özünə la-
yiq sovqatlarla İrəvana – Qədim Azərbaycan şəhərini özünə qərar-
Dostları ilə paylaş: |