Azərbaycan miLLİ elmlər akademiyasi iQTİsadiyyat institutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə17/48
tarix20.09.2018
ölçüsü2,55 Mb.
#69418
1   ...   13   14   15   16   17   18   19   20   ...   48

“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
51
lar, sığorta  şirkətləri və digər maliyyə qurumları da bir arada top-
lanmışdır. Bu birjada dörd əsas bazar fəaliyyət göstərir:
v Yerli səhmlər;
v Beynəlxalq səhmlər;
v Dövlət istiqrazları və sabit faizli qiymətli kağızlar;
v Yerli şirkətlərin  səhmlərinin bazarı.
London fond birjası yaradılışından 213 il sonra 1986-cı ilin
oktyabrında özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Makler firmalarının ciddi ixtisaslaşmaları ləğv edildikdən və ma-
liyyə  əməliyyatlarına qoyulan məhdudiyyətlər aradan götürüldük-
dən sonra demək olar ki, bu birja “Qlobal qiymətli kağızlar ticarəti
mərkəzinə” çevrilmişdir. Nəticədə, London fond birjasının üzvləri
səhm və digər qiymətli kağızlar üzrə müəyyən fiksə olunmuş ko-
misyon haqqlarından faydalanmaqdan məhrum olmuşlar. Bununla
yanaşı xarici investorlar bütün birja əməliyyatlarından sərbəst isti-
fadə etmək hüququ qazanmışlar.
Qərbin işgüzar dövrü mətbuatı Ingiltərə hökumətinin bu addı-
mını səhmlərin ticarətini elektron şəbəkə ilə geniş həyata keçirən
ABŞ və Yaponiya birjalarına güzəşt kimi qiymətləndirmişdir. İlk
növbədə Amerika investisiya bankı “Merill Linç”, “Salomon Bra-
zers” bankirlər evi və “Sitikorp” bankı, həmçinin “Nomura” Ya-
pon kompaniyası bu islahatlardan geniş fayda əldə etmişlər [42].
Bundan başqa bir çox makler firmalarının xarici şirkətlər tərəfin-
dən alınması və yerli makler firmalarının Amerika kapitalının
nəzarətinə keçməsi bu ölkənin inkişafına səbəb olmuşdur.
London fond birjasının yenidən qurulması maliyyə söv-
dələşmələrinin strukturunda dəyişikliyə səbəb olmuşdur. Bununla
əlaqədar nüfuzlu maliyyə eksperti A.Hamilton qeyd etmişdir ki,
“bundan sonra korparasiyaların maliyyə vəsaitilə təminatında
kommersiya kağızları və ya səhm buraxmaq arasında ciddi fərq
olmayacaqdır. Həmçinin, uzunmüddətli və qısamüddətli istiqrazlar
üzrə də belə fərqlər aradan qalxacaqdır” [50]. Digər ölkələrdən
fərqli olaraq Ingiltərə fond birjaları sərbəst fəaliyyət statusuna ma-
likdir və hökumət fond birjalarının işinə ciddi qarışmır. London


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
52
fond birjası qədim birjalardan biri olmaqla, onun fəaliyyətinin req-
lamentləşdirilmə dövrü XVII əsrə təsadüf edir. Rəsmi olaraq birja
1773-cü ildən fəaliyyətə başlamışdır. Fondun üzvlərinin sayı hər il
dəyişsədə, onlar orta hesabla 3500 nəfər təşkil edir, üzvlərin 2700
nəfəri brokerlər, 800 nəfəri isə diler və digərləridir.
London birjasında xüsusi səhm və istiqrazlardan başqa həm
mərkəzləşmiş, həm də yerli səviyyəli dövlət qiymətli kağızları
dövriyyədədir. Bununla yanaşı birja dövriyyəsində xarici döv-
lətlərin və kompaniyaların istiqrazları da fəal iştirak edir. Belə ki,
son illərdə London birjasında 4868 ingilis və 2393 xarici kompa-
niyanın qiymətli kağızları dövriyyədə olmuşdur. London birjasının
əsas xüsusiyətlərindən biri də burada orbitraj sövdələşmələrinin
həyata keçirilməsidədir. Bu sövdələşmənin əsas mahiyyəti ondan
ibarətdir ki, eyni növ qiymətli kağızla bağlı sövdələşmə eyni vaxt-
da iki müxtəlif bazarda (Londonda və Almaniyada, Hamburqda)
aparıla bilər.
İngiltərənin fond bazarı ənənəvi olaraq inkişaf etmiş sektorlara
aid olunur. Lakin, bu bazarın tənzimləmə sistemində özünə
məxsus xüsusiyyətlər mövcuddur. Belə ki, tənzimləmə dövlət
müəssisələri tərəfindən deyil, əsasən London fond birjası
tərəfindən həyata keçirilir. İngiltərə fond bazarında irimiqyaslı is-
lahatların həyata keçirilməsi 1980-ci ilə təsadüf edir. 1988-ci ildə
isə maliyyə xidmətləri barədə qanunun qüvvəyə minməsi ilə
əlaqədar olaraq bazarın tənzimlənməsi üzrə qanunvericilik bazası
təkmilləşdirilmiş, bu sahədə  əsas tənzimləyici orqan olaraq
Qiymətli Kağızlar və  İnvestisiyalar üzrə  Şura yaradımışdır. Şura-
nın Maliyyə Nazirliyinə tabe olmasına baxmayaraq, statusuna görə
bu orqan dövlət müəssisəsi kimi deyil, qanunla müəyyən olunmuş
formada yaradılan qeyri-kommersiya yönümlü təşkilatdır (özü-
nütənzimləyən). Həmçinin, təşkilatın iştirakçıları qiymətli kağızlar
bazarının peşəkar iştirakçıları sayılır. Şura banklar istisna olmaqla
digər maliyyə vasitəçilərini müstəqil şəkildə lisenziyalaşdırmaq və
ya öz səlahiyyətlərini lisenziyalaşdırma ilə məşğul digər özünütən-
zimləmə təşkilatına vermək hüququna malikdir.


“AZƏRBAYCAN RESPUBLİKASINDA FOND BAZARININ FORMALAŞMASI VƏ
İNKİŞAF İSTİQAMƏTLƏRI”
MƏMMƏDOV YAŞAR ƏZİMAĞA OĞLU
53
BOURSE
Place de la Bourse
75002 Paris FRANCE
Ölkədə 1997-ci ildə maliyyə sektorunda aparılan islahatlar ilə
bağlı bu bazarın tənzimlənməsi ilə məşğul olan təşkilatlar Qiymətli
Kağızlar və  İnvestisiyalar üzrə  Şuranın bazasında yaradılan vahid
orqan kimi – Maliyyə Xidmətləri üzrə Şurada birləşdirilmişdir. Bu
dövlət orqanına fond bazarında müxtəlif müəssisə və özünütən-
zimləmə təşkilatlarının tənzimləyici səlahiyyətləri verilmişdir. Şu-
ranın sədri və idarə heyətinin üzvləri maliyyə naziri tərəfindən
təyin edilir. Bu orqana İngiltərə Bankının və digər kredit təşkilatla-
rının, qiymətli kağızlar üzrə şirkətlərin, sığorta təşkilatlarının, pen-
siya fondlarının, depozitar - klirinq təşkilatlarının nəzarət funksi-
yaları da verilmişdir. Tədqiqatlarımızın nəticəsi göstərir ki, bir
sözlə  İngiltərə qiymətli və ya fond bazarında meqatənzimləyici
orqan yaradılmışdır.
Bundan əlavə bu orqana verilmiş yeni funksiyalardan biri də
onun nəzarət etdiyi şirkətlər tərəfindən maliyyələşməsidir. Belə ki,
müvafiq yönümlü lisenziya almış peşəkar iştirakçılar komission
haqqı ödəməli (fond bazarının dövriyyəsi, listinqin dəstəklənməsi və
s.), həmçinin Şura tərəfindən təqdim edilən xidmətlərə görə ödəniş-
lər həyata keçirməlidirlər.
2.3.
F
ransa
Fransada səkkiz fond birjası
fəaliyyət göstərir: Paris, Bordo,
Lill, Lion, Marsel, Nans, Nant
və Tuluze. Bu barjalar arasında
ən aparıcı yer Paris fond bir-
jasına
(Bourse de Paris)
 məx-
susdur. Belə ki, Fransanın fond
bazarında qiymətli kağızlar
üzrə aparılan əməliyyatların
98-99%-i bu birjanın payına
düşür [34]. Ölkənin birjalarında əsasən özəl şirkətlərin səhmləri və
dövlət istiqrazları daha çox dövriyyədədir. Paris birjasında 1961-ci


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə