Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


NƏZƏRİ  VƏ  TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   ...   7   8   9   10   11   12   13   14   ...   116

 
NƏZƏRİ  VƏ  TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ 
___________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.26 
 
şısında çox vacib bir sual qoyur. Ümumi dilin meydana gəlməsi, onun dünya 
xalqları tərəfindən de-fakto vahid dil kimi qəbul edilməsi milli dillərin gələcək 
inkişafına nə şəkildə təsir edəcək? Əlbəttə ki, linqvistikada bu məsələyə müna-
sibət birtərəfli deyildir. Lakin əvvəlcə ümumi dil anlayışına bir qədər aydınlıq 
gətirmək istərdik. 
Ümumi dil anlayışı çox qədim tarixə malikdir. Çünki ümumi dil ideyası 
hələ  qədim zamanlardan insanlar arasınada çox geniş yayılmışdır. Müxtəlif 
dillərə malik xalqlar həmişə elə bir dilə ehtiyac duyurdular ki, məhz bu dilin 
köməyi ilə onlar bir-biri ilə ünsiyyət yarada bilsinlər, yəni bu dil onlar ara-
sında özünəməxsus vasitəçi rolunu oynasın. İbtidai xalqlarda bu vasitəçi rolun-
da jest dili çıxış edirdi. Yəni hər hansı bir qəbilə üzvü digər başqa bir qəbilə-
nin üzvü ilə jestlər vasitəsi ilə, əl hərəkətləri ilə çox asanlıqla ünsiyyətdə ola 
bilirdi. Roma imperiyası dövründə latın dili bu funksiyanı yerinə yetirirdi. Ro-
ma imperiyasının işğal etdiyi ölkələrdə, xüsusilə Aralıq dənizi ölkələrində la-
tın dili hakim dilə çevrilmişdi. Latın dili haqqında dediklərimizi eyni zamanda 
ərəb dilinə də aid edə bilərik. 
Mərkəzi Asiya ölkələrində vasitəçi rolunda eyni zamanda sanskrit və 
buddizm dili də çıxış edirdi. 
Müasir dövrdə isə bu vəziyyət daha da mürəkkəbləşmişdir. Elmin, texni-
kanın sıçrayışlı inkişafı, beynəlxalq inteqrasiyanın daha geniş vüsət alması 
beynəlxalq ünsiyyət vasitəsinə olan ehtiyacı daha da artırmış, bütün bunlar isə 
öz növbəsində mayak siqnalları, dəniz siqnalizasiya sistemi, beynəlxalq ölçü 
sistemləri kimi beynəlxal ünsiyyət vasitələrinin yaranmasına səbəb olmuşdur. 
Əlbəttə ki, bu mürəkkəbliyin özəyində məhs qloballaşma prosesi durur.  
Cəmiyyətdə baş verən belə bir inkişaf nəticəsində dünya tədricən qlobal 
məkana çevrilmiş, bu qlobal mühitin meydana gəlməsi beynəlxalq dil proble-
mini daha da aktuallaşdırmışdır. 
Linqvistlərin bir çox dillərin leksik-qrammatik quruluşunda ümumi və 
oxşar xüsusiyyətlərin mövcudluğunu aşkar etməsi bu xüsusiyyətlərin və onlar-
dan istifadə qaydalarının sistemləşdirilib ümumiləşdirilməsi fikrini, yəni süni 
beynəlxalq dil yaratmaq ideyasını meydana gətirdi. 
Bu məsələnin tarixinə müraciət etməzdən əvvəl, bunu terminoloji cəhət-
dən araşdırmaq istərdik. İlk növbədə qeyd etmək lazımdır ki, “beynəlxalq dil” 
termini dilçilik elmi üçün yeni bir termin deyildir. Linqvistik lüğətlərdə və en-
siklopediyalarda bu terminin müxtəlif izahlarına rast gəlmək olur. Belə ki, gör-
kəmli linqvist O.S.Axmanovaya görə, beynəlxalq dil dedikdə, biz bir çox dün-


 
NƏZƏRİ  VƏ  TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ 
___________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.27 
 
ya dillərinin ümumi xüsusiyyətləri  əsasında yaradılmış, beynəlxalq ünsiyyət 
vasitəsi kimi təqdim olunan süni dili başa düşməliyik. 
    “Longman Dictonary of Language Teaching and Applied Liguistics” 
lüğətində isə “beynəlxalq dil” termininin aşağıdakı izahı ilə rastlaşırıq “a lan-
guage in wide spread use as a foreign language or second language of interna-
tional communication English is almost widely used international language”. 
Göründüyü kimi, bu lüğətdə beynəlxalq dil termini millətlərarası kom-
munikasiyada istifadə edilən dil kimi göstərilir və ingilis dilinin hal-hazırda 
beynəlxalq dil funksiyasını yerinə yetirməsi təsdiqlənir. İngilis dilinin belə bir   
funksiyanı həyata keçirməsi  onun bir çox ölkələrdə əsas dövlət dili və ya ikin-
ci dövlət dili olması, ingilis dilinin dövlət dili olmadığı ölkələrdə isə geniş 
şəkildə yayılması ilə əsaslandırılır. 
Beynəlxalq dilin millətlərarası kommunikasiyada istifadəsi və beynəl-
xalq dil, milli dil problemlərinin daha geniş şəkildə izahı “The Ensyclopedia 
of language and Linguistics” kitabında öz əksini tapmışdır. Bu kitabda qeyd 
olunur ki, beynəlxalq millətlərarası kommunikasiya müxtəlif millətlərin bir-
birilə ünsiyyəti zamanı baş verir. Həm də ünsiyyət aktını o zaman millətlər-
arası hesab etmək olar ki, bu akt müxtəlif ölkələrin sakinləri, vətəndaşları 
arasında baş versin. Əgər hər hansı bir dil beynəlxalq kommunikasiyada həm 
geniş, həm də dar mənada nə qədər çox işlədilərsə, bir o qədər də həmin dilin 
beynəlxalq olması mümkündür. Aydın olur ki, bu ensiklopediyada beynəlxalq 
dil kimi süni dil deyil, mövcud milli dillərdən biri başa düşülür. Yəni, hər han-
sı bir milli dil digərləri üzərində dominant olacaq. Əlbəttə ki, mövcud qlobal 
məkana, şəraitə  uyğunlaşmaq üçün “dominant dil”in doğma daşıyıcıları olma-
yan fərdlər də bu dili öyrənmək məcburiyyətində qalacaqdır. Əks təqdirdə, bu 
fərdlər qlobal inkişafdan lazımınca bəhrələnməkdən məhrum ola bilərlər.  
Bu halda biz fərdin ikidilliliyi - bilinqvizm problemi ilə qarşılaşırıq.     
Fərdin ikidilliliyini nəzərdən keçirməzdən əvvəl, “ana dili”, “xarici dil” və ya 
“birinci dil”, “ikinci dil” anlayışlarına və bu problemlə bağlı olan digər termin-
lərə aydınlıq gətirilməlidir. 
Fərdlərin əksəriyyəti üçün birinci mənimsənilmiş dil - ana dili həm də ən 
çox işlədilən dildir, əksinə, “ikinci dil” törəmədir və  işlədilmə planında da 
köməkçi dildir. Lakin dil əlaqələri situasiyalarında, xüsusən miqrasiya prose-
sində elə hallar olur ki, fərdin ana dili özünün ilkin ünsiyyət vasitəsi kimi iş-
lənməsinin əhəmiyyətini itirir, yalnız ev dairəsində və dostlarla ünsiyyətdə iş-
lədilməklə məhdudlaşır, digər dairələrdə yad nitq kollektivinin hökmranlığı ilə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə