Nübar Həkimova ___________________________________
8
Xalq ədəbiyyatında elə bir janr yoxdur ki, biz orada yu-
xu, yuxugörmə, fəhm, telepatiya, intuisiya kimi məsələlərin
bədii örtüyə bükülərək bir-birinə qovuşduğunu görməyək.
Haqq aşıqlarımız, el şairlərimiz yurdumuzda tarixin çox
qədim dövrlərində yuxu, yuxugörmənin mürəkkəb, anla-
şılmaz mexanizmini elat psixologiyası səviyyəsində olsa da,
onu özlərinə məxsus maraqlı şəkildə təsvir etmiş və məharətlə
yorub-yozmuşlar. Xüsusilə, ustad aşıqların ayrı-ayrı əsrlərdə
yaratdıqları rəngarəng dastan süjetlərində "aşiqin məşuqəsini
yuxuda görməsi", "buta alması" özünəməxsus psixoloji
reallıqla əsaslandırılır – desək fikrimizdə yanılmarıq. Dastan,
nağıl qəhrəmanları yuxuda gördükləri gözələ aşiq olub, buta
alırlar. Onların arxasınca ayaqlarında dəmir çarıq, əllərində
dəmir əsa el-el, oba-oba gəzib qəhrəmanlıqlar göstərirlər.
Sazın-sözün sirli-sehirli qüvvəsindən istifadə edib, min bir
əzab-əziyyətlərə qatlaşırlar. Nəhayət, xalq ədəbiyyatına xas
olan nikbinliklə aşiq məşuqəsinə qovuşur. Bu qəbil yuxu
gerçəkliyinə biz "Bənidaş şəhərinin sirri", "Al-dərviş"
nağıllarında, "Dan atma" xalq mərasimlərində, "Mehri-Mah",
"Məhəmməd-Güləndam", "Seyfəlmülk", "İvrahım", "Lətif
şah", "Əmrah", "Heydər bəy", "Nəcəf-Pərizad", "Qurbani",
"Abbas-Gülgəz Pəri", "Aşıq Qərib-Şahsənəm" və sayını daha
çox artıra biləcəyimiz dastanlarımızda da rast gəlirik. Fikri-
mizi qədirbilən oxucularıma çatdırmaq üçün dastanlarımızdan
bəzi detalları misal gətirməyi məqsədəuyğun hesab etdik.
"Qurbani" dastanında oxuyuruq:
"...Bəli, vaxt gəldi keçdi. Qurbani üçüncü günü ayılıb
gördü ki, başına çoxlu qız-gəlin yığılıb, dedi:
Ay dədə, xalxınkı burdadı, bəs mənimki hardadı?
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
9
Mirzəli xan dedi:
Oğul, ölmüsən o dünyadan danış, sağsan bu dünyadan.
Səninki, mənimki nədi? Qurbani dedi:
– Dədə, bir başı limcə, bir başı çömçə olsa, dərdimi
senə söyləyə bilərəm. Dədəsi dedi:
– Oğul, bir başı limcə, bir başı çömçə nə deməkdi?
Qurbani dedi:
– Dədə, ona həm dəm, həm de qəm çömçəsi deyərlər.
O, gahdan dəmə çalır, gahdan qəmə.
Beli, gətirdilər Qurbaniyə bir dənə saz verdilər. Qurba-
ni sazı aldı əlinə, öpüb gözünün üstünə qoydu. Zilini zil,
bəmini bəm eylədi, sinəsinə basıb görək nə dedi:
Yatmışdım, üstümə gəldi ərənlər,
Səfil, nə yatmısan, oyan dedilər.
Oyandım qəflətdən, açdım gözümü,
Al, abi-kövsərdən iç, qan dedilər.
Mirzəli xan dedi:
– Ay oğul, bir əməlli bizi başa sal, görək nə deyirsən?
Biz sənin sözündən heç zad başa düşmürük. Qurbani atasının
cavabında dedi:
– Dədə, qulaq as, bir ağız da deyim, bəlkə başa düşə-
sən..."
Bura qədər verdiyimiz parçanı Qurbaninin butası üçün
yuxugörmənin səbəbi adlandırsaq, bundan sonra verəcəyimiz
hissəni, sözün əsl mənasında, yuxugörmənin nəticəsi hesab
edə bilərik.
"...Aldı Qurbani:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
10
Bir kimsənə gəldi mənim üstümə,
Yazılı şəninə ya minəl-əta.
İmam ola, damad-Əhmədi-Mürsəl,
Doldurub camini eylədi ata.
Tərəhhüm eylədi abi-kövsərdən,
Onunçun keçmişəm can ilə sərdən.
İstədim mətləbim payi-Qənbərdən,
Kəramət elədi mənə bir buta.
Eşq əlindən namus-arım qalmadı,
Nə bir səbrim, nə qərarım qalmadı.
Qurbaniyəm, ixtiyarım qalmadı,
Dönmüşəm kamana, qəddimdi düta.
Mirzəli xan dedi:
– Hə oğul, indi başa düşdüm. Sənə buta veriblər. Ancaq
de görüm, butanı sənə harada veriblər və sən haraya gedə-
cəksən?
Qurbani dedi:
– Dədə, mən Gəncə şəhərinə gedəcəyəm. Gəncəli Zi-
yad xanın qızı Pəri xanımı mənə buta veriblər..."
Yaxud "Aşıq Qərib-Şahsənəm" dastanından Qəribin
butası Şahsənəm haqqında gördüyü yuxunun səbəb və nəti-
cəsinə diqqət yetirək:
"...Rəsul yatmışdı, yuxuda gördü ki, Tiflis şəhərində
behişt misallı bir bağdadı, bunun başının üstündə ceyran
misallı gözəl bir qız var. Qız nə qız – qaşlar kaman, gözləri
qan piyaləsi, burun hind fındığı, sinə Səmərqənd kağızı,
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
11
baxanın ağlını aparır. Rəsul bir də baxıb gördü bu qızın
yanında bir dərviş var. Dərviş qızın əlini Rəsula uzadıb dedi:
– Rəsul (Qərib – M.H.), bu qız tiflisli Xoca Sənanın
qızı Şahsənəmdi. Bunu sənə buta verirəm..."
Yuxugörmənin telepatik baxımdan daha dəqiqliyinə
"İvrahım" dastanından bir parçaya diqqət yetirmək yerinə
düşərdi:
"...Ustadlar deyirlər ki, İvrahım günbəzdə yatıb, vağı-
yada gördü ki, Heratda Fətəli xanın qızı Hüreynisə xanımı
ona buta veriblər.
İvrahım başladı Herata getməyə. Bir qədər gedəndən
sonra yolda Xoca Hasan adında bir sövdayara rast oldu.
Xoca ona dedi:
Oğul, hara gedirsən?
İvrahım dedi:
Başına döndüyüm, bəzirgan xoca,
Xoca, bir yar deyim, ver nişan barı.
Malın qismət olsun, gedəsən Haca,
Xoca, bir yar deyim, ver nişan barı...
Aldı Xoca:
...Xoca Hasan xocaların gözüdü,
Aşıqların söhbətidi, sözüdü.
İndi bildim: Fətəli xan qızıdı,
Oğul sən adın de, mən nişan verim.
Xoca dedi:
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |