Azərbaycan miLLİ elmlər akademiyasi fiZİka-riyaziyyat və texniKA elmləRİ BÖLMƏSİ



Yüklə 280,91 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix07.04.2018
ölçüsü280,91 Kb.
#36421
1   2   3   4   5   6   7   8

 

 

 



 



Elm və texnika tarixi. 

 

Azərbaycan alimi Nəsirəddin Tusinin riyazi irsinin öyrənilməsi. 



(problem rəhbəri: dos. Əli Babayev) 

 

 



Bu  problemlər  üzrə  elmi-tədqiqat  işləri  16  mövzu,  125  iş  üzrə 

aparılmışdır.  Bu  işlərdən  123-ü  tamamlanmış  və  hesabatları  təqdim 

edilmişdir. 2 iş üzrə birinci mərhələ tamamlanmış, ikinci mərhələ 2015-ci 

ildə  davam  etdiriləcəkdir.  125  işdən  84-ü  riyaziyyat,  41-i  isə  mexanika 

sahəsinə aiddir. 

 

İl 



Prob-

lem 

Möv-

zu 

İş 

Mər

hələ 

Tamamlanmış 

Mühüm 

nəticələr 

 

İş 

Mər-

hələ 

2013 


15 


124 

124 



16 


2014 

16 



125 

123 



14 


 

Hesabat  ilində  İnstitut  alimlərinin  tədqiqatları  Azərbaycan  MEA 

Rəyasət  Heyəti  tərəfindən  təsdiq  edilmiş  Azərbaycan  MEA-nın 

tədqiqatlarının prioritet istiqamətlər proqramına uyğun olaraq aparılmışdır. 

Göstərilən  istiqamətlərdən  hər  biri  üzrə  İnstitut  alimləri  yüksək 

qiymətləndirən elmi nəticələr almışlar. Bu nəticələr müxtəlif  beynəlxalq və 

respublika  səviyyəli  elmi  konfrans,  simpozium,  seminarlarda  müzakirə 

edilmiş,  jurnallarda  çap  olunmuş,  mütəxəsisslər  tərəfindən  yüksək 

qiymətləndirilmişdir. 

2014-cü  ilin  noyabr  ayında  İnstitutun  Elmi  Şurasının  iclaslarında  16 

mövzunun  hər  bir  işi  üzrə  elmi  işçilərin  ətraflı  hesabatları  dinlənilmiş  və 

müzakirədən sonra 14 elmi iş mühüm nəticə kimi təqdim olunmuşdur:  



 

1.1.  Riyaziyyat elmləri. 

1.1.1. Operatorların spektral nəzəriyyəsi və operator cəbrlərinin 

nəzəriyyəsi. 

Yarımoxda  kəsilmə  şərtinə  spektral  parametr  daxil  olan  Şturm-

Liuvill operatoru üçün səpilmənin tərs məsələsi həll edilmiş və onun sonlu 

parçada iki spektrə görə tərs məsələnin həllinə tətbiqi verilmişdir.   



 

 

 

 

               İcraçı:_prof._Hidayət_Hüseynov'>İcraçı: prof. Hidayət Hüseynov

 

 




 

 

 





1.1.2. Funksional fəzalar nəzəriyyəsi və çoxobrazlılarda 

harmonik analizin poblemləri. 

 

 



Çoxölçülü Kalderon-Ziqmund sinqulyar inteqralının simvolunun çəkili 

Bessel potensialları fəzalarında diferensial xassələri tədqiq edilmiş və eyni 

çəkili  fəzalarda  sferik  harmonikalar  üzrə  Furye  sıralarının  ossilə  edilmiş 

multiplikatorları haqqında teoremlər isbat edilmişdir. 

 

 

 



 

               İcraçı: akademik Akif  Hacıyev. 

 

 

 



İki istiqamət üzrə ridge funksiyalarının cəmləri çoxluğu ilə iki düz xətt 

üzərində  interpolyasiyanın  mümkünlüyü  üçün  zəruri  və  kafi  şərtlər 

tapılmışdır. İsbat edilmişdir ki, bu cür çoxluq ilə üç və daha çox düz xətt 

üzərində interpolyasiya mümkün deyil. 

 

 

 



 

                  İcraçı: r.e.d. Vüqar İsmayılov 



 

 

Dəyişən  dərəcəli  Lebeq  fəzasının  struktur  xassələri  tədqiq  edilmiş  və 



Hardi  operatorunun  dəyişən  dərəcəli  çəkili  Lebeq  fəzasında  müəyyən 

məhdudluq teoremi isbat edilmişdir.           

                                                                     İcraçı : dos  Rövşən Bəndəliyev

 

 



Sinqulyar  inteqral  operatorun  doğurduğu  müəyyən  sinif  subxətti 

operatorların  və  onların  kommutatorlarının  ümumiləşmiş  Orliç-Morri 

fəzalarında məhdudluğu isbat edilmişdir. 

                                İcraçı: AMEA-nın müxbir üzvü, prof.  Vaqif Quliyev,  

                                                                                 dos. Cavanşir Həsənov. 

 

Ölçülən  fəzada  nöqtədə 



-statistik  yığılma  və 

-statistik 



fundamentallıq  anlayışı  daxil  edilmiş  və  onların  ekvivalentliyi  isbat 

edilmişdir. 



                                   İcraçı: AMEA-nın müxbir üzvü, prof.  Bilal Bilalov. 

  

Hilbert tenzor hasilin doğurduğu 





t

freym anlayışı daxil edilmiş, 

sadə freymlərin bütün xassələri 



t

freym halına köçürülmüşdür. 

 

                                 İcraçı: AMEA-nın müxbir üzvü, prof.  Bilal Bilalov,  



                                               dos. Səbinə Sadıqova,  dos. Fatimə Quliyeva

 



 

 

 





1.1.3. Diferensial və diferensial-operator tənliklərin ümumi 

və keyfiyyət nəzəriyyəsi. 

 

 

 

Sərhəd  şərtlərinə  spektral  parametr  daxil  olan  sərhəd  məsələsinin 



spektri və izi haqqında teorem isbat edilmişdir.  

 

                        İcraçı: prof. Məmməd Bayramoğlu, r.e.d. Nigar Aslanova. 

 

 

Dördüncü tərtib elliptik tip differensial operator tənliklər üçün operator 



sərhəd şərtli sərhəd məsələsinin fredholmluğu isbat edilmişdir.  

 

                                                                          İcraçı: r.e.d. Bəhram Əliyev. 

 

 

İkinci  tərtib  parabolik  tənliklərin  müsbət  həlləri  üçün  mühüm 



oblastlarda  artım  tip  teoremlər  alınmış  və  onların  müxtəlif  tətbiqləri 

göstərilmişdir. 



                                                                  İcraçı: dos. Əbdürrəhim Quliyev. 

 

 



Şarın xarici olan oblastda zaman arqumentinə görə periodik əmsallı 

yarım–xətti  parabolik  tənliyin  müsbət  qlobal  həllinin  varlığı  məsələsi 

öyrənilmiş  və  üstlü  formada  qeyri-xəttilik  halında  müsbət  qlobal  həllin 

varlığı üçün qiymətləndirmə tapılmışdır.  



                                                                    İcraçı: f-r.e.n. Şirmayıl Bağırov

 

1.2. Mexanika 

1.2.1. Deformasiya olunan bərk cism mexanikası. 

 

 



Özlüelastikplastik 

xassəli 


materialdan 

olan 


konstruksiya 

elementinin  qeyri-monoton  yüklənmələrdə  keyfiyyətcə  səmərəli  dağılma 

nəzəriyyəsi verilmişdir. 

                                                                               İcraçı: prof. Lətif Talıblı. 

 

 



 

Laylı  silindrik  oblastlarda  qeyri-stasionar    dalğaların  yayılması 

məsələlərinin ümumi həlli metodu verilmişdir. 

                                                                     İcraçı: f-r.e.d. Nazilə Rəsulova. 

 

 




Yüklə 280,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə