Azərbaycan futbolu 100 100 years of football in azerbaijan



Yüklə 264 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix06.05.2018
ölçüsü264 Kb.
#42718
1   2   3   4   5   6   7   8   9   10   ...   17

61


62
SSRİ çempionatı. Oyunu bakılı hakimlər Teymur Vəliyev, Tofiq Bəhramov və Eduard Davidaşvili idarə edirlər, 1968
USSR Championship. The game is judged by Teymur Valiyev, Tofig Bahramov and Eduard Davidashvili, 1968


63
Beynəlxalq dərəcəli hakim Tofiq Bəhramov.  
O, SSRİ çempionatının güclülər  
dəstəsində 146 oyuna hakimlik etmişdir.  
Tofiq Bəhramov 13 dəfə SSRİ­nin “33 ən  
güclü hakimi” siyahısına daxil olmuşdur
International level judge Tofig Bahramov.  
He was a referee 146 games of the best teams 
at the USSR Championship. Tofig Bahramov was 
in the “strongest 33 referees” list 13 times


64


65
Tofiq Bəhramov SSRİ çempionatında Moskva 
dinamoçularını məsafəyə əməl etməyə dəvət edir, 1967
Tofig Bahramov invited players to keep the distance. 
USSR Championship. Moscow, 1967
Tofiq Bəhramov beynəlxalq yarışda. Ona Əvəz Kaçumov 
(Aşqabad) və Anatoli Sapovetski (Kiyev) kömək edirlər, 1968
Tofig Bahramov at the International Cup. Avaz Kachumov  
(Ashgabad) and Anatoliy Sapovetskiy helps him in referring, 
1968


66
Tofiq Bəhramov öz evində  
oğlu Bəhramla, 1971
Tofig Bahramov at home with  
his son Bahram, 1971


67
Tofiq Bəhramov SSRİ çempionatında.  
Onun köməkçilərindən biri Aydın İsmayılov.  
Onlar Moskva dinamoçularının kapitanı  
Viktor Saryovla söhbət edirlər, 1962
USSR Championship. Tofig Bahramov. 
His assistant Aydin Ismayilov. 
`speaking with the captain of the 
“Dinamo” Moscow team, 1962


68


69
Almaniyanın seçmə komandası 
Londonda keçirilən 8­ci Dünya 
Çempionatının final görüşündə. 
Sağdan üçüncü Tofiq Bəhramov, 1966
The united team of the Germany.  
Final game of the 8th World 
Championship. Third from left 
Tofig Bahramov, 1966


70


71
Londonda keçirilən 8­ci Dünya 
Çempionatının final görüşünü Qottfrid 
Dinst (İsveçrə) idarə etmişdir.  
Ona həmyerlimiz, Bakı hakimlər 
məktəbinin yetirməsi Tofiq Bəhramov 
kömək etmişdir, 1966
The final game of the 8th World 
Championship in London. Referee 
– Gottfrid Dinst (Sweden). Assistant 
graduate of the Baku refereeing 
school Tofig Bahramov, 1966


72


73
Londonda keçirilən 8­ci Dünya 
Çempionatının qalibləri  
– İngiltərənin seçmə komandası. Kubok 
komandanın kapitanı  
Bobbi Murun əlindədir, 1966
The final 8th World Championship  
winners – united team of the England. 
The Cup is in the hands of the team 
captain Bobby Moore, 1966
Londonda keçirilən 8­ci Dünya 
Çempionatının final görüşü. 
Bobbi Mur (İngiltərə) və Uve Zeeler 
(Almaniya) salamlaşırlar, 1966
The final game of the 8th World 
Championship. Bobby Moore 
(England) and Uwe Seeler (Germany) 
greet each other, 1966


74


75
Londonda keçirilən 8­ci Dünya Çempionatının təntənəli bağlanışında kraliça  
Yelizaveta Tofiq Bəhramovu mükafatlandırır, 1966
The Queen Elizabeth II gives the award to Tofig Bahramov at the closing ceremony of the 
8th World Cup Championship in London, 1966


76
SSRİ çempionatı. “Neftçi”nin oyunçusu 
Yuri Stekolnikov hücumda, 1969
USSR Championship. Player of “Neftchi” 
Yuri Stekolnikov during the attack, 1969


77
SSRİ çempionatı. Ruslan Abdullayev 
“Neftçi”nin heyətində, 1970
USSR Championship. Ruslan Abdulayev 
playing in “Neftchi”, 1970


78
Bu illərdə futbolçularımızın çoxu Olimpiya və SSRİ Milli ko­
mandalarının tərkibində məharətlə oynayıblar. Vitali Şevçen­
ko, Nikolay Smolnikov, Sergey Kramarenko, Valeri Hacıyev, 
Yuri Romenski, İskəndər Cavadov, Maşallah Əhmədov, Yunis 
Hüseynov və bir çox istedadlı futbolçularımız yenə də gözəl 
oyun göstərərək Azərbaycanın futbol tarixinə misilsiz töhfələr 
veriblər. Bu mərhələnin ən böyük nailiyyətlərindən biri 1988­ci 
ildə Seulda keçirilən Olimpiya oyunları oldu. Bakının “Neftçi” 
komandasının futbolçusu İqor Ponomaryov SSRİ­nin Olimpi­
ya yığmasının tərkibində Olimpiya Çempionu adını qazandı. 
Həmin illərdə Azərbaycan futbolunun bir çox oyunçuları SSRİ­
nin gənclər yığmasının tərkibində oynayıb Dünya və Avropa 
çempionatlarının çempion və mükafatçıları olmuşdular. Bu 
illər Azərbaycan futboluna Vladimir Mixaylevski, Ruslan Lukin, 
İqor Ponomaryov, Arif Əsədov, Vladislav Qədirov, Vyaçeslav 
Lemeş, Tərlan Əhmədov, Vəli Qasımov kimi futbolçular bəxş 
etdi. Bu nailiyyətlərlə yanaşı Nazim Süleymanov Vladiqafqazın 
“Alaniya” komandasının tərkibində çıxış edərək Rusiya çem­
pionu adını qazandı. Vəli Qasımov Moskvanın “Dinamo” ko­
mandasının heyətində ilk Rusiya çempionatının ən məhsuldar 
oyunçusu oldu. Daha sonra o, İspaniya çempionatında çıxış 
etdi. Əlbəttə, futbolun sirlərini öyrədən məşqçilər olmasay­
dı, görkəmli futbolçularımız bütün bu nailiyyətləri əldə edə 
bilməzdilər. Azərbaycan futbolu Şirəli Şirəliyev, Ənvər Quliyev, 
Siyavuş İbrahimov, Yevgeni Jarikov, Elşən Piriyev, Konstantin 
Abramenko, Baba Mustafayev, Eduard Cəbrayılov, Ələkbər 
Çəfərov və digər görkəmli məşqçiləri ilə fəxr edə bilər. 1961­ci 
ildə Azərbaycan yığması məşqçi Nazim Hüseynovun rəhbərliyi 
ilə məktəblilər arasında keçirilən Ümumittifaq Spartakiadasında 
çempion adını qazandı. 1971­ci ildə Bakıda keçirilən Ümumitti­
faq Futbol Turnirinin final yarışında 5 güclü komandanı udaraq 
yeniyetmələrdən ibarət Azərbaycan yığma komandası turnirin 
qalibi oldu. 
1974­cü ildə Bakıda Ümummilli lider Heydər Əliyevin rəhbərliyi 
altında geniş müşavirə keçirildi. Həmin müşavirənin nəticəsi ola­
raq Azərbaycanda idmanın, xüsusilə də futbolun inkişafı haqda 
çox mühüm qərarlar qəbul edildi. Bu tarixi hadisədən sonra fut­
bol sahəsində infrastrukturun yaradılması üzrə genişmiqyaslı işlər 
görülməyə başladı: stadionların, idman məktəblərinin inşasına və 
futbol seksiyalarının yaradılmasına start verildi. 
Azərbaycan futbolu çox gözəl hakim nəsli ilə də öyünə bilər. 
Ölkəmizi təkcə SSRİ­də deyil, beynəlxalq miqyasda da layiqincə 
təmsil edən gözəl hakim nəsli formalaşıb və Azərbaycan 
hakimlər məktəbi böyük nüfuz qazanıb. E. Əzimzadə 1980­ci 
ildə XXII Moskva Olimpiadasında final oyununu, tanınmış haki­
mimiz Rüstəm Rəhimov isə Moskvada keçirilən Birlik turnirinin 
final oyununu idarə ediblər. Boris Zayonts, Tofiq Bəhramov, 
Yuri Qriqoryev, Eldar Əzimzadə, Rüstəm Rəhimov, Teymur 
Vəliyev kimi hakimlərimizlə fəxr edə bilərik. Onlardan 
T. Bəhramov, E. Əzimzadə və R. Rəhimov daha çox nailiyyətlər 
əldə ediblər. Onlar SSRİ çempionatının yüksək liqasında 
100­dən artıq oyun idarə etdiklərinə görə dəfələrlə Qızıl me­
dallara layiq görülüblər və SSRİ­nin 10 ən yaxşı hakimi sırasına 
daxil ediliblər. 


Yüklə 264 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə