Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/94
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48873
1   2   3   4   5   6   7   8   9   10   ...   94

Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
22 
bölmədən  ibarətdir
28
.  «TəzkirətüĢ-Ģüəra»nın  birinci  bölməsində  5 
padĢah və 4 Ģahzadədən bəhs olunmuĢdur. Əsərin ikinci bölməsin-
də isə XV-XVI  əsrdə  yaĢamıĢ 377 nəfər Ģairə  yer verilmiĢdir. Bu 
əsər Qınalızadə təzkirəsinin xülasəsidir və müqəddimədən də mə-
lum  olduğu  kimi,  Bəyani,  Qınalızadə  təzkirəsini  tamlıqla  köçürə 
bilmədiyi  üçün  yalnız  tanınmıĢ  Ģairləri  seçib  əsərinə  daxil  etmiĢ-
dir.  Bəyani  əsərinə  Qınalızadə  təzkirəsində  olmayan  Ģairləri  də 
əlavə  etmiĢdir.  Bunların  arasında  Xaqani,  Xəlvəti,  Xıdri,  Müidi, 
Meyli kimi Ģairlərin adını çəkmək olar. Bəyani təzkirəsi Qınalıza-
də təzkirəsinin xülasəsi olmaqla bərabər, Ģairlərin həyatlarına əla-
vələr olunması və bir neçə  yeni Ģairi əhatə etməsi baxımından ta-
mamlayıcı xarakter daĢıyır.  
Türkiyə ədəbiyyatında XVII əsrdə də təzkirəçilik ənənəsi da-
vam  etdirilmiĢdir.  Bu  əsərlər  XVI  əsrdə  yazılmıĢ  təzkirələrin  de-
mək  olar  ki,  zeylidir  və  XVI  əsrdə  təməli  qoyulan  və  bir-birinin 
ardınca qiymətli nümunələr verən Türkiyə təzkirəçiliyini fasiləsiz 
davam etdirən əsərlərdir. XVII əsr təzkirəçilərindən Riyazi, Faizi, 
Rza, Yümni, Asim və Güftinin adlarını çəkə bilərik.  
XVII  əsrdə  də  Osmanlı  təzkirəçiləri  təzkirəçilik  ənənəsini 
davam etdirmiĢlər. Ancaq XVII əsr təzkirələri XVI əsrdə bu janr-
da  tərtiblənmiĢ  əsərlərdən  müəyyən  cəhətlərinə  görə  fərqlənmiĢ-
dir.  Belə  ki,  XVI  əsr  təzkirəçiləri  öz  dövrlərindən  əvvəl  yaĢayan 
Ģairləri əsərlərində xatırlamıĢdılar. Bu səbəbdən təzkirələrdəki bio-
biblioqrafik məlumatı da çox geniĢ olurdu və bu təzkirələrin həc-
minə də təsir etmiĢdir. XVII əsr təzkirəçiləri isə daha çox öz dövr-
lərində  yaĢayıb-yaradan  Ģairlərdən  bəhs  edir  və  bio-biblioqrafik 
məlumat  çox  qısa  verirdilər.  Onun  əvəzinə  Ģeirlərdən  nümunələr 
artırılırdı. Beləliklə, qeyd olunan bu dəyiĢikliklər nəticəsində XVII 
əsrdən  etibarən  Osmanlı  təzkirəçiliyi  tarixində  antologiya  xa-
rakterli təzkirələr tərtiblənməyə baĢladı.   
Riyazi  təzkirəsi  bu  iki  əsr  arasında  keçid  dövrünün  məhsu-
ludur.  Əsərləri  içərisində  Riyaziyə  (1572-1644)    Ģöhrət  gətirəni 
məhz «RiyazüĢ-Ģüəra» adlı təzkirəsidir. Riyazi təzkirəsini h.1016 / 
1607-ci  ildə  yazmağa  baĢlayıb,  h.1018/1609-cu  ilin  rəcəb  ayında 
bitirdiyini  əsərin  sonunda  yazdığı  tarixdən  öyrənirik.  Təzkirə  tər-
                                                 
28
  Бейани  Мустафа  бин  Ъаруллащ  Тезкиретцш–шуара  /  елештирмели  баскыйа 
щазырлайан Др. И.Кутлук. Анкара: ТДК, 1997,  90 + 345с. 
 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
23 
tiblənərkən  daha  əvvəl  yazılmıĢ  təzkirələrdən  istifadə  edilmiĢdir. 
Əsər  müqəddimə  və  2  rövzədən  ibarətdir.  Təzkirədə  ümumilikdə 
424  Ģair  haqqında  məlumat  verilmiĢdir.  Riyazi  özündən  əvvəlki 
təzkirəçiləri tənqid etsə də, ikinci rövzədəki Ģairlər haqqında məlu-
mat verərkən bu əsərlərdən bəhrələnmiĢdir. «RiyazüĢ-Ģüəra» XVII 
əsrin demək olar ki, ən diqqətəlayiq təzkirəsidir. Əsərin ən önəmli 
cəhəti  bütün  Ģairlərin  vəfat  tarixlərini  əks  etdirməsindədir.  Riyazi 
təzkirəsinə  daxil etdiyi  bütün  Ģairələrin  demək olar  ki,  əsərlərinin 
hamısını nəzərdən keçirmiĢ və yalnız tərifə layiq olan Ģeirləri seç-
miĢdir.  Ancaq  digər  təzkirəçilər  bu  çətinliyi  öz  üzərlərinə  götür-
məmiĢlər 
29
.   
Qafzadə  Faizi  (h.998/1589-h.1031/1622)  «Zübdətül-əĢar» 
adlı  antologiya  xarakterli  təzkirəsi  ilə  tanınmıĢdır.  Təzkirədə  XV 
əsrin ortalarından, yazıldığı 1621- ci ilə qədər yaĢamıĢ 14-ü qadın 
olmaqla, 515 nəfər Ģairdən bəhs olunmuĢdur. Bunlardan 57-si an-
caq bu təzkirədə xatırlanmıĢdır. Əsərdə Ģairlər haqqındakı bio-bib-
lioqrafik məlumat iki-üç cümlədən artıq deyildir. Faizi təzkirəsinə 
daxil etdiyi Ģairlərin vəfat tarixlərini verməyə diqqət yetirmiĢ, də-
qiq bilmədiyi tarixləri isə Ģairlərin  yaĢadığı dövrü əks etdirən ifa-
dələrdən istifadə etməklə vermiĢdir. Faizinin «Zübdətül-əĢar»ı təz-
kirədən çox antologiyanı xatırladır. Çünki burada Ģairlər haqqında 
məlumatdan çox, onların əsərlərindən nümunələr verilmiĢdir.  
Əsrin digər bir təzkirəçisi Zəhrimarzadə Rzadır (?/1671). Di-
van müəllifi olan Rza h. 1050/1640-cı ildə təzkirəsini tamamlayıb, 
Sultan Ġbrahimə təqdim etmiĢdir. Təzkirə qısa bir ön söz, 2 fəsil və 
xatimədən  ibarətdir
30
.  Təzkirəçi  ön  sözdə  əsərinə  əvvəlki  dövr 
padĢahları ilə, h.1000/1591-ci ildən sonra yetiĢən Ģairləri daxil et-
diyini yazır. Təzkirənin «Zikri Ģüəra-yi səlatin-i maziyyə» baĢlıqlı 
birinci  bölməsində  9  Ģair  padĢahdan  bəhs  olunmuĢdur.  Onlardan 
hər birinin təxəllüsü, səltənət tarixləri və müddəti, Ģeirlərindən iki-
üç beyt nümunə verilmiĢdir. Əsərin II bölməsində əlifba sırası ilə 
h.1000/1591-1050/1640-cı illər arasında yetiĢən 257 Ģair haqqında 
                                                 
29
  Эибб  В.  Османлы  шиир  тарищи  /tеръ.  А.Чавушоьлу.3-4-5.  ъ.  Анкара:  Акчаь, 
1999, с. 149. 
30
  Rıza.  Tezkire-i  Rıza,  Ġstanbul:  Dersaаdat,  1316;  Сеййид  Риза  Зещримарзаде.  Риза 
тезкиреси / нешреден. Др.С.Ердаьы. Анкара: Тцрк дили ве едебийаты китаплары, 
2002, ВЫЫ+109 с. 


Azərbaycan Ģairləri Osmanlı təzkirələrində 
 
24 
məlumat  yer  almıĢdır.  PadĢahlarla  birlikdə  təzkirədəki  Ģair  sayı 
266-ya çatır.  
Riyazi  və  Rza  təzkirələrini  qarĢılaĢdırdıqda  məlum  olur  ki, 
bu iki əsər birlikdə Ģairlərhaqqında ətraflı məlumat verib, nümunə-
lərə az yer vermiĢ  XVI əsrin klassik təzkirələri ilə, antologiya xa-
rakteri daĢıyan təzkirələr arasında yer almıĢdır.    
XVII  əsrdə  tərtiblənmiĢ  baĢqa  bir  təzkirənin  müəllifi  Yüm-
nidir (?/1662). O, Qafzadə Faizinin təzkirəsinə zeyl  yazaraq «təz-
kirənevislər» sırasına düĢmüĢdür. Yümninin qələmə aldığı yeganə 
əsər  «Təzkireyi-Ģüəra-yi  Yümni»  adlı  təzkirəsidir.  Təzkirə  1621-
1622-ci  illərdə  yaĢayıb-yaratmıĢ  29  Ģairi  əhatə  edir.  Əsər 1622-ci 
ildə təzkirəçinin vəfatı səbəbi ilə yarımçıq qalmıĢdır. Yümni Ģair-
lər  haqqında  bir-iki  sətirlık,  çox  qısa  məlumat  və  Ģeirlərindən  iki 
beytlə üç qəzəl arasında nümunə verir. Yümni təzkirəsi digər təz-
kirələrdə rast gəlmədiyimiz 11 nəfər Ģair haqqında məlumat verən 
ilkin mənbə kimi dəyərlidir
31
.  
Faizinin  «Zübdətül-əĢar»ına  Yümnidən  sonra  ikinci  zeyli 
Seyrəkzadə  Mehmed  Asim  (?-1675)    yazmıĢ  və  əsərini  «Zeyli-
zübdətül-əĢar» adı vermiĢdir. Əsər antologiya xarakterlidir. Təzki-
rəçi  əsərinə  h.1030-ci  ildən  ölümünə  qədər  55 il ərzində  yaĢayıb-
yaratmıĢ Ģairləri toplamıĢdır. Asim əlifba sırasına görə verdiyi 123 
Ģairdən  sonra,  əsərin  Qafzadə  Faizinin  təzkirəsinə  zeyl  olduğunu 
və  «Zeyli-zübdətül-əĢar»  adlandırdığını  yazır.  Antologiya  xarak-
terli təzkirələr içərisində ən az məlumatı əhatə edib, ən çox nümu-
nəni əks etdirən Asim təzkirəsidir.  
XVII  əsrin  ikinci  dərəcəli  Ģairi  hesab  olunan  Ədirnəli  Əli 
Güfti  (?-  h.1088/1677)  orijinal  əsərləri  ilə  diqqəti  cəlb  etmiĢdir. 
Güftinin 2400 beytdən ibarət olan «TəĢrifatüĢ-Ģüəra» adlı təzkirəsi 
türk ədəbiyyatında nəzmlə qələmə alınmıĢ ilk təzkirədir. Güftidən 
əvvəl və sonra heç bir təzkirəçi mənzum təzkirə qələmə almamıĢ-
dır.  Təzkirədə  106  Ģairdən  bəhs  olunmuĢdur.  Digər  təzkirələrdə 
rast gəlmədiyimiz 25 Ģair haqqında məlumatı məhz bu əsərdən alı-
rıq. 
                                                 
31
  Ердем  С.  Мещмет  Салищ  Йумни-Тезкире-и  шуарайи  -  Йцмни  //  Тцрк  дцнйасы 
араштырмалары, 1988 Аьустос, № 55, с.85 – 112. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə