12
2012/
IV
sürərək qeyd edirik ki, totem dünyagörüşü forması kimi əksər türklərdə
(bir qism türk mənşəlilər istisna təşkil edir) və оğuzlarda yoxdur. Lakin
Oğuz epik ənənəsində və digər epik ənənələrdə vardır. To tem epik ənə nə -
yə daxil olarkən inanc mahiyyətini itirib simvol və rəmz lər formasında
epik nümunələrdə daşınır. Xüsusilə böyük inanc sisteminə malik olan
xalqlarda monoteizm hakim olduğuna görə totemçilik, animistik və s. ba -
xışlar bu xalqların epik ənənələrində dünyagörüşü forma sını itirib, işlən-
mə məqamına görə simvolik anlayışlar ifadə edir. Yu xarıdakı mik ro -
mətndə Qazan xan “qaplanın, aslanın, qurdun, sunqurun erkəyində bir kö -
küm var” deməklə öz totemini ifadə etmir, məcazi-me ta forik anlayış nü -
mayiş etdirir. Məlumdur ki, totemçiliyin olması üçün mətndə mövcud
olan zooinformasiya əcdad kultu olaraq məcazi deyil, həqiqi mənada özü -
nü təsdiq etməlidir. Yəni bu heyvanlar Qazan xanın totemi olaraq həqiqi
heyvanları göstərməlidir. Lakin biz bunu görmürük. B.Ögəl yazır ki, hər
soy, qəbilə bir totemə tapınır. Yaradılanlardan biri müqəddəs sayılır və hər
qəbilə, soy bu heyvandan törədiklərinə inanırdı” (8, 49). Göründüyü kimi,
hər soyun, qəbilənin bir totemi olur. Y.Z.Yörü kan isə totemistik anlayışa
dayanaraq eyni soyluların bir totem ətrafında cəmləşdiyini göstərir. “Klan
aynı soydan bir insan zümresidir ki, bunlar bir totem ismi ile anılırlar.
Aralarındakı akrabalık ana, baba ve kardeş yakınlığı şeklinde deyil, bir
totemde birleşmiş olmak suretiyle teessüs etmişdir” (19, 12). Lakin Qazan
xanın soylamasında biz açıq-aşkar görürük ki, Qazan bir heyvanın deyil,
dörd heyvanın özünün kökündə dayandığını göstərir. Bu baxımdan fərd,
tayfa və soy olaraq Qazan xanın bu heyvanlara totemistik anlayışla bağlı
olmadığı aşkar diqqət çəkir. Bundan əlavə, əgər Qazan xan kafərlər qar şı -
sında öz to temini öyürsə, demək, kafərlərin söykəndiyi totemə qarşı öz to -
teminin üstünlüyünü diqqətə çatdırır. Soy lamadan da bəlli olur ki, müqa -
yisə aparılır və Qazan xana aid olan heyvanlar cərgəsi diaxronik-şaquli
struktur olaraq daha zəif heyvanlar cərgəsi ilə zooanaloji təəssürat yara -
dır: qaplan-keyik, aslan-qaz, qurd-qoyun, sunqur-ördək. Bu soylamada iş -
lək ifadə vasitəsi olan şişirtmə-mübaliğə (hiperbola) və kiçiltmə (litota)
kimi müqayisəli fikir tərzindən eyni situasiyada istifadə olunmuş, bütün
hallarda Qazanın kafərlərdən üstünlüyü təmin olunmuşdur. Əks təqdirdə,
bu müqayisələr totem müqayisəsi kimi irəli sürülərsə, o zaman özünü
doğrultmur. Çünki qaplan toteminə qarşı zəif totem olaraq götürülən
keyik totemi totemçilikdə ən üstün totemlərdən hesab olunur. B.Ögəl
keyik toteminin əzəmətli “monqol-türk xanı (xaqanı) Çingiz xanın totem
əcdadı olması barədə “Monqolların gizli tarixi”ndə yazıldığını göstərir (8,
13
2012/
IV
571). Bundan başqa müəllif keyikin türk-hun mifologiyasında törəyiş
inamları, qurtuluş inancları arasında saysız mif və ə fsanələrdə önəmli yer
tutduğuna aid məlumat verir (8, 40, 566, 567, 570, 571, 573, 574, 580).
Müəllif Qazan soylamasında sunqura qarşı zəif sayılan ördəyin də soy tö -
rədən əcdad faktoru olduğu barədə macarlarda yüksək səviyyədə epik
örnəklər olduğunu da qeyd edir, hətta “ma carların ilk xanədanının “ördək
boyu” olduğunu irəli sürənlərin haq qında bəhs açır (8, 588).
Beləliklə, Qazan xanın kafər qarşısında öyünməsində kafər üçün üstün
totemlər, əcdad adları söyləməyin mümkünsüzlüyü aşkara çıxır və bu
binar oppozisiyanın totem “hərbə-zorba”sı olmadığı təsdiqlənir. Rə şidəd -
dində və Əbülqazidə quşların onqon adlanması (13, 39;, 4, 70-72) onqo-
nun totemçiliklə bağlı olması, lakin Oğuz etnoqoniyasında və epik ənənə -
də simvol olaraq iştirak etməsini göstərir. Bu baxımdan sunqur quşu Qa -
zan xanın onqonu ola bilməz. Çünki Bayındırın onqonu şahin, Qazan xa -
nın onqonu isə burkutdur (4, 71).
Düzdür, Rəşidəddində və Yazıçıoğlu Əlidə Bayındırın onqonu şahin
deyil, sunqur göstərilir. Lakin Qazanın aid olduğu Salurun onqonu sunqur
deyil, uç quş adı ilə tanıdılır (1, 229, 234). Nəzərə alınsa ki, Qazan xan
soylaması onun təyini ilə birbaşa əlaqəli deyil, o zaman burada onun
onqonu ya burkut, ya da uç (uc quş) deyilməli idi, o zaman aydın olur ki,
bu soylama totemist qavrayışdan uzaq simvolik anlayışları özündə əks
etdirən nümunədir. Demək, bu soylamada işlənən zoonimlərin totem
sayılması ən az halda beş səbəbdən yanlışdır.
1. Totemə sayğı qanundur – DQK-də aslan və qaplan zərərvurucu
yırtıcı olaraq xatırlanır. “Aslanla qaplana bir oğul yedirdinsə, degil mana”
(I boy), “Talı sazın aslanına yedirdinmi?” (IV)
2. Totemin qanının tökülməsi yasaqdır, “Basat və Qanturalı” isə qağan
aslanı öldürür. “Qağan aslan qopdı Təpəgöz”, “Qağan aslan gəldügində
belin bükmüş” (VIII, VI boy).
3. Fərdin iki (ata-ana), klanın, soyun bir totemi olur – Qazan xan isə
dörd heyvanın adını çəkir.
4. Totemin zəif totemlə müqayisə olunması vacibdir – keyik və ördək
ən yüksək totemlərdəndir.
5. Qazanın onqonu burkut (uc) olmalıdır – burda isə sunqurdur.
Qeyd etdiyimiz kimi bu soylama Qaracuğun qaplanı olan Qazanın
kafərlərə qarşı üstünlüyünü ifadə edən simvolik-məcazi deyişmədir. Kök
burada soy, nəsil anlamında deyil, güc, qüvvə, əsas anlamında mənalanır.
Bir az əvvəl qeyd etdiyimiz kimi kafərlərin də aslanı var, özü də bu, Ba sa -