Azərbaycan gənclərİnə müracİət


İmam Mehdİnİn (ə) qeybətİ dövründə vəzİfələrİmİz



Yüklə 2,35 Mb.
səhifə34/37
tarix31.03.2022
ölçüsü2,35 Mb.
#84911
1   ...   29   30   31   32   33   34   35   36   37
GƏNCLİYİN-YEDDİ-SƏMASI

İmam Mehdİnİn (ə) qeybətİ dövründə vəzİfələrİmİz

Qeybət dövrü


İslam Peyğəmbəri (s) buyurmuşdur: “İbadətlərin ən üstünü fərəc intizarında olmaqdır.” (“Fərəc-imamın (ə) zühuru). Sözsüz ki, qonaq gözləyən adam əlini əlinin üstünə qoyub, bekar oturmur. Həyəti süpürür, su çiləyir, otaqları təmizləyir, ətirləyir, qonaq üçün rahatlıq yaratmağa çalışır. Biz də öz rəhbərimizə itaət edib, İslam təlimini dünyaya çatdırmalıyıq ki, onlar da imam Mehdi (ə) sevgisini dadıb, ədalət soraqlı zühurun intizarını çəksinlər. Biz dini biliklərə və əxlaqa sahib olmaq üçün səfərbər olmalı, İmamın əsgərlərindən olmaq üçün döyüşə hazır dayanmalıyıq. İmam Sadiq (ə) buyurur: “Qaimimiz ( Mehdi ) gələrkən Allah-təala ona üç qoşunla yardımçı olar: mələklər qoşunu, mö minlər qoşunu, düşmənlərin qəlbini sarıyacaq qorxu.” Əgər əməldə İmamın əsgəri olarıqsa, ola bilsin ki, elə bu dövrdə onun nurani çöhrəsini ziyarət edə bilək.

Bəli, köməkçi intizarında olan kəs üçün qəm, qürbət və tənhalıq dövrü çox ağırdır. Amma əmin olmalıyıq ki, İmam Zaman (ə) bir an olsun belə, öz şiələrini yaddan çıxarmır. Həzrət (ə) buyurur: “Həqiqətən, biz heç vaxt sizə münasibətdə süst olmamışıq və daim sizi xatırlayırıq. Əgər belə olsaydı ( sizi unutsaydıq ), çətinliklər və sıxıntılar sizə üz tutar, düşmən də sizə qalib gələrdi.”

Həzrətin (ə) nəvaziş əli daim başımız üstə olsa da, təəssüf ki, çoxlarımız onu unudur, ya da öz əməllərimizlə mübarək qəlbini incidirik. Ona görə də hər birimiz həmişə özümüzdən soruşmalıyıq: “Əziz imamımızı qeybəti dövründə bizim vəzifəmiz nədir?

İndi isə qeybət dövründə şiələrin vəzifələri ilə tanış olaq:



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə