5
2012/
IV
T.Hacıyev Qaracuq dağını Qarabağın indiki Xocavənd ərazisindəki
dağ silsiləsi olaraq göstərir (6, 7). Eyni zamanda müəllif Qaracuğun qap -
lanı təyinini sistematik olaraq götürərək bu təyində Qazan xanın atasının
və Bayındırın adları ilə yanaşı Qaracuq Çobanın adının da bəylik alandan
sonra ən qüvvətli şəxs olaraq bu sistemə daxil olduğu və Qazan xanın on -
dan da üstün olduğunun işarəsi olaraq Qaracuğun qaplanı olması qə naəti -
nə gəlir (6, 32).
S.Babayev, N.Babayev Qaracuğun Naxçıvan şəhərinin cənubunda qə -
dim kənd olduğunu və təyinin bu kəndlə bağlı olduğunu iddia edir (1, 171).
F.Sümər ərəb coğrafiyaşünası, səyyah əl-İstəxriyə istinadən Qara cu -
ğun (Karaçuk) “Sır-dərya çayının orta yatağındakı Fəraq olduğu fikrini
irəli sürür və XI əsrə qədər Fərağın Karacuk adı daşıdığını qeyd edir (5,
54). Bizim fikrimizcə, Qaracuq sözünün toponim və hidrotoponim olaraq
görülməsi (dağ, kənd, şəhər, çay sahili) və s. anlayışlar konkret br məkanı
deyil, bütün Oğuzu (DQK-də Qalın oğuzu) modelləşdirir. Hətta M.Kaş qa -
rinin Qaracuğu Oğuz şəhərlərindən biri hesab etməsi şəhər anlayışından
daha çox Oğuz adını proyeksiyalandırıb, Qaracuğun Oğuza aidliyini
diqqətə çatdırmaq istədiyindən irəli gəlmişdir. Nəzərə alsaq ki, “təxminən
X əsrin sonu, XI əsrin birinci yarısından qədim “Oğuz” etnoniminin əvə-
zinə daha çox Türkmən adı istifadə olunurdu” (7, 5). O zaman M.Kaş qa ri -
nin 1072-1074-cü illərdə yazdığı “Divani-lüğətüt-türk” əsə rin də nə üçün
oğuz adına bu şəkildə diqqət çəkilməsinin gerçək mahiyyəti aydın olur.
Qaracuq dağının Oğuz ölkəsinin ümumi adını ifadə edən onomastik
va hid olaraq işlənməsi xan öyüncü təyininin spesifikası baxımından da
özünü doğruldur. Belə ki, Qazan xan Ulaşın oğlu, doğan günəşin yavrusu,
miskinlərin umudu, Oğuz soyunun aslanı, Oğuz ölkəsinin qaplanı Qalın
Oğuzun dövləti və s.-dir. Əgər Oğuz soyunun aslanı təyinində Oğuz etno-
su ifadə olunubsa və Qazan (Bayındır) onun xaqanı olaraq götürülübsə,
Qaracuğun qaplanı təyinində Oğuz məkanı eyni funksiya ilə göstərilib.
Əgər aslan və qaplanın eyni semantik cərgədə durduğunu qəbul etsək, tə -
yinlərin anlam baxımından yaxın olması bizə aydın olur. Bu yaxınlıq
digər təyinlər arasında da özünü göstərir. Bezə, miskin umudu təyini ilə
“qalmış yigit arxası” təyinlərinin status və funksiya yaxınlığı göz qaba -
ğın dadır. T.Hacıyev bu anlam yaxınlığını “məzmun yaxınlığı” adlandırır
(6, 31). M.Kaşqarinin Cəbəli-Qaracuq (Qaracuq dağı) adını ölkə adı
olaraq dəyərləndirməsi onomastik qaydalarla ziddiyyət təşkil etmir. Dağ
adının yurd, ölkə adı olaraq işlənilməsi ənənəvi olaraq işləkdir. Altay
ölkəsi, Qafqaz, Skandinaviya və s.
6
2012/
IV
Epik mətndə Qaracuq dağının hansı dağ olması tələb olunan deyil.
Hətta ola bilər ki, bir neçə dağ semantik olaraq bir dağ adı altında bir-
ləşsin. Məna baxımından daha uca, zirvəli dağları ifadə edən anlam alçaq
dağ adında daşına bilməz. Eyni zamanda situasiya baxımından alçaq dağ
və təpələri ifadə edən söz alçaq dağların adı ilə epik mətnə daşınır. Əgər
DQK mətninin status və situasiya tələbatı Qaracuq dağının yerini müəy -
yən ləşdirmək məcburiyyəti yaradarsa, o zaman Qaracuq dağı rütbə təyini
ifadə etdiyi üçün gündoğanda olmalıdır. İfadə planında bu daha yüksək,
gözəl, işıqlı anlamları əks etdirirsə, əvvəldə qeyd etdiyimiz kimi mətnaltı
kod səviyyəsində daha şərəfli mənsəb olan hakimiyyət mövqeyini, iyerar -
xik üstünlüyü özündə gizləyir. Bozoq-uçoq yer bölgüsünü uçoqların
xeyrinə gündoğana köçürür. Elə Əbülqazi Oğuznaməsində Qaracuq dağ
Oğuz məkanının güneyində göstərilmişdir ki, günlə bağlılıq və doğuya
(şərqə) meyillilik gərəyindən Oğuz epik ənənəsində eyni anlam da şı mış -
dır (4, 75).
B.Ögəl, hətta Əbülqazi Oğuznaməsindən çıxış edərək Qaracuğu gü -
ney dən alıb doğuya (şərqə) keçirmişdir “Oğuz elinin şərq tərəfi (kün to -
ğuşu): İşşıq qol, Almalıq və çevrəsi, sayram, Qorqut dağı, Qaracıq dağı,
Quzeyi: təmir qazuğu: Uluğ dağ və Kiçik dağ. Kün batışı: sır suyunun
ayağı, Yanqqı kənd Qaraqum” (8, 240-41). Aşkar görünür ki, B.Özəl gü -
neyi də doğu ilə birgə götürərək digər cəhətləri şimal və qərb göstərmiş,
Qaracuq dağını birmənalı şəkildə gündoğanda görmək istəmişdir. Ola
bilsin ki, müəllif DQK mətninin epik tələbatından çıxış etmişdir.
Biz Qaracuq dağın gündoğanda olmasını mərkəzi mövqe baxımından
qəbul edir, lakin bütün Oğuz məkanını işarələyərkən buna ehtiyac gör-
mürük. Qazan xan Qaracıq dağının qaplanı olmaqla onsuz da hakim iyer-
arxiya təşkil edir. Sadəcə olaraq seçilən bir dağ silsiləsi vardırsa, bu hök-
mən gündoğanda yerləşən dağın epik mətndə klişeləşəcəyindən xəbər ve -
rir. Elə örnəklər də belə olduğunu təsdiq edir. DQK-də Qazan xanın Gür -
cüs tan ağzında oturması (9, 42), yurdunun bu ərazidə yerləşməsi də
DQK-nin Oğuz məkanında Qazandağın, Qazangöl gölünün, Qazangöl
dü zü nün və Qazanlının şərqdə, yaxud şərqə tərəf çox meyilli olması da
bunu təsdiq edir (1, 338-39).
Məqsədyönlü olaraq “Qaracuq” sözünün etimoloji araşdırılmasına da
ehtiyac vаr. Qaracuğ-Qaracuq-Karacuq kimi müxtəlif türk-Oğuz-uyğur
transkripsiyasına görə adlanan eyni sözün oxunuşu özündə maraqlı mət -
ləblər saxlayır. Belə ki, qara sözü lüğətlərdə müxtəlif anlam daşımaqla