Azərbaycan Ģairləri Osmanlı təzkirələrində
25
XVIII əsrdə də Türkiyə ədəbiyyatında təcrübəli təzkirəçilər
yetiĢmiĢdir. Mücib Əfəndi, Mustafa Səfayi, Salim, Ġsmayıl Bəliğ,
Ramiz, Silahdarzadə Mehmed Əmin, Safvət Əfəndi, Əsrar Dədə,
Əndərunlu Akif bu əsrin tanınmıĢ təzkirəçiləridirlər.
XVIII əsrdə qələmə alınmıĢ təzkirələrdən ilki Mustafa
Mücibin «Təzkireyi-Mücib»idir. Əsər h.1122/1710-cu ildə qələmə
alınmıĢdır və XVI əsrin sonundan baĢlayaraq yazıldığı dövrə
qədər yetiĢən 107 Ģairin bioqrafiyası haqqında qısa bilgiləri əhatə
edir. Təzkirə Riyazi təzkirəsinə zeyl olaraq yazılmıĢdır. IV Mura-
dın tərcümeyi-halı ilə baĢlayan əsərdə digər Ģairlər əlifba sırası ilə
təqdim olunmuĢdur. Sadə bir dildə qələmə alınmıĢ əsərdə digər
təzkirələrdə xatırlanmayan 11 Ģairin tərcümeyi-halına rast gəlmək
mümkündür
32
.
«Nüxbətül asar min fəvaidil-əĢar» adlı təzkirə h.1132/ 1720-
ci ildə Səfayi tərəfindən Rza təzkirəsinə zeyl olaraq yazılmıĢdır.
Təzkirə ön söz, on səkkiz təqriz və əlifba sırası ilə verilmiĢ və
1640-1720-ci illər arasında yaĢamıĢ 486 nəfər Ģair haqqında məlu-
matı əhatə etməkdədir
33
. Əsərdə daha çox «Lalə dövrü»ndə yaĢa-
yıb-yaratmıĢ Ģairlər haqqında məlumata rast gəlmək mümkündür.
Salim tərəfindən h.1134/1722-ci ildə tamamlanmıĢ «Təzki-
rətüĢ-Ģüəra» giriĢ və iki fəsildən ibarətdir. Birinci fəsildə III Əh-
məd və II Mustafa haqqında məlumat verilmiĢ, ikinci fəsildə isə
əlifba sırası ilə 423 Ģairdən bəhs olunmuĢdur. Mühtəvası və üslubu
baxımından XVIII əsrin ən diqqətəlayiq təzkirəsi hesab olunmaq-
dadır
34
.
Bursalı Bəliğ tərəfindən h.1139/1727-ci ildə tamamlanan
«Nüxbətül-asar li-zeyl-i Zübdətil-əĢar» adlı təzkirə, Faizinin
h.1031/1622-ci ildə bitirdiyi «Zübdətül-əĢar»ına zeyl olaraq qələ-
mə alınmıĢdır. Antologiya xarakteri daĢıyan bu əsərdə III Əhməd-
dən sonra 413 Ģair haqqında məlumat əlifba sırası ilə sıralanmıĢ-
dır
35
.
32
Мцъиб Мустафа. Тезкире-и Мцъиб. Анкара: Ататцрк Кцлтцр Меркези
Башканлыьы, 1997, 84 с.
33
Мустафа Сафаи Ефенди. Тезкире-и Сафайи / щаз.: П.Чапан. Анкара: Ататцрк
Кцлтцр Меркези Башканлыьы Йайынлары, 2005, 750 с.
34
Салим Ефенди. Тезкиретцш-шцара. Инъелеме-метин/ щаз: А.Инъе. Анкара:
АКМЙ, 2005, 756 с.
35
Исмаил Белиь. Нущбетцл-асар ли-зейли Зцбдетил-ешар / щаз. Доч.Др. А.Абдул-
кадироьлу. Анкара: Эази Цниверситеси Йайынлары, 1985, ХХЫЫ +718с.
Azərbaycan Ģairləri Osmanlı təzkirələrində
26
Ramiz tərəfindən h.1198/1784-ci ildə tamamlanan və Salim
təzkirəsinə zeyl olan «Adab-i zürəfa»da, h.1132/1720-ci ildən h.
1198/1784-cü ilə qədər olan zamanda yetiĢmiĢ 375 nəfər Ģair haq-
qında məlumat verilmiĢdir
36
.
Silahdarzadə Məhəmməd Əmin tərəfindən h.1204/1790-cı
ildə tamamlanan və Bəliğin təzkirəsinə zeyl olaraq qələmə alınan
«TəzkirətüĢ-Ģüəra» h.1164/1751 – h.1204/1790-cı illər arasında
yetiĢən 127 Ģairin bioqrafiyasını əhatə edir. Əsərdə hər bir Ģair
haqqında çox qısa bilgi verilmiĢdir.
Mustafa Safvət Əfəndinin h. 1197/1783-cü ildə qələmə aldı-
ğı «Nüxbətül-asar fi-fəvaidil-əĢar» adlı əsəri müəllifin Səfayi təz-
kirəsindən seçdiyi 326 Ģairin bioqrafiyasının xülasəsidir. Safvət
əsərdə Səfayinin bəzi yanlıĢlıqlarını düzəltmiĢ və bəzən də lətifə-
lər əlavə etmiĢdir.
XVIII əsrin ikinci yarısında yetiĢən Ģair və təzkirəçi Əsrar
Dədənin qələmə aldığı «Təzkire-yi Ģüərayi-mövləviyyə» adlı əsər
h.1211/1796-cı ilə qədər yaĢayan 212 nəfər mövləvi Ģair haqqında
məlumatı əhatə etməkdədir
37
. ġeyx Qalib mövləvi Ģairlərin Ģeirlə-
rini toplayaraq Əsrar Dədədən təzkirə yazmasını xahiĢ etmiĢdir.
Təzkirəçi də bundan sonra əsərini tərtibləməyə baĢlamıĢdır. Əsər-
dəki Ģairlər haqqındakı məlumat Əsrar Dədəyə, nümunələr isə
ġeyx Qalibə aiddir.
XVIII əsr təzkirəçilərindən olan Əndərunlu Akif bəyin
h.1211/1796-ci ildə qələmə aldığı «Mirat-i Ģeir» ön söz, dörd fəsil
və xatimədən ibarətdir. Sadəcə Əndərun Ģairlərinin yer aldığı təz-
kirə olduqca təmtəraqlı bir dildə yazılmıĢdır.
Əslən bağdadlı olan ġəfqət (?-h.1242/1826) antologiya xa-
rakteri daĢıyan təzkirəsində 1730-cu ildən 1814-cü ilə qədərki za-
man içərisində yaĢayan 125 Ģair haqqında məlumatı əlifba sırası
ilə vermiĢdir. Əsər Bəliğ təzkirəsinin zeylidir.
Əsad Əfəndinin h.1251/1835-ci ildə qələmə aldığı «Bağçe-yi
Səfa-ənduz» adlı təzkirəsi h.1135/1722-1251/1835-ci illərdə yaĢa-
36
Рамиз ве Адаб-ы зурафасы / щаз: С.Ердем. Анкара: АКМЙ, 1994, ХЛВЫЫ+401
с.
37
Есрар Деде. Тезкире-и шуарайи мевлевийе / щаз. И.Эенч. Анкара, Ататцрк
Кцлтцр Меркези Йайынлары, 2000, ВЫ+596.
Azərbaycan Ģairləri Osmanlı təzkirələrində
27
yıb yaradan 209 Ģairin bioqrafiyasını əhatə edir
38
. Əsər Salim təz-
kirəsinə zeyl olaraq yazılmıĢdır.
Dövrünün tanınmıĢ alimi və Ģeyxülislamı olan Arif Hikmətin
tərtib etdiyi təzkirə h.1000/1592-1252/ 1837-ci illərdə həm Os-
manlı ölkəsində, həm Azərbaycan, həm də Krımda yaĢayıb-yarat-
mıĢ 203 Ģair haqqında məlumatı əhatə edir. Əsərin dövrümüzə gə-
lib çatmıĢ yeganə nüsxəsi Millət Kitabxanası Əli Əmiri bölümün-
də 789 Ģifrəsi ilə mühafizə olunmaqdadır.
XIX əsr Ģairi Fatin Əfəndinin (1814-1866) qələmə aldığı
«Xatimətül-əĢar» adlı təzkirəsində h.1134/ 1721-ci ildən h.1269/
1853-cü ilə qədər yetiĢən 683 nəfər Ģair haqqında məlumat ver-
miĢdir
39
. Əsər Salim və Səfayi təzkirəsinə zeyl olaraq yazılmıĢdır.
Əsərin əvvəlində təzkirənin tamamlandığına dair beĢ təqriz və altı
tarix yer almıĢdır. Təzkirədə Ģairlər təxəllüslərinə görə deyil adla-
rına görə əlifba prinsipi əsasında sıralanmıĢdır. «Xatimətül-əĢar»ın
digər təzkirələrdən fərqləndirən cəhəti əsərlərdən nümunələrin əv-
vəldə, tərümeyi-halların isə ondan sonra verilməsidir.
Ədəbiyyat tarixçisi və araĢdırmaçısı Mahmud Kamal Ġnalın
«KəmalüĢ-Ģüəra» adlı əsəri Fatin təzkirəsinə zeyl olaraq yazılmıĢ-
dır. Əsər 1800-1941-ci illər arasında yaĢayıb-yaratmıĢ 556 nəfər
Ģairin tərcümeyi-halını və əsərlərindən örnəkləri əhatə etməkdədir.
Ġndiyə kimi əsərin dörd cildi nəĢr olunmuĢdur
40
. Sadəcə beĢinci
cild iĢıq üzü görməmiĢdir.
38
Оьраш Р. Есад Мещмед Ефенди ве Баьçе-и сафа-ендузу. Бурдур, 2001, 275 с.
39
Фатин Давуд. Хатимятцл-яшар. Истанбул, 1271.
40
Инал Ибнцл-Емин Мащмуд Кемал. Сон асыр Тцрк шаирлери (Кемалцш-шуара)
4 ъилдде. 1. ъ. Щаз: М. Ъунбур. Анкара: АКМЙ, 1999, Х+678; 2.ъ., щаз: М.Кайа-
щан Юзэцл. АКМБЙ, 2000, 544; 3. ъ., щаз: Щ.Юзъан, АКМБЙ, 2000, ВЫЫ+493; 4.
ъ., щаз: И.Баштуь, АКМБЙ, 2002, ВЫЫЫ+490.
Dostları ilə paylaş: |