Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə13/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   9   10   11   12   13   14   15   16   ...   135

Həmişə xeyr işə hər an xəlqi vadar et.

Əmin bilsə səni, versə birsi can nəqdin,

Xəyanət eyləməsün, nəfsüvi xəbərdar et.

Desün, nə eybi, mana cümlə xəlq, kafirsən,

Başun da getsə əgər, qorxma, həqqə iqrar et.

Dolaşma ignə kimi tari-pərdə, bənd olma,

Özüvi sərv kimi bardən səbükbar et.

Əziz olmağuvi istəsön gər aləmdə,

Nə dinün əhli ola, xoş onilə rəftar et.

Özüvə düşməni güldürmə, müflis olson da,

Küdurət eyləmə izhar, səbri izhar et.

Alanda sağər ələ, gör, kim ilə almalısan,

Yanaşma nanəcibə, sağərin nigunsar et. 

Günahı boynuma, hər ləhzə, get, meyalud ol,

Əziyyət eyləmə bir nəfsə, zülmdən ar et.

Özüvi bağlama, Saqib, bu qeydi-İslamə,

Diyari-küfrə gedüb, fikri-qeydi-zünnar et.

* * *


 

Fövt eyləmə vəqti tələbi-sağərü cam et,

Meyxanə yolın dut, xüm əyağında məqam et.

Zahid sözinə baxma, gedüb badəfüruş ol,

İftari-meyi-lə`lvəşi, mahi-siyam et.

Tökdi bu üzüm suyi yüzüm suyini, saqi,

Doldur qədəhim, xeyr işə naz ilə qiyam et.

Azad elədüm mən səni, ey qəmzədə könlüm,

Ol sərvqədün kuyinə ahəstə xüram et.

Ol vadiyi-eyməndə ədəb şərtini gözlə,

Qəmzə oxı gər yetsə sana, qorxma, dəvam et.

“Ərni” demə Musa(ə) kimi, kəmrütbə olursan,

51



Yari özüvə qeyri təmənna ilə ram et.

Ey badi-səba, düşsə yolın kuyi-nigarə,

Xaki-rəhini busə qılub, ərzi-səlam et.

Əmr eyləmə bir nəfsə, ağır yükdü, həzər qıl,

Asudə olursan, özüvi xəlqə qulam et.

Vaiz, oxuma Saqibə çox tövbeyi-meydən,

Tövbə eləmiş içməməgi, xətmi-kəlam et.

* * *


  

Bir dəm, gözəlim, naz ilə bir bağə güzar et,

Bülbül gözinə qönçəni, tər laləni xar et.

Ram eyləgilən bu dili-divanəmi, ey məh,

Giysulərüvün daminə, dut, qoyma, düçar et.

Zülf içrə nihan eyləmə bu arizi-alun,

Fitnə dutar aləmləri bir ləhzə kənar et.

Yol getməgi tə`lim elə gülzaridə sərvə,

Qıyğacı bax ahuyi-xətadidə şikar et.

Minayi-meyi al ələ, ey saqiyi-gülrüx,

Ehsan meyi meyxarələrə fəsli-bəhar et.

Bir nimqədəh dürdi-mey ilə dut əlimdən,

Tədbir, əmanun günidür rənci-xumar et.

Bu deyri-fəna keçməsə xoş gər sana, Saqib,

Yol var, gedəsən, əzmi-rəhi-qeyri diyar et.

* * *


Meyxanələrün küncini sərməsti-məqam et,

Öp saqi əlindən, tələbi-sağərü cam et.

Huşyarlığa nəfsüvi ram eyləmə bir də,

Divanəligün badəsinə nəfsüvi ram et.

52



Sındırmagilən qədrüvi, çoxdur sənə qiymət,

Düşmə əyağə, get, özüvə şahı qulam et.

Azadəligün şərti nədür, sərvə nişan ver,

Bu qamət ilə naz ilə bir bağə xuram et.

Öldür məni qurtar, dəxi çox qoyma can üstə,

Bir nim nigəh qəmzə ilə ömrü təmam et.

Aləm özini badəyə aludə edübdür,

Zahid, hələ təsbih ilə sən hökmi-məram et.

Saqib, səri-kuyində sən ol mahliqanun,

Səcdə elə xaki-rəhinə, xətmi-kəlam et.

* * *

Rüxsarüvə zülfüvi niqab et,



Dil qalmaya məndə, dut, xərab et.

Neyçün sana böylə mübtəladur,

Məndən ayır anı, bir səvab et.

Bir dəm məni qəmdən eylə azad,

Sürmə gözə çəkmə, nazi-xab et.

Asudə olum sitəmləründən,

Yox de, yox, səngdil, şitab et.

Güldi, dedi ol kəməndi-giysu,

Aşiqsən əgər cəfayə tab et.

Əbrulərimün qılıncı kəskin,

Can nəqdidi, dut, həqq-hesab et.

Bir qəmzəmə dinü dili verdün,

Kim dedi, get, əksi-inqilab et.

Pərvanədən ögrən eşq rəsmin,

Dil şəm`i-məhəbbətdə kəbab et.

Yoxdur bu gözəllərün vəfası,

Saqi, məni məsti-bu şərab et.

Tərk et o qərəzli məhliqani,

53



Saqib, özüvə, get, intixab et.

* * *


Bir ləhzə, get, insanlığa bu nəfsüvi ram et,

Qəflət yuxusıni özüvə, yatma, həram et.

Eyb eyləmə xəlqə, özün hər eyb içində,

Bədgulığı tərk et, əməli-xeyrə qiyam et.

Təşviş eləmə saliki-həqqün rəvişindən,

Təklif sana etməsə, rə`yüncə dəvam et.

Zərfün sənün əzbəs ki, tünükdür, daşacaqsan,

Yox çarəsi bihudə yemək, sübhüvi şam et.

Nail olasan məqsədə, qoymaz səni hərgiz

Bu kibrü məniyyət, mey içüb xidməti-cam et.

Meydən açılur üqdə, mey iç, uyma fəqihə,

Meyxanə yolında əyağun çəkmə, məqam et.

Nadanə çətindür, sözün həqqin demə, Saqib,

Baş ağrısı çox verməgilən, xətmi-kəlam et.

* * *

    


Bu güli-rüxsar ilən, ey məsti-nazım, seyri-gülzar et,

Nədür gül, bülbülə bildir, gözində qönçəni xar et.

Gözün seyr eylədi, oldum əsiri-zülfi-pürçinün,

Məni bundan bətər bu dami-Məcnunə giriftar et.

Apardı, ey cərəs, əğyar evinə naqə Leylani,

Dəxi seyri-biyaban etməsün, Məcnuni bidar et.

Xəcalət bağbanə vergilən kim, tərki-bağ etsün,

Pərişan eyləmə rüxsarə giysu, ərzi-rüxsar et.

Verürsən qətlimə fərman qaşun tiğilə, ey zalim,

Əlimdə nəqdi-can, get, bari, bir dəm tərki-əğyar et.

Vırar məxmurlıq lafıni nərgis çeşmi-məstünlən,

54



Gözün bimarı tək, vır qəmzə peykanilə, bimar et.

Gözəllik xətm olur məndə, nə var Yusifdə sölürdüm,

Dağıt bazari-hüsni-Yusifi, dur, əzmi-bazar et.

Gedürsən məndən ayrı, ey səba, kuyinə dildarun,

Şəbi-hicrində bu hali-xərabimdən xəbərdar et.

Qənimət bilgilən, can nəqdini dut əldə, ey Saqib,

Nədür bir can anı hərdəm fədayi-çeşmi-dildar et.

* * *


Şikvə eləməm, könlümi zülfündə düçar et,

Bir ləhzə üzarundan anı, yari kənar et.

Bəsdür bu qədr qəmzə oxın könlümə vırdun,

Ahuyi-xətadidələri rami-şikar et.

Məcnunə də vermə dəxi, ey Leyli, Leyli,

Bilsön nə gözəlsən, gözəlim, kəşfi-üzar et.

Lal eyləgilən bülbüli vəsfi-gül edəndə,

Vır lafi-lətafət gülə, gülzarə güzar et.

Ahəngi-Müxalif bu qədr etmə, müğənni,

Bənd eylə Həsar içrə anı əzmi-Qətar et.

Meyxanə yolın bağlama, zahid, mana, əl çək,

Məsciddə nə var, xidməti-bərbadə kəsad et.

Saqib, ələ al cami-meyü qəbqəbi-yari,

Sərməsti-təmaşayi-güli-fəsli-bəhar et.

* * *

Əgərçi Yusifün hüsni cəhanda tapdı rəvac,



Qapunda qul sana olmaz, olub sana möhtac.

Yanaşdı zülfi-siyahunla, cüt kəmanəbru,

Mübarək oldı Mühəmmədə(s) “Leylətül-me`rac”.

Ürək dəvam eləməz, qorxudan dönər qanə,



 Məhəmməd Peyğəmbərin meraca qalxdığı gecə

55



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə