Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   18   19   20   21   22   23   24   25   ...   102

46 
 
yoldaĢları onun üstünə atılıb öz dillərində qıĢqırdılar: «Sən padĢahımızı öldürdün!» 
(səh. 81) Çoban qaçıb kəndlərinə gəlir və əhvalatı hamıya söyləyir. 
[Müəllif]  deyir:  Çoban  yola  çıxıb  əl-Bab  Ģəhərinə  gəlir.  O,  Ģəhərin  əmiri 
Üseyd  ibn  Zafir  əs-Sulaminin  yanına  gəlib  hər  Ģeyi  ona  danıĢır.  [Müəllif]  deyir: 
Üseyd о saat atını minib, bir neçə əsgəri ilə həmin yerə gəlir. Arbis ibn Basbasın 
meyitini orada görür. О əmr edir ki, Arbisin baĢını bədənindən ayırsınlar, sonra isə 
onun  Ģeylərini  də  götürüb  əl-Bab  Ģəhərinə  qayıdır.  Bundan  sonra  o,  oğlu  Yəzidi 
çağırıb Arbisin kəsilmıĢ baĢını ona verib deyir: «Get əmir Mərvanın yanına və bu 
baĢı  ona  ver!»  [Müəllif]  deyir:  Yəzid  Samur  çayının  sahilindəki  qalada  qalan 
Mərvanın  yanına  gəlib,  onu  qəbul  etməsini  xahiĢ  edir.  Ona  icazə  verirlər,  о  içəri 
daxil  olub  Mərvanı  salamlayır.  Mərvan  soruĢur:  «Ya  Yəzid!  Atanın  hal-əhvalı 
necədir?»  Yəzid  cavab  verir:  «Allah  Əmiri  saxlasın,  sağ-salamatdır!  Mən  sənin 
yanına  xəbərlə  gəlmiĢəm!»  Mərvan  soruĢdu:  «Bu  nə  xəbərdir?»  Yəzid  deyir: 
«Arbis ibn Basbasın baĢı!» 
[Müəllif] deyir: Mərvan buna çox təəccübləndi və dedi: «Vay sənin halına! 
Arbis indi öz qalasındadır, sən isə deyirsən ki, onun baĢını gətirmisən!» [Müəllif] 
deyir: Onda Yəzid Arbisin baĢına gələnləri ona danıĢır. 
Mərvan  əmr  edir  ki,  Arbisin  baĢını  nizəyə  taxıb  qalanın  önündə  nümayiĢ 
etdirsinlər. Sonra müsəlmanlar birlikdə «Allahu Əkbər!» - deyə səsləndilər. Qalada 
olanlar divarların üstünə çıxıb öz hökmdarları Arbisin baĢını gördülər. Onlar baĢı 
götürüb,  rüsvayçılıqla  təslim  olduqlarını  bildirdilər.  Onlara  aman  və  öz 
Ģəhərlərində qalmaq icazəsi verildi. Öhdələrinə əl-Bab Ģəhərinə ildə 10 min mudd 
ərzaq gətirmək qoyuldu. 
[Müəllif]  deyir:  Bu  əhvalatlardan  sonra  Mərvan  [Cənubi]  Azərbaycan 
ərazisinə  hücum  edib,  Muğan,  Gilan,  əl-Bəbr  və  Talaqan
100
  əhalisinə  qarĢı  yürüĢ 
etdi (səh. 82). О bu yerlərdə çoxlu adam qırdırdı və 10 mindən çox arvad-uĢaq əsir 
edib,  onları  öz  əsgərlərinin  arasında  bölüĢdürdü.  Bundan  sonra  о  daha  irəli 
gedərək,  çox  keçmədən  Bərdəyə  yetiĢir.  O,  bütün  Azərbaycanı,  eləcə  də 
ermənilərin yaĢadıqları torpaqları və baĢqa bir çox yerləri fəth etdi. Amma heç kəs 
onun hakımiyyətinə qarĢı çıxmadı. 
(səh.  130)  Valid  ibn  Yəzid  xəlifə  olduqda
101
  o,  Məhəmməd  ibn  Mərvanı 
Azərbaycan və Ərminiyəyə vali təyin etdi. 
(səh.  141)  «Naqis»  adını  daĢıyan  Yəzid  ibn  Valid  ibn  Əbdülməlik  xəlifə 
olduqda
102
  o,  Mərvan  ibn  Məhəmmədi  Azərbaycan  və  Ərminiyəyə  hakim  təyin 
etdi. 
Xilafətdə  hakimiyyət  Yəzidin qardaĢı Ġbrahim ibn Validin  əlinə  keçəndə
103
 
bundan xəbər tutan Mərvan ibn Məhəmməd öz silahdaĢlarından biri olan Asim ibn 
Yəzid ibn Abdullah əl-Hilalini Azərbaycana və Ərminiyəyə öz yerinə caniĢin təyin 
etdi, özü isə adamları ilə ġama yola düĢdü. 
(səh. 142) Ġbrahim xəlifəlikdən kənar ediləndən sonra Xilafətdə hakimiyyət 
Mərvan  ibn  Məhəmməd  ibn  Mərvanın  əlinə  keçir.
104
  О  öz  adamları  ilə  DəməĢqə 


47 
 
daxil olur. Nəsr ibn Səyyarı çağırıb, onu Azərbaycan və  Ərminiyəyə  hakim təyin 
edir. 
Mərvan  ibn  Məhəmməd  xəlifə  olan  kimi  Azərbaycan  və  Ərminiyədə 
iğtiĢaĢlar baĢlanır. 
[Müəllif] deyir: Bu iğtiĢaĢların səbəbləri bunlar idi: Beyləqan sakinlərindən 
Müsafir  ibn  Kəsir  əl-Qəssab  adlı  birisi  bu  narazılıq  və  iğtiĢaĢların  baĢında 
durmuĢdu.  Onu  (səh.  143)  bu  hərəkətə  Dəhhak  əl-Həruri  adlı  birisi
105
  sövq  etdi. 
[Müəllif] deyir: Onu dəstəkləyənlərin baĢında çıxıĢ edən Müsafir ibn Kəsir tezliklə 
Ərdəbil Ģəhərinə  gəldi. ġəhərdə bu vaxt narazılıq edən adamlar vardı. Belələrinin 
sayı getdikcə artaraq, az bir vaxtdan sonra daha da çox oldu. 
[Müəllif] deyir: Bu haqda Beyləqan Ģəhərində olan Asim ibn Yəzid əl-Hilali 
xəbər tutdu. O, Beyləqan əhalisindən qiyamçılara baĢçılıq edən iki kiĢinin dalınca 
adamlarını  göndərdi.  Onlardan  birisinin  adı  Aban  ibn  Meymun,  digərinin  isə 
Quteybə ibn Sədəqə idi. Asim onları həbs edib Beyləqan zindanına saldırdı. Bunun 
xəbəri  qiyamçıların  bu  vaxt  Varsanda  olan  baĢçısı  Müsafir  ibn  Kəsir  əl-Qəssaba 
çatdı. 
Gecə  yarıdan  keçmiĢ  о  öz  tərəfdarları  ilə  Varsandan  çıxıb,  çox  keçmədən 
Beyləqana  çatır.  Onlar  nərdivan  qoyub,  Ģəhər  divarlarına  çıxdılar.  Beyləqana 
birinci  Ġsmət  ibn  Müslüm  daxil  oldu.  О,  keĢikçilərin  rəisini  tutub,  elə  divarın 
üstündə  baĢını  kəsir.  Bundan  sonra  onlar  Beyləqana  daxil  olurlar,  əmir  Asim  ibn 
Yəzid əl-Hilali isə Bərdə Ģəhərinə çəkilir. 
[Müəllif]  deyir:  Qiyamçılar  Asimin  buradakı  caniĢinini  tutub,  onunla 
birlikdə zindanın qapısına yaxınlaĢdılar, qapını açdırdılar və Quteybə ibn Sədəqəni 
və Aban ibn Meymunu azad etdilər. Bundan sonra (səh. 144) qiyamçılar Beyləqanı 
tam ələ keçirdilər. 
Bütün  ətraf  və  nahiyələrdən  Beyləqana  adamlar  axıĢdı,  tezliklə  burada 
nəhəng  bir  ordu  toplandı.  Öz  baĢçıları  Müsafir  ibn  Kəsir  əl-Qəssabın  rəhbərliyi 
altında onlar Beyləqandan çıxıb tezliklə Yunana
106
 gəldilər. 
Asim  ibn  Yəzid  əl-Hilali  bundan  xəbər  tutub,  öz  tərəfdarlarını  yığır  və 
onlarla yola düĢür. O öz döyüĢçülərini Bərdə Ģəhərinin qapıları yanında Tərtər çayı 
boyunca yerləĢdirir. 
[Müəllif]  deyir:  Bu  vaxt  Bərdə  nahiyəsindən  olan  bir  adam  onlara 
[qiyamçılara]  yaxınlaĢdı.  Qiyamçılar  onu  tutub  öz  baĢçıları  Müsafir  ibn  Kəsirin 
yanına  gətirdilər.  Müsafir  ondan  soruĢdu:  «Haradan  gəlirsən?»  O  cavab  verdi: 
«Bərdədən». Müsafir soruĢdu: «Bilirsənmi, indi Asim ibn Yəzid harada olar?». O 
dedi:  «Bilirəm!  O  indi  Tərtər  çayının  sahilində,  yoldan  bir  qədər  kənarda,  filan 
yerdədir». Müsafir ona dedi: «Onun ordusuna aparan yolu göstərə bilərsənmi?» O 
cavab verdi: «Əlbəttə!» Müsafir dedi: «Mən gecə sənə 300 dirhəm verəcəyəm, bu 
Ģərtlə ki, sən bizimlə birlikdə onun ordusu olan yerə gedəsən». Həmin adam dedi: 
«Bu iĢi mən sənin üçün görərəm». 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə