Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə14/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   10   11   12   13   14   15   16   17   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
50 
Yuxuda çörək görmək  yaxşıdır,  yuxugörənin ailəsində 
bərəkət artacaq, ailə firavan dolanacaq kimi yozulur. 
Yuxuda  çuval  görmək  pisdir,  yuxugörənin  ailəsində 
çörək, var-dövlət qıtlığı olacağı kimi yozulur. 
Yuxuda  çən-çiskin  görmək  pisdir,  yuxugörənin  xəstə-
lənəcəyi kimi yozulur. 
Yuxuda çardaq görmək yaxşıdır, yuxugörənin el-obada 
hörmətinin artacağı kimi yozulur. 
Yuxuda  cam  görmək  pisdir,  yuxugörənin  əcəlinin  ya-
xınlaşdığı kimi yozulur. 
Yuxuda camış görmək pisdir, yuxugörənin ailəsində ən 
əziz adamın öləcəyi kimi yorulub-yozulur. 
Yuxuda  çubuq  görmək  pisdir,  yuxugörənin  ən  yaxşı 
dost  hesab  etdiyi  adamın  namərdliklə  ona  arxadan  zərbə 
endirəcəyi kimi yozulur. 
Yuxuda canavar görmək yaxşıdır, yuxugörənin ona kə-
lək gəlmək istəyən namərdlərə qələbə çalacağı kimi yozulur. 
Yuxuda  cəhrə  görmək  pisdir,  yuxugörənin  ailəsində 
qoca adamın öləcəyi kimi yorulub-yozulur. 
Yuxuda cığır görmək pisdir, yuxugörənin asan işi çəti-
nə, düyünə düşəcəyi kimi yozulur. 
Yuxuda corab görmək pisdir, yuxugörənə paxıllıq kimi 
yozulur. 
Yuxuda  şətə  (sırpınc)  görmək  yaxşıdır,  yuxugörən 
xeyir-xəbər olacaq, xeyir tapacaq kimi yozulur. 
Yuxuda şərbət görmək yaxşıdır, yuxugörənin ailəsində 
toy-nişan olacağı kimi yozulur. 
Yuxuda şir görmək  yaxşıdır,  yuxugörənin nüfuzlu ailə 
ilə qohum olacağı kimi yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
51 
Yuxuda  şaftalı  görmək  yaxşıdır,  yuxugörən  el-obada 
ucalacaq, rütbə sahibi olacaq kimi yozulur. 
Yuxuda  şor  görmək  pisdir,  yuxugörən  xəstələnəcək, 
ümumi halsızlığa düçar olacaq kimi yozulur. 
Yuxuda ilan balası görmək,  yuxugörənin ailəsində ha-
milə qadının, gəlinin oğlan uşağı doğacağı kimi yozulur. 
Yuxuda  çayan  görmək  yuxugörənin  savaşması  kimi 
yozulur. 
Yuxuda kürt toyuq görmək pis yozulur, evdən kiminsə 
öləcəyi kimi yozulur. 
Yuxuda körpə uşaq görmək xeyirxah səsdir. 
Yuxuda parça biçmək ən  yaxın adamın kəfənini hazır-
lamaq kimi yozulur. 
Yuxuda saç daramaq, yol, səfərdir. 
Yuxuda  büdrəmək,  yıxılmaq  pis  yozulur,  yıxılmaq, 
alçalmaq, işdən, vəzifədən qovulmaq kimi yozulur. 
Yuxuda qoz
1
 görmək dava-dalaş olacağı kimi yozulur. 
Yuxuda çimmək yaxşıdır, ağırlığı-uğurluğu tökməkdir. 
Yuxuda  qarpız  görmək,  yuxugörənin  arzu,  istəyi  ilə 
əlaqədar gedəcəyi işdən rədd cavabı alacağı kimi yozulur. 
Yuxuda  qala  görmək  yaxın  adamın  yolunu  gözləmək 
deməkdir. 
Yuxuda  dəniz,  çay  görmək,  yuxugörənin  uzaq  yolda, 
qürbətdə olan  yaxın adamının gəlməsi üçün darıxmaq, gözü 
yol çəkmək kimi yozulur. 
Yuxuda  çiçəklənmiş  ağac  görmək  böyük  xoşbəxtliyə 
qovuşmaq kimi yozulur. 
                                                
1
 Qoz bəzən əmək, zəhmət çəkmək kimi də yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
52 
Yuxuda ev sökmək bədbəxtlikdir, dava-dərman kömək 
etməyən xəstəliyə tutulmaq kimi yozulur. 
Yuxuda  göy  kələm  görmək  yuxugörənin  yoxsul  yaşa-
yacağı kimi yozulur. 
Yuxuda  limon  görmək  xeyir  xəbər  eşidəcəyi  kimi  yo-
zulur. 
Yuxuda süd içmək xəstələnmək kimi yozulur.  
Yuxuda qayçı görmək hədiyyə almaq kimi yozulur. 
Yuxuda çoban, sürü görmək bolluq, xoşbəxtlik əlaməti 
kimi yozulur. 
Yuxuda əkin-səpin, kotan, cüt görmək dolanışıq cəhət-
dən rahatlıq, çörəyi bol olmaq deməkdir. 
Yuxuda  çörəkçi  (çörək  bişirən)  görmək,  ilin  bol,  xoş-
bəxt gələcəyi kimi yozulur. 
Yuxuda səbir gətirmək ömrün uzun olacağı kimi yozulur. 
Yuxuda alov görmək aşağıdakı tərzdə yozulur: 
 Alışqan  (kibrit)  görmək  söz-söhbət  zamanı  tez  özün-
dən çıxması, hirslənməsi deməkdir. 
Alovda  yanmaq  pisdir.  Kiminsə  həmin  ailədən  sağal-
maz xəstəliyə tutulması deməkdir. 
– Yuxuda  yaşlı alov görmək, xoş xəbər eşidilməsi de-
məkdir. 
Yuxuda əqrəb görmək ağır xəstəlik, qəza gözləmək, pis 
adamla toqquşmaq, vuruşmaq, xəsarət almaq kimi yozulur. 
Yuxuda açar görmək aşağıdakı tərzdə yozulur: 
Açar tapmaq var-dövlət tapmaq, sahib olmaq  
deməkdir. 
–  Açar  itirmək  ailədə  dedi-qodu,  söz-söhbət  olacağı, 
bədbəxtlik gözlənilməsi deməkdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
53 
Yuxuda ayna (güzgü) görmək – yeni dost tapmaq, ayna 
sındırmaq – pis xəbər eşitmək kimi yozulur. 
Yuxuda kiməsə bəxşiş vermək var-dövlət tapmaq kimi 
yozulur. 
Yuxuda  bilərzik  görmək  sevinmək,  xoşbəxt  olmaq  ki-
mi yozulur. 
Yuxuda buğda görmək pisdir,  yuxugörənin ailəsini pis 
xəbər, kədər gözləyir kimi yozulur. 
Yuxuda  boxça  görmək  yaxın  adamın,  qohumun  gəl-
məsi kimi yozulur. 
Yuxuda borca düşmək çətinliyə düşmək kimi yozulur.  
Yuxuda  bazara  getmək,  yuxugörənin  qismət  tapacağı 
kimi yozulur. 
Yuxuda  buzov  görmək  yuxugörənin  işinin  düzgün, 
sahmanlı olacağı kimi yozulur. 
Yuxuda  dəyirman  görmək  çörəyin  bol  olacağı  kimi 
yozulur. 
Yuxuda duvaq görmək murada çatmaq kimi yozulur. 
Yuxuda  zər  görmək  pisdir,  yuxugörənin  haram  mala 
meylli olması kimi yozulur. 
Yuxuda gəlin gətirmək, görmək  yaxşıdır. Murada çat-
maq, mal-qara, mülk, ev-eşik sahibi olmaq kimi yozulur. 
Yuxuda  nanə,  kəvər  (göy-göyərti)  görmək  kədər,  yas 
əlaməti kimi yozulur. 
Yuxuda  palan  görmək  yaxşıdır.  Yuxugörənin  el-oba, 
dost-tanış yanında hörmətinın artması kimi yozulur. 
Yuxuda pambıq görmək xeyirə yozulur. 
Yuxuda saat görmək yuxugörənin xeyirli bir yerə dəvət 
olunacağı kimi yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə