48
[Müəllif] deyir: Müsafir ibn Kəsir öz əsgərlərini yığıb bu adamla yola
düĢdülər. Gecənin zülmətində yola çıxıb, sübh çağı Asim ibn Yəzidin mövqeyinə
çatdılar. Onları görən qiyamçılar «Allahu əkbər!» sədaları ilə hücuma keçərək
dəhĢətli qırğın törətdilər. Bərdənin əmiri Asim ibn Yəzid və onun bir çox əsgərləri
öldürüldü. Ordunun qalıqları ilə Asimin Zəfər adlı oğlu döyüĢ meydanından
qaçaraq, çox acınacaqlı vəziyyətdə özlərini Bərdəyə çatdırırlar.
(səh. 145) Müsafir ibn Kəsir və onun silahdaĢları Asim ibn Yəzidin
adamlarının yerdə qalan hissəsini mühasirəyə alıb onları tutdular və Beyləqan
Ģəhərinə qayıtdılar.
Bu hadisə ġamda xəlifə Mərvan ibn Məhəmməd ibn Mərvana çatdı. Xəbər
onu çox sarsıtdı. Lakin bir qədər sonra o özünün ġamdakı sərkərdələrindən
Əbdülməlik ibn Müslüm əl-Üqeylini yanına çağırıb tabeliyinə nəhəng bir ordu
verdi, özünü də Azərbaycan və Ərminiyəyə vali təyin etdi. Ona əmr etdi ki, o
oralarda müharibə aparıb, əhalidən xərac vergisini toplasın. Xəlifə qiyamçılarla
döyüĢə girməyi də əmr etdi.
[Müəllif] deyir: Əbdülməlik ibn Müslüm nəhəng bir ordunun baĢında
ġamdan yola düĢərək, tezliklə Bərdəyə gəlib burada yerləĢir. Sonra o bundan
qabaq qiyamçıların darmadağın etdiyi qoĢunla Bərdədən çıxaraq, çox keçmədən
«Cisr əl-hicara» («DaĢ körpü») adlı yerə gəlib, burada düĢərgə salaraq, köməkçi
qüvvələrin gəlməsini gözləyir. Nəhayət, qiyamçılara qarĢı çıxıĢ edir.
Tərəflər Bərdə ilə Yunan arasında üz-üzə gəlib döyüĢə
baĢladılar. Əbdülməlik ibn Müslüm bu döyüĢdə öldürüldü, ordunun baĢına
onun qardaĢı Ġshaq ibn Müslüm əl-Üqeyli keçdi.
Ġshaq ibn Müslümlə qiyamçılar arasındakı döyüĢ davam edir, nə gündüz, nə
də gecələr ara vermirdi. Bu döyüĢlər Bərdə ilə Yunanın arasında gedirdi. Ġshaq ibn
Müslümlə, Müsafir ibn Kəsir əl-Qəssab və onun qiyamçıları arasında olan döyüĢlər
Xorasanda Əbu Müslümün
107
rəhbərliyi altında qara bayraqlıların (əl-musavvada)
meydana çıxmalarına qədər davam etdi.
(səh. 210)
Biz yenidən Azərbaycandakı hadisələrə qayıdırıq
[Müəllif] deyir: Bundan sonra Əbülabbas əs-Səffah
108
Məhəmməd ibn Sul
adlı
109
adamı hüzuruna çağırıb, ona ordu verdi və Azərbaycana vali təyin etdi.
Məhəmməd ibn Sul əsgərləri ilə yola düĢüb Azərbaycan torpağına yetiĢdi. BaĢqa
döyüĢçülər də onun ordusuna qoĢulduğu üçün atlılarının sayı 100 min oldu.
[Müəllif] deyir: Bu zaman Azərbaycanda Müsafir ibn Kəsir əl-Qəssab
ağalıq edirdi. Məhəmməd ibn Sulun yola çıxması haqqında xəbəri eĢidəndə o, Rum
(Bizans) ölkəsində olan Qala əl-Kilab («Sərt qala») adlanan qalaya gedib orada
möhkəmləndi. Çox keçmədən Məhəmməd ibn Sul qoĢunu ilə buraya yaxınlaĢaraq,
49
qalanı mühasirəyə alır. O uzun müddət Müsafirlə döyüĢür, nəhayət, onu və onun
çoxlu silahdaĢlarını məhv edir. Qiyamçıların qalıqları Sicistana qaçırlar.
[Müəllif] deyir: Məhəmməd ibn Sul qıyamçıların baĢçısı Müsafir ibn
Kəsirin və onun silahdaĢlarının kəsilmiĢ baĢlarını Əmirəlmöminin Əbülabbas əs-
Səffahın hüzuruna göndərir. Özü isə ordusu ilə Beyləqan Ģəhərinə gedib, bir neçə
gün orada qalır. Sonra o, Bərdə Ģəhərinə gəlir, uzun müddət burada qalaraq ölkəni
idarə edir.
Bundan sonra Əbülabbas əs-Səffah Məhəmməd ibn Sulu valilikdən kənar
edir, yerinə öz qardaĢı Əbu Cəfər əl-Mənsuru təyin edir.
110
Əbu Cəfər də yola
düĢüb, gəlib Azərbaycan torpaqlarına çatır. O, Kiran adlı yerdə
111
qıĢlayır, yay
mövsümünü isə Curan torpağında (Gürcüstan) yerləĢən əd-Dəribə adlı otlaqda
keçirdi.
(səh. 229)
Əbu Cəfər əl-Mənsurun Azərbaycanı fəth
etməsi haqqında hekayət
[Müəllif] deyir: Bundan sonra xəlifə əl-Mənsur
112
Yəzid ibn Üseyd ibn
Zafir əs-Sulamini yanına çağırıb, onu Arrana hakim təyin edir.
113
[Müəllif] deyir: Yəzid ibn Üseyd Ġraqdan Arrana yola düĢüb, Bərdə adlanan
Ģəhərə gəldi, burada yerləĢib ölkənin hər yerinə öz vergi yığanlarını (amil)
göndərdi. Əl-Mənsur ona yazdı: «Və sonra. Xəzərlərlə qohumluq olmasa, Arran
ölkəsində heç vaxt əmin-amanlıq bərqərar olunmayacaq. Mən belə hesab edirəm
ki, sən onlarla qohum olmalısan, onda ölkədə əmin-amanlıq olar. Əks təqdirdə mən
sənin və sənin vergi yığanların üçün qorxuram, çünki xəzərlər sizi rahat
qoymayacaqlar. Ġstəsələr hətta ordu toplayıb hücuma keçər və qalib də gələ
bilərlər. Bax, mənim məsləhətimə qarĢı etinasızlıq etmə, çalıĢ ki, xəzərlərlə qohum
olasan. Vəssalam!»
Yəzid ibn Üseyd ibn Zafir əs-Sulaminin xəzər padĢahının qızı ilə
evlənməsi haqqında hekayət
[Müəllif] deyir: Xəlifə əl-Mənsurun məktubunu alandan sonra Yəzid
xəzərlərin hökmdarı olan Taatur adlı xaqanın
114
yanına öz adamlarını onun qızı
üçün elçi göndərir. Qızın adı Xatun idi (səh. 230). Xəzərlərin padĢahı öz razılığını
verdi. Yəzid ibn Üseyd Xatunla evlənərək, qızına görə atasına 100 min dirhəm
verdi.
Xatun təntənə ilə xəzərlərin ölkəsindən islam ölkəsinə yola düĢdü. Onu
qohumlarından 10 min xəzər müĢayiət edirdi; ona dörd min əla madyan, min qatır,
min qul, on min xəzəri cinsindən olan alçaq dəvə, min baĢ türkü cinsindən olan iki
50
hürküclü dəvə, iyirmi min baĢ qoyun, qapıları və üstü qızıl və gümüĢ lövhələrdən
düzəldilmiĢ, içərisinə samur xəzi döĢənmiĢ və ipək çəkilmiĢ on furqon, qızıl və
gümüĢ əĢyalar, qab-qacaq və baĢqa Ģeylər yüklənmiĢ iyirmi araba qoĢulmuĢdu.
[Müəllif] deyir: Ġslam ölkəsinə gələndən sonra Xəzər padĢahının qızı bütün
var-dövləti ilə Bərdə darvazasına yaxın olan əl-Kəbbab adlı yerdə düĢərgə saldı.
[Müəllif] deyir: Bu yerdə dayandıqdan sonra qız öz adamını Yəzidin yanına
göndərib ondan xahiĢ etdi: «Mənim yanıma müsəlman qadınlarından bir neçəsini
göndər ki, onlar mənə islam dininin mahiyyətini izah edib Quranı oxusunlar, yalnız
bunların hamısını mənimsəyəndən sonra mən sənin olacağam!» Yəzid onun yanına
Bərdədən bir neçə qadın göndərdi ki, islam dinini və Quranı xaqan qızına öyrədib
izah etsinlər.
[Müəllif] deyir: Yəzid ibn Üseydin elə bir sərkərdəsi qalmadı ki, qıza Ģan-
Ģöhrətinə layiq hədiyyə gətirməsin.
Xatun islam dininin mahiyyətini və Quranı öyrənəndən sonra Yəzidə qılınc
və xəncər göndərdi; Yəzid baĢa düĢdü ki, qız yanına gəlməsinə icazə verir. Onun
icazəsi ilə Yəzid otağına daxil oldu. Bu vaxt qız geyinib-keçinmiĢ, qiymətli
daĢlarla bəzənmiĢdi. [Müəllif] deyir: Yəzid ibn Üseyd iki il dörd ay onun yanında
qaldı. Qızın Yəziddən iki oğlu olur. Lakin qız da, oğlanlar da ölürlər. Bu hadisə
Yəzidi hədsiz kədərləndirir. (səh.231)
Xatunun ölümündən sonra xəzərlərin müsəlmanların
üzərinə hücumları haqqında hekayət
[Müəllif] deyir: Xəzərlər xaqan qızı Xatunun ölüm xəbərini eĢidib, böyük
bir ordu ilə müsəlmanların üzərinə hərəkət edir və çox keçmədən əl-Babdan
çıxırlar.
[Müəllif] deyir: Yəzid ibn Üseyd cəmi yeddi min atlı əsgəriylə onların
qarĢısına çıxır, lakin qüvvəsi az olduğu üçün onlara gücü çatmır. Buna görə xəlifə
Əbu Cəfər əl-Mənsura məktub yazıb əhvalatı ona bildirir.
Xəlifə Yəzidin məktubunu oxuyub kədərlənir, iĢin aqibəti onu qorxudur. O,
ġama məktub göndərib, oranın əhalisini Yəzidin Arranda baĢına gələnlərlə tanıĢ
edir. Çox keçmədən ġamdan Yəzidin köməyinə on min nəfərdən çox əsgər gəlir.
Bunun ardınca Ġraqdan da onun köməyinə əsgərlər gəlir. Ġraqdan hamıdan əvvəl on
min əsgərlə Cəbrail ibn Yəhya, sonra on min əsgərlə Məhəmməd ibn Həsən, sonra
on min əsgərlə Hümeyd ibn Qəhtaba və beĢ min əsgərlə Hərb ər-Rəvəndi gəldilər.
Cəmi Ġraqdan otuz beĢ min əsgər gəldi.
[Müəllif] deyir: Yəzid ġamdan və əl-Cəzirədən olan iyirmi min və Ġraqdan
olan otuz beĢ min əsgərlə, yəni təxminən altmıĢ minlik ordu ilə hücuma keçir.
QoĢun Kür çayını keçərək, ġirvan ərazisinə daxil olur.
Dostları ilə paylaş: |