Azərbaycan miLLİ elmlər akademiyasi akademik H.Ə. ƏLİyev adına coğrafiya institutu


Alınmış nəticələrin doğruluğu ve elmi cəhətdən əsaslandırılması



Yüklə 3,55 Mb.
səhifə9/21
tarix04.02.2022
ölçüsü3,55 Mb.
#83443
növüReferat
1   ...   5   6   7   8   9   10   11   12   ...   21
Avtoreferat-az (3)

Alınmış nəticələrin doğruluğu ve elmi cəhətdən əsaslandırılması böyük həcmdə eksperimental material, statistik analiz, qabaqcıl avtomat­laşdırılmış radiolokasiya tədqiqat texnologiyası və müasir kompütter anali­zi metodlarının tətbiqi, radiolokasiya məlumatlarının yerüstü meteorologiya şəbəkəsinin məlumatları ilə tutuşdurulması, irəli sürülmüş tövsiyə və metodların təhlükəli hadisələrin ən qısa müddətli proqnozlarının hazırlan­ması praktikasında yoxlanılması ilə təmin olunur.

Dissertasiya işi Bakı Dövlət Universiteti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitunda yerinə yetirilmişdir. Dissertasiyanın mövzusu üzrə institutda, bilavasitə müəllifin məsul icraçılığı ilə, 2 elmi-tədqiqat işi və bir metodika hazırlanmışdır.

Dissertasiyanın əsas məzmunu təhlükəli təbiət hadisələrinə həsr olunmuş elmi-praktik konfransda (Bakı, 1994), “Təbii ehtiyatların qiymətləndiril­məsi və təbiətdən istifadə” mövzusunda elmi-praktik konfransda (Bakı, 2003), “Şəki-Zaqatala zonasının təbii-dağıdıcı hadisələri və regionun ekocoğrafi problemləri” mövzusunda elmi-praktik konfransda (Şəki, 2005), “Физика облаков и активное всздействие на гидрометеорологические процессы” mövzusunda Ümumrusiya konfransında (Nalçik, 2005), dağlıq ərazilərin davamlı inkişafına həsr olunmuş elmi konfransda (Bakı, 2006), «Погода и Биосистемы» mövzusunda beynəlxalq konfransda (Санкт Петербург, 2006), “Energy, Ecology, Economy” mövzusunda 9-cu beynəlxalq konqresdə (Bakı, 2007), “Natural Cataclysms and Global Problems of The Modern Civilization” mövzusunda beynəlxalq simpo­zium­da (Bakı-İnsburq, 2007), Fövqəladə şəraitlərdə təhlükəsizliyin idarə olunması” mövzusunda 4-cü beynəlxalq konfransda (Bakı, 2007), doluya qarşı mübarizə işlərinin başlanmasının 40 illiyinə həsr olunmuş elmi-praktik konfransda (Nalçik, 2007), “Dağlıq regionların coğrafiyasının aktual problemləri” mövzusunda beynəlxalq konfransda (Tbilisi, 2008), “Росгидромет -175, научные проблемы и пути их решения” mövzu­sunda elmi konfransda (Moskva, 2008), “The 6-th European Conference on Radar in Meteorology and Hydrology” (Sibiu-Romania, 2010) və bir sıra digər elmi konfrans və seminarlarda məruzə edilmişdir.

Dissertasiyanın mövzusu üzrə 42 elmi məqalə və tezis dərc edilmişdir.




Yüklə 3,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə